Fransa

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Fransa

Fransa Respublikası

République française  (Fransız)
Bayraq[1] Gerb
Bayraq[1] Gerb
Liberté, égalité, fraternit
"Azadlıq, bərabərlik, qardaşlıq"

Azadlıq, bərabərlik, qardaşlıq[1][2]
Tarixi
 • Qərbi Frank krallığı -
Verden müqaviləsi
10 avqust 843
 • Fransa krallığı
3 iyul 987
 • Birinci Fransa Respublikası
22 sentyabr 1792
 • AİB-in qurulması 1 yanvar 1958
 • Mövcud konstitusiya -
Beşinci Fransa Respublikası
4 oktyabr 1958
Rəsmi dilləri
Paytaxt Paris
48°51′ şm. e. 2°21′ ş. u.HGYO
İdarəetmə forması Unitar yarı prezident respublikası
Prezident Emmanuel Makron
Baş nazir Mişel Barnye
Sahəsi Dünyada 42-ci
 • Ümumi

643.801 km2

(248.573 kv. mil) km²
 • Su sahəsi (%) 0.86
Əhalisi
 • Əhali 68,042,591 nəfər (20-ci)
 • Sıxlıq 105,46 nəf./km² (106-cı)
ÜDM (AQP)
 • Ümumi $3.872 trilyon dollar  (10-cu)
 • Adambaşına $56,916 dollar  (24-cü)
ÜDM (nominal)
 • Ümumi (2023) $2,923 trilyon dollar  (7-ci)
 • Adambaşına $42,965 dollar  (28-ci)
İİİ (2021) 0,910
Demonim Fransız
Valyuta avro, CFP Franqı
İnternet domeni .fr
ISO kodu FR
BOK kodu FRA
Telefon kodu +33
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][5]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Fransa

Fransa Respublikası (fr. République Française), yaxud qısaca Fransa, köhnə mənbələrdə Firəngistan[6]Qərbi Avropada dövlət. O, Belçika, Lüksemburq, Almaniya, İsveçrə, İtaliya, Monako, Andorraİspaniya ilə həmsərhəddir.

Fransa Avropa İttifaqının qurucu üzvüdür. RusiyaUkraynadan sonra ərazicə Avropanın ən böyük 3-cü ölkəsidir. Avropa qitəsinin qədim dövlətlərindən sayılır.

Kontinental Fransa cənubda Aralıq dənizindən şimalda La-Manş və Şimal dənizinə, şərqdə Reyn çayından qərbdə Atlantik okeanına qədər uzanan torpaqlarda yerləşir. Fransızlar torpaqlarının formasına görə ölkələrini altıbucaqlı (fransızca: L'Héxagone, "l'e-gza-gon" kimi oxunur) adlandırırlar.

Fransa idarəetmədə yarı prezident sistemi olan unitar dövlətdir. Ölkənin əsas prinsipləri və idealları İnsan və Vətəndaş Hüquqları Bəyannaməsində izah edilir.

Xaricdəki əyalətlərində o, həmçinin Fransız Qvianası vasitəsilə Braziliya və Surinamla və Saint Martin adası vasitəsilə Hollandiya Antilləri ilə həmsərhəddir. Fransa Böyük Britaniya ilə La-Manş boğazında dəniz səthinin altından keçən Manş Tuneli ilə bağlıdır.

XVII əsrin ikinci yarısından başlayaraq Fransa beynəlxalq münasibətlər sahəsində dünyanın aparıcı dövlətlərindən biri olmuşdur. 18–19-cu əsrlər arasında Fransa dövrün ən böyük müstəmləkə imperiyalarından birini qurdu. Bu dövrlərdə Fransanın sərhədləri Qərbi Afrikadan Cənub-Şərqi Asiyaya qədər uzanaraq təsir etdiyi bölgələrdəki cəmiyyətlərin mədəniyyətində və siyasətində özünəməxsus izlər buraxmışdır.

Dünyada 6-cı olan nominal ümumi daxili məhsul və 7-ci olan alıcılıq qabiliyyəti pariteti ilə inkişaf etmiş iqtisadiyyata malikdir və inkişaf etmiş ölkələr sinfindədir.

Fransa, ölkədə iyirmi dörd saatdan az qalanlar, o cümlədən işgüzar səfərlər üçün gələnlər istisna olmaqla, ildə təxminən 82 milyon turistlə dünyanın ən çox ziyarət edilən ölkəsidir.

Fransa Avropa İttifaqı adlı siyasi və iqtisadi təşkilatın qurucu üzvlərindən biridir və birliyə üzv ölkələr arasında ən böyük əraziyə malikdir. Ölkə həm də Birləşmiş Millətlər Təşkilatının qurucu üzvlərindən biridir; Frankofoniya həm də G8 sammitlərinin, Latın İttifaqının və NATO-nun iştirakçısıdır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. 360 effektiv döyüş başlığı və 59 atom elektrik stansiyası ilə mühüm nüvə enerjisidir

Adının etimologiyası

[redaktə | mənbəni redaktə et]

"Fransa" adı frankların yurdu mənasına gələn Frankiya sözündən yaranmışdır, lakin frank sözünün mənşəyi ilə bağlı bir neçə iddia mövcuddur. Bunlardan biri bu sözün German dillərində nizə mənasına gələn frankona sözündən yarandığı yönündədir.

Başqa bir iddiaya görə isə frank sözü qədim German dilində "azad" mənasına gələn frey sözündən yaranıb. Frank sözü müasir fransızcada "franc" şəklində hələ də yaşamaqdadır və 2000-ci ildə avro rəsmi pul vahidi olana qədər Fransanın rəsmi pul vahidinin adında istifadə olunub.

border=none Əsas məqalə: Fransa əhalisi

Təxmini olaraq Fransa əhalisi 67 milyondur, əhalinin böyük hissəsi şəhərlərdə məskunlaşmışdır. Fransa əhali sayına görə dünyada 20-ci, Avropada isə 3-cü yerdədir. Fransa Avropa İttifaqında əhali sayına görə Almaniyadan sonra 2-ci yerdədir. Əhalinin əsas hissəsi sahilboyu, həmçinin iri şəhərlərdə məskunlaşmışdır. Paris şəhəri dünyanın ən sıx məskunlaşmış bölgələrindədir. Əhalinin əsas hissə qərbdə-Paris aqlomerasiyasında yerləşmişdir.

2004-cü ildə Fransa əhalisinin illik artım sürəti 0,68%, 2006-cı ildə doğum sayı ölüm sayından 300000 nəfər çox olmuşdur. 2002-ci ildə hər qadına düşən uşaq sayı 1,88 olduğu halda, 2008-də bu rəqəm 2,02-yə yüksəlmişdir.

2004-cü ildə ümumilikdə 140033 nəfər xarici ölkələrdən Fransaya köç edib. Bunlardan 90250-si Afrika ölkələrindən, 13710-u isə Avropa ölkələrindən olmuşdur.

1999-cu il siyahıyaalınması zamanı Fransa Respublikasında Əhalinin sıxlığı..
İl İl Əhali Əhali İl Əhali
50 e.ə 1806 2,500,000 29,648,000 1896 40,158,000
1 1811 5,500,000 30,271,000 1901 40,681,000
120 1816 7,200,000 30,573,000 1906 41,067,000
400 1821 5,500,000 31,578,000 1911 41,415,000
850 1826 7,000,000 32,665,000 1921 39,108,000
1226 1831 16,000,000 33,595,000 1926 40,581,000
1345 1836 20,200,000 34,293,000 1931 41,524,000
1400 1841 16,600,000 34,912,000 1936 41,502,000
1457 1846 19,700,000 36,097,000 1946 40,506,639
1580 1851 20,000,000 36,472,000 1954 42,777,162
1594 1856 18,500,000 36,715,000 1962 46,519,997
1600 1861 20,000,000 37,386,000 1968 49,780,543
1670 1866 18,000,000 38,067,000 1975 52,655,864
1700 1872 21,000,000 37,653,000 1982 54,334,871
1715 1876 19,200,000 38,438,000 1990 56,615,155
1740 1881 24,600,000 39,239,000 1999 58,518,395
1792 1886 28,000,000 39,783,000 2006 61,399,719
1801 1891 29,361,000 39,946,000 2011 63,136,180
Paris Məryəm Ana kilsəsi

Fransa vicdan azadlığının konstitusiyada əksini tapdığı dünyəvi bir ölkədir. 2007-ci ilin yanvarında aparılan bir anket statistikasının nəticələrinə görə fransızların 51%-i katolik, 31%-i ateist, 4%-i müsəlman, 3%-i protestant, 1%-i yəhudi, 1%-i buddist, 10%-i isə başqa dinlərə mənsub olduğunu bildirmişdir.

Avropa ölkələrində statistik araşdırmalar Avrobarometr adlı qurumun apardığı daha dəqiq bir nəticəyə görə fransız xalqının 34%-i bir tanrının varlığına inandığını, 27%-i müqəddəs varlığa inandığını, 33%-i isə hər hansı bir tanrının varlığına inanmadığını bildirmişdir.

Fransada yaşayan müsləmanların sayı barəsindəki fərziyyələr olduqca dəyişkəndir. 1999-cu ildə aparılan əhalinin statistika məlumatlarına görə Fransada yaşayan və müsəlman olan insanların sayı 3,7 milyon və ya o dövrkü əhalinin 6,3%-i səviyyəsində hesablanmışdır. Ancaq 2003-cü ildə Fransa Daxili İşlər Nazirliyinin nəşr etdiyi ölkədəki taxmini müsəlman sayı 5–6 milyon olaraq açıqlanmışdır. Müsəlman əhalinin əksəriyyətini ərəb, Məğrib, zənci mənşəlilər və türklər təşkil etməkdədir. Bu da əhalinin 8–10%-i deməkdir. Fransada yaşayan yəhudilərin ümumi sayı isə 600 mindir və Avropadakı ən böyük yəhudi diasporudur.

Fransadakı dünyəvilik faktı 1905-ci ildən bu yana Fransa hökumətinin hər hansı bir dini tanımasına əngəl olmaqdadır. Bunun yerinə hökumət yalnız dini qurum, dərnək və təşkilatlanmaları tanyır və mövcud qanunlar daxilində bu qurumların siyasətə müdaxilə etməsinə mane olur.

Sayentologiya, Tanrının övladı, Ay təriqəti və Günəş məbədi kimi dini axınlar Fransada təriqət olaraq görülür və digər dinlər ilə eyni bərabər statusa sahib deyillər. Təriqətlər isə Fransada xoş qarşılanmayan qurumlardır.[mənbə göstərin]

Fransa həm coğrafi, həm də təbii şəraitinin müxtəlifliyinə görə fərqlənir. Fransanın geniş dəniz sərhədləri və Avropanın ən iri nəqliyyat magistralı Reyn çayının onun ərazisində axması, ölkənin iqtisadi əlaqələrinin inkişafında olduqca əlverişli şərait yaratmışdır. Faydalı qazıntılarla, xüsusilə yanacaq resursları ilə kasad olmasına baxmayaraq (uran istisna olmaqla), Fransa zəngin hidroenerji sərvətlərinə (AlpPrineydə), məhsuldar torpaqlara, mülayim və subtropik iqlimə malikdir.

Keçmiş müstəmləkə imperiyası olmuş, bir vaxtlar iqtisadi gücünə görə dünyada Böyük Britaniyadan sonra II yeri tutan Fransa indi bir sıra göstəricilərinə görə, xüsusilə sənaye istehsalının ümumi həcminə görə, ABŞ, YaponiyaAlmaniyadan xeyli geridə qalır.

Fransanın təsərrüfatının ərazi strukturu əsasən XIX əsrdə sənaye çevrilişindən sonra formalaşmışdır. Bu dövrdə əlverişli coğrafi mövqeyinə görə və mineral ehtiyatlarına (xüsusilə dəmir filiz və kömür) malik olan şimal və şərq rayonları daha sürətlə inkişaf etmişdir. Nəticədə ölkənin sənayesi getdikcə daha çox bu rayonlarda təmərküzləşmişdir. İndi də Fransanın 60%-dən çoxu və sənaye məhsulları istehsalının 75%-ə qədəri Havr-Marsel xəttindən şərqdə yerləşir. Ən iri sənaye mərkəzləri Paris, Marsel, Havr, Dünkerk, Lill, Strasburq, Lion, Bordo, Nant, Tuluzadır.

