Arsenal FK
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Arsenal FK | ||||
---|---|---|---|---|
Arsenal F.C. | ||||
Ölkə | ||||
Ləqəb(lər) |
The Gunners (Topçular) The Red Army (Qırmızı Ordu) |
|||
Rəng(lər) | qırmızı–ağ | |||
Yaranma tarixi | 1886 | |||
Stadionu | Emirates (stadion), London | |||
Tutumu | 60,432[1] | |||
Prezidenti | Stan Kroenke | |||
Baş məşqçisi | Mikel Arteta | |||
Liqa | İngiltərə Premyer Liqası | |||
2022-2023 | 2 | |||
| ||||
Rəsmi saytı | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Arsenal FK (ing. Arsenal Football Club, The Arsenal, The Gunners, The Red Army) — İngiltərə Premyer Liqasında yer alan bir futbol klubu. Şimali Londondakı Hollouey səmtində qurulmuşdur. İngiltərənin ən müvəffəqiyyətli klublarından biri olub, 13 Premyer Liqa çempionluğu və 14 FA Kuboku çempionluğu var. Arsenal, Premyer Liqada ən uzun müddət lider qalma və bir mövsüm məğlub olmadan çempion olan yeganə klubdur. Premyer Liqanın qızıl kuboku yalnız Arsenalın muzeyindədir. Arsenal həmçinin FA Kubokundada 14 dəfə qalib olmaqla rekordçudur.
Arsenal 1886-cı ildə quruldu və 1893-cü ildə Futbol Liqasına qatıldı. XX əsrin 30-cu illərində ilk böyük turnirini qazanan komanda, bu dövrdə 5 liqa çempionluğu ilə 2 kubok çempionluğu əldə etdi. Müharibə dövründən sonra, 1970–1971 mövsümündə həm İngiltərə Premyer Liqasını həm də FA Kubokunu qazanaraq, 20-ci əsrdə bunu bacaran ikinci komanda oldu. Sonrakı 20 il içində uğurlu oynayıb, yenə həm İngiltərə Premyer Liqasını, həm də FA Kubokunu eyni mövsümdə qazandılar. Sonradan bu müvəffəqiyyəti iki dəfə daha təkrarladılar və UEFA Çempionlar Liqasının finalına yüksələn ilk London klubu oldular.
Klubun rəngləri, ənənəvi olaraq qırmızı və ağ olub, tarixi müddət boyunca dəyişmədən günümüzə qədər gəlmişdir. Ancaq, klubun məskunlaşdığı yer bəzi dövrlərdə dəyişdirilmişdir. Qurulduğunda Cənub-şərq Londondakı Woolwich səmtində olan klub, 1913-cü ildə şəhərin şimalına, Arsenalın Stadionunun olduğu yerə, Highburye köçürülmüşdür. 2006-cı ildə isə Holloway yaxınlarındakı yeni stadionları olan, Emirates stadionuna köçmüşdülər.
