Çin filbaharı
Çin filbaharı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Klad: Klad: Cins: Növ: Çin filbaharı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Çin filbaharı (lat. Wisteria sinensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin filbahar cinsinə aid bitki növü.
Arealı
[redaktə | mənbəni redaktə et]Şərqi Çində geniş yayılmışdır.
Botaniki xarakteristikası
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 20 m-ə, çətirinin diametri 4 m-ə çatan, dırmaşan, kolvari liandır. Yarpaqları mürəkkəb, təklələkvari olub, qışda tökülən, uzunluğu 30 sm-ə çatır. Yarpaqcıqları 7-13 ədəd, ovalvari uzunsov, təzə yarpaqları qırmızımtıl rəngə çalır. Ucu şiş çıxıntılıdır. Çiçəkləri mavi – bənövşəyi, zəif ətirli, çoxçiçəkli, uzunluğu 25-40 sm, eni 6-10 sm-ə qədər olan salxımlarda yerləşir. Çiçək oxu və çiçək saplaqları zəif tüklüdür. Tacı göyümtül-bənövşəyi, solğun bənövşəyi və ya mavi-göydür. Kasacığı qoşa dodaqlı, zəngvari, 5 dişicikli; dişiciklərin 2-si digər 3 bizvari dişicikdən xırdadır. Yumurtalığı qısa, ayaqcıq üzərindədir. Paxlaları yastı, bir qədər büzümlü açılan, dərivari və sıx tükcüklü, yaşılımtıl sarı, 15-25 sm uzunluğunda, çox toxumludur. Toxumları yastı, böyrəkvari-dəyirmi, açıq şabalıdı rəngdədir. May-iyun aylarında çiçəkləyir. Bəzən iyul və sentyabrda ikinci çiçəkləmə müşahidə edilir. Meyvəsi sentyabr-oktyabr aylarında yetişir.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Bu növ işıqsevən, rütubətə tələbkar olub, münbit və gillicə torpaqlarda yaxşı bitir və bol çiçək verir.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Dekorativ bitki kimi Abşeron, Gəncə, Lənkəran, Zaqatala, Quba, Şəki və s. bölgələrdə becərilir.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Çoxçiçəkli, ağçiçəkli formaları məlumdur. Ən gözəl sarmaşan bitkilərdən biridir. Divar, çardaq və eyvanları bəzəmək üçün istifadə edilir.
Sinonimləri
[redaktə | mənbəni redaktə et]Homotipik sinonimləri
[redaktə | mənbəni redaktə et]- Apios sinensis (Sims) Spreng.
- Glycine sinensis Sims
- Kraunhia sinensis (Sims) Greene
- Millettia sinensis (Sims) Benth.
- Rehsonia sinensis (Sims) Stritch
- Wisteria consequana Sabine
- Wisteria polystachya K.Koch
Heterotipik sinonimləri
[redaktə | mənbəni redaktə et]- Glycine chinensis Sims
- Rehsonia brevidentata (Rehder) Stritch
- Rehsonia villosa (Rehder) Stritch
- Wisteria brevidentata Rehder
- Wisteria chinensis (Sims) DC.
- Wisteria praecox Hand.-Mazz.
- Wisteria sinensis var. alba Lindl.
- Wisteria sinensis f. alba (Lindl.) Rehder & E.H.Wilson
- Wisteria sinensis var. albiflora Lem.
- Wisteria sinensis var. brevidentata (Rehder) J.Compton & C.Lane
- Wisteria sinensis var. villosa (Rehder) J.Compton & C.Lane
- Wisteria villosa Rehder