Paris ölkənin paytaxtı olmaqla yanaşı, həm də onun ən mühüm iqtisadi mərkəzidir. Fransanın sənaye məhsullarının 30%-i Paris şəhərində təmərküzləşmişdir. Burada emaledici sənayenin (avtomobilqayırma, təyyarəqayırma, kimya sənayesi və s) 100-ə qədər iri müəssisəsi, başlıca olaraq ən müassir elmtutumlu sahələr yerləşir.

İstehsalın ənənəvi yerləşdirmə xüsusiyyətləri ilə yanaşı yeni amillər meydana gəlmişdir. Sənayenin yeni sahələrinin (neft-kimya, neft emalı) sürətli inkişafı, eləcə də köhnə sahələrin (qara metallurgiya və s.) idxal xammala keçməsi dənizsahili rayonların təsərrüfat potensialının güclənməsinə səbəb olmuşdur.

Fransanın təsərrüfatında aqrar bölmənin İngiltərə və Almaniyaya nisbətən mühüm əhəmiyyəti var. Kənd təsərrüfatında heyvandarlıq üstünlük təşkil edir. Ət, süd məhsulları istehsalına, buğda, şəkər çuğunduru yığımına görə Fransa Qərbi Avropada 1-ci yeri, üzüm yığımına və şərab istehsalına görə isə dünyada ilk yerlərdən birini tutur. Fransa kənd təsərrüfatı məhsullarının iri istehsalçısı olmaqla yanaşı, həm də onun iri ixracatçısıdır. Fransa regionları Cənubi Avropa ölkələrinə daxildir.

Fransa şəhərləri

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Fransa tarixi
Lütesiyanın planı

Lütesiyanın (Parisin qədim adı) əsası e.ə. III əsrin ortalarında Kelt mənşəli parisi tayfaları tərəfindən indiki Site adasında qoyulmuşdur. Məhz şəhərin müasir adı parisilərin adından götürülmüşdür. Lütesiya haqqında ilkin yazılı məlumata e.ə. 53-cü ildə Yuli Sezarın Qall müharibəsi haqqında 6-cı kitabında rast gəlinir.

e.ə. 53-cü ildə romalılar birinci müvvəffəqiyyətsiz cəhtdən sonra ikinci dəfə şəhərə yaxınlaşmaq istərkən, sakinlər Lutesiya şəhərinə oda vuraraq körpüləri məhv etmişlər. Romalılar adanı lütesiyalılara saxlayaraq Sena çayının sol sahilində yeni şəhər salmışlar. Roma imperiyası zamanında şəhər bir o qədər də əhəmiyyətə malik olmamışdır.

Avropada bir əsrlik kəskin dini qarşıdurma dövrünə yekun vurmuş olmuşdur. Beynəlxalq münasibətlərdə dini amillərin rolu kəskin surətdə azalmışdır. Otuzillik müharibənin nəticələri göstərmişdi ki, mərkəzləşdirilmiş milli dövlətlərin (Fransa, İngiltərə, Hollandiya, İsveç) siyasi perspektiv gələcəyi dalıa inamlıdır. Vestfal sülhü Avropada xarici — siyasi vəziyyəti kökündən dəyişdirirdi. Qüvvələr balansı dəyişdirilirdi. Avropa beynəlxalq münasibətlər sistemi, onun hüquqi əsası və gələcək istiqaməti müəyyənləşmiş olurdu. XVII əsrin II yarısı fransız mütləqiyyətinin apardığı və ona uğur gəyirməyən 4 müharibə ilə səciyyələnir. Bütövlükdə yüzillikdə Avropanın siyasi xəritəsində yeni burjua respublikalarının yaranmasını şərtləndirən Hollandiya və İngiltərə burjua inqilabları baş vermiş və bunun nəticəsində Avropanın siyasi həyatı dəyişmişdi. Burada da Hollandiya daha fəal rol oynayırdı. XVII əsrin ikinci yarısı ilə XVIII əsrin əvvəllərinə Fransanın hərbi-siyasi genişlənmə planı dörd müharibəyə səbəb olmuşdur.

1667–1668-ci illərdə olan ilk müharibədə məqsəd ispan Niderlandının Fransaya birləşdirilməsi idi. Hollandiya, İngiltərə və İsveç arasında Fransya qarşı üçlük ittifaqı yaranmışdı. İsveç Vestfal sülh müqaviləsinin təminatçısı kimi çıxış edirdi. Belə bir şəraitdə XIV Lüdovik müharibəni dayandırmalı olmuşdur. İkinci müharibə 1672–1679-cu illəri əhatə edir. Fransa kralı XIV Lüdovik Hollandiyaya qarşı hücuma keçmişdi. İngiltərə və İspaniya da Hollandiyaya köməklik gö.stərirdilər. Nəhayət 1679-cu ildə Nimvehen sülh müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Fransa Hollandiya ərazilərini azad etmiş, onun müqabilində isə İspaniyadan, Cənubi Niderlanddan müəyyən ərazilər almışdır. Bu ilk beynəlxalq müqavilə idi ki, sənədləşmə latınca deyil, fransız yazısı ilə aparılmışdır. Bu müqavilə Fransa üçün sərfəli olmuşdur. Belə şəraitdə Versal Almaniyanın zəifliyindən istifadə edərək özbaşına olaraq Almaniyanın bəzi torpaqlarım öz torpağına birləşdirirdi. Fransaya bəraət qazandırmaq üçün xüsusi "Birləşdirmə Palatası" təsis edilmişdir. Beləliklə, 1681-ci ildə Strasburq ələ keçirilmişdi. Üçüncü müharibə 1688–1697-ci illəri əhatə edir. XIV Lüdovikin bu üçüncü müharibəsi, demək olar ki, ümumavropa müharibəsinə çevrilmişdir. Həm quruda və həm də dənizdə 10 il müharibə getmişdir. Hərbi döyüşlər Alman, Niderland, İtaliya, İspaniya torpaqlarında gedirdi. Burada Fransa məğlub olmuş, 1697-ci ildə sülh müqaviləsi bağlanmışdı. İspaniya kralı II Kari (1700-cü il) öldükdən sonra XIV Lüdovikin nəvəsi V Filipp Kral elan edildi.

Bu vaxt XIV Lüdovik öz ordusunu İspaniyaya göndərmişdir. O, öz nəvəsi adından özü İspaniyanı və müstəmləkələri idarə etmək fikrində idi. Bu isə bir çox Avropa dövlətlərini qıcıqlandırmışdır. Odur ki, geniş ittifaq yaratmalı olmuşlar. XIV Lüdovikin dördüncü müharibəsi başlamışdı. Bu müharibə İspan vərəsəliyi uğrunda gedən müharibə idi. Bu müharibə 1701–1713-cü illəri əhatə edirdi. Müharibədə, demək olar ki, bütün Qərbi Avropa iştirak edirdi. Həmin vaxtlar — 1700–1721-ci illərdə Şimal müharibəsi də gedirdi (Şimali və Cənubi Avropa arasında gedirdi). İspaniya vərəsəliyi uğrunda müharibə Almaniya, Fransa, İtaliya və İspaniya arasında gedirdi. Fransa məğlub olmuş və sülh istəmişdir. Beləliklə, 1713–1715-ci illərdə Utrextdə sülh konqresi keçirilmişdir. Konqresdə Fransa, İngiltərə, Hollandiya, Savoyya, Portuqaliya, Venesiya, Papa vilayətləri, İspaniya və digər dövlətlər iştirak etmişlər. Müharibənin bitməsi barədə olan bu Utrext sülh müqaviləsində İspaniyanın vərəsəliyi barədə bir neçə müqavilənin şərtləri də yad edilmişdir.

Parisin planı, 1223-cü il

Romalıların hökmranlığı 508-ci ildə franklıların gəlişindən sonra süqut etdi. Filipp II Avqustun hakimiyyəti illərində şəhərin müdahiəsi möhkımləndirilmiş: 1190-cı ildə sağ sahil, 1210-cu ildə sol sahil boyu qala divarları, şəhərinh qərb hissəsidə isə Luvr qəsiri tikilmişdir.

XI əsrdən başlayaraq Paris Avropanın mədəni-maarif və dini mərkəzinə cevrilməyə başlayır. XIII əsrdən etibarən sol sahil boyu soralar Strabon universitetinin yaranmasında mühüm rol oynamış coxlu kolleclər acılır.

XIV əsrdə Böyük bulvar deyilən yerdə, sol sahil boyu yeni qala divarları tikilir.

XVII əsrdə xarici siyasət

[redaktə | mənbəni redaktə et]

1665-ci ildə İspan kralı IV Filip vəfat etdi. Bununla yanaşı, XIV Lüdovik da İspan mallarının bir hissəsinə haqq qazandırdı, çünki mərhum Kralın Mariya Terezanın vergi ödəməməsi onun atasının qanuni qüvvəsinin mirasını məhrum etdi. Bir bəhanə olaraq, Fransız tərəfi İspaniya Hollandiya bir sıra sahələrdə devolution hüququ istifadə edərək, ilk nikah uşaqlar miras üstünlük idi. Xüsusi hüququn dövlət mübahisələrinə xas həddən uzadılması ilə XIV Lüdovik, İspaniya Hollandiyasını ilk nikahından IV Filipin qızı Mariya Terezaya verməyə çağırdı. Buna görə, 1667-ci ildə başlayan müharibəyə "devolutionary" deyildi. Turenn'in oynadığı liderlikdə həlledici rol, hərbi əməliyyatlar, fransızlar üçün uğurlu inkişaf etdi.

Yalnız iki həftəiçində Voban Lill'i müvafiq bir mühasirə altına aldı və 1668-ci ilin əvvəlində Şahzadə Condenin ordusu İspanlara məxsus Franş-Komte işğal etdi. Ancaq Fransanın güclənməsi, dəniz qüvvələrini qorxutdu — İngiltərəyə, Hollandiyaya və İsveçə, anti-Fransız alyansını bağladı. Koalisiya ilə müharibə təhlükəsi altında olan XIV Lüdovik, 2 may 1668-ci ildə Aran sülh müqaviləsini imzalamağa məcbur edildi. Buna görə Flandersin cənubunda, Lille də daxil olmaqla, bir sıra strateji əhəmiyyətli qalalar qorunub saxlanıla bilərdi. Sülhün bitməsindən bir gün keçdikdən sonra yeni bir müharibəyə hazırlıq başlandı. Hollandiyanı bu dəfə Hollandiyanı Fransa qoşulmaqdan önlədirən əsas düşmən olaraq seçilmişdi. Uzun danışıqların nəticəsi olaraq, XIV Lüdovik diplomatları İngiltərənin, İsveçin və Bavyeranın dəstəyini ala bildi. 1672-ci ilin martında ingilislər Hollandiyaya müharibə elan etdilər, apreldə isə Fransızlar eyni şeyi etdi. Hollandiyalı müharibə başladı. İyun ayında Hollandiyalı müharibə əsnasında Fransız ordusu, cənubdan İspaniya Hollandiyasını yaxaladı, Reynə zorladı və Hollandiyanı işğal etdi.

Yalnız 22 gündə, Fransızlar qırx şəhərləri ələ keçirdilər və artıq Hollandiyaya gəldikləri zaman, Hollandiyalılar, daşqınların açılması və geniş əraziləri dəniz suyuyla daşqınlarkən, bu şəhəri etibarlı bir ada çevirdi. İşğalçılara qarşı hər gün dayandığına Narıncı Şahzadəsi rəhbərlik edirdi, dövlət çevrilişinin nəticəsi olaraq respublika içərisində bütün gücləri sıxışdırdı. Hərbi əməliyyatlara əlavə olaraq, Fransaya qarşı bir koalisiya yaratmaq üçün fəal diplomatik danışıqlar apardı. Onun səyləri meyvə gətirdi: İspaniya, Alman imperatoru və bir sıra alman hökumətləri XIV Lüdovikə qarşı müharibəyə girdi. 1673-cü ilin sonunda Fransız əsgərləri Hollandiyanı tərk etmək məcburiyyətində qaldılar.

1674-cü ildə İngiltərə ayrı bir sülh etdi. Fransa güclü koalisiyaya qarşı mübarizədə indi yalnız İsveçin köməyinə arxalana bilər. Yazda, Vauban tərəfindən dəstəklənənXIV Lüdovikin əmri altında ordu, Franş-Komte işğal etdi. Ancaq Rineland ərazilərindən Fransız qoşunları üstün düşmən qüvvələrinin təzyiqi altında geri çəkilməyə məcbur edildi. Palatinadan ayrılaraq, buruq torpağın prinsipi tətbiq olundu, dinc yaşayış yerləri məhv etdi və sakinlərini öldürdü. Düşmənin ədədi üstünlüyünə baxmayaraq, 1674-cü ilin ikinci yarısında Fransız hələ də təşəbbüskarı ələ keçirməyə müvəffəq olmuşdur. Avqust ayında Seneffe (Fransız Flanders) altında Conde Şahzadəsi, Portuqaliya Şahzadəsinin müttəfiq ordusunu məğlub edərək, Parisə hərəkət etdi. Düşən və qışda Turen düşmənini Alsacedə çökdü. Ancaq gələcək ildən etibarən Fransa həm də ən yaxşı komandirlərini itirdi.

İyun ayında 1675-ci ildə Turenn küçə nüvəsi tərəfindən öldürüldü. Ölümündən sonra Alsace ordusunun əmrini alan Şahzadə Conde düşməni düşməni dayandıra, sonra işindən təqaüdə çıxaraq qala üçün təqaüdə çıxdı. Ancaq gələcəkdə döyüşlər fransızlar üçün yaxşı bir şəkildə formalaşdı. İspaniyadakı bir sıra şəhərləri işğal etdilər və gənc Fransız donanması İspan və Hollandiyalı heyətlərdə Aralıq dənizində zəfər qazandı.1678-ci ildə Nimvehen dünyasına görə Fransaya Franche-Comte və İspaniyadakı bir sıra şəhərləri dəvət etdi. Bu müqavilə XIV Lüdovikin xarici siyasətinin ən böyük nailiyyətlərindən idi və o vaxtdan ona "Böyük" deyildi.

border=none Əsas məqalə: Böyük Fransa inqilabı
border=none Əsas məqalə: Bastiliyanın alınması
border=none Əsas məqalə: Vandeya üsyanı

XIV Lüdovikin zamanında kral iqamətgahı Versala köçürülür. Buna baxmayaraq Parisin artan iqtisadi potensialı və əhalisi onu siyasi mərkəz olaraq daha da aktuallaşdırır. 1844-cü ildə indiki dairəvi yol boyu sayca üçüncü qala divari tikilərək şəhərətrafı 16 girişli qala divarlarının uzunluğu 36 km-ə çatdırılır.

Bastiliyanın alınması

XIX əsrdə 21 beynəlxalq sərginin beşi Parisdə keçirilir ki, bu da şəhərin mədəni siyasi həyatına çox müsbət təsirini göstərir.

Eyfel qülləsi Ümumdünya sərgisi münasibətilə 1889-cu ildə tikilmişdir.

Almanlar tərəfindən Parisin işğalı, fəhlələrdən, xırda sənətkarlardan və burjuaziyadan ibarət Paris Kommunası Fransa imperiyasını süquta yetirir.

Böyük Fransa inqilabı (1789–1799) — Fransa və Avropa siyasi tarixində köklü dəyişikliklərə səbəb olmuş ən mühüm hadisələrdən biri. O dövr Fransasında, eləcə də digər aparıcı Avropa ölkələrində hakim zadəgan və katolik ruhanilərinə verilmiş qeyri-məhdud imtiyazlarla xarakterizə olunan mütləq monarxiyadan demokratiya, vətəndaşlıq və insan hüquq və azadlıqları kimi mütərrəqqi prinsiplərə əsaslanan siyası-sosial qiyam.

İnqilab qanlı iğtişaşlar, minlərlə insanın təqib və edamıyla müşahidə olunumuş, hətta beynəlxalq səviyyədə ciddi narahatlıq doğurmuşdur. İnqilab özündən sonra Avropada Napoleon müharibələri, Fransada monarxiyanın bərpası və nəhayət müasir azad, demokratik Fransanın simasını müəyyənləşdirəcək daha iki inqilaba səbəb olmuşdur. İnqilabdan sonrakı 75 il ərzində Fransa respublika, diktatorluq, konstitusiyalı monarxiya və iki müxtəlif imperiyalar halında mövcud olmuşdur.

border=none Əsas məqalə: Fransa Direktoriyası

Direktoriya, Fransa Direktoriyası (fr. Directoire exécutif, französisch Le Directoire; 26 oktyabr 1795 – 24 dekabr 1799) Fransa inqilabından sonra Milli Konvent tərəfindən 1795-ci ildə qəbul edilmiş konstitusiyaya əsasən idarəetmə forması, beş nəfərdən ibarət (fr. membres du Directoire) icraedici orqan (Fransa Respublikası Konstitusiyası 1795, bənd 132). Direktoriya üzvülüyünə namizəd Beşyüzlər Şurası tərəfindən irəli sürülür və Ansionlar Şurası tərəfindən 5 il müddətinə təkrar seçilməmək şərti ilə seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bəndlər 132, 133, 137 və 138) Direktoriya üzvü 40 yaşından yuxarı, Direktoriya üzvülərindən qohumu olmamaq şərti ilə, Qanunverici Korpusun üzvüləri və nazirlərdən seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bəndlər 135, 136, 139). Hər bir Direktoriya üzvü İcraedici Direktoriyanın prezidenti (fr. président du Directoire) olub (Fransa Respublikası Konstitusiyası 1795, bənd 141), eyni zamanda İcraedici Direktoriyanın katibi (fr. secrétaire du Directoire) seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bənd 143). Direktoriya iclaslarını Qanunverici Korpusda keçirir (Fransa Respublikası Konstitusiyası 1795, bənd 171). Direktoriya iclasının yetərsayı üçün 3 üzvünün iştirakı vacibdir (Fransa Respublikası Konstitusiyası 1795, bənd 142).

İkinci dünya müharibəsində şəhər faşist Almaniyası tərəfindən işğal edilir və işğal 1944-cü ilə kimi davam edir.

border=none Əsas məqalə: Setif və Gelma qətliamı

Setif və Gelma qətliamı — 8 may 1945-ci ildə Əlcəzairin Setif, Guelma və Kherrata şəhərlərində Fransa ordusunun mülki əhaliyə qarşı törətmiş olduğu qətliam. Fransa hökumətinin verdiyi rəsmi məlumatda öldürülmüş əlcəzairlilərin sayı 1200, yaralıların sayı 1500 göstərilsə də digər mənbələrdə öldürülmüş əlcəzairlilərin sayının 6000 ilə 45 000 arasında olduğu bildirilir.

1968-ci ildə Paris kütləvi ixtişaşlar meydanına çevrilir ki, bu da hakimiyyət dəyişikliyi ilə nəticələnir.

Tarixi şəxsiyyətlər

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Napoleon Bonapart

Napoleon Bonapart (it. Napoleone Buonaparte, fr. Napoléon Bonaparte; 15 avqust 1769 – 5 may 1821) — Fransa imperatoru, bacarıqlı sərkərdə. I Napoleon həyatı boyu aşağıdakı vəzifələri daşıyıb : Fransa inqilabi ordusunun generalı, Fransa Respublikasının birinci konsulu (9 noyabr 1799 – 20 mart 1804), fransızların imperatoru (18 may 1804 – 11 aprel 1814, 12 mart 1815 – 22 iyun 1815), İtaliya Respublikasının Prezidenti (26 yanvar 1802 – 17 mart 1805), İtaliya kralı (17 mart 1805 – 11 aprel 1814), Reyn İttifaqının protektoru (12 iyul 1806 – 19 oktyabr 1813), İsveçrə Konfederasiyasının mediatoru (19 fevral 1803 – 19 oktyabr 1813), Berqin Böyük Hersoqu (1808–1809).

border=none Əsas məqalə: III Napoleon

III Napoleon tam adı Şarl Lui Napoleon Bonapart (fr. Charles Louis Napoléon Bonaparte; 20 aprel 1808, Paris – 9 yanvar 1873 Chislehurst, London) — II Respublika prezidenti, fransızların ilk prezidenti və II Fransa Impeiyasının III. İmperatoru I Napoleonun qardaşı oğlu olmuşdur.

Bir sıra çevriliş cəhdindən sonra dinc yolla 1848-ci ildə II Respublika prezidenti kimi hakimiyyətə gəlmiş, 1851-ci ildə qanuni hakimiyyəti ləğv edib avtoritar polis rejimi yaradaraq bir ildən sonra özünü III İmperator elan edir. On illik qəddar bonapartizm ideyaları altında idarəçilikdən sonra 1860-cı ildə demokratik reformalar apararaq Fransanın iqtisadi, sənaye potensiyalının güclü inkişafına səbəb olmuşdur. 1870-ci ildə liberal konstitusiya qəbul edildikdən sonra, hakimiyyət yenidən qanuni parlamentə qayıdır. Fransa – Prussiya müharibəsində almanlara əsir düşən III Napoleon Fransanın sonuncu monarxı sayılır.

border=none Əsas məqalə: Şarl de Qoll

Şarl de Qoll (fr. Charles André Joseph Marie de Gaulle; 22 noyabr 1890 – 9 noyabr 1970) – fransız generalı və siyasətçisi. İkinci dünya müharibəsində alman faşistlərinə qarşı Müqavimət hərəkatına rəhbərlik etmişdir. 1944–46-cı illərdə Fransada yaradılmış müvəqqəti hökumətə başçılıq etmişdir. 1958-ci ildə Əlcəzair müharibəsi zamanı o, yeni hökumətin yaradılması üçün tapşırıq alır. Qoll bu ərəfədə konstitusiya islahatını həyata keçirir və Beşinci respublikanın əsasını qoyur. Qoll elə həmin il yeni respublikanın prezidenti seçilir. O, 1959–69-cu illərdə Fransanın prezidenti kimi yeni respublikanın formalaşmasında böyük rol oynamışdır. Onun qoyub getdiyi "Qollizm" ideologiyası bu gün də Fransa siyasətində böyük rol oynayır.

Tarixi abidələri və memarlıq

[redaktə | mənbəni redaktə et]

Fransanın görməli yerləri çoxdur. Bura memarlıq tikililəri, küçə və meydanlar, körpülər və s. aiddir. Bunlardan üçü – Napoleonun sərəncmı ilə 1806–1836-cı illərdə memar Jan-Fransua Şalqrin tərəfindən tikilmiş Zəfər tağı, 1887–1889-cu illər arasında Qustav Eyfelin layihəsi əsasında inşa edilmiş Eyfel qülləsiXII əsrdə Site adasında tikilmiş Notr-Dam de Pari kilsəsi Parisin simvoluna çevrilmişdir

border=none Əsas məqalə: Zəfər tağı (Paris)
border=none Əsas məqalə: Eyfel qülləsi
border=none Əsas məqalə: Notr-Dam de Pari
border=none Əsas məqalə: Luvr muzeyi
border=none Əsas məqalə: Monsoro qəsri

Sosial quruluşu

[redaktə | mənbəni redaktə et]

Əhali və şəhərlər. 66 630 602 nəfər əhalisi olan Fransa əhalisinə görə 21-ci , Avropa Birliyi içində Almaniyadan sonra 2-ci ölkədir. Dünya əhalisinin 0,88%-ni təşkil edir. Ölkənin böyük şəhərləri Paris, Marsilya,Lyon, Lille, Toulouse, Nice ve Nantesdir. Ölkə əhalisinin 84%-i şəhərlərdə yaşayır.

