Səid Nursi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Səid Nursi
kürd. Seîdê Nûrsî
Doğum tarixi 1877
Vəfat tarixi 23 mart 1960(1960-03-23)[1][2]
Vəfat yeri
Əsas maraqları təfsir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bedîuzzeman Seîd Nûrsî və ya Bedîuzzeman Seîdê Kurdî (azərb. Səid Nursi‎; 187723 mart 1960[1][2], Şanlıurfa) — İslam alimi və filosofu, Risale-i Nur Külliyatının müəllifi və Nur Camaatının ustadı.

Risalə-i Nurun İslami məsələlərə yanaşması seçici və ya tənqidi deyil, dəstəkləyici və meydan oxuyandır. O qədər ki, qərəzsizlik belə, onun fikrincə, şeytani bir hiylədir, küfrlə bərabərdir. Səid Nursinin Mucizat-ı Əhmədiyyə kimi risalələrində istifadə etdiyi bəzi rəvayətlər məsəl ənənəsinin əks olunmasından ibarətdir. Bu ənənənin özəlliyi ictimaiyyəti incidən aşkar faktlarda deyil, əksinə povestlərindən sonra tamaşaçıdan yığdıqları pulun miqdarını artıran, duyğularını sığallayan, şişirdən, bəzən ağlatdıran ətraflı dramatik hekayələr verir.[3]

Lətifələr əsasən peyğəmbərlik dəlilləri (Delail En Nubuwwa) kimi sahələrdə istehsal edilmişdir. Məsələn, Huneyn döyüşündə Məhəmmədin atdığı bir ovuc çınqıl bütün kafirlərin gözünə bir-bir daxil olur.[3]

"Bədiüzzaman", "Molla Səid", "Molla Səidi Məşhur", "Səidi Kürdi", "Səidi Nursi" ləqəbləriylə xatırlanmışdır. Zamanla "zamanın xariqəsi" mənasını verən Bədiüzzaman ləqəbi adıyla birlikdə deyilmişdir.

1915–1917-ci illərdə, Birinci Dünya müharibəsi dövründə Qafqaz cəbhəsində könüllü alay komandiri olmuş və burada ruslara əsir düşmüşdür. 1917-ci ildə Kostroma Əsir Düşərgəsindən qaçaraq İstanbula qayıtmış və o dövrün ali fitva qurumu sayılan Dar-ül Hikmət-ül İslamiyədə işləməyə başlamışdır.

1925-ci ildə Şeyx Səid üsyanı baş verdi. Üsyan yatırıldıqdan sonra Şeyx Səid və üsyanın digər rəhbərləri həbs olunaraq, məhkəmə qərarı ilə edam edildilər. Səid Nursi isə üsyanla əlaqəli olduğu iddia edilərək Burdura sürgün edildi.[4] 1960-cı ildə ölümünədək Kastamonu, Emirdağ, Barla və İspartada sürgündə yaşamış, 2 dəfə həbs olunmuş, ümumilikdə 20 ay həbsdə qalmışdır.

1960-cı il 23 martda Şanlıurfada vəfat etmiş, Urfa Xəlil-ül Rəhman Dərgahında dəfn edilmişdir. 1960-cı il 27 may hərbi çevrilişindən sonra qurulan yeni Türkiyə hökumətinin qərarı ilə iyulun 12-də qəbri naməlum bir yerə köçürülmüşdür.[5][6]

Kitabları Eski Said dediyi dövr kitabları (Asarı Bədiyyə) Və Yeni Said dediyi dövr kitabları (Risalei Nur) olaraq iki yerə bölünür.

  • "Reçetetül Ulemâ" Ərəbcə
  • "Reçetül Avâm" Ərəbcə
  • "Ta‘lîkāt" Ərəbcə məntiqə ait əsər
  • "Rumûzât" Ərəbcə məntiqə ait əsər
  • "Nutuk" Dersaâdet, İkbâl-i Millet Matbaası, 1324 (dışkapak), 1326 (içkapak). (1909)
  • "İki Mekteb-i Musîbetin Şehâdetnâmesi" İstanbul, İkbâl-i Millet Matbaası (1909)
  • "El-Hutbetü’ş-Şâmiyye" Ərəbcə 1911 (Nəşr 1911 , 1912 , 1920)
  • "Muhâkemat-ı Bedîüzzamân" Kostantıniyye, Matbaa-i Ebuzziyâ, 1327 (1911–1912).
  • "Münâzarât" Kostantıniyye, Matbaa-i Ebuzziyâ, 1329 (1911). 163 sayfa.
  • "Devâü’l-Ye’s Zeylinin Zeyli" Kostantıniyye, Matbaa-i Ebuzziyâ, 1330 (1912)

Dârü’l-Hikmeti’l-İslâmiyyə’də ikən tab‘ və nəşretdiği âsâr (Esərlər)

