Maya göbələyi
Maya göbələyi | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Maya göbələyi — təkhüceyrəli, göbələklər aləmüstünün üzvü eukariot orqanizm. Təbiətdə şəkərli mühitdə rast gəlinir. Tumurcuqlanma yolu ilə çoxalır.Məişətdə və sənaye istehsalında, çörəkbişirmə, pivəbişirmə kimi sahələrdə geniş istifadə olunur.
Ümumi
[redaktə | mənbəni redaktə et]Məlumatı yoxla. |
Təbiətdə onlara ağacların gövdələrinin zədələnmiş yerlərində, çiçəklərin nektarlarında, şirin meyvələrin üzərində rast gəlmək də olur. Onun birhüceyrəli növü çox qədim zamanlardan insanlar tərəfindən yetişdirilir və xəmir qıcqırmasında istifadə olunurdu. Təbiətdə şəkər olan mühitdə rast gəlinir. Tumurcuqlanma yolu ilə çoxalır.
Maya göbələyi birnüvəli, ovalşəkilli hüceyrələrdən təşkil olunmuşdur. Saprofit qidalanır.
Şəkərli qida mühitində maya göbələyi tumurcuqlanma yolu ilə sürətlə çoxalır. Bu zaman ana hüceyrə üzərində qabarcıqlar (tumurcuqlar) əmələ gəlir. Sonra onlar böyüyür, ana hüceyrədən ayrılır. Tumurcuqlanma yolu ilə sərbəst çoxalır. Bəzən ana hüceyrədən ayrılmadan üzərində tumurcuq, onun da üzərində ikinci tumurcuq əmələ gəlir. Beləliklə, tumurcuqlanan hüceyrələrdən ibarət şaxəli zəncir yaranır.
Maya göbələyi spirt qıcqırması əmələ gətirdiyinə görə ondan pivə və şərab istehsalında, xəmir qıcqırmasında istifadə olunur. Xəmir qıcqıran zaman onun tərkibində olan şəkər spirtə parçalanır və karbon qazı ayrılır. Ayrılan karbon qazı xəmirin içində məsamələr əmələ gətirərək xəmiri şişirdir, onu məsaməli şəklə salır. Belə xəmir acıtma xəmir adlanır. Ondan bişirilən çörək məsaməli, yumşaq və yaxşı həzm olur. Maya göbələyindən yeyinti sənayesində çörək, pivə və bir sıra başqa qida məhsullarının istehsalında geniş istifadə olunur.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Xəzər Arxivləşdirilib 2011-04-29 at the Wayback Machine
Bitki haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |