Burres Frederik Skinner

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Burres Frederik Skinner
ing. Burrhus Frederic Skinner
Doğum tarixi 20 mart 1904(1904-03-20)[1][2][…]
Vəfat tarixi 18 avqust 1990(1990-08-18)[1][2][…] (86 yaşında)
Vəfat yeri
Vəfat səbəbi leykoz
Təhsili
Fəaliyyəti psixoloq, filosof, ixtiraçı, avtobioqraf[d], universitet müəllimi[d], yazıçı
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Burres Frederik Skinner (20 mart 1904[1][2][…]18 avqust 1990[1][2][…], Kembric, Massaçusets) — XX əsr Amerika psixologiya elminin görkəmli nümayəndəsi, Biheviorizmin tanınmış nümayəndələrindən biri olan amerikalı psixoloq.

Frederik Skinner Pensilvaniya ştatında Qreys və Uilyam Skinnerin ailəsində anadan olub. Atası hüquqşünas idi. O, yazıçı olmaq niyyəti ilə Nyu Yorkdakı Hamilton Kollecində İngilis ədəbiyyatı ixtisası üzrə təhsil almışdır. İntelektual xüsusiyyətlərinin yüksək olmasına görə Hamilton kollecində özünü sosial cəhətdən zəif hiss edirdi. Buna görə də yazıçılıq onu qane etmədiyindən elmlə məşğul olmağa başlayır. 1926-cı ildə İngilis ədəbiyyatı üzrə bakalavr dərəcəsi aldıqdan sonra, 1927-ci ildə o, biheviorizmlə tanış olur və Harvard Universitetinə daxil olur. Skinner Harvard Universitetini bitirir və 1931-ci ildə doktorluq dissertasiyası müdafiə edir. Sonrakı beş ili o, Harvard Tibb Məktəbində işləyir və heyvanların sinir sisteminin tədqiqi ilə məşğul olur. 1936-cı ildə Yvonne (Eve) Blue ilə evlənmiş və bu evlilikdən Julia Vargas və Deborah Buzan adlı 2 qızı dünyaya gəlmişdir. Skinner 1990-cı il avqustun 18-də Massaçusets ştatının Kembric şəhərində leykemiyadan vəfat edmişdir.

O, biheviorizmin yaradıcısı Uotsonun və İ. P. Pavlovun şərti reflekslərin öyrənilməsi ilə bağlı elmi işlərinə maraq göstərir. Bir neçə il Minnesot və İndiana Universitetlərində çalışan Skinner Harvard Universitetinin professoru olur və ömrünün sonunadək bu vəzifədə çalışır. O, eyni zamanda, Milli Elmlər Akademiyasının üzvü seçilir. Elmi fəaliyyəti Skinnerə dünya şöhrəti qazandırır. Lakin yazıçılığa olan həvəsi də keçib getmir. O, yazıçılıqla elmi fəaliyyəti birləşdirir və nəticədə 1949-cu ildə "Uolden-2" romanı nəşr olunur. Romanda onun özünün hazırladığı təlim prinsiplərinə əsaslanan utopik cəmiyyətdən söhbət gedir.

Klassik biheviorizmi yeniləşdirməyə çalışan Skinner ilk növbədə insan davranışına bütöv, sistemli şəkildə yanaşmağı vacib sayırdı. Skinner davranışın mahiyyəti və onun idarə olunması yollarını öyrənməyə çalışırdı. Bu mənada o, Uotson və Torndaykın psixi inkişafın sosiogenetik təbiəti ilə bağlı ideyalarını tamamilə qəbul edirdi. Yəni Skinner də onlar kimi hesab edirdi ki, inkişaf öyrənmədir və xarici stimullarla şərtlənir. Lakin bununla yanaşı, Skinner məqsədyönlü təlim və davranışın idarə olunması metodlarını hazırlayır. Elə buna görə də Skinneri davranışın korreksiyası və müxtəlif təlim proqramları hazırlayan ən görkəmli psixoloq hesab edirlər.[5]

