Karl Polani

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Karl Polani
mac. Polányi Károly
Doğum tarixi 25 oktyabr 1886(1886-10-25)[2]
Doğum yeri
Vəfat tarixi 23 aprel 1964(1964-04-23)[2] (77 yaşında)
Dəfn yeri
Elm sahələri sosiologiya[1], iqtisadiyyat[1], İqtisadi təlimlər tarixi[1]
İş yeri
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karl Pol Polani (mac. Polányi Károly; 25 oktyabr 1886[2], Vyana[3]23 aprel 1964[2])[4] ― Macar iqtisadiyyat tarixçisi, iqtisadi antropoloq, siyasi iqtisadiyyatçı, sosioloq.

O, klassik iqtisadi nəzəriyyəyə olan əks düşüncəsi və 1944-cü ildə yazdığı məşhur Böyük Dəyişim kitabı ilə tanınmışdır. Kitabında bazar iqtisadiyyatına əsaslanan cəmiyyətlərin Avropada ortaya çıxmasının qaçınılmaz yox, tarixi olaraq şərti olduğu fikrini irəli sürür. Karl Polani substantivizm anlayışının banisidir.

Karl Polani 1886-cı ilin 25 oktyabrında Vyanada yəhudi ailəsində dünyaya gəlmişdir.[5][6] Budapeşt Universitetində hüquq təhsili alarkən gələcəkdə Macarıstanın intellektual düşüncəsinə güclü təsir edəcək "Qalilley dairəsi" adlı tələbə təşkilatını formalaşdırdı. O, bu dövrdə Dyord Lukaç, Oskar YasiKarl Manneim kimi dövrün mütəfəkkirləri ilə aktiv şəkildə əlaqədə idi. 1912-ci ildə məzun olduqdan 2 il sonra Macarıstan Radikal Partiyasının yaradılmasında iştirak etdi və partiyanın katibi kimi fəaliyyət göstərdi.

Polani Birinci Dünya müharibəsində Avstriya-Macarıstan ordusunda piyada qoşun zabiti olaraq xidmət etdi və yaralandı. O, Mixael Karolinin qurduğu, sosial demokrat rejimlə idarə olunan respublikanı dəstəkləyirdi. Bu respublika çox yaşamadı və Bela Kunun Macarıstan Sovet Respublikasını yaratmaq üçün Karoli hökkumətini devirməsindən sonra Polani Budapeşti tərk edərək Vyanaya getdi.

Polani 1924–1933-cü illərdə məşhur "Avstriyalı iqtisadçı" (Der Österreichische Volkswirt) jurnalında baş redaktor kimi işlədi. O, ilk dəfə burada Avstriya iqtisadiyyat məktəbini tənqid etməyə başladı. Polaniyə görə bu məktəb iqtisadi prosesslərin reallığından uzaqlaşaraq müccərrəd modellər yaratmağa yönəlmişdi. O, fabianizm fəlsəfəsindən və Corc Duqlas Hovard Koulun əsərlərindən təsirlənmişdi. Bu dövrdə Polaninin xristian sosializminə marağı artmışdı.

O, burada kommunist inqilabçı İlona Duçinskaya ilə evləndi.

Hitlerin 1933-cü ilin yanvarında hakimiyyətə gəlməsi və Avstriya parlamentinin fəaliyyətinə klerikal faşistlər tərəfindən xitam verilməsindən sonra Avstriyalı İqtisadçı qəzetinin liberal naşiri Polani kimi məşhur sosialisti jurnalda saxlaya bilməzdi və buna görə də Polanidən istefa verməyini istədi. O, 1933-cü ildə Londona getdi və burada jurnalist, müəllim və 1936-cı ildən sonra İşçilərin Təhsil Assosiasiyasında mühazirəçi vəzifələrini tutdu. Onun mühazirə qeydləri daha sonra Böyük Dəyişim kitabı üçün də fundament olan araşdırmaları əhatə edirdi. Ancaq, o bu əsərə Vermontdakı Benninqton Kollecində işləməyə başladığı 1940-cı ilə qədər başlamadı. Kitab 1944-cü ildə çap edildi və böyük maraq gördü.

