Tatarlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tatarlar
Kazan tatarları (1885)
Ümumi sayı
6 755 000 [1]
Yaşadığı ərazilər
Rusiya Rusiya 5 310 649 (2010)[2]
Qırğızıstan Qırğızıstan 28 656 (2012)[3]
Qazaxıstan Qazaxıstan 203 371 (2012)[4]
Ukrayna Ukrayna 73 304 [5]
Rumıniya Rumıniya 23 935 [6]
Çin ÇXR 4 890 [7]
Belarus Belarus 10 146 [8]
Estoniya Estoniya 2 582 [9]
Tacikistan Tacikistan 18 939 (2000)[10]
Latviya Latviya 3 235
Polşa Polşa 447 [11]
Özbəkistan Özbəkistan 275 400
Kanada Kanada 2 300 [12]
Azərbaycan Azərbaycan 25 900 [13]
Dili

tatar dili

Dini

İslam (sünni) və xristian (pravoslav) azlıq, və şiə azlıq[14]

Mənşəyi
Qıpcaq (türk)
Qohum xalqlar

Türk xalqları

Tatarlar (öz adları tatar. татарлар, tatarlar) (digər adları: Qazan / Kazan tatarları, Volqa tatarları, Volqaboyu tatarları) ― türk xalqlarından biri.

Əsasən Rusiyanın Avropa hissəsinin mərkəzi vilayətlərində — xüsusilə Tatarıstan Respublikasında, VolqaboyuUralətrafı ərazilərdə — və Rusiyanın digər bölgələrində (məsələn Sibirdə) və şəhərlərində, ondan başqa həmçinin Qazaxıstanda və digər Orta Asiya ölkələrində, Çinin Sintszyan Uyğur Muxtar Rayonunda (tarixi Şərqi Türkistan bölgəsi) yaşayırlar. Keçmiş SSRİ-nin bir çox bölgələrində milli icmaları vardır.

Danışdıqları tatar dili, türk dilləri ailəsinin qıpçaq dilləri qoluna daxildir.

Keçmişdə İdil (Volqa) Bulqar dövlətiQazan xanlığı kimi dövlətləri olub, lakin 1552-ci ildə Rus Çarlığı tərəfindən Qazan xanlığıonun paytaxtı Qazan şəhərinin işğalıxanlığın darmadağın edilməsindən bəri Rusiyanın tərkib hissəsi olublar.

İndiki tatarlar

[redaktə | mənbəni redaktə et]

Tatarların hazırda özlərini "tatarlar" (татарлар) adlandırmalarına, və başqaları tərəfindən də məhz tatar olaraq adlanmalarına baxmayaraq, keçmişdə (təxminən 19-cu əsrədək) onlar özlərini aşağıdakı adlarla adlandırırdılar:

  • "Möselmannar" (мөселманнар), yəni "müsəlmanlar" (Qeyd: təxminən azərbaycanlıların özlərini keçmişdə bəzən sadəcə "müsəlman" adlandırmaları kimi)[15]

Rusiya İmperiyası zamanı ruslar imperiya ərazisindəki bütün türk xalqlarını (o cümlədən azərbaycanlıları da) öz aralarında və rusdilli rəsmi sənədlərdə "tatar" (elmi ədəbiyyatda bəzən "türk-tatar") adıyla qeyd edirdilər. Bununla belə, ruslar bu sözü bir çox türk xalqının adlanmasında da istifadəyə yeritdilər.

"Tatar" adını ruslar həmin zamanlarda azərbaycanlılara (Закавказские татары, yəni "Zaqafqaziya/Cənubi Qafqaz tatarları"; və ya Адербейджанские татары, yəni "Aderbeydjan/Azərbaycan tatarları"), qumuqlara (Дагестанские татары, yəni "Dağıstan tatarları"), noqaylara (Ногайские татары, yəni "noqay tatarları"), qaraçaylılar ilə balkarlara (Горские татары, yəni "dağlı tatarlar"), altaylılara (Алтайские татары, yəni "Altay tatarları"), xakaslara (Абаканские татары, yəni "Abakan tatarları"; Минусинские татары, yəni "Minusinsk tatarları"; Енисейские татары, yəni "Yenisey tatarları"; Áчинские татары, yəni "Aça tatarları"(bölgədəki Aça çayının adından)), şorlara (Кузнецкие татары, yəni "Kuznetsk tatarları"), çulımlar'a (Чулымские татары, yəni "Çulım tatarları"), və bir neçə digər türk xalqlarına şamil edirdilər (nadir hallarda isə "tatar" qavramı hətta qeyri-türk toplumları üçün də istifadə edilə bilərdi, məsələn monqoldilli xalqlardan biri olan buryatlar üçün "братские татары" (yəni "brat tatarları" ["brat" sözü burada "buryat" adının rus dilindəki köhnə yazılışını əks etdirir]) ifadəsi istifadə olunurdu.

Belə şəkildə də indiki zamanda sadə dillə "tatar" adlanan, Tatarıstanın əsas əhalisi olan tatarları ruslar "Volqa tatarları" (волжские татары), "Volqaboyu tatarları" (приволжские татары), "Qazan/Kazan tatarları" (Казанские татары) kimi ifadələrlə adlandırırdılar. Bu adlar indi də bəzən dəqiqləşdirmə (məsələn, tarixi mövzularda) və aydınlaşdırma lazım olduğu hallarda (məsələn, krım tatarlarından ayırd etmək üçün) istifadə olunurlar.

