Ogüst Kont
Ogüst Kont | |
---|---|
fr. Isidore Marie Auguste François Xavier Comte | |
Doğum adı | Isidore Marie Auguste François Xavier Comte. |
Doğum tarixi | 19 yanvar 1798[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 5 sentyabr 1857[1][2][…] (59 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | mədə xərçəngi |
Dəfn yeri | |
Həyat yoldaşı | |
Elm sahələri | fəlsəfə, sosiologiya |
Təhsili |
|
Vikianbarda əlaqəli mediafayllar |
Ogüst Kont (fr. Auguste Comte; 19 yanvar 1798[1][2][…], Monpelye, Birinci Fransa Respublikası[4] – 5 sentyabr 1857[1][2][…], Paris, İkinci Fransa İmperiyası[4]) — Fransa filosofu və sosioloqu, pozitivizmin banisi. Sosiologiyanın bir elm kimi formalaşmasında, onun Tarix və Fəlsəfədən ayrıca fəaliyyət göstərməsi üçün böyük işlər görmüşdür. Sen-Simonun katibi və əməkdaşı olmuşdur.
Təbiətin dərk edilməsi tarixi Kont tərəfindən üç mərhləyə bölünmüşdür:
Həyatı
[redaktə | mənbəni redaktə et]Vergi məmuru olan atası və anası, royalist və qatı Katolik idi. O dövrdə Fransada yayılan Respublikaçılığa və şübhəçi görüşlərə əleyhdar idilər. Balaca Komt bu qarşıdurmalı mühitində öz mövqeyini təyin etdi: Katolik Kilsəsinə və kralçılığa qarşı çıxdı. Fiziki baxımdan sağlam deyildi. Çəlimsiz bədəni, miyopluğu, mədə xəstəliyi həyatı boyunca ona problem oldu.1821-ci ildə haqqında şayiələr gəzən bir xanımla ailə həyatı qurdu. Doğulduğu yerdə köhnə dostları tərəfindən yaxşı qarşılanmadığı üçün Parisə qayıtdı. Xüsusi bir qrupa dərs vermə cəhdi psixoloji problemlərinə görə yarımçıq qaldı. 1827-ci ildə "Senna" çayına atlayaraq intihara cəht etdi. Psixoloji yardım gördükdən sonra 1827-ci ildə tam sağlamlığına qovuşdu. 1857-ci ilin may ayında dostunun cənazə mərasimində xəstələnir. Mədə xərçənginə tutulan Comte 1857-ci ildə sentyabr ayının 5-i Parisdə vəfat edir. Öz istəyi ilə məzar daşına bunlar yazılır: "Qanun olaraq eşq, təməl olaraq nizam, məqsəd olaraq isə irəliləməkdir."
Təhsili
[redaktə | mənbəni redaktə et]Ata və anasının tutduğu yaşlı bir müəllimdən Latın dilini öyrəndikdən sonra 9 yaşında orta məktəbə başladı. İnternat həyatı ona ağır gəldi. Ancaq zehni inkişafı yaşının irəlisində olduğundan dərslərində çox müvəffəqiyyətli oldu. 14 yaşında Katolik kilsəsindən ayrıldı.15 yaşında Paris Politexnik Məktəbi imtahanına girdi və çox müvəffəqiyyətli olmasına baxmayaraq yaşının kiçikliyi səbəbi ilə məktəbə qəbul edilmədi. 1814-cü ilin oktyabr ayında Paris Politexnik məktəbinə girdi. Məktəbin zamana bağlı möhkəm intizamı baş əyməz rəftarı Komta görə deyildi. Bu səbəblə 2 il bu məktəbdə qaldı. Napolyon Elbe adasına qaçanda, ondan nifrət etdiyi halda, Parisin xarici işğalından qurtarılması məqsədiylə döyüşə gedən şagirdlərə qatıldı. Gecələri məktəbdən qaçıb, Paris küçələrində gəzməsi, məktəb rəhbərliyinə qarşı bəzi davranışları səbəbiylə, polis qarovulunda Montpollierə göndərildi. Məktəbi də Respublikaçı meyilliləri səbəbiylə, rəhbərlik tərəfindən bağlanıldı.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Kont sanki cəmiyyətin güzgüsü olan Parisdən uzaq qala bilmirdi. 