Sarman rayonu
Sarman rayonu | |||||
---|---|---|---|---|---|
Сарман районы | |||||
|
|||||
55°16′ şm. e. 52°40′ ş. u.HGYO |
|||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 1930 | ||||
Sahəsi |
|
||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Sarman rayonu (tatar. Сарман районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şərqində yerləşir. Şimaldan Tukay, şimal-şərqdən Minzələ, şərqdən Müslim ilə, cənub-şərqdən Aznakay, cənub-qərbdən Almət, qərbdən Zəy rayonları ilə həmsərhəddir. Rayonun inzibati mərkəzi şəhər tipli Sarman kəndidir.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Şərqi Zakamyenin aşağı şimal-şərq hissəsində, Minzələ və Mell çaylarının (İk çay hövzəsi) su toplama hövzəsində yerləşir. Ərazi meşə-çöl zonasındadır. Rayonun böyük qismi şumlanmış ərazinin çox yüksək faizi ilə xarakterizə olunur.
Tarixi
[redaktə | mənbəni redaktə et]1920-ci ilə qədər Sarman rayonunun ərazisi Ufa quberniyasının Minzələ qəzasının tərkibinə daxil idi[2]. 1920-ci ildə Minzələ rayonu yeni qurulan Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil olur.
Sarman rayonu 10 avqust 1930-cu ildə qurulmuşdur. Kənd özü 1737-ci ildən mövcuddur.
Əhali
[redaktə | mənbəni redaktə et]- Urbanizasiya
Şəhər şəraitində (Cəlil qəsəbəsində) rayon əhalisinin 37,29 % -i yaşayır.
- Milli tərkib
Rayon əhalisi tatarlar (90.4%), ruslar (8.3%) və başqırdladan (0,7%) ibarətdir[3].
Kişilər - 46,4%, qadınlar - 53,6%.
Doğum - 13,6%, ölüm - 12,8%, əhalinin təbii artımı - 0,8%.
Əmək qabiliyyətli şəxslər rayon əhalisinin 51,2%, gənclər - 24,8%, yaşlılar - 24,0% təşkil edir.
Ailənin orta ölçüsü 3.3 nəfərdir.
Bir kənd yaşayış məntəqəsinin orta ölçüsü 294 nəfərdir.
Yerli özünü idarəetmə
[redaktə | mənbəni redaktə et]Sarman rayonu ərazisinə 1 şəhər və 22 kənd inzibati vahidliyi daxildir. Rayon ərazisinə ümumilikdə 72 yaşayış məntəqəsi daxildir[4].
Təhsil
[redaktə | mənbəni redaktə et]Rayonda 17 orta məktəb, 2 gimnaziya, 1 ibtidai məktəb, həmçinin 21 uşaq bağçası vardır. Peşə məktəbi 6 peşə üzrə ilk peşə təhsili dövlət standartlarını tətbiq edir. 55 mədəniyyət müəssisəsi, 36 kitabxana, musiqi məktəbi və sənət məktəbinə də sahibdir. Rayonda muzeylər də var.
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Sarman rayonu aqrar-sənaye bölgəsi hesab olunur. Ərazidə buğda, çovdar, arpa, noxud, qarabaşaq yarması, şəkər çuğunduru əkilir. Əsas heyvandarlıq sənayesi ətlik və südlük maldarlıq və donuzçuluqdur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
- ↑ В. В. Ермаков «Челнинская история» Arxiv surəti 10 sentyabr 2010 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2010-09-10 at the Wayback Machine
- ↑ "Всероссийская перепись населения 2010 года. Национальный состав населения Республики Татарстан" (PDF). 2012-11-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-09-02.
- ↑ "Закон Республики Татарстан от 31 января 2005 года № 39-ЗРТ «Об установлении границ территорий и статусе муниципального образования «Сармановский муниципальный район» и муниципальных образований в его составе»". 2020-06-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-17.