Roma FK

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Roma FK
Loqonun şəkli
Klubun tam adı Associazione Sportiva Roma
Ölkə İtaliya İtaliya
Ləqəb(lər) Kapitolin (capitolini),
Sarı-qırmızı (giallorossi),
Unut (lupa),
Sehrli (magica)
Rəng(lər) Sarı, qırmızı
Yaranma tarixi 7 iyun 1927
Stadionu Olimpiko
Tutumu 70,634
Sahibi ABŞ The Friedkin Group
Prezidenti ABŞ Dan Friedkin
Baş məşqçisi İtaliya Klaudio Ranyeri
Kapitanı İtaliya Lorenzo Pellegrini
Liqa İtaliya A Seriyası
2022–23 6
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Roma FK" (it. Associazione Sportiva Roma) ― İtaliyanın Roma şəhərini təmsil edən futbol klubu. 1927-ci ildə bir neçə klubun birləşməsi ilə yaradılan komanda, 1951/52-ci ildən etibarən İtaliyanın əsas komandalarından biridir. 1941/42, 1982/83, 2000/01-ci illərdə İtaliya liqasının qalibi olmuşdur. İtaliya kubokunda 9 dəfə çempion olan komanda, 2 dəfə İtaliya Superkubokunun qalibi olmuşdur.

1960/61-c ildə İntertoto Kubokunu, 1983/84 və 1990/91-ci illərdə UEFA Kubokunun qalibi olmuşdur. Bu günə qədər komandada oynayan futbolçulardan 15-i FİFA Dünya Kubokunun qalibi olmuşdur (Ferrais, Quaita, Masetti 1934, Donati, Monzeglio və Serantoni 1938, Bruni Konti 1982, Rudi Voller və Berthold 1990, Aldair 1994, Kandela 1998, Kafu 2002, Daniele De Rossi, Simone Perrotta və Françesko Totti 2006).

1953-cü ildən bəri komanda, rəqibi olan Latsio FK ilə birlikdə Roma şəhərində yerləşən "Stadio Olimpiko" Stadionunda keçirir. Stadion 72.000 azarkeş tutumuna malikdir. O, tutumuna görə İtaliyada sadəcə San Siro Stadionundan geri qalır. Lakin Roma FK tezliklə yeni stadionun inşasına başlamaq istəyir.

Komandanın rəngləri tünd-qırmızı və sarıdır.

Roma klubu 1927-ci ildə İtalo Foçi tərəfindən "Roman FK", "SS Alba-Audace" və "Fortitudo-Pro Roma SGS" komandalarının birləşməsindən yaradılıb. İtalo Foçi İtaliyada Kommunist Partiyasının mühüm üzvlərindən biri idi. Komandanı yaratmaqda məqsəd güclü bir paytaxt təmsilçisi yaratmaq və şimaldan olan güclü klublar ilə layiqli mübarizə aparmaq idi. Aşağı liqalarda oynadıqdan sonra əsas liqaya yüksələn klub, 1935/36-cı illərdə Balonya klubundan 1 xal geri qalaraq ikinci yerin sahibi olan komanda, tarixində ilk dəfə olaraq titul qazanır. Roma Futbol Klubu skudettonun qalibi kimi 1941/42-ci illərdə tarixin səhifələrinə yazdıra bildi.

Roma klubu 1942-ci ildə

Müharibədən sonra

[redaktə | mənbəni redaktə et]

II Dünya Müharibəsi bitdikdən sonra komanda, əvvəlki gücünü geri qaytara bilmədi və ardıcıl olaraq 5 mövsüm liqanı ikinci altıqlıqda bitirdi. Nəhayət 1950/51-ci ildə uğursuzluqlarla yadda qalan klub, İtaliyanın ikinci futbol liqası olan Seria B-yə düşdü. 10 ildən sonra komanda əsas liqaya geri qayıtdı. A seriyasına qayıtdıqdan sonra bir neçə güclü transfer edərək yenidən mübarizəyə qoşulur. 1954/55-ci ildə Udineze FKnun ardından ikinci pillənin sahibi oldu. Sonrakı 10 il ərzində ilk dördlüyə düşə bilməsə də İtaliya Kubokunda müəyyən uğurlar qazana bilirdi. 1960/61-ci ildə final oyununda Birminghem Siti FK klubu ilə keçirilən oyunda 4-2 hesabı ilə qalib gələrək UEFA İntertoto Kubokunun qalibi olmuşdur. Bir il sonra finalda Torino FK-nu 1-0 hesabı ilə məğlub edib İtaliya Kubokunu başı üzərinə qaldırdı.