Operativ davranış

[redaktə | mənbəni redaktə et]

Davranışın xüsusi növünü – operativ davranışı müəyyənləşdirmişdir. Skinner hesab edirdi ki, insan psixikası müxtəlif növ və müxtəlif çətinlik dərəcəsi olan reflekslərdən ibarətdir. O, reflekslərin formalaşması ilə bağlı öz ideyalarını Pavlovun nəzəriyyəsi ilə müqayisə edərək göstərir ki, bu nəzəriyyələr arasında böyük fərq var. Skinner Pavlovun şərti reflekslərlə bağlı nəzəriyyəsini stimullaşdırılmış davranış adlandırır və hesab edir ki, bu şərti reflekslər müxtəlif stimullar arasındakı əlaqə və assosiasiyalardan ibarətdir. Subyektin şəxsi fəallığından asılı deyil. Operant təlim zamanı isə bunun əksinə olaraq stimul yox, davranış möhkəmlənir. O fakt əhəmiyyət kəsb edir ki, bu zaman mürəkkəb reaksiyalar bir sıra sadə reaksiyalara ayrılır və onlar bir-birlərinin davamı olmaqla müəyyən məqsədə xidmət edir Operant təlim zamanı mənimsəmə tez və asan olur. Bu onunla əlaqədardır ki, eksperimentator yalnız son nəticəni deyil, həm də icra prosesini izləyə bilir. Faktiki olaraq ekteriorizasiya (xarici plana keçid) baş verir. Xüsusilə vacib olan odur ki, belə yanaşma təlim zamanı yalnız müəyyən vərdişlər deyil, həm də bilik qazanmağa imkan verir.[6] Skinnerin hazırladığı proqramlı təlim metodu təlim prosesini optimallaşdırmağa imkan verir. Ondan istifadə etməklə nəinki təlimdə geridə qalan uşaqların, eləcə də psixi inkişafı ləngiyən uşaqların da təlimini səmərəli qurmaq mümkündür. Skinnerin hazırladığı təlim proqramının müəyyən nöqsanları da var idi. Belə ki, təlimin başlanğıcında müsbət rol oynayan eksteriorizasiya sonralar əqli fəaliyyətin inkişafına mənfi təsir göstərir.

  • The Behavior of Organisms (The Behavior of Organisms: An Experimental Analysis, 1938)
  • Walden Two, 1948.
  • Science and Human Behavior 1953. BFSkinner.org
  • Schedules of Reinforcement, with Charles Ferster, 1957.
  • Verbal Behavior 1957.
  • The Technology of Teaching 1968. New York: Appleton-Century-Crofts Library of Congress Card Number 68–12340 E 81290
  • Contingencies of Reinforcement: A Theoretical Analysis, 1969.
  • Beyond Freedom and Dignity, 1971.
  • About Behaviorism 1974.
  • Particulars of My Life: Part One of an Autobiography, 1976
  • Reflections on Behaviorism and Society, 1978.
  • The Shaping of a Behaviorist: Part Two of an Autobiography, 1979. .
  • Notebooks, edited by Robert Epstein, 1980.
  • Skinner for the Classroom, edited by R. Epstein, 1982.
  • Enjoy Old Age: A Program of Self-Management, with M. E. Vaughan, 1983.
  • A Matter of Consequences: Part Three of an Autobiography, 1983.
  • Upon Further Reflection, 1987.
  • Recent Issues in the Analysis of Behavior, 1989
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 B.F. Skinner // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Guggenheim Fellows database (ing.).
  4. 1 2 NNDB (ing.). 2002.
  5. "DAVRANIŞ OLUMLU VE OLUMSUZ PEKİŞTİRME İLE ŞEKİLLENİR". 2023-05-05 tarixində arxivləşdirilib.
  6. "B.F. Skinner: Davranışçılıq nəzəriyyəsi və işləyən kondisioner". 2023-07-04 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]