55°41′ şm. e. 50°24′ ş. u.HGYO

Teləçe rayonu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Teləçe rayonu
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

55°41′ şm. e. 50°24′ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 1935
Sahəsi
  • 844,1 km²
Əhalisi
Əhalisi
  • 13.736 nəf. (2021)[1]
Rəsmi sayt
Teləçe rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Teləçe rayonu (tatar. Теләче районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın mərkəzində yerləşir. İnzibati mərkəzi Kazandan 78 km məsafədə yerləşən Teləçe kəndidir və ən yaxın dəmiryol stansiyasına Arça 39 km məsafədədir.

2011-ci ilin may ayında İldus Fatixoviç Zaripov rayion rəhbərı olur.

Sərhədləri: şimalda — Saba, şərqdə — Mamadış və Kukmara ilə, cənubda Balık Bişməse ilə, qərbdə Pitrəç və şimal-qərbdə Arça rayonları ilə.

Relyefi təpəli düzənlikdir. Tikinti daşları, əhəng, torf yataqlarına sahibdir. Rayon ərazisindən Myaşa çayı axır.

Teləçe rayonu 10 fevral 1935-ci ildə qurulmuşdur. 12 oktyabr 1959-cu il ərazinin Saba rayonuna verilməsi ilə ləğv edilir. 28 noyabr 1991-ci ildə yenidən qurulmuşdur.

Milli tərkib

Tatarlar — 89,2%, ruslar — 10,1%[2]. Dini baxımından əhalisi müsəlman və provaslavdır.

Yerli özünü idarəetmə

[redaktə | mənbəni redaktə et]

Teləçe rayonu ərazisinə 13 kənd inzibati vahidliyi daxildir. Rayon ərazisinə ümumilikdə 53 yaşayış məntəqəsi daxildir.

Tatavtodor ASC-nin Teləçe filialı

Teləçe kərə yağı və süd zavodu — "VAMIN-Tatarstan" ASC-nin filialı

Teləçe mebel fabriki.

Kərpic zavodu

M-7 (Volqa) "Moskva — Kazan — Ufa" magistral yolunun kiçik bir hissəsi rayon ərazisindən keçir. Digər vacib yolları: Kazan — Teləçe — Bay Saba (Kukmara, Vyatskiye Polyanı üzərində), Teləçe — Arça, Teləçe — Abdi.

Teləçe rayonu öz istedadları ilə zəngindir. Həvəskar tamaşalarda iştirak edənlərin istər Yeni il, Novruz, istərsə də Sabantuy, qabaqcıl istehsal işçilərinin iştirakı olmadan heç bir bayram keçirilmir.

Onlara nümunə olaraq müğənnilər Venera Qaneeva, Süleyman Yusupov, Tahir Yakupov, Rasim Nizamov, yazıçılar Fatih Husni, Mahmud Maqsud, Rəşat Nizamiyev, Olimpiya çempionları Olqa Knyazeva və Şamil Sabirov, akademiklər Talqat Sirazetdinov və Yaxya Filina, professor Yaxya Vasil Qarifullin və başqalarını göstərmək olar.

Teləçe rayonu ərazisində diyarşünaslıq muzeyi fəaliyyət göstərir.

Rayonun məktəbəqədər və orta təhsil müəssisələri şəbəkəsinə 37 məktəb, 18 məktəbəqədər, 3 əlavə təhsil müəssisəsi daxildir.

  1. https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
  2. "Татстат: Национальный состав населения Республики Татарстан" (PDF). 2012-11-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-11-07.