Zelendol rayonu
Zelendol rayonu | |
---|---|
55°51′ şm. e. 48°31′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Zelenodolsk |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 4 avqust 1938 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Zelendol rayonu (tatar. Zelenodol rayonı, Зеленодо́л районы́) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şimal-qərbində yerləşir. Kazan şəhər dairəsi, Biektau, Yuxarı Oslan, Kaybiç rayonları ilə, Çuvaşıstan (Kozlovski, Urmarski rayonları) və Mari El (Voljski rayonu və Voljsk şəhər dairəsi) ilə həmsərhəddir.
İnzibati mərkəzi Zelenedol şəhəridir.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Volqa çayının hər iki sahilində yerləşən respublikanın yeganə rayonudur. Rayon ərazisində Sviyaqa (Volqanın sağ qolu) və Çanta çaylarının mənsəbləri yerləşir.
1957-ci ildə Kuybışev su anbarının doldurulması nəticəsində ərazidə yerləşən qədim Sviyajsk şəhəri su anbarının altında qalır, Burada yalnız kənd şəkilində Sviyaqa adasında yerləşmişdir. 2008-ci ildə Sviyqaanın sol sahilindən Sviyajskaya gedən bir bənd ilə yol salınır və ada faktiki olaraq yarımadaya çevrilir. 2011-ci ildə bəndin üstündən bir kanal və bir körpü inşa edilmişdir.
Volqa-Kama qoruğunun Raifski hissəsi rayon ərazisində yerləşir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Rayonun ərazisi 1920-ci ilə qədər Kazan qəzasının, 1920-1927-ci illərdə isə Arsk kantonunun tərkibinə daxil olur.
Yudino rayonu adı ilə 4 avqust 1938-ci ildə ləğv edilmiş Kazan rayonunun qərb hissəsindən qurulmuşdur. Rayonun inzibati mərkəzi işçi Yudino kəndində yerləşirdi (indi Qazanın bir hissəsidir).
1 yanvar 1948-ci il tarixinə rayona 3 kənd məclisi daxil olur: Vasilyevski, Oktyabrski, Yudinski, həmçinin 24 kənd: Ayşin, Belo-Bezvodninski, Bişninski, Bolşe-Derbışkinski, Bolşe-Klyuçinski, Bolşe-Kulbaşski, Bolşe-Kurquzinski, Bolşe Yakinski, Borisoqlebski, Qarinski, Kadışevski, Kinder, Krasnoqorsk, Malo-Klyuçinski, Nikolski, Novopolski, Osinovski, Osoko-Kovalinski, Remplerski, Rusko-Mari-Kovalinski, Semiozerski, Suxoretski, Urazlinski, Şiqalinski. Yudino rayonunun ərazisi 906 km² idi[2].
16 iyul 1958-ci ildə rayon mərkəzi Yudino kəndindən Zelenodolsk şəhərinə köçürüldü və rayon Zelenodolo adlandırıldı[3].
Əhalisi
[redaktə | mənbəni redaktə et]- Milli tərkib
Əhalisi: 162,3 min nəfər. 1989-cu il siyahıyaalınmasına görə: 51,4% -i ruslar, 43.5% -i tatarlar, 2.6% -i çuvaşlar, 0.7% -i marilər. 2002-ci il siyahıyaalınmasına əsasən etnik tərkib: 48,7% - ruslar, 46,2% - tatarlar, 2,5% - çuvaşlar, 0,5% - marilər.
- Urbanizasiya
Şəhər şəraitində (Zelenedol şəhəri) rayon əhalisinin 75,08 % -i yaşayır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
- ↑ Татарская АССР: Административно-территориальное деление на 1 января 1948 года / Сост.: Г.С. Губайдуллин. — Казань: Татгосиздат, 1948. — 220 с.
- ↑ "Краткая справка по административно-территориальному делению Республики Татарстан". 2014-05-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-14.