Antonio Neqri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Antonio Neqri
it. Antonio Negri
Doğum tarixi 1 avqust 1933(1933-08-01)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 16 dekabr 2023(2023-12-16)[3][4] (90 yaşında)
Vəfat yeri
Əsas maraqları siyasi fəlsəfə, Sinfi mübarizə, Qloballaşma
Təsirlənib Benedikt Spinoza, Karl Marks, Jil Delöz, Mişel Fuko
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Antonio "Toni" Neqri (it. Antonio "Toni" Negri; 1 avqust 1933[1][2][…], Padova, İtaliya[5][4]16 dekabr 2023[3][4], Viljüif, Fransa[4]) — İtaliya siyasi filosofu. O, avtonomizmin ən görkəmli nəzəriyyəçilərindən biri hesab olunur. Neqri həmçinin, "İmperiya" kitabının həmmüəllifliyinə və Spinoza üzərində işinə görə tanınmışdır.[11][12][13][14] Padua şəhərində anadan olmuş, doğulduğu universitetdə siyasi fəlsəfə üzrə professor kimi çalışmışdır. Neqri 1969-cu ildə "İşçi qüvvəsi" qrupunu qurmuş və "İşçilər muxtariyyəti" aparıcı üzvü olmuşdur. O, "inqilabi şüur"a çağıran çox təsirli kitablar nəşr etmişdir.

Antonio Neqri 1970-ci illərin sonlarında müxtəlif ittihamlarla, o cümlədən "Qırmızı briqadalar" solçu ekstremist təşkilatın[15] qurucusu olmaqda ittiham olunurdu. Təşkilat 1978-ci ilin mayında İtaliyanın iki dəfə baş naziri olmuş Aldo Moronun oğurlanmasında iştirak etmişdir.. Neqri "Qırmızı briqadalar" adından hədələyici telefon zəngi etməkdə şübhəli bilinirdi,[16][17] lakin məhkəmə onun əlaqələrini qəti şəkildə sübut edə bilməmişdir.[18] Buna baxmayaraq, o, 1984-cü ildə təqsirli bilinərək 30 il müddətinə azadlıqdan məhrum edilmişdir. Neqri 1960–1970-ci illərdə siyasi fəalların zorakılığına görə "mənəvi məsuliyyət daşımaq" ittihamı ilə əlavə dörd il müddətinə azadlıqdan məhrum olunmuşdur.[19] Neqrinin solçu ekstremizmlə şərikliyi məsələsi mübahisəli mövzudur.[20] O, bir sıra ittihamlarla, o cümlədən "dövlətə qarşı birləşmə və üsyan" (sonradan bu ittiham ləğv olunmuşdur) ilə ittiham edilmiş və iki qətldə iştiraka görə məhkum olunmuşdur.

Neqri Fransaya qaçmış və orada Mitteran doktrinası ilə qorunmuşdur. O, burada Jak Derrida, Mişel FukoJil Delöz ilə birlikdə dərs demişdir. 1997-ci ildə həbs müddətini 30 ildən 13 ilə endirən məhkəmə sövdəsindən sonra[21] cəzasının sonunu çəkmək üçün İtaliyaya qayıtmışdır. Ən təsirli kitablarının bir çoxu Neqri həbsdə olarkən nəşr olunmuşdur.

Delöz kimi Neqrinin də Spinoza ilə məşğul olması müasir fəlsəfədə yaxşı məlumdur.[22][23] Altüsser və Delöz ilə birlikdə o, XX əsrin sonu və XXI əsrin əvvəllərində kontinental fəlsəfədə fransızlardan ilham almış neospinozizmin mərkəzi simalarından biri olmuşdur.[24][25][26][27]

Neqri 16 dekabr 2023-cü ildə 90 yaşında Parisdə vəfat etmişdir.[28]

