İlahi komediya
İlahi komediya | |
---|---|
it. La Divina Commedia | |
Janr | Poema |
Müəllif | Dante Aligyeri |
Orijinal dili | İtalyan dili |
Yazılma ili | 1320 |
Elektron versiya | |
Vikianbarda əlaqəli mediafayllar |
İlahi komediya (it. La Commedia, daha sonra La Divina Commedia) — 1307–1321-ci illər ərzində italyan yazıçısı Dante Aligyeri tərəfindən yazılmış əsərdir.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Üç böyük hissədən ("Cəhənnəm", "Əraf (Təmizlik)" və "Cənnət") ibarət olan bu poemanı Dante doğma şəhəri Florensiyadan sürgün olduğu illərdə yazmış və ölümündən bir müddət əvvəl tamamlamışdır. Əsər orta əsrlər ədəbiyyatı üçün səciyyəvi olan "o biri dünyaya yuxuda səyahət" formasında yazılmışdır. Əsərin adı olan "İlahi komediya" ifadəsindəki "İlahi" sözü digər italyan yazıçısı Covanni Bokkaçço tərəfindən əsərə daxil edilmişdir. Dante isə yazdığı əsərə "Komediya" adı vermişdir.
Əsər haqqında
Dante 1307–1321 illərdə "axirət dünya"sına etdiyi xəyali səyahətdən danışan "İlahi Komediya" əsərini yazmışdır. Əsər ilk dəfə olaraq latınca yerinə Toksana ləhcəsi ilə işlədilmiş italyan dilində yazılmışdır. Cəhənnəm -İnferno, Araf-Purgatrio və Cənnət-Paradiso hissələrindən ibarətdir.
"İlahi komediya" əsəri Dantenin həyat hekayəsinin onun sənətinə yansımış halıdır. Həyatın böyük hissəsini sürgündə keçirən Dantenin Florensiyaya qayıtmaq üçün etdiyi cəhdlər nəticəsiz qalır. Vətənində xoşbəxt yaşamaq haqqı varkən , o dövrün ziddiyətləri bunu əlindən alır. Üstəlik qarışdığı siyasi hadisələr , qarşılıqsız sevgisi Dantenin iç dünyasını daha da qarmaqarışıq edir. O , iç dünyasını rahatlatmağın yolunu Tanrıya sığınmaqda tapır. Yenidən şeirə və Beatriçeyə olan sevgisinə qayıdır. Özünün doğru yolu tapdığını göstərmək üçün isə "İlahi komediya"nı yazır. Dantenin fikrincə Tanrı insanları iki şey üçün yaratmışdır. Bunlardan biri fani dünyada yaşanan xoşbəxt həyatdır. İnsan bu xoşbəxt həyata bütün əxlaq normalarına riayət edərək nail ola bilər. İkinci məqsədi isə ölümdən sonrakı sonsuz yaşamdır. Bunun üçün isə Tanrıya qeyd-şərtsiz inanmalı, onun qoyduğu hər normaya əməl etməli idi. Bu məqsədin gerçəkləşməsində imperator və papa insanlara yol göstərir. Dante deyirki , insan özü təkbaşına da bu yolu tapa bilər. Əsərində də insanlarq bu yolu göstərir.
Cəhənnəm yolunda Danteye Vergili rəhbərlik edir. Orta əsrlərdə antik dünyanın mifologiyasını , ədəbiyyatənı , fəlsəfəsinu məqbul saymırdılar. Buna baxmayaraq qədim dövrün bütpərəstliklə bağlı ayrı-ayrı əsatir və rəvayətlərini ruhanilər xristian dininə uyğunlaşdırır və yeni variantlar kimi istifadə edirdilər. Şair Vergilini orta əsrlərdə xristian dininin ilk xəbərçisi kimi şöhrətləndirir , onu müdrikliyin təcəssümü sayır. Dante Vergilini həm də insan zəkasının rəmzi kimi vermişdir. Vergili insanı bu dünyada ağıl və idrakın gücünə dəvət edə bilər, buna görə də onun vəzifəsi məhduddur, o , yalnız müəyyən yerə kimi Danteyə məsləhətçi ola bilər. Araf təpəsində Vergili öz yerini ilahi etiqadın rəmzi Beatriçəyə buraxır. Cənnət boyunca Danteni Beatriçə müşahidə edir. Beatriçe Dantenin gəncliyində sevdiyi qızdır. Bu qız iyirmi beş yaşı olanda vəfat etmişdir. Dante " Yeni həyat" əsərində yazmışdıki, " onun haqqında mən elə bir bədii söz deyəcəyəm ki , hələ indiyə kimi heç bir zaman və heç bir qız haqda o cür bədii söz deyilməmiş olsun. "
Fikrimcə o bu vədini "İlahi komediya" da yerinə yetirərək sevgilisinin obrazını əbədiləşdirmişdir. Beatriçe ilahi müdriklik rəmzidir. " Gözəl yurdunu tərk edərək məhəbbətin naminə gəlmişəm bu yerlərə" deyə Danteyə müraciət edən Beatriçe əsl yerinin cənnət olduğunu və yalnız Danteyə bəslədiyi məhəbbət naminə bu yerlərə gəldiyini bildirir.