Fransa əhalisinin əksəriyyətini fransızlar təşkil etdiyindəm o, təkmillətli dövlət sayılır. Fransız milləti qədim aborigen tayfaları qalların(keltlər), Roma işğalçılarının, german tayfalarının qarışması nəticəsində formalaşmışdır."Fransız", həm də "Fransa" toponimlərinin mənşəyi V əsrdə ölkənin şimal hisssəsini zəbt edən german tayfalarından olan frankların adından götürülmüşdür. Əhalisinin 90%-i fransızlardır. Orta ömür müddəti 82.3 ildir(qadınlar 85.4, kişilər üçün 79.2).

Fransada qadınların sayı 34,336,315 , kişilərin sayı 32,291,287 nəfərdir. Ölkədə təbii artım 2015-ci il üçün 0,4%-dir. Əhali tərkibində yaşlı əhalinin payı getdikcə artır.

Fransızlar Avropanın roman xalqlarına aid edilir. Fransız milləti qədim aborigen tayfaları qalların(keltlər), Roma işğalçılarının, german tayfalarının qarışması nəticəsində formalaşmışdır."Fransız", həm də "Fransa" toponimlərinin mənşəyi V əsrdə ölkənin şimal hisssəsini zəbt edən german tayfalarından olan frankların adından götürülmüşdür.

Daha çox inkişaf etmiş qall-roman mədəniyyətinin təsiri ilə german dilli franklar yerli əhali ilə qaynayıb-qarışır, öz dilləri və adət-ənənələrini tədricən itirirlər.843-cü ildə romanlaşmış franklar güclü krallıq yaradır və onu Fransa adlandırırlar. Ona görə də Fransanın əhalisinin formalaşmasında onun şimalı və cənubunda müxtəlif etnik komponentlər iştirak etmiş və romanlaşma dərəcəsi də bu bölgələrdə eyni olmamışdır.

Etnik qruplar əsasən ətraf bölgələrdə yaşayır. Fransanın etnik tərkibi rəngarəngdir, dünyanın hər yerinden 100den çox etnik qrup var, ancaq buna baxmayaraq ölkədə tək dil fransız dilidir.

Bunlar dil və mədəniyyətləri ilə fərqlənən bretanlı(1.5mln nəfər), elzaslı(1mln-dan çox),flamandlı, korsikalı,basklar və katalonlardır. Bretanlılar kelt dil qrupuna aid olub Bretan yarımadasının qərb əyalətlərində;alman dilinin yerli ləhcəsində danışan elzaslılarElzas və Lotaringiyada;holland dilinə yaxın dildə danışan korsikalılar Korsika adasında yaşayırlar. Katalonlar və basklar Pireneyin ətəklərində məskunlaşmışlar. Etnik qruplar fransız dilində təhsil alır və fəaliyyətlərində bu dildən geniş istifadə edirlər.

Fransada əhalinin 85%-i "ağ" irqə,3.3%-i "qara" irqə,10%-i Şimali Amerika ,1.7%-i Asyalılara mənsubdur.

2014-cü ildə Fransada olan 229 000 xaricinin təxminən 8%-i portuqal,5%-i ingilis,5%-i ispan,4%-i italyan,4%-i alman,3%-i roman,3%-i belçikalı idi.

Avropanın digər iri dövlətləri ilə müqayisədə Fransada əhali sürətlə artır. Bunun bir cəhəti dövlətin doğumu artırmaq istiqamətində apardığı demoqrafik siyasət.digəri isə immiqrasiyadır. Fransada 5mln.immiqrant yaşayır. Bunlar Şimali Afrika ölkələri, Fransanın keçmiş mütəmləkələrindən gələnlər, həmçinin portuqaliyalılar, italyan və türklərdirFransa əhalisinin ümumu sayı 66.8mln nəfərdir. Ölkədə təbii artım 2015-ci il üçün 0,4%-dir. Orta ömür müddəti 79 ildir(qadınlar 83, kişilər üçün 76). Fransada əhalinin həyat səviyyəsi təqribən Almaniya və Böyük Britaniyada olduğu kimidir. ÜDM-un 30%-dən çoxu sosial sektora sərf olunur.

Ən mühüm sosial problem işsizlikdir.2010-cu ilin oktyabr ayında hökumətin təqaüd yaşının uzadılması(62yaş) haqda sərəncamının kütləvi etirazlara səbəb olması da işsizliyin aradan qaldırılmasında maneə kimi izah olunur. Ölkədə kilsənin təsiri İtaliya və İspaniyada olduğu kimi o qədər də güclü deyildir. Fransa əhalisinin 90%-i katoliklərdir.

Fransada orta sıxlıq hər kv.km-də 110 nəfərdir. Ən sıx əhali Pireney, Alpın cənub yamaclarında, Mərkəzi massivdə cəmlənmişdir. Ölkənin ən iri şəhərləri _Paris, Liyon,Marsel,Lill,Tuluza,Nitsa,Strasburq burada yerləşir. Əhalisinin3/4-ü şəhərlərdə yaşayır. Aqlomerasiyaların sayı 50-ni ötmüşdür. Şəhər əhalisinin 60%-i aqlomerisyalarda yaşayır.

Fransada təhsil pulsuzdur. Ölkənin müasir təhsil sisteminin əsası 1880–1890-cı illərdə qoyulub və 6 yaşından 16 yaşınadək uşaqlar üçün icbari xarakter daşıyır. Dövlət, eləcə də özəl təhsil müəssisələri mövcud olan Fransada məktəblilərin təxminən 20 faizi özəl orta təhsil müəssisələrində oxuyur.

Həm dövlət, həm də özəl təhsil müəssisələri üçün bütün məktəb proqramlarını dövlət təsdiq edir. Həmçinin müsabiqə və imtahanların keçirilməsi də dövlət tərəfindən təmin olunur. Bakalavriat dərəcəsi səviyyəsinədək diplomların verilməsi hüququ yalnız dövlətə məxsusdur.

1959-cu ildən bəri özəl təhsilə dövlət tərəfindən yardım edilir. Ölkədə hər 9 özəl məktəbdən 8-i bu yardımdan yararlanır. Özəl sektorda çalışan müəllimlərin əməkhaqqı və təhsil xərclərini də dövlət ödəyir.

Fransanın təhsil sistemi aşağıdakı struktura malikdir:

* məktəbəqədər təhsil (6 yaşınadək);

* ibtidai təhsil (6–11 yaş);

* orta təhsil (11–18 yaş) (orta təhsilin sonunda bakalavriat diplomu verilir. Bu diplom imtahansız universitetə qəbul olmaq hüququ verir);

* ali təhsil.

Müxtəlif pillələrdə təhsilin təşkili və məzmunu, 30 ildən artıqdır ki, həyata keçirilən islahatlarla müşayiət olunur. Aparılan islahatlar təhsilin demokratikləşdirilməsini və onun inkişaf etməkdə olan cəmiyyətin ehtiyaclarına yönəldilməsini təmin edir. Fransada son illərin əsas təhsil islahatları aşağıdakılardan ibarətdir:

* 3 yaşından 5 yaşınadək uşaqlar üçün məktəbəqədər uşaq müəssisələri şəbəkəsinin inkişafı;

* ibtidai məktəblərdən kolleclərə keçid imtahanlarının ləğv edilməsi, təhsildən geri qalan şagirdlər üçün adaptasiya siniflərinin yaradılması;

* xüsusiləşdirilmiş və ibtidai məktəbdən kollecə qədər qruplara bölünmə olmadan təhsilin ümumi sütununun təşkili;

* təhsilin ödənişsiz olması (şagirdlərin təhsil müddəti ərzində lazımi vəsaitlərlə təmin olunması, məktəbə gediş haqlarının ödənilməsi);

* yeni fənlərin tədris proqramına daxil edilməsi: (informatika, vətəndaş cəmiyyətinin əsasları və digər).

Paris Şimali Fransa ovalığının mərkəzində, Sena çayının sahilində yerləşir. Paris dünyanın ən gözəl şəhərlərindən biridir. Turist qəbuluna görə dünyada birincidir.(76.8mln.nəfər,2010-cu il)

Parisin "ürəyi" sayıln Site adası(Sena çayı sahilində yerləşir) şəhərin qədim hissəsidir. Digər sözlə, bura açıq səma altında qədim abidələr muzeyidir.

Fransanın görkəmli şəxsiyyətlərinin, o cümlədən Volterin, Russonun, Hüqonun, məzarları yerləşən möhtəşəm Panteon, naməlum əsgərin məzarı önündə əbədi məşəl yanan Zəfər tağı, Milli teatr_Qrand Operanın binası, Ədalət məhkəməsi sarayı, Müqəddəs Maqdalena kilsəsi, Bonapart Napaleonun məzarı olan Əlillər məbədi və bir çox başqa tikililər Parisə təkrarolunmaz görününş verir. Eyfel qülləsi Parisin rəmzi hesab olunur. İki min il yaşı olan şəhərin mənzərəsini seyr etmək üçün hər il 3 milyonadək turist hündürlüyü 300 metr olan bu qülləyə qalxır.

Fransanın böyük bir hissəsi Qərbi Avropada yerəlşir. Onun materik hissəsi şimal-şərqdə Belçika, Lüksemburq ve Almaniya, şərqdə-Isveçrə, cənub-şərqdə-Monako və Italiya, cənub-qərbdə-Ispanya və Andorra ilə sərhəddir. Fransanın sahili 4 su hövzəsi ilə yuyulur(La-Manş, Atlantik okeanı, Şimal dənizi və Araliq dənizi). Ölkənin qərb və şimal sahilləri Atlantik dənizi ilə(Biskay körfəzi və La-Manş boğazı), cənub sahili isə -Araliq dənizi(Lion körfəzi və Liquriy dənizi) ilə yuyulur. Dəniz sərhədlərinin uzunluğu 5500 kilometrdir.

Fransa Qərbi Avropa ərazisində yerləşən ən böyük ölkədir. Fransa demək olar ki, Avropa İttifaqınin ərazisinin beşdə birini tutur. Həmçinin Aralıq dənizində yerləşən Korsika adası ve iyirmiden çox asılı ərazilərdə bu dovlətin tərkibinə daxildir. Ölkənin ümumi sahəsi 547.030 kvadrat kilometr.

Coğrafi mövqe. Avropanın qərbində yerləşir; Fransanın

ərazisi 551,6 min km², əhalisi 65.8 mln nəfərdir.

Tərkibinə Aralıq dənizindəki Korsika adası və bir sıra kiçik sahil adaları daxildir. Fransa ilə qonşuluqda Almaniya, ltaliya, Belçika, İsveçrə , İspaniya kimi inkişaf etmiş ölkələr və onların ən mühüm sanaye

rayonları yerləşir. Ölkənin qərb sərhəddinin xeyli hissəsi təbii sədlər boyunca keçir. Pireney dağları Fransanı İspaniyadan ayırır, cənub-şərqdə İtalya və İsveçrə ilə sərhəddi Alp və Yura dağları boyuncadır. Fransa-Almaniya sərhəddinin xeyli hissəsi Reyn çayı boyuncadır. Yalnız şimalda Fransa-Belçika sərhəddi ovalıqdan keçir. Ölkənin ümumi sərhədlərinin 2/3-si dəniz sərhədlərinin(3120 km) payına düşür. Fransanın sərhədlərində mikrodövlətlər yerləşir. Bunlar Mavi sahil bölgəsində Monako, Pireney dağları ilə sərhəddə isə Andorradır.

Ölkənin coğrafi mövqeyinin xüsusiyyətlərinə Atlantik okeanı ilə Aralıq dənizi arasında yerləşməsi;iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərdə qonşu olması;Afrikanın qərb ölkələrinə yaxınlığı ;Belçika və İsveçrənin fransız dilli əhalisinin yaşadığı bölgələrdə həmsərhəd olması ;sualtı La-Manş tuneli vasitəsilə Böyük Britaniya ilə rahat qonşuluq əlaqələrinin olması və s. aiddir.

