Demokratiya
Dövlət idarəetmə formaları |
---|
|
Siyasət |
---|
Siyasət Portalı |
Demokratiya (yun. demos — xalq və yun. kratos — hakimiyyət), Elərkillik cəmiyyətin siyasi təşkili forması; xalqın hakimiyyət mənbəyi kimi tanınmasına, dövlət işlərinin həllində iştirak etmək hüququ olmasına və vətəndaşlara geniş hüquq və azadlıqlar verilməsinə əsaslanır. Demokratiya azadlıqlar arasında vətəndaşların nümayəndəli dövlət orqanlarına seçmə və seçilməyi, söz, mətbuat, yığıncaq, mitinq və nümayişlər azadlıqları, vətəndaşların hüquq bərabərliyi, şəxsiyyət və mənzil toxunulmazlığıdır.
İqtidar sayı |
Legitim | İllegitim |
Tək başına | Monarxiya | Tiraniya |
Qrupun iqtidarı | Aristokratiya | Oliqarxiya |
Çoxluğun iqtidarı | Politiya | Demokratiya |
Demokratiya — insan şəxsiyyətinə hörmətdir
[redaktə | mənbəni redaktə et]Demokratiyanın əsasını şəxsiyyətin azadlıq hüququ, insanın şəxsiyyətinə hörmət təşkil edir. Ümumdünya insan haqqları Bəyannaməsinin müqəddiməsində oxuyuruq: "… bəşəriyyət dediyimiz bir ailənin bütün üzvlərinin ləyaqətinə, onların bərabər və ayrılmaz hüquqlarına hörmət etmək azadlığın, ədalətin və ümumi sülhün əsasını təşkil edir".
Demokratiya dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, ictimai vəziyyətindən, mülki vəziyyətindən və silkindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyini nəzərdə tutur. Lakin bərabərlik sözünü geniş mənada başa düşmək lazımdır: bu, həm imkanların bərabərliyidir, həm qanun qarşısında bərabərlikdir, həm də nümayəndəlik bərabərliyidir.
Demokratiyadan danışarkən biz, hər şeydən əvvəl, insanın müəyyən (ayrı-ayrı ölkələrdə müxtəlif) mexanizmlərin vasitəsilə dövlətin idarə edilməsində iştirakını, bu və ya digər kollektivin bərabər hüquqlu üzvü olmasını, öz mövqeyini ifadə etmək və eşidilə bilmək imkanını nəzərdə tuturuq.
Bu o deməkdir ki, demokratiyanı seçərkən biz bütün vətəndaşların bərabərliyinə inam hissindən çıxış edirik. Bir tərəfdən bu inam insanın azad olması fikrinə əsaslanır, digər tərəfdən isə, yaddan çıxarmaq olmaz ki, bir nəfərin azadlığı başqalarının da azad olmasına mane olmamalıdır. Bu fikri sübut etmək üçün Karl Popper belə bir misal gətirir Məhkəmədə qonşusunu döymüş bir xuliqanın işinə baxılır. Xuliqan deyir: "Mən azad vətəndaşam və öz yumruğumu istənilən istiqamətdə hərəkət etdirə bilərəm". Hakim bu sözlərə müdrik bir cavab verir: "Sizin yumruğunuzun sərbəst hərəkəti qonşunuzun burnunun vəziyyəti ilə məhdudlaşır." Başqa sözlə desək, siz öz hərəkətlərinizdə yalnız o dərəcədə azadsınız ki, bu hərəkətlər başqasına mane olmur. Axı onun da sizin kimi hüquqları var.[1]
Özünə rəhbər seçməkdə bərabər iştirak da elə bununla izah edilir. Demokratiyada hər kəs bir səsə malikdir, və bu səs hamıda bərabərdir. Əlbəttə, həyatda bu bərabərlik idealının öz çatışmazlıqları var. Ciddi tədqiqatlar aparmağa ehtiyac yoxdur. Elə onsuz da məlumdur ki, çox yüksək inkişaf etmiş demokratiyaya malik dövlətlərdə belə heç də bütün vətəndaşların öz azadlıqlarından istifadə etmək hüquqları bərabər deyil. Məsələn, ABŞ-nin indiki prezidenti Bill Klinton çalışır ki, mövcud qaydaları dəyişsin. Onun fikrinə görə seçkilərdə iştirak edən hər bir vətəndaşın savadlılığı müəyyən testlər vasitəsilə yoxlanılmalıdır.
Demokratik idarəetmənin şərtləri
[redaktə | mənbəni redaktə et]Ümumi hüquqda (public law) hüquqi dövlət prinsipi idarə olunanların azadlıqlarının təminatı vasitəsi kimi qəbul edilir. Bu məqsəd üçün demokratik idarəetmə də hüquqi dövlətin reallaşması şərtidir. Siyasət və ümumi hüquq tarixi göstərir ki, idarə olunanların dövlət idarəsində iştirak etmədikləri şəraitdə liberal rejimin qurulması mümkün olmayıb. Xalqın birbaşa və ya dolayı qərar vermə prose-sinə qatılması, yəni iqtidarın demokratikləşməsi, azadlığın reallaşması üçün "sine qua non" mahiyyətini alıb.
