İonol
İonol | |
---|---|
Ümumi | |
Sistematik adı | İonol,butilhidroksitoluol,dibunol,agidol,1,2.6-di-tret-butil-4-metilfenol' |
Kimyəvi formulu | C₁₅H₂₄O[1] |
Molyar kütlə | 220,3 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 1,048 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 69-73 °S |
Qaynama nöqtəsi | 265 °S |
Alışma temperaturu | 261 ± 1 ℉ °S |
Buxarın təzyiqi | 0,01 ± 0,01 mm Hg[2] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 128-37-0 |
PubChem | 31404 |
RTECS | GO7875000 |
ChEBI | 34247 |
ChemSpider | 13835296 |
İonol,butilhidroksitoluol,dibunol,agidol,1,2.6-di-tret-butil-4-metilfenol — lipofilik üzvi maddə, fenollar sinfinin nümayəndəsi, antioksidant olaraq kimya sənayesində geniş istifadə olunur.
Fiziki xassələri
[redaktə | mənbəni redaktə et]Texniki ionol — sarı rəngdə tozdır, təmiz formada isə — ağ tozdır.
Alınması
[redaktə | mənbəni redaktə et]İonolu Fridel-Krafts reaksiyası nəticəsində p-krezolun izobutilenlə alkilləşməsindən almaq olar:
Bundan əlavə, turşu katalizatorları olmadıqdada alkilləşdirmə yolu ilə əldə edilə bilər.
Kimyəvi xassələri
[redaktə | mənbəni redaktə et]İonol izopentanda, benzoda,spirtlərdə, asetonda, mürəkkəb efirlərdə yaxşı həll olunur. Suda və 10% natrium hidroksiddə həll olunmur. Kimyəvi xüsusiyyətlərinə görə ionol, E vitamininin sintetik bir analoqudur. İonol, peroksid radikallarını hidroperoksidlərə çevirən hidrogen atomunun donorudur.
burada R — alkil və ya aril qrupudur, ArOH — ionol və ya fenol antioksidantı, P- fenolun oksidləşməsi nəticəsində alınan qeyri-radikal və passiv məhsuldur.
Təhlükəsizlik
[redaktə | mənbəni redaktə et]İyonolun xərçəng riski ilə əlaqəsi haqqında mübahisələr var. Bəzi araşdırmalarda artımı, bəzilərində riskin azalması göstərilir. Az miqdarda ionolu qida ilə qəbul etdikdə zərərli maddələrdən qorunmada faydalı təsir göstərə bilər.
Tətbiqi
[redaktə | mənbəni redaktə et]Antioksidan olaraq qida məhsullarında (qida qatqısı E321), sürtkü yağların, kauçukların, plastiklərin və s. istehsalında istifadə olunur. Tibdədə çox istifadə olunur. Rektal suppozitoriyaların tərkib hissəsidir.
Mənbə
[redaktə | mənbəni redaktə et]1. S.F.Qarayev, U.B.İmaşev, G.M.Talıbov "Üzvi kimya", Bakı- 2003.
2. Харлампович Г. Д., Чуркин Ю. В. Фенолы. — М.: Химия, 1974. — С. 19–20. — 376 с.