Ölkə ərazisində 3 təbii-coğrafi bölgə ayrılır. Ölkənin cənub — şərq və cənub — qərb sərhəddi boyunca

yüksək Alp və Pireney, orta hündürlüklü Yura dağları uzanır.

Ölkənin mərkəz və şərq bölgəsində çox parçalanmış orta hündürlüklü dağlar və yüksəkliklər yerləşir.

Fransa Alplarının hündürlüyü 4000m-dən yüksəkdir. İtaliya ilə sərhəddində Monblan dağı(4807 m) nəinki Fransada, həm də Avropada ən yüksək zirvədir. Alp dağlarının ezackar təbiəti(kars mağaraları, dağ gölləri, şəlalələr), infrastruktur tikililəri(tunellər, dağ-xizək obyektləri və s.) turizm-rekreasiya cəhətdən xüsusilə əhəmiyyətlidir.

Fransa mineral sərvətlərin müxtəlifliyinə görə seçilən dövlətdir. Qərbi Avropada dəmir filizi, boksit, kalium və daşduz, uran filizi ehtiyatına görə qabaqcıl yerlərdən birini tutur.

Fransa ərazisinin əksər hissəsində mülayim-isti və rütubətli dəniz iqlimi hakimdir. Okean sahilindən şərqə doğru getdikcə iqlimin kontinentallığı artır. Buna baxmayaraq, dağlar istisna olmaqla ölkənin əksər hissəsində qış temperaturu müsbətdir. Dağlıq ərazilərin iqlimi isə sərtdir.

Fransada çay çoxdur. Ən mühüm şayları Luara,[7] Rona, Sena və Haronnadır. Ölkənin şinal-şərq sərhəddində Reyn, Mazel, Şeld çaylarından qonşu dövlətlər müştərək istifadə edirlər. Fransa çaylarının hidroenerji ehtiyatı çoxdur. Enerji ehtiyatının yarısı Rona və onun qollarının payına düşür. Hidroenerji ehtiyatına görə Qərbi Avropada Norveç və Balkan ölkələrindən geri qalır. Ölkədə göl azdır. Göllərdən ən mühümü Cenevrədir. Bu gölün xeyli hissəsi İsveçrə ərazisindədir.

Ölkənin torpaq bitki örtüyü müxtəlifliyi ilə seçilir. Ovalıqlarda boz-meşə, şimal-qərbdə podzollaşmış boz torpaqlar yayılmışdır. Dağlıq ərazilərdə dağ-meşə boz torpaqları üstünlük təşkil edir. Torpaqlar təbii məhsuldarlığını itirmişdir. Cənubi Fransada meşələrin qırılması, heyvanların otarılması torpaq eroziyasına səbəb olmuşdur. Fransada ətraf mühit insan fəaliyyəti nəticəsində tamamilə dəyişilmişdir və ölkənin hər yerində mədəni landşaft üstünlük təşkil edir. Təbii meşə massivləri yalnız Vogez, Yura, Şimali Alplarda qalmışdır. Ölkədə meşəsalma işləri genişləndirilir. Aralıq dənizi sahili bölgələrində zeytun, subtropik meyvə ağacları, üzümlüklər, bəzək ağacları geniş yayılmışdır

Fransanın ərazisində qədim dövrlərdə müxtəlif tayfalar(kelt, qall, iber, hun, liqu, german, franklar) məskunlaşmış və onlar bir sıra şəhərlər salmışlar(Marsel, Nitsa və s.).843-cü ildə yaranmış Frank krallığında uzun müddət feodal çəkişmələri mövcud idi. XV əsrin ikinci yarısından mərkəzləşmiş dövlətin yaranması başa çatır. Fransada mütləqiyyət üsul-idarəsi möhkəmlənir. Kral idarəolunma hakimiyyətinin sisteminə XVIII əsrin axırında baş verən Böyük Fransa inqilabı son qoyur.1792-ci ildə Fransada ilk dəfə respublika təsis edilir(1-ci respublika)1799-cu ildə hərbi çevrilişdən sonra ölkədə Napoleon Bonapartın hərbi diktatura rejimi (əvvəlcə konsulluq,1804-cü ildən isə imperiya formasında)yaranır. Napoleonun məğlubiyyətindən sonra ölkədə 1814-cü ildən 1848-ci ilədək konsitusiyalı monarxiya üsul-idarəsi bərqərar olur.1848-ci il fevral inqilabı respublika quruluşunu yenidən bərpa edir(2-ci respublika), lakin 1852-ci ildə respublika üsul-idarəsini III Napoleonun imperiyası əvəz edir.1870-ci il sentyabr inqilabı 3-cü respublikanın yaranmasına səbəb olur(1870–1940).1871-ci ilin mart ayında Parisdə baş verən inqilab nəticəsində Paris kommunası adlanan hakimiyyət sistemi yaradılır. Cəmi 72 gün fəaliyyət göstərən Paris kommunası hökumət tərəfindən amansız təqiblərə məruz qalır.

XIX əsrin sonunda Fransa müstəmlək sisteminin yaradılması başa çatır. O, Böyük Britaniyadan sonra dünyanın ən iri müstəmləkəçi dövlətinə çevrilir. Fransa Antantanın tərkibində I dünya müharibəsində iştirak edir.1919-cu il Versal sülh müqaviləsi fransızların xeyrinə həll edilir(Almaniyanın zəbt etdiyi Elzas və Lotaringiyanın şimal-şərq hissəsi Fransaya qaytarılır və s.)

1940-cı ildə Fransa Almaniya və İtaliya ordusu tərəfindən zəbt edilir.1944-cü ilin axırlarında antihitler koalisiya ordusu və Fransa Müqavimət hərəkatının fəaliyyəti nəticəsində ölkə işğaldan azad edilir.1946-cı ildə 4-cü respublikanın,1958-ci ildə isə 5-ci respublikanın konsitutsiyası qəbul edilir. Beləliklə, Böyük Fransa inqilabından sonra ölkədə 5 respublika üsul-idarəsi (1792–1799;1848–1852;1870–1940;1946–1958;1958-ci ildən sonra) mövcud olmuşdur.5-ci respublika dövründə Fransa Avropa və dünya siyasətində lider müvqeyi ilə yanaşı iqtisadiyyatda da güclü dövlətə çevrilmişdir.

Fransanın avropa hissəsində mülayim dəniz iqlimi, şərqdə mülayim-kontinental, cənubda isə subtropik iqlim muşahidə edilir. Yay kifayət qədər isti və quru olur- iyulda orta hava tempiraturu + 23–25 dərəcəyə çatır, qış aylarında isə hava yagışlı keçir, orta tempiratur isə + 7–8 °C olur.

Yağıntıntilarin əsas hissəsi yanvar-aprel aylarında düşür və onların ümumi sayı 600–1000 mm arasında dəyişir.

Fransanın müasir təhsil sistemi sonuncu 200 ildə təşəkkül tapmış və dünyada ən qabaqcıl təhsil sistemlərindən birinə çevrilmişdir. Onun başlıca xüsusiyyəti dövlət təhsil müəssisələrinə sahib olmasıdır. Fransada təhsil almaq xaricilər də daxil olmaqla, hamı üçün pulsuzdur.(Düzdür, universitetlərdə tələbələrdən nominal ödəmə alınır). Daha bir xüsusiyyəti isə təhsilin əyalətlərdə də paytaxtda olduğu kimi keyfiyyətli olmasıdır.

Sonuncu məlumatlara görə, Fransada şagird və tələbələrin sayı 15 mln. yüksəlib və bu da ölkədəki əhalinin 4/1 təşkil edir. Ölkədə 7 min kollec və 2600 lisey var. Hər il dövlət büdcəsindən təhsilə 21 faiz vəsait ayrılır.

Fransadakı təhsil sistemi çox aydın ifadə edilən milli xüsusiyyətlərə malikdir. Bu ölkədə silklərə bölünmə, diplom və təhsil alma dərəcələrinin xüsusi sistemləri var. Dövlət təhsil müəssisələrində verilən diplomlara qarşı xüsusi yanaşma olur: belə ki, onlar digər özəl məktəb və universitetlərə nisbətən daha yüksək qiymətləndirilir.

Fransada təhsil sistemi

[redaktə | mənbəni redaktə et]

Dil mərkəzləri

[redaktə | mənbəni redaktə et]

Fransız dilinin xarici dil kimi tədris olunması üçün ixtisaslaşmış məktəb və kurslar Fransada çoxdur. Danışıq təcrübəsini təkmilləşdirmək üçün ölkənin demək olar ki, bütün iri şəhərlərində qısamüddətli kurslar tapmaq olar.

Dərsləri Fransızlar keçirlər. Təlimə kommunikativ (əlaqə, ünsiyyət) üsul salınmışdır. Əsasən, dərslər formalaşmağa söykənir, danışıq dilində təcrübənin mükəmməlləşdirilməsi və inkişafına, əsas diqqət isə qrammatika və tələffüzə sərf edilir. Uşaqlar üçün uyğunlaşdırılan xüsusi işlənmiş proqramlar vardır. Qəbuletmə zamanı tələbələr bilik səviyyələrinin təyin olunması üçün testlərdən keçirlər.

Dilin öyrənilməsi adətən, fransız mədəniyyəti və adət – ənənələrinin bir sıra elementləri ilə əlaqələndirilir. Dərslərin xaricində, məktəblər Fransanın tarixinə, adətlərinə və müasir dövrünə həsr edilmiş mövzular üzərində müzakirələr və müxtəlif ekskursiyalar təşkil edirlər. Bir qayda olaraq, hər bir təhsil müəssisəsində sərbəst iş üçün xüsusi mərkəz , kitabxana, internetə qoşulan kompüterlər, audio və video kurslarla işləmək üçün avadanlıqlar vardır.

Fransada kolleclər

[redaktə | mənbəni redaktə et]

Kolleclər orta ixtisas təhsili sahəsidir. Fransada belələri mövcud deyildir. Burada kollecləri 2-ci dərəcəli orta məktəblər adlandırırlar. 2–3 il təhsil müddətində hansısa bir iş peşəsi almaq olar. Bir qayda olaraq, təhsil alanlar buraxılış imtahanından sonra sənaye və yaxud müxtəlif xidmət sahələrinə işləməyə gedirlər.

Başqa çıxış yolu da var: kolleci bitirdikdən sonra əmək peşəsi təlimi mərkəzlərindən birinə daxil ola bilər və öz ixtisasına uyğun olaraq işləyə bilməsi üçün sertifikat ala bilər.

Fransada orta və yüksək təhsil arasında elə bir ciddi sərhəd yoxdur. Birinci ikinci üçün pilləkən rolunu daşıyır.

Fransada universitetlər

[redaktə | mənbəni redaktə et]

Fransanın ən nüfuzlu təhsil müəssisələri Parisdə yerləşir. Sarbonna universitetinin əsası 1257-ci ildə xeyriyyə məqsədilə onlarla kasıb tələbənin təhsil ala bilməsi üçün Robert Sarbon tərəfindən yaradılmış kolleclə qoyulmuşdur. XIV əsrdən etibarən universitet adlanaraq, Parisin və Fransanın ən iri və nüfuzlu təhsil müəssisəsinə çevrilmişdir. 1968-ci il islahatından sonra universitet 13 müstəqil ali təhsil müəssisəsinə bölünmüşdür.

Fransanın ali təhsil sistemi bu gün yüksəlmə dövrünü yaşayır. Əgər 1980-ci ildə tələbələrin sayı 1.2 mln idisə, 2001-ci ildə bu göstərici 2 mln-ya çatdı və artmağa da davam edir. Fransa torpağında ali təhsil alan hər 10 tələbədən biri əcnəbidir.

Fransada təhsil sürətli və çevikdir. Universitet təhsili 3 hissəyə ayrılır. Tələbələr hər birini bitirdikdə diplom alırlar.

Birinci hissə iki il üçün hesablanıb və ümumi (DEUG) və ya elmi-texniki (DEUST) universitet təhsili diplomunu almaq üçün imtahanla tamamlanır. Çoxları məhz bu pillədə dayanırlar, çünki, belə sənəd yaxşı iş tapmaq üçün şərait yaradır.