  1. 1 2 Library of Congress Authorities (ing.). Library of Congress.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Toni Negri è morto, il leader di Autonomia Operaia è deceduto nella notte a Parigi. Il ministro Sangiuliano: “Fu cattivo maestro”. la Repubblica.
  4. 1 2 3 4 5 6 Fichier des personnes décédées mirror.
  5. 1 2 Babelio (fr.). 2007.
  6. Negri, Antonio: The Savage Anomaly: The Power of Spinoza's Metaphysics and Politics. Translated from the Italian by Michael Hardt. (Minneapolis: University of Minnesota Press, 1991). Originally published as L'anomalia selvaggia: Saggio su potere e potenza in Baruch Spinoza (Milano: Feltrinelli, 1981). Antonio Negri (1981): "This work [The Savage Anomaly] was written in prison. And it was also conceived, for the most part, in prison. Certainly, I have always known Spinoza well. Since I was in school, I have loved the Ethics (and here I would like to fondly remember my teacher of those years). I continued to work on it, never losing touch, but a full study required too much time. [...] Spinoza is the clear and luminous side of Modern philosophy. [...] With Spinoza, philosophy succeeds for the first time in negating itself as a science of mediation. In Spinoza there is the sense of a great anticipation of the future centuries; there is the intuition of such a radical truth of future philosophy that it not only keeps him from being flattened onto seventeenth-century thought but also, it often seems, denies any confrontation, any comparison. Really, none of his contemporaries understands him or refutes him. [...] Spinoza's materialist metaphysics is the potent anomaly of the century: not a vanquished or marginal anomaly but, rather, an anomaly of victorious materialism, of the ontology of a being that always moves forward and that by constituting itself poses the ideal possibility for revolutionizing the world."
  7. Toscano, Alberto. "The Politics of Spinozism: Composition and Communication (Paper presented at the Cultural Research Bureau of Iran, Tehran, January 4, 2005)" (PDF). January 2005. 14 March 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 June 2019.
  8. Ruddick, Susan (2010), 'The Politics of Affect: Spinoza in the Work of Negri and Deleuze,'. Theory, Culture & Society 27(4): 21–45
  9. Grattan, Sean (2011), 'The Indignant Multitude: Spinozist Marxism after Empire,'. Mediations 25(2): 7–8
  10. Duffy, Simon B. (2014), 'French and Italian Spinozism,'. In: Rosi Braidotti (ed.), After Poststructuralism: Transitions and Transformations. (London: Routledge, 2014), p. 148–168
  11. Negri, Antonio: L'anomalia selvaggia. Saggio su potere e potenza in Baruch Spinoza. (Milano: Feltrinelli, 1981)
  12. Negri, Antonio: Spinoza sovversivo. Variazioni (in)attuali. (Roma: Antonio Pellicani Editore, 1992)
  13. Negri, Antonio: Spinoza et nous [La philosophie en effet]. (Paris: Éditions Galilée, 2010)
  14. Negri, Antonio: Spinoza e noi. (Milano: Mimesis, 2012)
  15. Portelli, Alessandro. "Oral Testimony, the Law and the Making of History: the 'April 7' Murder Trial". History Workshop Journal. Oxford University Press. 20 (1). 1985: 5–35. doi:10.1093/hwj/20.1.5.
  16. "L' ULTIMA PAROLA SUL CASO '7 APRILE' LA CASSAZIONE CONFERMA LE CONDANN - la Repubblica.it". Archivio - la Repubblica.it. 2018-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-03.
  17. Portelli, Alessandro. Death of Luigi Trastulli and Other Stories, The: Form and Meaning in Oral History (ingilis). SUNY Press. 2010-03-30. ISBN 9781438416335. 2023-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-17.
  18. (#empty_citation)
  19. Oxford Reference. "Antonio Negri". 5 April 2017 tarixində arxivləşdirilib.
  20. Drake, Richard. "The Red and the Black: Terrorism in Contemporary Italy", International Political Science Review, Vol. 5, No. 3, Political Crises (1984), pp. 279–298. Quote: "The debate over Toni Negri's complicity in left-wing extremism has already resulted in the publication of several thick polemical volumes, as well as a huge number of op-ed pieces."
  21. Windschuttle, Keith. "Tutorials in Terrorism" [ölü keçid], The Australian, 16 March 2005. [ölü keçid]
  22. Negri, Antonio: Subversive Spinoza: (Un)Contemporary Variations. Translated from the Italian by Timothy S. Murphy et al. (Manchester: Manchester University Press, 2004). Originally published as Spinoza sovversivo: Variazioni (in)attuali (Roma: Antonio Pellicani Editore, 1992). Antonio Negri (1992): "Twenty-some years ago, when at the age of forty I returned to the study of the Ethics, which had been 'my book' during adolescence, the theoretical climate in which I found myself immersed had changed to such an extent that it was difficult to tell if the Spinoza standing before me then was the same one who had accompanied me in my earliest studies."
  23. Žižek, Slavoj: The Parallax View. (Cambridge, MA: MIT Press, 2006)
  24. Several notable figures of French (and Italian)-inspired post-structuralist Neo-Spinozism including Ferdinand Alquié, Louis Althusser, Étienne Balibar, Alain Billecoq, Francesco Cerrato, Paolo Cristofolini, Gilles Deleuze, Martial Gueroult, Chantal Jaquet, Frédéric Lordon, Pierre Macherey, Frédéric Manzini, Alexandre Matheron, Filippo Mignini, Pierre-François Moreau, Vittorio Morfino, Antonio Negri, Charles Ramond, Bernard Rousset, Pascal Sévérac, André Tosel, Lorenzo Vinciguerra, and Sylvain Zac.
  25. Vinciguerra, Lorenzo (2009), 'Spinoza in French Philosophy Today,'. Philosophy Today 53(4): 422–437. DOI:10.5840/philtoday200953410
  26. Peden, Knox: Reason without Limits: Spinozism as Anti-Phenomenology in Twentieth-Century French Thought. (PhD thesis, University of California, Berkeley, 2009)
  27. Peden, Knox: Spinoza Contra Phenomenology: French Rationalism from Cavaillès to Deleuze. (Stanford University Press, 2014) ISBN 9780804791342
  28. "Toni Negri è morto, il leader di Autonomia Operaia è deceduto nella notte a Parigi". La Repubblica. 16 December 2023. 17 December 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 December 2023.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]