18 yaşında Parisə qayıtdı. Bu dövründə xüsusilə Fəlsəfə və Tarix kitabları oxudu. XVIII əsrdə Fransız mütəfəkkirlərindən Montesqye Kondorse Turgotun fikirlərindən təsirləndi. Təsirləndiyi mütəfəkkirlər arasında Hyum və Kant da var idi. İçində yaşadığı ictimai şərtlər və adı çəkilən mütəfəkkirlərin fikirlərindən də faydalanaraq öz xüsusi sintezini meydana gətirdi. Tanış olduğu insanlar arasına daha sonra ədavətə düşəcəyi sosializmin qurucularından Saint-Simon da var idi. İctimai mövzuların yanında riyaziyyat, astronomiya, fizika, kimya, biologiya elmi işlərini də davam etdirdi.1829-cu ildə yarım qalan kurs silsiləsinə təkrar başladı. Bu dəfə müvəffəqiyyətlə tamamladı. Bu kurslarını "Pozitiv Fəlsəfə kursları" başlığı altında nəşr etdi. Səkkiz ilini "Pozitiv Siyasi Sistem" adlı əsərinə həsr edən Komt, bu əsərində sosiologiyanın tərifinə də yer vermişdir.
Yazıları geniş bir kütləyə təsir etməyə başlamışdı. Dünyanın hər yerindən pozitivist qruplarla əlaqə qurmağa başlamışdır.
Əsərləri
[redaktə | mənbəni redaktə et]"Pozitiv Siyasi Sistem"
Sosiologiyası
[redaktə | mənbəni redaktə et]Auguste Comte " Sosiologiya niye digər elmlər kimi şaxəli bir elm olmasın?" fikrini irəli sürmüşdü. Comte pozitivizm ilə cəmiyyətin modernləşməsi fikrini irəli sürmüşdür. Sosial teorisi təbiət elmləri ilə bağlı idi. Yaradıcı karyerasına Saint Simon’un yardımı ilə başlayan Auguste Comte, insanlığın tarix boyu inkişafını və Avropa cəmiyyəti daxilində mövcud vəziyyətə necə gəldiklərini araşdırmağa başlamışdır. Auguste Comte'a görə Sosiologiya tarixində iki böyük önəmli nüans var:
1) Sosioloji sözündə " ixtira edən"
2) Üç əsas qanun
Auguste Comte hər şeydən əvvəl "Aydınlanma dövrü" olan "Modernitə dövrünün" inkişafı üçün ağılın vacib olduğunu bildirmişdir. Buna görə onun fikirləri Aydınlanma dövründə ağlın daha üstün olduğu fikrini dəqiqləşdirmişdir. Daha sonra Comte təbiət elmlərinin və onların inkişaf yollarının araşdırılması prosesinə başlamışdır. Comte cəmiyyətin elm haqqında yeni fikirlərinin ola biləcəyi fikirlərini irəli sürmüşdür. Bu sadəcə elmi bilikləri artırmaq üçün deyildi, əsas mövzu olan cəmiyyəti dəyişdirmək idi. Alimə görə təbiət elmlərinin öyrənilməsi bu cəmiyyətdə köklü dəyişikliklər edəcəyi qənaətinə gəlmişdir. Təbiət elmləri üzərində aparılan araşdırmalar, kəşflər sadəcə təbiəti başa düşməyimiz üçün deyildir. Eyni zamanda[5] texnologiyanın inkişafına da yol açaraq, sənaye dövründə və hal-hazırda yaşadığımız dövrdə modern dünyanın ortaya çıxmasına yol açmışdır. Beləliklə, Comte'a görə cəmiyyət elmin bir hissəsidir və bu məsələnin araşdırılmasının çox çətin olduğunu bildirmişdir. Özəlliklə sosiologiya və biologiya elmi arasında oxşarlıqların çox oluğunu vurğulamışdır. Comte'un sosioloji anlayışına görə cəmiyyəti parçalara ayırmaq olmaz. Parçalara ayrılsa belə araşdırmaq mümkün olmayacaq. Çünki cəmiyyəti formalaşdıran ünsürlər, eyni ilə bir bədənin orqanları kimi bir sistemdə formalaşmışdır.