  • "İşârâtü’l-İ’câz fî Mezânni’l-Îcâz", Evkāf-ı İslâmiyye Matbaası, 1334 (1918).
  • "Nuktatün min-Nûr-i Ma‘rifetillâh", Evkāf-ı İslâmiyye Matbaası,1337. (1919)
  • "Hutuvât-ı Sitte" 1920
  • "Sünûhât", Evkāf-ı İslâmiyye Matbaası, 1336/1338 (1 Oc. 1920–14 Eyl. 1920).
  • "Şuâât-ı Ma‘rifeti’n-Nebî", Evkāf-ı İslâmiyye Matbaası,1339 (15 Ey.1920–3 Ey. 1921).
  • "Tulûât", Evkāf Matbaası, 1339 (15 Ey. 1920–3 Ey. 1921).
  • "Kızıl Îcâz", Evkāf Matbaası, 1339 (15 Ey. 1920–3 Ey. 1921).
  • "Rumûz", Evkāf-ı İslâmiyye Matbaası, 1339 (15 Ey.1920–3 Ey. 1921)
  • "İşârât", Evkāf-ı İslâmiyye Matbaası, 1339 (15 Ey.1920–3 Ey. 1921).
  • "Hakīkat Çekirdekleri (Birinci cüz)" Evkāf-ı İslâmiyye Matbaası, 1336 (1920) Məktubat kitabının sonununa 1955-ci ilə əlavə olunub.
  • Hakīkat Çekirdekleri (İkinci cüz) . Evkāf-ı İslâmiyye Matbaası, 1337–1339 (1 Oc. 1921–3 Eyl. 1921)
  • "Lemeât" Evkāf-ı İslâmiyye Matbaası, 1337–1339 (1921) (Kitabin orijinali 49 səhifə) Sözler kitabinin sonuna 50 səhifə nəşr edilmiş. 32 səhifə Asari Bediyyede nəşr olunmuşdur

Yeni Said dövrü kitabları bunlardır (Risalei Nur külliyatı)

  • Məsnəvi Nuriyə 1922–1924
    • Katre: Bedîüzzaman İstanbul, Necm-i İstikbâl matbaası, 1338/1340 (1 Oc. 1922 – 23 Ağ. 1922).
      • Zeylü’l-Katre: Bedîüzzaman Şehzâdebaşı, Evkāf-ı İslâmiyye Matbaası, 1338/1340 (1 Oc. 1922 – 23 Ağ. 1922)
        • Zerre: Saîde'n-Nursî Şehzâdebaşı, Evkāf Matbaası, 1338/1340 (1 Oc. 1922 – 23 Ağ. 1922).
          • Şemme: Saîde'n-Nursî Şehzâdebaşı, Evkāf Matbaası, 1338/1340 (1 Oc. 1922 – 23 Ağ. 1922).
            • Habbe: Saîde'n-Nursî Evkāf Matbaası 1338 (1922).
              • Zeylü’l-Habbe: Saîde'n-Nursî Evkāf Matbaası, 1338 (1922)
                • Zeylü’z-Zeyl: Saîde'n-Nursî Ankara, Yenigün Matbaası, 1338/1341 [Ankara'ya gelişi (7 Kasım 1922) – 31 Ar. 1922].
                  • Hubâb: Saîde'n-Nursî Ankara, Ali Şükrü Matbaası, 1339/1341 {1 Oc. 1923 – Ank.’dan ayrılışı (17/21[30]) Nîsan [1 Mayıs] 1923)}
                    • Zeylü’l-Hubâb: Saîde'n-Nursî İstanbul, Necm-i İstikbâl Matbaası, 1341 [H] (24 Ağ. 1922–13 Ağ.1923)
                      • Zühre: Saîde'n-Nursî İstanbul, Necm-i İstikbâl Matbaası, 1341 [H] (24 Ağ. 1922–13 Ağ.1923)
                        • Zührenin Zeyli: Saîd
                          • Şu‘le: Saîde'n-Nursî İstanbul, Necm-i İstikbâl Matbaası, 1342[H] (14 Ağ. 1923 – 31 Tem 1924).[7]
                            • Şu‘lenin zeyli
  • Lamalar
  • Reşhalar
  • Lasiyemalar
  • Kur'an Yıldızlarının Envarından bir Nûr ve Ehl-i Tuğyan ile Ehl-i İman Arasını Ölçen Bir Mizan
  • Onuncu Risale
  • Nurun İlk Kapısı 1925 (Burdur)
  • Sözlər (1926–1930)
  • Mektubat (1929–1934)
  • Barla Lahikası (1926–1935)
  • Lem'alar (1932–1936)
  • Şualar (1936–1949)
  • Kastamonu Lahikası (1936–1943)
  • Emirdağ Lahikası-I (1944–1947)
  • Emirdağ Lahikası-II (1949–1960)

Kitablardan yiğılaraq nəşr olunan əsərləri

  • Gençlik Rehberi Mecmuası 1938 1946
  • Sıkke-i Tasdîk-i Gaybî Mecmuası
  • Hanımlar Rehberi Mecmuası
  • Tılsımlar Mecmuası
  • Zülfikâr Mecmuası
  • Sirâcü’n-Nur Mecmuası
  • Âyetü'l-Kübra risalesi 1947
  • Asâ-yı Musa Mecmuası 1948
  • İman və Küfür muvazənələri
  • Beş Risale Mecmuası
  • Nur Aleminin Bir Anahtarı (1953)
  1. 1 2 Bibliothèque nationale de France Said Nursî Bediư̈z-zaman // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Saʿīd al-Nūrsī // AlKindi.
  3. 1 2 "Arxivlənmiş surət". 2022-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-13.
  4. "İşte hür adamın gerçek öyküsü". 2014-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-22.
  5. "Lahika". 2013-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-22.
  6. "Nursi'nin ilk mezarını böyle parçaladılar". 2018-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-22.
  7. "Arxivlənmiş surət". 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-11.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]