Bolşevizm

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Bolşevizm və ya bolşevikçilik — "əksəriyyətdən yana" mənasını verən rusca siyasi termini ifadə edən siyasi ideologiya.

1903-cü ildə təşkil edilən Rusiya Sosial Demokrat Fəhlə Partiyasının İkinci Konqresində Vladimir LeninYuli Martov arasında yeni qurulmaqda olan partiyanın üzvlük tərifi üzərində başlayan fikir ayrılığı nəticəsində fraksiyalara bölünmədən sonra tərəflərdən Lenin tərəfdarı qrup. Qurultayda Lenin tərəfdarları çox olduğu üçün rusca əksəriyyət mənasını verən "Bolşevik" olaraq, azlıqdakı Martov tərəfdarları isə "Menşevik" olaraq adlandırıldı. Qurultaydan sonra iki fraksya arasında birləşmə cəhdləri olsa da birləşmə reallaşmadı və 1912-ci ildə qəti ayrı-seçkilik yaşandı. Bolşeviklər Oktyabr inqilabı ilə iqtidarı ələ aldılar və SSRİ-ni təsis etdilər.

Bolşeviklər, kütləvi fəhlə inqilabında çar rejimini devirəcək mərkəzləşmiş və intizamlı bir partiya təşkil etməyə çalışdılar. Bolşeviklər, rus fəhlələrini üsyana apara biləcək kütləvi və sinfi öncüllü mübariz fəhlələr partiyası yaratmağa çalışdılar. Bolşevik partiyası lider partiya olmasa da, demokratik mərkəzçilik çərçivəsində mərkəzi komitədə təcəssüm olunan partiya rəhbərliyi ilə sıx əlaqədə idi.

Menşeviklər tərəfindən tətbiq olunan partiya üzvlüyü daha çevik idi və digər siyasi partiyalarla daha asan əməkdaşlıq edirdilər. Bolşeviklər isə liberal partiyalarla əməkdaşlıq etmir, əksinə digər sosialist partiyalarla müəyyən ittifaqlara girdi.

Bununla birlikdə, Lenin Beynəlxalq Qadınlar Şurasındakı çıxışında Bolşevizmi "burjua demokratiyasının yalançılığını və riyakarlığını üzə çıxaran və torpaq, fabrik və obyektlərin xüsusi mülkiyyətini ləğv etmək üçün bütün dövlət gücünü məzlum və istismarçı kütlələrin əlinə toplayan bir ideologiya" olaraq təyin etdi.