Üç əsas qanunu
[redaktə | mənbəni redaktə et]Comtenun sosiologiya haqqında dediyi fikirlərdən sonra ikinci olaraq üç əsas qanunu ön plana çıxarmışdır. Bu qanuna görə, cəmiyyətin bir hadisə ilə bağlı fikirləri üç mərhələli transformasiya keçirər və bu mərhələ insan tarixini üzə çıxarar.
İlk mərhələ Teoloji mərhələdir. Bu mərhələdə hər şey tanrı, tanrılar ya da tanrıya ibadət, inanc əsas yer tutur. Cəmiyyətin vəziyyəti teoloji hərəkətlərlə formalaşmışdır.
İkinci mərhələ isə Metofizik mərhələdir. Bu mərhələdə pozitivist mərhələyə keçiş üçün tanrı yaddan çıxır və mücərrəd varlıqlara inanma ön plana çıxarılır. Cəmiyyətdə insan hakları, hüquq, bərabərlik və.s kimi mücərrəd anlayışlara əsaslanır.
Və son olaraq üçüncü mərhələ Elm ya da Pozitivist Mərhələsidir. Yəni elmlərin metodlar və teorilər ilə doğrulanması. Pozitivist məlumat anlayışının bu mərhələdə hakim olduğu cəmiyyət nə din, nə də metafizik prinsiplərə görə təşkil olunacaqdır.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Fletcher R., Barnes H. E. Auguste Comte // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 http://sabix.revues.org/341.
- ↑ 1 2 3 4 Конт Огюст // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ https://acikogretim.istanbul.edu.tr Arxivləşdirilib 2018-05-02 at the Wayback Machine https://acikders.ankara.edu.tr Arxivləşdirilib 2020-05-04 at the Wayback Machine
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Comte tərəfindən əsərlər Qutenberq layihəsində
- Əsərləri və ya müəllifi olduğu işlər: Ogüst Kont İnternet arxivində
- Ogüst Kont tərəfindən əsərlər LibriVox-da (açıq audi-kitablar)
- Auguste Comte: Stanford Encyclopaedia of Philosophy
- Review materials for studying Auguste Comte
- J. H. Bridges, The Seven New Thoughts of the Positive Polity 1915
- Henri Gouhier, "Final Chapter – Life in the anticipation of the Grave", from The Life of Auguste Comte (1931). In Comte's last years, practicing his own religion.
- Auguste Comte quotes
- Ogüst Kont (ing.) Find a Grave saytında
- Positivist Church of Brazil
- The Three Cs and the Notion of Progress: Copernicus, Condorcet, Comte by Caspar J M Hewett
- The positive philosophy, Auguste Comte / freely translated and selected by Harriet Martineau, Cornell University Library Historical Monographs Collection – downloadable version
- Some selections from first lecture of Course of Positive Philosophy
- Auguste Comte – High Priest of Positivism by Caspar Hewett
- Maison d'Auguste Comte
- 19 yanvarda doğulanlar
- 1798-ci ildə doğulanlar
- Monpelyedə doğulanlar
- 5 sentyabrda vəfat edənlər
- 1857-ci ildə vəfat edənlər
- 59 yaşında vəfat edənlər
- Parisdə vəfat edənlər
- Per-Laşez qəbiristanlığında dəfn olunanlar
- Fransa Politexnik Məktəbinin məzunları
- Əlifba sırasına görə alimlər
- Vikimənbəyə keçidi olan məqalələr
- Portallara keçidi olan məqalələr
- Fransa sosioloqları
- Fransa filosofları
- Materialistlər
- XIX əsr iqtisadçıları
- İdeyalar tarixi
- Mədəniyyət tənqidçiləri
- Fransa iqtisadçıları
- Tarix nəzəriyyələri