Arsenal, olduqca böyük tərəfdar kütləsinə malikdir. Digər klublarla davamlı olaraq rəqabət halındadırlar. Ən əhəmiyyətli rəqibləri isə Şimali Londondan olan qonşuları Tottenhem klubudur. Aralarında böyük bir rəqabət söz mövzusudur və aralarındakı oyunlara Şimali London Derbisi deyilməkdədir. Arsenal, ayrıca İngiltərənin ən zəngin klublarından biridir (2008-dəki büdcələri 600 milyon funtdur). Kluba bağlı olaraq mübarizə aparan Arsenal Qadın Futbol Komandası, İngiltərənin ən uğurlu qadın futbol komandasıdır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Arsenal, 1886-cı ildə Dial Square adı altında, Woolwich səmtində yerləşən Royal Arsenalda, fəhlələr tərəfindən qurulmuşdur. Daha sonra adı Royal Arsenala dəyişdirilmişdir. 1891-ci ildə, adı təkrar dəyişdirilərək Woolwich Arsenal oldu və peşəkar bir klub oldu . 1883-cü ildə Futbol Liqasına daxil olan komanda, İkinci divizionda möhkəmləndi və 1904-cü ildə Birinci Diviziona vəsiqə qazandı. Klub tərəfdarlarının coğrafi olaraq yer dəyişdirilməsi nəticəsində, tərəfdar nisbəti bir xeyli azaldı və klub iqtisadi problemlərlə üzləşdi. 1910-cu ildə klub iflas olmağa yaxın olur. Klubu iflasdan Henry Norris xilas edir. O klubu satın alır. Norris klub üçün yeni bir məskən axtarmağa başlayır. 1913-cü ildə bu çətinliklərə görə İkinci Diviziona düşən Arsenal, Highburya, yeni Arsenal Stadionuna köçdü. Həmin vaxt komandanın adı Arsenala dəyişdirilmişdir. 1919-cu ildə mövsümü ancaq 5-ci yerdə bitirən Arsenal, yenidən, əzəli rəqibi Tottenham Hotspurun yanına, Birinci Diviziona qayıdır. Söz-söhbətlərə inansaq bu hadisə şübhəli bir şəkildə baş vermişdi.
Royal Arsenalın ilk loqosu 1888-ci ildə yaradılmışdır. İçərisində şimala doğru çevrilmiş 3 ədəd top təsvir edilmiş bu loqo Woolwich şəhərinin gerbinə bənzəyirdi. Bu toplar bəzən səhvən bacalara bənzədilirdi. Arsenalın 1913-cü ildə Highburyə daşınması ilə bu loqo da istifadədən çıxarıldı. Sadəcə1922-ci ildə sonuncu dəfə istifadə edilmişdir. Sonradan hazırlanmış Arsenalın şərqə istiqamətlənmiş ilk tək toplu loqosunda klubun ləqəbi olan The Gunners topun yanında əks etdirilmişdir. Bu loqodan 1925-ci ilə qədər istifadə olunmuşdur.1949-cu ildə yeni yaradılmış loqoda topun yanında klubun adı da göstərilmişdir. İslinqton şəhərinin gerbindəki yazıya bənzəyən və qotik tərzində yazılan klubun adı topun üstündə qeyd edilmişdir. Bununla yanaşı klubun proqram redaktoru olan Harry Homer tərəfindən latınca yazılan Victoria Concordia Crescit sözləri klubun sloganı olaraq qəbul edilmişdir. 1949-cu ildə yaradılan bu loqo ilk rəngli loqo olaraq Arsenalın tarixinə keçmişdir. Rəngsiz loqoların yerini yeni loqolarda qırmızı,yaşıl, qızılı rənglər almışdır.
Loqo olduqca çox dəyişdirildiyindən müəllif hüququ alınmamışdır. Buna baxmayaraq klub loqonu müəllif hüququ olan marka kimi qeyd etdirmişdir. 2002-ci ildə daha modern, daha da sadələşdirilmiş bir loqo hazırlandı və müəllif hüququ gizli saxlanıldı. Bu loqo ilə topun üzü yenidən şərqə çevrildi və bu dəfə klubun adı Sans serif yazı üslubu ilə yazılmışdır. Əvvəlki loqoda yer alan yaşıl rəngin yerini mavi rəng almışdır. Yeni loqonun nümayişi ilə bəzi azarkeşlər bu loqoya qarşı çıxmışlar.Arsenal İndependent Supporters Association tərəfindən olan açıqlamaya görə, bu radikal dəyişikliyin nəticəsi olaraq Arsenal tarixinin heçə sayıldığı və bu dəyişikliyin azarkeşlərin razılığı olmadan hazırlandığı məlum olmuşdur. Arsenal 2011-ci ildə 125 ilini qeyd etmişdir. 2011–2012 sezonunda formalarda fərqli bir loqo istifadə edilmişdir. Loqo solda 15 meşə yarpağı ilə, sağda isə 15 dəfnə yarpağı ilə əhatə olunmuşdur. Soldakı meşə yarpaqları Royal Oak barında bir araya gələn klubun yaradıcı işçilərini təmsil edir. Sağdakı 15 dəfnə yarpağı isə klubun yaradılması üçün yaradıcılar tərəfindən hər adam başına ödənilən 6 pennini təmsil edir. Həm də dəfnə yarpaqları gücü simvolizə edir. Loqonun alt hissəsində isə 1886 və 2011 illəri ilə Arsenalın sloqanı olan Forvard yazılmışdır.