"Demokratiya" anlayışının nəyi ifadə etdiyini müəyyən etmək lazımdır. Demokratiyanın qəti və dəqiq tərifi verilməyib. Bir tərifə görə müasir siyasi demokratiya idarə olunanların (vətəndaşların) elə bir idarəetmə formasıdır ki, burada vətəndaşların seçilmiş nümayəndələri, rəqabət və işbirliyi yolu ilə dolayı olaraq ictimai sahədə iştirak edirlər. Demokratiyanın tərifi mövzusunda bir çox rəy və fikir irəli sürülüb. Bunlar demokratiya barədə əsas fikir və düşün-cələrin təhrif olunmasına səbəb olan fikir axımları olub. Tərifi və ya üsulun-dan asılı olmayaraq, demokratiyanın məqsədi təkdir, o da azadlığın təmin olunmasıdır. Bunun əksini iddia etmək çətindir. Sartorinin də ifadə etdiyi kimi, demokratiya termininin təkcə açıqlayıcı deyil, normativ və inandırıcı funksiyası da var.[2]
Demokratiyanı reallaşdırma vasitələri dəyişdikcə və inkişaf etdikcə demokratiyanın tərifi də dəyişəcək. Bu idarə formasının birbaşa xalq tərəfindən olmasa da, "xalq üçün" olması şərtdir. Adi hallarda bəlkə xalq iqtidara qatıl-mır, qərar vermə prosesinə təsir göstərmir, lakin bu yola əl atmaq istədiyi vaxt əli qolu bağlıdırsa, demokratiyadan danışmaq yersizdir. Bunu reallaşdıracaq olan rejimlər həm qanunlarla, həm adətlərlə, həm də nəzarət mexanizmi ilə azadlıqlara təminat verməlidir. Digər tərəfdən, təmin edilməli olan azadlıq çox-luğun deyil, maksimum sayda şəxsin azadlığıdır. Yəni siyasi cəmiyyətin bütün təbəqələrinin könüllü şəkildə uzlaşdırılmasıdır. Avropa İnsan Hüquqları Məh-kəməsi azlıqların hüquqlarını qoruduğu kimi, ölkənin çoxluq təşkil edən əhali-sinin bu azlıqlara, onların narahatedici istəklərinə dözməli olduğunu göstərib və bunu da (dözümlülük və tolerantlıq) demokratiyanın ayrılmaz xüsusiyyəti sayıb.[3] Avropa Məhkəməsi azlıqlar olaraq əsasən irqi, siyasi və dini azlıqları nəzərdə tutur, lakin bunlarla da məhdudlaşdırmır.
Demokratik adətlərə gəldikdə isə, onların olmadığı cəmiyyətdə qanunların təkbaşına təsirli olmayacağını qeyd etməliyik. Bu adətlərin necə bərqərar ola-cağı isə cəmiyyətin böyük və ya təsirli qisminin demokratiyaya olan inancına bağlıdır. Nəzarət mexanizmi də, sadəcə, idarəçi şəxslər üzərində deyil, idarə edən çoxluğun nəzarətini də əhatə etməlidir. Burada, sadəcə, inzibati hüquqi aktların qanunlara uyğunluğu deyil, eyni zamanda "çoxluğun" çıxardığı qanun-lar üzərində konstitusional nəzarət də önəmlidir.[4]
Demokratiya nəzəriyyəsi
[redaktə | mənbəni redaktə et]Demokratik dövlətlərlə əlaqədar iki dəyişik demokratiya nəzəriyyəsi vardır:
- Normativ demokratiya nəzəriyyəsi
- Empirik demokratiya nəzəriyyəsi
Normativ demokratiya nəzəriyyəsi
[redaktə | mənbəni redaktə et]Normativ demokratiya nəzəriyyəsinə görə demokratiyanın tam mənasıyla təmin edilə bilməsi üçün alınan qərarların xalqın hamısını məmnun etməsi lazımdır. Həmçinin xalq hakimiyyəti mənasında işlədilən demokratiya normativ yanaşmadır. Burada əsasən azadlıq, bərabərlik, insan ləyaqətinə hörmət və həmrəylik kimi dəyərlər ön planda götürülür. Normativ yanaşmanın müsbət və mənfi cəhətləri var. Onun müsbət tərəfi götürdüyü əsas dəyərlərdirsə, mənfi tərəfireallıqdanuzaqlaşıb demokratiyanı ideallaşmaqdır. Ancaq gerçək həyatda bu vəziyyət qeyri-mümkündür. Çünki hər fərdin gözləmələri, istəkləri, ehtiyacları fərqlidir. Hər kəsi eyni anda məmnun etmək mümkün deyildir. Bu səbəbdən bu nəzəriyyə ideal və utopik bir nəzəriyyədir və hal-hazırda heç bir dövlətdə tətbiq olunmur.