İkinci hissə də 2–3 illik təhsildən ibarətdir. Birinci ili bitirdikdən sonra lisenziyalı diplom verilir, növbəti isə magistr diplomunu almaqla bitir.

Nəhayət, 3-cü hissə seçilmiş peşənin daha dərindən öyrənilməsini təklif edir və sərbəst elmi işlə müşayiət olunur, hansı ki, bu işə iddialı olanlar proqrama daxil olmasına qədər bu mövzunun dürüst və qısaca ifadə olunmasına borcludurlar. Bu mərhələni müvəffəqiyyətlə keçənlərə xüsusi ali təhsil və ya əsaslı təhsil diplomu verilir.

Fransada təxminən 80 universitet və 300-ə yaxın məktəb vardır. Fransız ali məktəbləri öz ölçülərinə görə fərqlənirlər, lakin bütövlükdə yerləşdiyi yerdən asılı olmayaraq, yüksək keyfiyyətli təhsil vəd edirlər. Böyük əyalətlərdəki şəhərlərdə – Lill, Ren, Tuluza, Eks-an-Provay-sa, Bordo, Qrenoblyada, Lion bir qayda olaraq, kiçik xüsusiyyətləri ilə fərqlənirlər. Burada 2-ci və 3-cü hissənin tələbələri daha çoxdur. Nəhayət, fransız tələbələrinin 4/1-nin toplaşdığı Parisin ətrafında demək olar ki, nə lazımdı hər şeyi tapmaq olar. İstər fakültə, istər proqram, istərsə də ixtisaslaşdırma olsun.

Fransada universitetlərin rəsmi reytinqi mövcud deyildir, lakin yekunlaşmış nəticələr haqqında danışmaq olar. Necə ki, Fransanın alman dili öyrədən ən yaxşı fakültəsi Strasburq Universitetindədir, məsələn, Monpelye Universitetində təbiət elmləri və tibb fakültələri daha yaxşı təşkil olunmuşdur. Ən ali ticarət məktəbi, ali iqtisadi və ticarət elmləri məktəbi, Parisin ali ticarət məktəbi və başqalarını flaqmanlar aralarında biznes – təhsili adlandırırlar.

Prinsip etibarilə, universitetlər və ali məktəblər arasında fərq mövcud deyildir. Yalnız yaranmış tarixi tiplərdən söhbət gedə bilər.

Ali təhsil məzununun diplomu nüfuzuna görə, bəzən universitet diplomundan daha yüksək qiymətləndirilir. Bunlardan 1-cilər fransız inqilabından əvvəl yaranmışdı: Dağ məktəbi 1783-cü ildə. Bir il sonra körpü və yolların çəkilməsi üçün tikilmiş krallıq məktəbi. Bir qayda olaraq, böyük biznesə və siyasətə gedən yol məhz onlardan keçir. Ekol Normal, Ali Təsərrüfat məktəbi, Ali Ticarət məktəbi, Texniki məktəb, mühəndis vətəndaşlar üçün Mərkəzi məktəb, Hərbi ümumqoşun məktəbi daha çox məşhurdurlar. Doğrudur, əcnəbinin buraya daxil olması çox çətindir, belə ki, hər iş ayrı-ayrılıqda, lazımınca araşdırılır, çox vaxt rədd edilir. Ən yaxşı şans BAC attestatına sahib olanlardadır, ancaq onlara da 1–2 il xüsusi məşğələ siniflərində çalışmaq, amansız konkursda səbirli olmaq lazım gələcəkdir. Fransız ali məktəblərinə daxil olmağın bir neçə yolu var. Birincisi, rəsmi nöqteyi-nəzərdən BAC-bakalavr attestatı əldə etmək üçün ən sadə yoldur. Bu sənəd universitetə 100 faizlik buraxılışdır, lakin heyf ki, onu yalnız fransız liseyini bitirdikdən sonra imtahan verərək və yaxşı nəticə əldə edərək almaq olar. Buna görə, onun bütün sadəliklərinə baxmayaraq, elə də yüngül adlandırmaq olmaz.

Başqa variantlar da var. Fransanın hansı ali məktəbində təhsil almaq istədiyini bilən şəxs ən yaxşısı, həmin ali məktəbin komissiyasına məktub göndərərək, niyə bu təhsil sahəsində oxumaq istədiyinin səbəbini yazmağı və bir az da özü haqqında danışmağı sınasın. Şans müsbət cavab almaq istəyən elə insanlarda baş qaldırır ki, onlar oxuduqları ali məktəbləri qurban verə bilərlər və yenidən 1-ci kursa, lakin fransızca davam etməlidirlər.

Əgər sizin namizədliyiniz Fransada bəyənilsə, onlar sizə fransız dilində DALF testə cavab vermək üçün dəvət göndərəcəklər. Bundan əlavə, sizi DALF almanız üçün imtahana buraxsınlar deyə, ilk iş olaraq, çox da çətin olmayan daha bir imtahan verməlisiniz və fransız dilini DELF öyrəndiyinizə görə diplom almalısınız.

Universitetlərin bir çoxunda əcnəbilər üçün hazırlıq kursları fəaliyyət göstərir. Əsasən, fransız dilinə yiyələnməyə daha çox yer verilir. Kim ki, kursun sonunda imtahanları verə bilir, o həmin ali məktəbin tələbəsi olur.

Son illərdə bəzi ali təhsil müəssisələrində, xüsusilə özəllərdə ingilis dilində magistr proqramları yaradılıb. Onlar əcnəbilərə istiqamətləndirilmiş və 1–2 illik təhsil ehtimal olunur. Bura daxil olmaq üçün dinlədiyin kurslar və aldığın qiymətlər barədə diplom və akademik arayış , bundan başqa, TOEFL (550–700) və ya İELTS (6.0–7.0 bal) testinin nəticələrini vermək lazımdır. Bəzən ingilis dilində imtahanları məktəb özü təşkil edir. Belə proqramlarda təhsil almaq ödənişlidir.

Siyasi quruluşu

[redaktə | mənbəni redaktə et]

Fransa tarixdə idarəetmə formasına və siyasi quruluşuna görə xüsusi yerə sahibdir. Tarixə nəzər salsaq, görərik ki, Fransa və Avropa siyasi tarixində köklü dəyişikliklərə səbəb olmuş ən mühüm hadisələrdən biri Böyük Fransa İnqilabıdır.

İnqilab özündən sonra Avropada Napoleon müharibələri, Fransada monarxiyanın bərpası və nəhayət müasir, azad, demokratik Fransanın simasını müəyyənləşdirəcək daha iki inqilaba səbəb olmuşdur. İnqilabdan sonrakı 75 il ərzində Fransa respublika, diktatorluq, konstitusiyalı monarxiya və iki müxtəlif imperiyalar halında mövcud olmuşdur.

Bu sosial-siyasi qiyam mütləq monarxiyadan demokratiya, vətəndaşlıq və insan hüquq və azadlıqları kimi mütərrəqqi prinsiplərə əsaslanmışdır. Bu gün Fransada bu prinsiplər dövlət idarəçiliyində, siyasi quruluşda hakim mövqedədir.

Dünyadakı bir çox ölkəyə hüquq sistemi və idarəetmə formasına görə Fransa nümunə ölkələrdən biri hesab olunur.

Fransanın nümunə bir ölkə olaraq təhlilini 2 aspektdən ələ almışdır: Fransanın siyasi quruluşu, hakimiyyət orqanları və idarəetmə quruluşu: mərkəzi və yerli idarəetmələr.

Fransa dövləti prezidentli respublika rejimi ilə idarə olunan bir ölkədir. Hal-hazırda Fransa 5-ci Respublika dövrünü yaşayır. Respublikanın əsas xüsusiyyəti Fransız İnqilabının içində mövcud olan insan haqqları, demokratik dəyərlərə bağlı, dövlət və milləti ilə birlikdə bölünməz, sosial bir hüquq dövləti üzərində qurulmuşdur.

Fransa torpaqlarında yaşayan və vətəndaşlıq almış hər kəs Fransız hesab olunur. Bütün fransız vətəndaşları konstitusiya və qanunlar qarşısında dil, din, irq baxımından ayrı-seçkilik olmadan bərabər hüquqlara sahibdir.

Fransanın qanunverici orqanı 1958-ci il Konstitusiyasının 24 və 58-ci maddələrində qeyd olunmuş ətraflı və aydın prinsiplər əsasında qurulmuşdur. Ali qanunverici orqan ikipalatalı parlamentdən ibarətdir: Milli Məclis və Senat. Senatda yerli özünüidarəetmələr, Milli məclisdə isə xalq təmsil olunur.

1985-ci ildən bəri Milli Məclis ümumi və birbaşa seçki hüququ əsasında gizli səsvermə ilə 5 il müddətinə seçilən 581 deputatdan ibarətdir. Deputatların 555-i bilavasitə Fransadan, 14-ü Fransanın keçmiş müstəmləkəsi olub "dənizarxası ərazilər" adlanan yerlərdən, 12-i isə Fransadan kənarda yaşayan fransız vətəndaşlarından seçilir. Seçkilər birmandatlı seçki dairələri üzrə majoritar seçki sistemi əsasında 2 dövrədə keçirilir. Seçki dairələrinin sərhədləri əhalinin ümumi siyahıyaalınmasından sonra demoqrafik dəyişikliklər nəzərə alınmaqla dəqiqləşdirilir. 23 yaşa çatmış fəal seçki hüququna malik hər bir Fransa vətəndaşı öz namizədliyini irəli sürə bilər.

Bir çox ölkələrdən fərqli olaraq Fransada deputatın müavini də olur. Deputat seçilmiş şəxs vəfat etdikdə və bir sıra digər hallarda müavin deputat mandatı əldə edir.

Senat departamentləri təmsil edən orqan olub 321 üzvdən ibarətdir. Departamentlərin təmsilçilik norması onların əhalisinin sayından asılıdır. Senator seçilmək üçün 35 yaşa çatmaq tələb olunur. Senatorların səlahiyyət müddəti 9 ildir. Hər 3 ildən bir Senatın tərkibinin üçdən bir hissəsi yenidən seçilir.

Digər ölkələrin parlamentləri kimi Fransa parlamenti də qanunvericilik, iqtisadiyyat, nəzarət, xarici siyasət, məhkəmə və başqa sahələrdə səlahiyyətlərə malikdir.

Qanunvericilik sahəsində Fransa parlamenti aşağıdakı qanunları qəbul edə bilər:

· konstitusiya qanunları;

· üzvi qanunlar;

· adi qanunlar.

Fransada icraedici hakimiyyət mərkəzi idarəetmə qurumları və əyalət təşkilatlarından meydana gəlmişdir. İcraedici orqanın əsas ünsürləri aşağıdakılardır:

Fransada prezident həm dövlət başçısı , həm də icraedici orqanın başçısıdır. Digər Avropa ölkələri ilə müqayisədə olduqca geniş vəzifə və ssəlahiyyətlərə malik olan president həm də məhkəmə hakimiyyətinin müstəqilliyinin gerçək zəmanəti statusuna malikdir. Xüsusilə xarici siyasət və milli müdafiə sahələrində yeganə səlahiyyətli bir hakimiyyətinin olması ilə bərabər, başnaziri təyin etmək, hökumətin çağırılması ilə vəzifəsinə son vermək, hökumətə başçılıq etmək, baş nazir və ya hər iki parlamentin təklifi ilə bəzi qanun layihələrini xalq səsverməsinə təqdim etmək, milli birlik və müharibə vəziyyəti haqqında parlamentləri iclasa çağırmaq və ya fövqəladə hal elan etmək, Konstitusiya şurası üzvlərindən üçünü təyin etmək, qanunlara yenidən baxılmasını istəmək mövzularında imza səlahiyyətinə malikdir.