Rənglər
[redaktə | mənbəni redaktə et]Klubun rəngləri qırmızı və ağdı. Klubun forma sponsoru Puma şirkətidir. Bu şirkətlə Arsenal 2014-cü ildə müqavilə imzalamışdır və müqavilə 5 illikdir. Formanın üzərində isə Arsenalın sponsoru olan Fly Emirates şirkətinin yazısı həkk olunub. Bundan başqa formanın arxa üst hissəsində Arsenalın rəmzi sayılan top işarəsi həkk olunub.
Uğurları
[redaktə | mənbəni redaktə et]Ev
[redaktə | mənbəni redaktə et]- Birinci Diviziya (1992-dən əvvəl) və FA Premyer Liqa (1992-dən sonra)
- Qalib (13): 1930–31, 1932–33, 1933–34, 1934–35, 1937–38, 1947–48, 1952–53, 1970–71, 1988–89, 1990–91, 1997–98, 2001–02, 2003–04
- İkinci (8): 1925–26, 1931–32, 1972–73, 1998–99, 1999–2000, 2000–01, 2002–03, 2004–05
- İkinci Divizyon
- İkinci (1): 1903–04
- FA Kuboku
- Qalib (12) (rekord): 1929–30, 1935–36, 1949–50, 1970–71, 1978–79, 1992–93, 1997–98, 2001–02, 2002–03, 2004–05, 2013–2014, 2014–2015,2016–2017,2019–2020
- İkinci (7): 1926–27, 1931–32, 1951–52, 1971–72, 1977–78, 1979–80, 2000–01
- Liqa Kuboku
- Qalib (2): 1986–87, 1992–93
- İkinci (4): 1967–68, 1968–69, 1987–88, 2006–07
- FA Community Shield (və ya FA Charity Shield 2002-dən əvvəl)
- Qalib (14): 1930–31, 1931–32, 1933–34, 1934–35, 1938–39, 1948–49, 1953–54, 1991–92 (shared), 1998–99, 1999–00, 2002–03, 2004–05, 2013–2014, 2014–2015
- İkinci (7): 1935–36, 1936–37, 1979–80, 1989–90, 1993–94, 2003–04, 2005–06
Avropa
[redaktə | mənbəni redaktə et]- İkinci (1): 2005–06
- Qalib (1): 1993–94
- İkinci (2): 1979/80, 1994–95
- Inter-Cities Fairs Cup Kuboku
- Qalib (1): 1969–70
- İkinci (1): 1999–2000
- UEFA Super Kuboku
- İkinci (1): 1994
Futbolçular
[redaktə | mənbəni redaktə et]Komandanın tərkibi
[redaktə | mənbəni redaktə et]- 18 avqust 2017-ci il tarixində yenilənib[2]
|
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "The real capacity of Emirates Stadium". www.arsenal.com. The Arsenal Football Club plc. 20 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2016.
- ↑ "Squad: First team". Arsenal F.C. 2020-01-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2017.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Rəsmi sayt
- Arsenal.com Klubun rəsmi saytı
- Arsenal Arxivləşdirilib 2009-02-21 at the Wayback Machine
- Arsenal Arxivləşdirilib 2009-08-18 at the Wayback Machine UEFA rəsmi saytında
- Fan saytları
- Arseweb
- Arsenal-Mania
- Arsenal World
- Arsenal Land Arxivləşdirilib 2007-04-10 at the Wayback Machine
- Arsenal News
- Xəbər saytları
- Fanzines