Dang qızdırması
Dang qızdırması | |
---|---|
XBT-10 | A97 |
XBT-10-KM | A90 |
XBT-9-KM | 061[1] |
OMIM | 614371 |
DiseasesDB | 3564 |
MedlinePlus | 001374 |
MeSH | D003715 |
Vikianbarda əlaqəli mediafayllar |
Dang qızdırması (ing. Dengue fever) — Virus növlü bir xəstəlikdir. Buna dang, denq qızdırması və ya sümük qıran qızdırma da deyilir. Bu xəstəlik insanlara aedes (tiger mosquito) ağcaqanadları adlı ağcaqanad vasitəsilə ötürülür. Asiya pələngi kimi tanınan bu ağcaqanad dünyanın tropik bölgələrində, xüsusən də Cənub-Şərqi Asiyada, o cümlədən Malayziyada mövcuddur. Bu xəstəlik geniş yayılmış və çoxlu sayda insan tələfatına səbəb olmuşdur. Bu xəstəliyin əlamətləri baş və bel ağrıları, adətən şiddətli qızdırma və bəzi hallarda bədənin müxtəlif yerlərində qaşınma və səpkiləri ilə müşahidə olunur. Müalicə olunmadıqda onun ölüm hallarına da gətirib çıxardığı bildirilir.[2][3]
Haqqında
[redaktə | mənbəni redaktə et]Dang qızdırması hemoradik qızdırmalar qrupuna daxil olan endemik virusnövüdür. Əsasən Afrikada, Amerikada rast gəlinsə də, daha çox ağcaqanadlar vasitəsilə yoluxur. Viruslar ağcaqanadların ağız suyunda olur, insanın dərisinə, oradan da qanına daxil olub xəstəlik törədir. Virusun əlamətləri yüksək temperatur, bədəndə ağrı, dəri səpkiləridir.
Endemik virusların bəziləri daha az bəziləri isə daha öldürücüdür. Dang qızdırması daha yüngül olsa da, ancaq ölüm halları da müşahidə edilə bilir. Qeyd olunan xəstəlik tropik ölkələrə xasdır. Azərbaycan Respublikasında bu zamana qədər bu viruslar müşahidə edilməyib. Əvvəllər bu virusların coğrafi miqyası az olub, müəyyən ölkədə görülürdü. Hazırda isə dünyanın bir-birinə inteqrasiya etməsi bu növ yoluxucu xəstəliklərin yayılmsına və artmasına gətirib çıxarmışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Disease Ontology (ing.). 2016.
- ↑ "Dengue and severe dengue". World Health Organization. 17 March 2023. 14 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 February 2024.
- ↑ Kularatne, Senanayake A M. "BMJ Best Practice Review – Dengue fever". BMJ. 351. September 2015: h4661. doi:10.1136/bmj.h4661. PMID 26374064.