Empirik demokratiya nəzəriyyəsi
[redaktə | mənbəni redaktə et]Bu nəzəriyyəyə görə demokratiya, xalqın hamısını deyil ola bildiyincə böyük qisimini məmnun etməyə çalışır. Məqsədi hər kəsi deyil mümkün qədər çox adamı məmnun etməkdir. Bu səbəbdən gerçək həyatda tətbiq olunması ən mümkün nəzəriyyədir. Robert Dahl, bu nəzəriyyəyə görə dizayn edilmiş olan demokratiyalarda ‘politiya’ deyər. Robert Dahl'ın irəli sürdüyü fikrə görə, dövlətdə minimum standartlarla demokratiya ən az bu səkkiz təminatın olması ilə mümkündür: Empirik demokratiya nəzəriyyəsinə görə demokratiya, xalqın hamısını deyil ola bildiyincə böyük qisimini məmnun etməyə çalışır. Məqsədi hər kəsi deyil mümkün qədər çox adamı məmnun etməkdir. Bu səbəbdən gerçək həyatda tətbiq olunması ən mümkün nəzəriyyədir. Həmçinin idealla reallıq arasında demokratiya anlayışını araşdırmaq emprik yanaşmadır. Emprik yanaşma reallığı əsas götürərək, demokratiyanı çoxluğun etibarilə seçilmiş rəhbərlərin idarəetmə forması kimi izah etməyə çalışır. Politoloqlar belə idarəetmə formasını poliarxiya adlandırırlar. Emprik yanaşmaya meyl əsasən 50–60-cı illərə təsadüf edir. Bu yanaşma demokratiyanın izah edilməsində 5 əsas əlamətə nəzər yetirir.
- Demokratiya abstrak deyil, real olmalıdır.
- Demokratiya sistemi qeyri-demokratik sistemdən fərqləndirmək vacibdir.
- Demokratiyanın həyata keçməsi üçün mümkün, şərait yaradılmalıdır.
- Demokratiya proqnoz xarakteri daşımalıdır.
- Demokratiyanın yaranması üçün hüquqi qanunlar-qaydalar qəbul edilməlidir.
Robert Dahl, bu nəzəriyyəyə görə dizayn edilmiş olan demokratiyalarda ‘politiya’ deyər. Robert Dahlın irəli sürdüyü fikrə görə, dövlətdə minimum standartlarla demokratiya ən az bu səkkiz təminatın olması ilə mümkündür:
- Təşkilat qurma və onlarda iştirak etmə azadlığı ve birdən çox siyasi partiya qurulmasına icazə verilir.;
- İfadə azadlığı;
- Səsvermə hüququ (heç bir seçici səs istifadə etməmək mövzusunda məcbur edilə bilməz);
- Rəsmi vəzifələrə (Prezident, baş nazir, nazirlər) təyin olunma/ seçilmək hüququ;
- Siyasi liderlərin seçici səsini qazanmaq üçün yarışa bilmə imkanı;
- Müxtəlif informasiya mənbələrinin olması;
- Azad və ədalətli seçkilər;
- Hökumətin öz siyasətini seçici səsləri və ictimai rəyə əsaslanaraq həyata keçirməsi üçün lazımi qurumlarının olması.[5]
Bununla belə, hüquqi dövlət institutu demokratik rejimlərə də məhdudiy-yətlər gətirir. Çoxluğa dayanan iqtidarın məhdudlaşdırılmasının əhəmiyyəti, — cəmiyyət üzvlərinin əsas azadlıqlarına təminat vermək, çoxluğun hegemonluğu-nun qarşısını almaq və azlıqda olanların qorunmasıdır. Bu, eyni zamanda consensus demokratiyasının tələbidir. Müasir demokratik idarəetmə forma-larında, hüquqi dövlət prinsipi onu tələb edir ki, idarə olunanların istəkləri nəzərə alınsın; bu zərurət də qərarvermə prosesinə məhdudlaşdırma gətirməlidir. Bu məhdudlaşdırma da, azlıqların hüquq və mənafelerinin qorun-masında, əsas hüquqlara və qazanılmış (əldə olunmuş, verilmiş) hüquqlara hörmətlə yanaşmaqdan ibarətdir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Demokratiya nədir?". 2017-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-23.
- ↑ Giovanni Sartori, Demokrasi Teoriyasina Dönüş, İstanbul 1996, s.9
- ↑ ECHR, Application No: 23885/94, ÖZDEP v. TURKEY, 8 December 1999.
- ↑ Fərhad Mehdiyev, İnzibati Hüquq, Adiloğlu nəşriyyatı, Bakı 2010, s.73
- ↑ Sørenson, Georg, Democracy and Democratization, Westview Press, Colorado 1993, s.12
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Forum Azatly Eurazia Arxivləşdirilib 2008-04-12 at the Wayback Machine
- Demokratiya evi Arxivləşdirilib 2008-07-25 at the Wayback Machine
Hüquq haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |