UEFA Avropa Liqası 2020/2021 – UEFA tərəfindən keçirilən Avropanın ən böyük ikinci futbol tədbirinin 50-ci mövsümüdür. UEFA Avropa Liqası adı və formatıyla isə 12-ci mövsümdür.
UEFA Avropa Liqasının 2020–21-ci il mövsümündə UEFA-ya üzv 55 ölkədən 213 komanda mübarizə aparır. Ölkələrin sırası UEFA Ölkə Reytinqinə əsasən müəyyən edilir. Reytinqə əsasən;[4]
1-dən 50-ci sıraya qədər olan ölkələrdən (Lixtenşteyn xaric) 3 komanda
51–55-ci sıralarda olan ölkələrdən 2 komanda
Lixtenşteyndən 1 komanda (Lixtenşteynin yerli futbol liqası yoxdur. Ölkədə yalnız yerli kubok turniri keçirilir və kubokun sahibi olan komanda bu turnirdə iştirak edir)
P-Q: Öz yerli liqasında mövsüm sonunda oynanan Avropa Liqası Play-off qalibi
UÇL: Çempionlar Liqasından gələn
Q3: Qrupunu 3-cü sırada bitirən
PO: Play-off turunda məğlub olan
T3: Üçüncü təsnifat mərhələsində mübarizəni dayandıran
T2: İkinci təsnifat mərhələsində mübarizəni dayandıran
T1: Birinci təsnifat mərhələsində mübarizəni dayandıran
İM: İlkin mərhələdən gələn
Təx.: Avropada COVID-19 pandemiyası səbəbiylə erkən başa çatmış mövsümün liqada mövqeləri yerli federasiya tərəfindən təyin olunub; bu komandalar Avropa yarışlarına giriş qaydalarına uyğun olaraq UEFA tərəfindən təsdiqlənməlidir.[7]
2020–21 UEFA Avropa Liqasında iştirak edən klublar
Oyunların tarixləri aşağıdakı kimidir. (Bütün mərhələlərin püşkatma mərasimləri İsveçrənin Nyon şəhərində keçirilir.)[8] Turnir əslində 2020-ci ilin iyununda başlamalı idi, lakin koronavirus pandemiyası ucbatından avqusta kimi təxirə salındı.[9] Yeni təqvim UEFA İcraiyyə Komitəsi tərəfindən 17 iyun 2020-ci ildə açıqlandı.[10]
Play-off turu da daxil, bütün təsnifat mərhələləri tək matçdan ibarətdir. Ev sahibi komanda püşk nəticəsində bəlli olur. Bütün matçlar tamaşaçısız oynanacaq.[3][11]
Qrup mərhələsinin püşkatma mərasiminin Afinada keçirilməsi planlaşdırılsa da, 2020-ci ilin 9 sentyabrında UEFA məkanın Nyona dəyişdirilməsinə qərar verdi.[12]
COVID-19 koronavirus pandemiyası ucbatından aşağıdakı xüsusi qaydalar turnirə tətbiq edilir:
Hər püşk atılmazdan öncə UEFA səyahət məhdudiyyətləriylə bağlı məqalə dərc edir. Bütün klublar UEFA-nı öz ölkələrindəki dərc edilmiş məqalədən savayı digər məhdudlaşdırılmalarla bağlı mütləq məlumatlandırmalıdır. Hər hansısa komanda bu qaydaya riayət etməzsə və bunun nəticəsində matç oynanmazsa həmin klub buna görə məsuliyyət daşıyır və avtomatik məğlub sayılır.
Əgər səfərdə oynayacaq klubun ölkədən çıxışına qadağa varsa, ev sahibi komanda hər hansı giriş qadağasının olmadığı alternativ bir məkan önərməlidir. Əksi təqdirdə UEFA bunla bağlı bir qərar verəcəkdir.
Əgər hər hansısa komanda matçı oynamağa razı deyilsə, həmin klub avtomatik məğlub sayılır. Və yaxud əgər iki komanda da matçın oynanmasına razı deyilsə, onda hər iki komanda da diskalifikasiya edilir.
UEFA tərəfindən müəyyənləşdirilmiş son tarixdən sonra klubun hər hansı oyunçusu və ya rəsmisinin koronavirus testi müsbət çıxarssa və bu səbəbdən matç baş tutmazsa, həmin klub buna görə məsuliyyət daşıyır və avtomatik məğlub sayılır.
Bu mərhələnin püşkü 9 avqust 2020-ci ildə atıldı.[13] Matçlar 18, 20, 21 avqust 2020-ci il tarixlərində oynandı. "Linkoln" və "Priştina" arasında keçirilməli olan matç isə Priştina təmsilçisinin heyətində altı oyunçunun koronavirus testi müsbət çıxması səbəbilə matç 22 avqusta təxirə salındı. UEFA-nın bu müddətdə icazə verdiyi qərarlara əsasən klub digər Kosovo klublarına icarəyə verdiyi oyunçuları heyətə çağırdı[14], lakin bu da matçın oynanmasına yetərli olmadı. Çünki, daha 7 oyunçunun virus testi pozitiv çıxdı və nəticədə "Linkoln" 3–0-lıq texniki qələbə ilə növbəti mərhələyə yüksəldi.
↑"Linkoln" ilə "Priştina" arasında matç 18 avqust 2020-ci ildə oynanmalı idi, lakin Priştina təmsilçisinin heyətinin bir neçə üzvünün SARS-2 koronavirus testi müsbət çıxdığından matç 22 avqusta təxirə salındı. Bütün klub karantinə alındı.[15] 22 avqustda da matç daha səkkiz oyunçunun virus testinin müsbət çıxması səbəbilə oynanmadı.[16][17] Nəticədə, Linkoln 3–0-lıq texniki qələbə ilə növbəti tura vəsiqə qazanıb.[18][19]
Birinci təsnifat mərhələsinin püşkü 10 avqust 2020-ci ildə atıldı.[20] 9 və 10 sentyabra təxirə salınan iki matç istisna olmaqla, digər bütün matçlar 25, 26, 27 avqustda oynandı.
Play-off turunda da bundan öncəki iki təsnifat mərhələsində olduğu kimi komandalar iki yerə bölünür: çempionlar və çempion olmayanlar. Turun püşkü 18 sentyabr 2020-ci ildə atıldı.[23] Matçlar 1 oktyabrda oynandı.
Qrup mərhələsinin püşkü 2 oktyabr 2020-ci ildə atıldı.[24] 48 klub hərəsində dördü olmaqla 12 qrupa ayrılır. (Eyni ölkədən klubların düşməməsi şərti ilə) Püşkatma üçün klublar 2020 UEFA klub reytinq xallarına əsasən 4 səbətə bölünürlər.[25] Hər qrupda komandalar dairəvi sistem üzrə bir-biriləriylə həm evdə həm də səfərdə matçlar keçirirlər. Qrup oyunlarının sonunda 1 və 2-ci yeri tutmuş komandalar növbəti mərhələyə yüksəlir. Bundan əlavə, UEFA Çempionlar Liqasında qrupunu üçüncü yerdə tamamlamış klublar da Avroliqanın 1/16 mərhələsində iştirak edir.
Matçlar 22, 29 oktyabr, 5, 26 noyabr, 3 və 10 dekabr tarixlərində oynandı.
1/16 Final mərhələsindən etibarən komandalar iki matçlı klassifikasiya sistemi ilə mübarizə aparırlar.
Püşkün mexanizmi aşağıdakı kimidir:
1/16 Final mərhələsinin püşkatmasında qruplarını ilk sırada tamamlayan 12 klub və 2020–21 UEFA Çempionlar Liqası qrup mərhələsində öz qruplarını üçüncü sırada tamamlayan ən yaxşı 4 komanda səpələnmiş olur. İlk matçlar səpələnməmiş komandaların stadionlarında oynanacaq. Eyni qrup və ya eyni ölkədən olan klublar bir-biri ilə oynaya bilməzlər.
1/8 Final və ondan sonra gələn mərhələlərdə bu prinsip pozulur, yəni eyni qrup və ya eyni ölkədən klublar öz aralarında oynaya bilirlər.
1/16 final mərhələsinin püşkatma mərasimi 14 dekabr 2020-ci ildə keçirildi.[27] Turun ilk matçları 18 fevral, ikinci matçları isə 24-25 fevral 2021 tarixlərində oynandı.
Yarı final mərhələsinin də müqəddəratı bundan əvvəlki mərhələdə olduğu kimi 19 martda bəlli oldu.[29] İlk matçlar 29 aprel, ikinci matçlar isə 6 mayda oynandı.