Dante kainatı Ptolomeyin görüşləri ilə təsvir edir. Dünya bütün kainatın mərkəzidir və fırlanmır , olduğu yerdə durur. Dünyanın ətrafında yeddi planet (Ay, Merkuri , Venesiya, Günəş, Mars, Yupiter, Saturn) fırlanır. Planetlər iç-içə keçmiş yeddi göyün içində fırlanır. Yeddinci göydən sonra gələn səkkizinci göydə isə fırlanmayan ulduzlar yerləşir. Göyün doqquzuncu qatında isə bütün planetlərə hərəkət verici qüvvə verən yaradıcı var. Məryəm, Beatriçə kimi tanrının sevgili qulları isə " müqqəddəs bir gül" yaratdıqları onuncu qat isə göyün ən hündür qatıdır.
Dünya iki bölümdən şimal ilə cənubdan ibarətdir. Cənub qütbü dünyanın yuxarı hissəsi, şimal qütbü isə dabanıdır. Şimal yarısının ortasında Qüds yerləşir. Luciferin (baş şeytanın) göydən düşərək açtığı çuxur olan cəhənnəmin girişi Qüdsün altındadır. Cənub yarımkürəsinin ortasında ada yerləşir. Bu adanın üstündə cəhənnəm çuxuru açılarkən çıxan torpağın yaratdığı Araf dağ yerləşir.
Cəhənnəm xristian dini əfsanəsinə görə üç ilahi qüvvə ata (Allah-ali qüvvə), oğul(əql-küll) və müqəddəs ruh (ilk məhəbbət) tərəfindən yaradılmışdır ki , lucifer dərgahdan qovulandan sonra orada əbədi cəza üçün qalsın. Cəhənnəm bütün müvəqqəti aləmlərin hamısından qabaq yaradılmışdır. Dantenin təsvirində Cəhənnəmin girişi Yerin içinə uzanan və getdikcə daralan qıf şəklindədir. Onun qapısı şimal yarım kürəsində , çıxışı isə cənub yarım kürəsində okeanın içindədir. Buradan sonra isə Araf dağı ucalır və onun zirvəsindən sonra fəza dairələri və Cənnətin yolu başlanır.
Xristinalıq üçlüyü müqəddəs hesab etdiyi üçüb 3 rəqəmi "İlahi Komediyada " da özəl bir önəm qazanmışdır.
Kitabın sonunda Dante etiraf edir ki , onun üçün mənəvi gərginlik son həddə çatmışdır və o , yorulmuşdur. Artıq heç nə görməyə taqəti qalmayıb. Lakin bütün bu gördüklərindən sonra onun ehtirası və iradəsi öz hərəkətində həmişə ilahi məhəbbətin kainatı hərəkətə gətirdiyi ahəngə uyğun olacaqdır.
Tərcümə və nəşr
[redaktə | mənbəni redaktə et]Azərbaycan dilinə ilk dəfə Əliağa Kürçaylı tərəfindən tərcümə edilmiş və "Azərnəşr" tərəfindən 1973-cü ildə nəşr edilmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Bloom, Harold (1994). The Western Canon. See also Western canon for other "canons" that include the Divine Comedy.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Dante Aligyeri, İlahi komediya. Bakı, "Öndər nəşriyyat", 2004, 592 səhifə.