ABŞ və Kanada

[redaktə | vikimətni redaktə et]

Polani 1940-cı ildə Benninqton Kolleci heyətinə daxil oldu və burada "Dəyişimin İndiki Dövrü"[7][8] mövzusunda mühazirələr dedi. "19-cu əsrin keçişi",[9] "Uyğunlaşmış cəmiyyətə doğru yönəlmə",[10] "Beynəlxalq Sistemin Qırılması"[11] "Amerika istisnadırmı?"[12] və "Marksizm və Rusiya inqilabının daxili tarixi"[13] mühazirələri İkinci Dünya müharibəsinin erkən dövrlərində baş tutdu. Polani Beninqtonun Humanizm Mühazirə Seriyalarında (1941)[14] və Beninqton Kollecinin Mühazirə Seriyalarında (1943) iştirak etdi. Onun mövzusu "Jan Jak Russo: və ya azad cəmiyyət mümkündürmü?" idi.[15]

Müharibədən sonra ona Kolumbiya Universitetində (1947–1953) dərs demək təklif edildi. Ancaq arvadı İlona Duçinskayanın kommunizm keçmişi ona ABŞ giriş vizası almağı mümkünsüz etmişdi. Nəticə olaraq, onlar Kanadaya köçdü və Polani buradan Nyu-York şəhərinə gedib gəlirdi. 1950-ci illərin əvvəllərində Polani Ford fondundan qədim imperiyaların iqtisadi sistemlərini tədqiq etmək üçün böyük qrant aldı.

Müasir iqtisadi sistemin ortaya çıxmasını izah etdikdən sonra Polani uzaq keçmişdə fərqli sfera kimi iqtisadiyyatın necə ortaya çıxdığını anlamağa çalışdı. Kolumbiyadakı seminarı dövrün məşhur alimlərindən bir neçəsini özünə çəkdi və müəllimlərin bir nəslinə təsir etdi və nəticədə 1957-ci ildə İlk İmperiyalarda Ticarət və Bazarlar nəşr edildi. Polani sonrakı illərdə də yazmağa davam etdi və yeni jurnalı "Birgəmövcudluq"u yaratdı.

O, 1964-cü ildə Kanadada yaşadığı Ontario şəhərində vəfat etdi.

  • "Sosialist hesablama" (1922)
  • Faşizmin əsası (1933–1934); məqalə[16]
  • Böyük dəyişim (1944)
  • "Beynəlxalq kapitalizm və ya regional planlama?"
  • İlk İmperiyalarda Ticarət və Bazarlar (1957, digərlərinin töhfəsi və redaktəsi ilə)
  • Dahomi və köləki ticarəti (1966)
  • Karl Polani, Yeni qərb üçün: Esselər, 1919–1958 (Polity Press, 2014), ISBN 978–0745684444
  1. 1 2 3 4 5 6 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 3 4 Karl Polanyi // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Deutsche Nationalbibliothek Record #118836404 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. Encyclopædia Britannica (Chicago: Encyclopædia Britannica Inc. 2003) vol 9. p. 554
  5. Dale, Gareth. 2016. Karl Polanyi: A Life on the Left. New York, USA and Chichester, UK: Columbia University Press.
  6. "Archived copy". 2014-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-27.
  7. "Karl Polanyi: Five Lectures on The Present Age of Transformation-Lecture Series Listing of Topics". Bennington College. hdl:11209/8502.
  8. "Letter from President Robert Devore Leigh to Peter Drucker". Bennington College. hdl:11209/5449.
  9. "The Passing of 19th Century Civilization (Lecture #1 of 5)". Bennington College. hdl:11209/5449.
  10. "The Trend Towards an Integrated Society (Lecture #2 of 5)". Bennington College. hdl:11209/8515.
  11. "The Breakdown of the International System (Lecture #3 of 5)". Bennington College. hdl:11209/8516.
  12. "Is America an Exception? (Lecture #4 of 5)". Bennington College. hdl:11209/8517.
  13. "Marxism and the Inner History of the Russian Revolution". Bennington College. hdl:11209/8518.
  14. "Humanism-Lecture Series Listing of Speakers and Topics". Bennington College. hdl:11209/8501.
  15. "Bennington College Lecture Series, 1943 – Lecture Series Listing of Speakers and Topics". Bennington College. hdl:11209/8499.
  16. Polanyi, Karl. Lewis, John; Polanyi, Karl; Kitchin, Donald K. (redaktorlar ). "The Essence of Fascism". Christianity and the Social Revolution. London: Victor Gollancz Limited. 1935. 359–394. 2021-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-08.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]