Birbaşa xalq tərəfindən 7 illiyə seçilən prezident, vəzifə müddəti bittikdən sonra yenidən seçilə bilər. Yenidən seçilə bilmə haqqı prezidentə həm də onun hər hansı bir siyasi partiyaya üzv ola bilməsinə və hər hansı bir siyasi düşüncəni təmsil edə bilməsinə yol açır. Prezidentliyə nazmizəd ola bilmək üçün parlament nümayəndəsi, bələdiyyə başçısı, əyalət məclisi üzvü vəya bölgə məclisi üzvü olmaq, minimum 30 ili təmsil edən və ən az 500 vətəndaşın ictimaiyyətə açıq və yazılı şəkildə namizəd göstərməsi zəruridir.

Baş nazirin səlahiyyətləri konstitusiyanın 20 və 21-ci maddələrinə əsasən, ölkədaxili tənzimləmələr etmək, hökumət işlərini idarə və koordinasiya etmək, qanunvericiliyi tətbiq etmək, müəyyən səviyyələrdə təyinatlar etməkdən ibarətdir. Bununla yanaşı birbaşa baş nazirə tabe olan əhəmiyyətli qurumlar da vardır.

Hökumətin baş katibi

[redaktə | mənbəni redaktə et]

Ənənəvi oaraq Danıştay üzvləri arasından təuin olunan və birbaşa baş nazirə tabe olan siyasət və idarəetmə arasında əlaqə qurumudur. Parlamentlə hökumət arasındakı əlaqələrdə çox əhəmiyyətli rola sahibdir. İdari baxımdan birbaşa baş nazirə bağlı icraedici, maliyyə və idarəedici vahidlərinin rəhbəridir. Nazirlər kabineti iclaslarının gündəmlərini hazırlamaq, rəsmi hesabatlar tutmaq və dərc etmək, nazirliklər arası konfransların və digər qurumların iclaslarında iştirak etmək, baş nazirin milli qəzet, kadrların idarəsi, yüksek inzibati araşdırmalar mərkəzi və digər komissiya və komitələrlə əlaqələrinin həyata keçirilməsi ilə bağlı işlər də baş katibin vəzifələrindəndir.

Nazirlər Kabineti

[redaktə | mənbəni redaktə et]

Fransa konstitusiyasında Nazirlər Kabinetinin strukturu və faliyyəti barədə heç bir konstitusya tənzimləməsi yoxdur. Sadəcə iki istisna vardır ki, bunlardan biri fövqəladə vəziyyət elan olunmasıdır. Nazirlər Kabineti fövqəladə hal elanını parlamentin təsdiqləməsi üçün 15 gün ərzində təqdim etməlidir. İkinci istisna isə Nazirlər Kabinetinin Konstitusiya Şurasına parlamentin səlahiyyət dairəsindən kənara çıxaraq öz səlahiyyətlərini qəsb etməsi etirazıdır

İdarəetmə quruluşu

[redaktə | mənbəni redaktə et]

Fransada mərkəzi idarəetmə bölgə, əyalət və mahal adlanan üç vahiddən ibarətdir. Bölgələr və əyalətlər eyni zamanda həm mərkəzi, həm də yerli idarəetmənin təşkilatlandığı idari vahidləridir. Nazirlər kabineti tərəfindən təyin olunan vali bölgə və əyalətlərdə mərkəzi hökuməti təmsil edir. Mahallar da məmurlar tərəfindən idarə olunur.

Fransada bölgə iqtisadi, sosial, mədəni və coğrafi , həmçinin etnik və dini baxımdan sıx əlaqələrin mövcud olduğu məkanlara verilən addır.1990-cı ildən bəri Fransada 26 bölgə mövcuddur.

Əyalət iyerarxik quruluşda bölgələrdən sonra gələn vahidlərdir. Əyalət valisi də Nazirlər Kabineti tərəfindən təyin olunur. Fransada bu gün 100 əyalət idarəetməsi vardır. Əyalət valiləri bölgə valisinin əmrinə tabe olaraq mərkəz tərəfindən verilən vəzifələri qanunauyğun şəkildə yerinə yetirirlər.

Mahalların başçısı Daxili İşlər Naziri tərəfindən təyin olunan məmurlardır(prefet). Mərkəz tərəfindən verilən əmrləri yerinə yetirməklə məsuldurlar.

Xarici siyasətinin idarəedilməsinin Fransa sistemi bəzi fərqli xüsusiyyətlərə və ənənələrə malikdir. 1958-ci və sonrakı illərin hadisələri Fransanı prezident respublikasına çevirdi. Məlum olduğu kimi, bu general Ş. de Qollun adı ilə bağlıdır. Parlament iki palatadan ibarətdir: Milli məclis və senat. Milli məclis bilavasitə, senat bilvasitə səsvermə yolu ilə seçilir. Senatda ərazi vahidləri və xaricdə yaşayan fransızlar təmsil olunur. Fransızların ifadəsinə görə, parlament haqqında bölmə konstitusiyanın "künc-bucağında" yerləşir, lakin müharibənin elan edilməsi kimi mühüm məsələnin həlli məhz parlamentin səlahiyyətlərində təsbit edilib. Həmçinin Milli Məclis hökumətə inam yaxud inamsızlıq (o cümlədən xarici siyasət sahəsində) nümayiş etdirmək hüququna malikdir. Bəzi beynəlxalq müqavilələr yalnız parlament tərəfindən təsdiqlənə bilər. Əsas funksiyalar – səfir təyin etmək və xarici səfirləri akreditə etmək, sazişlərin bağlanması haqda danışıqları aparmaq və həmin sazişləri ratifikasiya etmək, Milli təhlükəsizliyi təmin etmək və hərbi qüvvələrin başçısı olmaq, prezidentin əlində cəmləşib. Baş nazirin rolu Böyük Britaniyaya nisbətən xeyli aşağıdır. Bununla yanaşı, baş nazir hökumətə başçılıq edir və deməli, gündəlik olaraq xarici siyasət məsələləri ilə də məşğul olur. Həmçinin konstitusiya şurası mövcuddur. Şura 9 illik səlahiyyətlərə malik olan 9 üzvdən ibarətdir və xarici siyasi fəaliyyətə nəzarət edir. Ölkənin bütün keçmiş prezidentləri ömürlük bu şuranın üzvləridirlər. Xarici siyasətin əsas halqası tarixçəsi 1628-ci ilə gedib çıxan XİN. 1853-cü ildən nazirlik məşhur Ke d’Orse bulvarında yerləşir. Ona nazir başçılıq edir, nazir yanında dəftərxana fəaliyyət göstərir. Həmçinin avropa və frankofon işləri üzrə iki nazir müavini də var. Xarici əlaqələr orqanlarına Frankofon cəmiyyətinin mərkəzi orqanları da aiddir. 1952-ci ilin 19 sentyabr dekreti ilə Fransanın diplomatik xidməti ümumi inzibatçılıq qulluqçularından ayrılmış, diplomatik və konsul personalı dörd məmur qrupuna bölünmüşdür: elçilər, məsləhətçilər və xarici işlər üzrə katiblər, Şərq üzrə mütəxəssislər və iş icraatçıları. Həmçinin iqtisadi işlər üzrə referentlər, attaşelər və s. var. Xarici nümayəndəliklərdə adətən siyasi, ticari-siyasi, konsul, protokol, həmçinin mətbuat, mədəniyyət şöbələri yaradılır.

Fransa partiyaları:

  • Fransa Sosialist Partiyası — FSP, Lider: F. Olland
  • Fransa Kommunist Partiyası — FKP, Lider: J. Byuffe
  • Fransa Uğurunda Hərəkat — FUH, Lider: F. Deviye
  • Milli Cəbhə, Lider: J. J. Penn

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Fransa yüksək inkişaf etmiş dövlətdir. İqtisadi potensialına görə Avropada Almaniyadan sonra 3-cü yerdədir. Fransa iqtisadiyyatının ənənəvi xüsusiyyəti burada təsərrüfatın mühüm sahələrinə nəzarət edən ümumilli proqramlaşdırmanı fəal tətbiq edən iri dövlət sektorunun olmasıdır. Ölkədə iqtisadi inkişafın planlaşdırılması ümumavropa miqyasında strateji səciyyə daşıyır.

Fransada emal sənayesi 5 ana bölgədə sıxlaşıb. Paris və çevrəsinə çox çeşidi sənaye sahələri , Lyon çevrəsi və Saint Etienne-de kimya sənayesi, tarixi kömürə və toxumacılığa əsaslanan Nord-Pas-de-Calais bölgəsində alüminium, polad və motorlu nəqliyyat vasitələri, Tuluza və çevrəsində kosmos və havaçılıq sənayesi məskunlaşmışdır.

Fransa iqtisadiyyatında öz aralarında və xarici kapitalla sıx əlaqədar olan onlarla sənaye korporasiyaları və banklar fəaliyyət göstərir . Bunlar "Elf-Akiten"(neft sənayesi),"Pejo-Sitroen" və "Renault"(avtomobil sənayesi),"Tomson"və "Alkatel"(elektronika),"Peşine-Yujin-Külman"(alüminium sənayesi),"Ron-Pulenk" və "Mişlen"(kimya sənayesi),"L`Oreal","Ywes Rocher"(kosmetika),"Karfurr"(ərzaq məhsulları ticarəti), banklar "Kredi Leonne","Pariba" və başqalarıdır. İqtisadiyyatın bəzi sahələrində(kənd təsərrüfatı, yüngül, yeyinti, ticarət və s.) kiçik sahibkarlıq mövcuddur. İstehsalın mərkəzləşmə səviyyəsinə görə AFR və Böyük Britaniyadan geri qalsa da, iqtisadiyyatında dövlət sektorunun əhəmiyyətinə görə irəlidədir. Sənaye sahələrinin 1/4-i dövlətə məxsus müəssisələri təşkil edir. Ölkə sənayedən sonrakı inkişaf mərhələindədir. Sənaye, kənd təsərrüfatında çalışanların sayı azalır. Əmək qabiliyyətli əhalinin yarıdan çoxu xidmət sahələrində çalışır. Xidmətin bir çox növlərinə görə (maliyyə, nəqliyyat, turizm, elmi və texniki əməkdaşlıq) dünyada lider dövlətlərdəndir. Fransa iri hərbi qüvvəyə və atom silahına malikdir.

Əmək qabiliyyətli əhalinin təqribən 25%-i bu sahədə çalışır. Ən mühüm sahələri energetika, maşınqayırma və kimyadır. Hasilat sənayesində daş kömür, dəmir filizi,boksit çıxarılması xeyli azalmışdır. Mərkəzi massivdə uran, cənub-qərbdə təbii qaz çıxarılır. Fransa mineral xammal idxalçısına çevrilmişdir. Ona görə də energetika sənayesində AES-lərin rolu getdikcə artır. AES-lər yerli xammal və Afrika ölkələrindən idxal olunan uran filizi əsasında fəaliyyət göstərir. Mərkəzi massivdə hər il 2–3 min ton uran filizi çıxarılır. Elektrik enerjii istehsalında AES-lərin payı 80%-dən çoxdur. Bu göstəriciyə görə dünyada birincidir. Uran filizindən istifadə zaanı tullantıların bir hissəsi Almaniyada anbarlara yığılır.2010-cu ilin noyabr ayında Almaniyada əhslinin etiraz nümayişi də buna qarşı yönəlmişdirElektrik enerjisi istehsalında SES-lərin rolu da vardır.2015-ci ildə Fransa avropa ölkələri arasında elektrik enerjisi istehsalına görə Norveç və İsveçdən sonra 3-cü oldu. Energetikanın inkişafı planlarında enerji daşıyıcılarının idxalının azaldılması və alternativ vasitələrdən(günəş, külək, dəniz qabaraları enerjisi) istifadə olunması göstərilir.

Emaledici sənayedə metal və enerji tutumlu sahələrin payı azalmış , maşınqayırma və kimyanın mövqeyi artmışdır. Qara metallurgiya idxal olunan xammala(zavodları Dünkerk, Fosdadır), əlvan metallurgiya həm yerli , həm də idxal olunan xammala, ucuz elektrik enerjisinə əsaslanır. Əlvan metallurgiya müəssisələri Saboye dağlıq rayonunda , Mərkəzi Massivdə , Pireneydə SES-lərin yaxınlığında fəaliyyət göstərir.