Müasir dövrdə "tatar" adını daşıyan və (və ya) istifadə edən digər xalqlar

[redaktə | mənbəni redaktə et]

' Müasir dövrdə, əvvəllər "tatar" adlanan türk xalqlarının çoxusu artıq belə adlanmasalar da, bəzi türk xalqlarının adlarında (indiki tatarların özlərindən başqa) hələ də "tatar" ifadəsi keçir, məsələn: krım tatarları (özlərini "qırımtatarlar", "tatarlar" adlarıyla yanaşı həmçinin "qırımlar", "qırım türkler" də çağırırlar) və sibir tatarları (özlərini "sıbırtatarlar" adıyla yanaşı həm də (əsasən) "sıbırlar" çağırırlar; bəzi mütəxəssislər sıbırları gah sadəcə indiki tatarların bir qolu, gah da müstəqil bir türk xalqı hesab edirlər) hələ də müasir dövrdə bu cür adlanırlar.

Bundan başqa, müasir dövrdə Sibirdə yaşayan bir neçə türk xalqının endoetnonimi (xalqın özünü adlandırması, xalqın öz-özünə verdiyi ad) də artıq "tatar" sözündən ibarətdir. Beləcə, müasir xakaslar özlərini adətən "tadar" (тадар) və "tadarlar" (тадарлар), şorlar özlərini bəzən "tatar-kiji" (татар-кижи), "tatar" (татар), "tadar-kiji" (тадар-кижи) və "tadar" (тадар), çulımlar özlərini bəzən "tatarlar" (татарлар) və "çulım tatar" (чулым татар), teleutlar özlərini bəzən "tadar" (тадар) və "tadar-kiji" (тадар-кижи) adlandırırlar.

2002-ci il siyahiya alınmanın nəticələrinə görə[17], Rusiyada sayları 5,554,600 nəfərdir. Tatarlar Rusiya əhalisinin 3,83 %-ni təşkil edirlər, və say etibarı ilə ölkənin ruslardan sonra ikinci ən böyük xalqıdırlar.

Dini inanclarına görə sünni-müsəlmanlarıdır. Kiçik bir qrupları xristianlığın pravoslav qoluna sitayiş edir, kryaşenlar (tatarca kirəşennər) adlanırlar.

border=none Əsas məqalə: Tatar dili

Tatarlar türk dillərinin qıpçaq qoluna qrupuna aid olan tatar dilində danışırlar.

  1. "Joshua Project – Unreached Peoples of the World : Tatar". 2012-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-14.
  2. Портал "Всероссийская перепись населения 2010 года" - Окончательные итоги Всероссийской переписи населения 2010 года :Национальный состав населения Российской Федерации Arxivləşdirilib 2013-12-04 at the Wayback Machine
  3. Национальный статистический комитет Кыргызской Республики: 5.01.00.03 Национальный состав населения Arxivləşdirilib 2013-11-13 at the Wayback Machine
  4. Агентство Республики Казахстан по статистике: Численность населения Республики Казахстан по отдельным этносам на 1 января 2012 года Arxivləşdirilib 2012-11-15 at the Wayback Machine
  5. Ukrayna Dövlət Statistika Komitəsi : 2001 – ci il siyahıya alması[ölü keçid]
  6. "unstats.un.org : 28.3.2002 census of Romania". 2018-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-04.
  7. "The Tartar ethnic minority in China by 2000 census". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-02.
  8. National Statistical Committee of the Republic of Belarus  : NATIONAL COMPOSITION OF POPULATION OF THE REPUBLIC OF BELARUS
  9. "Estonia Statistics : population census of 2000". 2012-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-11.
  10. MINORITY.TJ - При финансовой поддержке центра ОБСЕ в Душанбе: Национальные меньшинства Таджикистана :Татары, башкиры Таджикистана Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
  11. "Cultural Diversity in Central European Urban Spaces : Issues , Methods , and Outcomes of Etnological Studies on Cultural Diversity in Poland (2002 census)" (PDF). 2011-07-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2009-05-17.
  12. "Statistics Canada, 2006 Census of Population, Statistics Canada catalogue no. 97-562-XCB2006006". 2009-06-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-05-17.
  13. "Ethnic composition of Azerbaijan 2009". 2012-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-27.
  14. "تاتارهای افغانستان در تلاش بازیابی فرهنگ فراموش‌ شدۀ شان". da.azadiradio.com. 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-13.
  15. https://www.business-gazeta.ru/article/427449 Arxivləşdirilib 2022-09-10 at the Wayback Machine К сожалению, еще дореволюционное негативное отношение к термину "татары" проецировалось и на период советской истории. Но, когда мы возвращались в Казань на летние каникулы, я от бабушки слышал совершенно иное, она говорила мне: "Улым, без татар түгел, без мөселманнар". "Təəssüf ki, "tatar" ifadəsinə qarşı hələ inqilabaqədərki dövrdən qalma mənfi yanaşma sovet tarixinin dövrünə də özünü aşılayırdı. Ancaq biz yay tətillərinə Qazana qayıdanda mən nənəmdən tamamilə fərqli bir şey eşitmişdim, o mənə deyirdi [tatar dilində — red. qeyd]: "Oğlum, biz tatar deyilik, biz müsəlmanlarıq."."
  16. "Arxivlənmiş surət". 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-02.
  17. "Результаты всероссийской переписи населения 2002 года. Национальный состав". 2011-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 июня.[1] Arxivləşdirilib 2008-02-02 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Əfqanıstan tatarları