Çoxbucaqlı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Çoxbucaqlı — qapalı sınıq xətt kimi təyin olunan həndəsi fiqur. Onun 3 müxtəlif tərifi mövcuddur:

  1. Qapalı müstəvi sınıq xətt;
  2. Öz-özünü kəsməyən qapalı müstəvi sınıq xətt;
  3. Sınıq xətlə əhatələnmiş müstəvi hissəsi.

Çoxbucaqlını əmələ gətirən sınıq xəttin təpə nöqtələri çoxbucaqlının təpə nöqtələri, parçalar isə çoxbucaqlının tərəfləri adlanır.

  • Çoxbucaqlının bir tərəfinin uc nöqtələri qonşu təpə nöqtələri adlanır.
  • Qonşu olmayan təpə nöqtələrini birləşdirən parça çoxbucaqlının diaqonalı adlanır.

Çoxbucaqlının növləri

[redaktə | mənbəni redaktə et]

Çoxbucaqlının üç təpə nöqtəsi varsa — üçbucaqlı, dörd təpə nöqtəsi varsa, — dördbucaqlı, beş təpə nöqtəsi varsa, — beşbucaqlı, ümumiyyətlə, n təpə nöqtəsi varsa, n-bucaqlı adlanır.

  • n-bucaqlının diaqonallarının sayı n×(n-3)/2-yə bərabərdir.
  • Daxili bucaqlarının cəmi 180×(n-2) ə bərabərdir.
  • Xarici bucaqların cəmi 360° -yə bərabərdir.
  • n-bucaqlının 1 təpəsindən çıxan diaqonallarının sayı n-3 -ə bərabərdir.