Aksubay rayonu
Aksubay rayonu | |||||
---|---|---|---|---|---|
![]() | |||||
|
|||||
54°53′ şm. e. 50°48′ ş. u.HGYO |
|||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 10 iyul 1930 | ||||
Sahəsi |
|
||||
Hündürlük | 102 m | ||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi sayt | |||||
![]() |
|||||
![]() |
Aksubay rayonu (tatar. Аксубай районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın cənubunda, Zakamski iqtisadi rayonunda yerləşir.
İnzibati mərkəzi Qazan şəhərindən 180 km, Nurlat dəmiryol stansiyasından 58 km və Çistopol şəhərindən 85 km məsafədə yerləşən şəhər tipli Aksubay qəsəbəsidir.
Coğrafiya
[redaktə | vikimətni redaktə et]Çistopol, Yeni Çimşə, Çirmeşən, Nurlat və Alekseyevsk rayonları ilə həmsərhəddir.
Sahəsi - 1439.16 km²-dir.
Bilyar qoruğu. Keremetev meşəsi. Bolşaya Sulça, Savruşka çayları və s.
Tarixi
[redaktə | vikimətni redaktə et]10 Avqust 1930-cu ildə təsis edilmişdir. Müasir sərhədlərə isə 1965-ci ildən qovuşur.
Əhali
[redaktə | vikimətni redaktə et]- Urbanizasiya
Şəhər şəraitində (Aksubay ş.) rayon əhalisinin 34,4 % yaşayır.
- Milli tərkib
Rayon Tatarıstanda çuvaş əhalisinin ən çox olduğu ərazi olaraq xarakterizə olunur. Burada böyük etnik qrupların, nə tatarların, nə də rusların çoxluq təşkil etmədiyi respublikanın yeganə bölgəsidir.
2013-cü ilin əvvəlində görə etnik tərkib: 44,3% -i çuvaşlar, 38.5% tatarlar, 16.6% ruslar və 0.6% -i digər millətlərin nümayəndələri.
İnzibati ərazi bölgüsü
[redaktə | vikimətni redaktə et]Aksubay inzibati rayonuna 1 şəhər və 20 kənd bələdiyyə nümayəndəliyi daxildir. Üstəlik rayon ərazisində 79 yaşayış məntəqəsi vardır.
İqtisadiyyat
[redaktə | vikimətni redaktə et]Əsas sənaye sahəsi kənd təsərrüfatıdır.
Kənd təsərrüfatı
[redaktə | vikimətni redaktə et]Kənd təsərrüfatının əsas istiqaməti taxılçılıqdır. Bölgədə qış çovdar, yaz və payız buğda, arpa, şəkər çuğunduru, kartof becərilir. Aparıcı heyvandarlıq sahəsi ətlik və südlük heyvandarlıq və donuzçuluqdur.
Sənaye
[redaktə | vikimətni redaktə et]Rayonun sənayesi aşağıdakı müəssisələrlə təmsil olunur: MMC Aksubay İstehsalat Sahəsi, İK Aksubay İstehsalat Müəssisəsi.
Təbii ehtiyatlar
[redaktə | vikimətni redaktə et]Geoloji cəhətdən bölgənin ərazisi əhəng daşı, qumdaşı və qəhvəyi-boz rəngli qumların qarışığı olan karbonat gilləri ilə təmsil olunan qayalardan ibarətdir. Bölgənin ən vacib mineral ehtiyatı neftdir. Rayonda 6 yataq aşkar edilmişdir: Eriklinskoye, Sunçeleevskoye, Demkinskoye, Myudovskoye, İbraikinskoye, İvinskoye. Üstəlik vacib bir təbii ehtiyat kərpic gildir.
Bölgənin digər təbii ehtiyatlarından torpaq və meşəni qeyd etmək lazımdır.
Nəqliyyat
[redaktə | vikimətni redaktə et]16K-0098 Çistopol-Aksubay-Nurlat və 16K-0131 Nurlat-Kuzaykino (R239) avtomobil yolları rayon ərazisindən keçir.