Maşınqayırma kompleksinin strukturunda avtomobilqayırma və nəqliyyat vasitələri istehsalı 1-ci yerdədir. Fransa dünya bazarında avtomobil , avia-kosmik avadanlıq və gəmilər istehsalına görə rəqabət aparır. Ölkənin "Reno","Pejo" avtomobil şirkətləri;"Aerospasyal","Avon Marsel Dasso Breqe" aviakosmik şirkəti dünya miqyasında ən iri istehsalçılardır. Ölkədə elektrotexnika sənayesi yüksək inkişaf etmişdir. Bu sahədə elektrik kabelləri, elektrik stansiyaları(o, cümlədən atom) üçün avadanlıq, elektron hesablama maşınları və s. istehsal olunur. Maşınqayırmanın mühüm mərkəzləri Paris, Lion bölgələri daxilində, həm də ölkənin şimalında (gəmiqayırma istisna olmaqla) yerləşir. Maşınqayırma məhsullarının 40%-i ixrac olunur. Aviaraket sənayesinin inkişafına görə Avropada liderdir. Sərnişin və hərbi təyyarə, helikopter, raket istehsal edir."Arean" fransız raketlərindən bir sıra dövlətlər peyk buraxılmasnda istifadə edir. Ölkəyə məxsus Kuru kosmodromu Fransa Qvianasında yerləşir(Latın Amerikası). Ölkənin aviasiya müəssisələri Paris, Tuluza şəhərlərindədir və bunlar dövlətə məxsusdur. Aviasiya sənayesinin digər mərkəzləri Bordo, Rurj, Marinyandadır.

Sənaуе istehsalının strukturunda maşınqayırmadan sonra 2-ci yerdə kimya sənayesidir. Kimya sanayesi mineral gübrə, sintetik kauçuk və plastik kütlə, zərif kimya (parfümeriya, əczaçılıq, kosmetika) üzra ixtisaslaşmışdır. Rezin sənayesi (avtomobil təkərləri istehsalı) inkişaf etmişdir. Kimya sənaуе müəssisələri Paris, Lion Ьölgələri və ölkənin cənubundadır.

Sənaye istehsalının strukturunda 3-cü yerdə yüngül sənayedir. Yüngül sənayenin mühüm sahəsi toxuculuqdur. Fransa parça və paltar istehsalına görə dünyada məşhurdur. Bu sahədə yun və pambıqdan daha çox istifadə olunur. Toxuculuq sənayesinin mərkəzləri ölkənin şimalında(yun , kətan, cut fabrikləri) , Elzasda və Vogez dağları ətəklərində(pambıq parça), Lionda(təbii və süni ipək parça) cəmlənmişdir. Tikiş sənayesinin mühüm mərkəzi Parisdir. O, moda mərkəzi kimi dünyada məşhurdur və bu sahədə liderliyini saxlayır.

İstehsal məhsullarının həcmi və müxtəlifliyinə görə ölkədə yeyinti sənayesi xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə şərabçılıq, şirniyyat və pendir, konserv və şirələr istehsalı xüsusilə seçilir. Yeyinti sənayesinin müəssisələri ölkənin əksər şəhərlərində уаyılmışdır.

Kənd təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Fransa aqrosənaуе kompleksinin inkişafına görə dünyada арarıcı mövqe tutur. Ölkənin kənd təsərrufatında cəmi 1 mln əhaliçalışır. О, ət, süd, taxıl, şəkər çuğunduru istehsalına görə Qərbi Avropada 1-ci, pendir istehsalına görə dünyada 2-ci, üzüm yetişdirilməsinə görə Avropada 2-ci (ltaliyadan sonra) yerdədir. Fransanın Aralıq dənizi sahilləri meyvəçiliyin müxtəlifliyinə görə seçilir (şaftalı, ərik, badam, zeytun, sitrus meyvələri). Aqrar bölmələrdaə kiçik və orta təsərrüfatlarda iri əmtəəlik müəssiselər hakim mövqe tutur. Fransa kənd təsərrüfat məhsulları istehalına görə dünyada 3-cü (АВŞ və Kanadadan sonra), Qərbi Avropada l-ci yerdədir.

Kənd təsərrüfatı məhsullarınn yarıdan çoxu heyvandarlığın payına düşür. Əsasən iri buynuzlu mal-qara bəslənilir və о, mal-qaranın sayına görə Qərbi Avropada l-ci yerdədir. İri buynuzlu mal-qara ölkənin təbii otlaqlar olan şimal-qərbində, həmçinin Mərkəzi Massivdə saxlanılır. Heyvandarlıq intensiv inkişaf etdirilir, əsasən südlük-ətlik istiqamətindədir. Bu sahədə kərə yağı, mal əti, pendir, süd istehsalı inkişaf etmişdir.

Bitkiçilikdə taxıl əkinləri (xüsusilə buğda), üzümçülük, tərəvəzçilik və bağçılıq aparıcı yer tutur. Taxıl bitkiləri(buğda , qarğıdalı, arpa)əsasən Şimali Fransa, Akvitan ovalığında becərilir. Bu sahədə orta məhsuldarlıq hər hektara 70sentnerdir. Qarğıdalı cənub-qərbdə;arpa, çovdar Mərkəzi Massivdə;çəltik Rona çayı deltasında əkilir. Texniki bitkilərdən kartof və şəkər çuğunduru əkinləri də geniş ərazi tutur.(Şimali Fransa ovalığında). Üzüçülük üzrə ixtisaslaşan rayon Langedokdur(üzüm bağlarının 40%-i). Üzüm həmçinin Haronna, Dordoni, Şaranti çayları vadisində də becərilir. Keyfiyyətli üzüm şərabı istehsalına görə Fransa dünyada 1-ci yerdədir."Şampan","Konyak","Kaqor" içki markaları dünyada məşhurdur. Bordo, Şampan, Elzas, Burqundiya bölgələri, Luara çayı vadisində əla markalı şərab istehsal olunur. Tərəvəzçilik və meyvəçilik üzrə bir çox kiçik bölgələr ixtisaslaşmışdır. Bu sahənin məhsulları iri şəhərləri (ilk növbədə Parisi)təmin edir. Ölkənin şimal-qərbində alma, armud, ərik bağları , Aralıq dənizi sahillərində gavalı, sitrus meyvə bağları yayılmışdır.

Nəqliyyat və xarici ticarət

[redaktə | mənbəni redaktə et]

Fransa yüksək inkişaf etmiş nəqliyyat şəbəkəsinə malikdir. Ölkədə nəqliyyat şəbəkəsi radial konfiqurasiyaya malikdir. Belə ki, əsas dəmir yolları, avtomobil magistralları, daxili su yolları, hava xətləri paytaxt Parisdən başlayır. Sərnişin və yük daşımalarda əsas rolu avtomobil nəqliyyat oynayır. Fransa Avropada inkişaf etmiş dəmir yolu şəbəkəsinə malikdir.

Ölkənin ən mühüm mərkəzləri arasındakı əlaqə yüksəksürətli və elektrikləşdirilmiş dəmir yolları vasitəsilə əlaqə saxlanır . Yüksəksürətli magistralların tətbiqi sahəsinə görə Fransa Avropa ölkələri arasında liderdir. O, bir sıra ölkələrdə o cümlədən ABŞ-də yüksəksürətli magistrallar layihəsində iştirak edir. Paris-Lion-Marsel;Paris-Tur-Bordo;Paris-Lemoj-Tuluza mühüm dəmir yol magistrallarıdır. Yük daşımalarında boru kəmərləri və daxili su nəqliyyatından geniş istifadə olunur. Neft və neft məhsulları əsasən Marsel-Lion-Strasburq, Havr-Paris kəmərləri ilə daşınır. Yük daşımalarında Sena çayından istifadə olunur. Paris, Strasburq, Ruan mühüm çay limanlarıdır.

Xarici iqtisadi əlaqalərində dəniz naqliyyatı mühüm rol oynayır. Ən mühüm dəniz limanları Marsel, Havr, Dünkerk, Nant, Bordo, Ruandır. Yük dövriyyəsinin həcminə görə Marsel Qərbi Avropada 3-cü yerdədir. O, Fransanı Hind və Sakit okeanla əlaqələndirir. Havr və Ruan Parisin dəniz avanportudur. Dünkürk portu Şimal sənaye bölgəsinin dəniz qapısıdır. Nəqliyyat əlaqələrində La-Manş boğzından 1994-cü ildə çəkilmiş sualtı tuneldən geniş istifadə olunur. Hava nəqliyyatı ilə daşımaları dövlətə məxsus "Eyr-Frans", "Eyr-lntern" şirkətləri vasitəsilə həyata keçirilir.

Fransa dünyada turist qəbuluna görə liderdir (76,8 mln. nafər). Turizmdən əldə olunan gəlir 46,3 mlrd. dollar təşkil edir. Ölkəyə turistləri cəlb edən Parisin zəngin tarixi-mədəni abidələri, Disneylend əyləncə parkı, Aralıq dənizi və Atlantik okeanının çimərlikləri, istirahət mərkəzləri və s.-dir.

Xarici ticarət

[redaktə | mənbəni redaktə et]

Fransanın xarici ticarəti genişdir. Təsərrüfat əlaqələrinin müxtəlif istiqamatləri üzrə ölkə beynəlxalq aləmdə mövqeyinə görə liderdir. Xarici ticarətin həcmi və sanaye məhsulları ixracına görə Fransa dünyada 4-cü yerdədir (АВŞ, AFR, Yaponiyadan sonra). Fransa Beynəlxalq investisiya əlaqələrində fəal iştirak edir. Xarici kapital qoyululuşunun həcminə görə dünyada 3-cü yerdədir. Fransa iqtisadiyyatına qoyulan xarici investisiyanın həcmi dəəhəmiyyətli dərəcədədir.

Ölkə ixracatının tərkibi müxtəlifdir. Dünya bazarında nəqliууat maşınqayırması (avtomobil, təyyarə, helikopter, lokomotiv), silah, АЕS-lər üçün avadanlıq, kosmik texnika, elektrotexnika və kimya məhsulları, polad, alüminium, parça, paltar ixracına görə Fransanın mövqeyi yüksəkdir. Kənd təsərüfatı və ərzaq məhsulları ixracının dəyərinə görə АВŞ-dan geri qalır (şərab, taxıl, süd məhsulları, şəkər və s.), spirtli içkilər ixracına görə isə liderdir. Fransa elektrik enerjisi də ixrac edir idxalatında maşın və avadanlıqdan başqa yanacaq (xüsusilə neft) və sənaуе xammalı mühüm rol oynayır. Qəhvə, kakao, çay və digər kənd təsərrüfatı məhsulları idxal edir. Fransanın ən mühüm ticarət tərəfdaşları Aİ ölkələri (AFR, Italiya, Böyük Britaniya, Benilüks dövlətləri), АВŞ, Yaponiya, Çindir, Fransa Afrika ölkələri, Yaxın və Orta şərq, Latın Amerikası ölkələrilə da ticarət əlaqələri saxlayır. Fransa və Azərbaусan Respublikası arasında da ticarət əlaqələri genişlənir. Fransanın əsas təsərrüfat sahələri sahilboyu ərazilərdə yerləşir. Ölkənin qərb və cənub hissəsində əsas ticarət limanları yerləşir. Kənd təsərrüfatı, əsasən, qərbində, iqlim və torpaq ehtiyatlarının üstün inkişaf etdiyi ərazilərdə qurulmuşdur.

  1. 1 2 3 4 article 2 of the French Constitution of the Fifth Republic.
  2. 1 2 Fransa Konstitusiyası.
  3. 1 2 Journal officiel de la République française, Journal officiel de la République française. Document administratif (fr.). 1979. ISSN 0242-6773
  4. french constitutional law of 25 June 1992.
  5. (unspecified title).
  6. Abbasqulu Xan Sərtib, Rusca-farsca-azərbaycanca lüğət (Русско-персидско-тюркский словарь), 1908 (s. 123)
  7. "Most Famous Rivers in France". 2021-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]