Komandanın menecerləri futbolçulara daha maaş ödəyə bilməyəcəklərini açıqlasa da azarkeşlər ianə toplayaraq komandaya yeni prezident kimi Franco Evangelistini seçdilər. Bununla da komandanın böhran vəziyyəti yavaş-yavaş geridə qaldı.

Klub, yeni minilliyə İtaliya çempionu olmaqla başladı. Həmin il klub, İtaliya A Seriyasının qızıl medallarını qazandı. 2000-01-ci il futbol mövsümündə Yuventus FK-nu 2 xal fərqlə qabaqlayıb çempion ola bilmişdi. Komandanın gənc oyunçusu olan Françesko Totti gələcəkdə güclü və ulduz futbolçu olacaqdı. Gənc yaşlarından komandasının heyətində böyük rekordlar qıraraq adını tarixə yazdırırdı. Onunla birlikdə bir komandada çıxış edən Kafu, Aldair, Qabriel Batistuta və Vinçenzo Montella da ən yaxşılardan idi.

Klub, növbəti mövsümdə də çempionluğa yaxın idi. Lakin Yuventusdan 1 xal geri qalaraq gümüş medalların sahibi oldu. 2003-cü ildə İtaliya Kubokunda 4-2 hesabı ilə Milan FK-na məğlub olaraq gümüş medal qazandılar. Həmin mövsümdə də komanda İtaliya A Seriyasında 2-ci pillənin sahibi oldu.

Klubun 2003-cü ildən 2011-ci ilədək nizamnamə kapitalı 19 milyon avro təşkil edib. 9 iyul 2006-cı ildə Fransa millisini məğlub edən İtaliya seçməsi Dünya Kubokunun qızıl medallarının sahibi oldular. Həmin heyətdə Romanın 3 üzvü də var idi. Bunlar Françesko Totti, Daniel De Rossi, Simyone və Perrotta var idi.

2006-cı ildə komandaya sanksiya tətbiq edildi və ikinci liqaya yuvarlandı. Seria B-də çıxış etdikləri ilk ildəcə İtaliya Kubokunun finalına qədər getsə belə İnter Milan FK-na məğlub olaraq gümüş medal qazandı. 2007/08-ci ildə İtaliya Liqasında 2-ci pillənin sahibi oldular. Həmin il UEFA Çempionlar Liqasında Mançester Yunayted FK-ya məğlub olaraq mübarizəni 1/4 finalda dayandırdılar. 2009-10 mövsümündə zəif bir başlanğıcdan sonra Klaudio Ranyeri Lusiano Spallettini baş məşqçi olaraq əvəzlədi. Yeni dəyişikldən sonrakı 3 oyunda məğlub olamalarına baxmayaraq komanda bundan sonra 24 oyun məğlub olmadan irəlilədi. Sonda Latsio FK-ya 2-1 hesabı ilə məğlub oldular.

Françesko Totti, with the 2007–08 İtaliya Kubokunun finalında

2010-cu ilin yazında Sensi ailəsi, borc həll müqaviləsi çərçivəsində Roma üzərindəki nəzarətindən imtina etməyi qəbul etdi. Bu, 1993-cü ildən bəri kluba rəhbərlik edən Sensi ailəsinin prezidentlik dövrünə son qoydu. Yeni bir sahib təyin olunana qədər Rosella Sensi klubun direktorluğuna davam eedirdi. 2010–11 mövsümü bir daha Romanın həm daxili, həm də Avropa səviyyəsində bir sıra uğursuz nəticələr qeydə alındı. Bunlar arasında Kalyari FK, Brescia ilə məğlubiyyətlər və Çempionlar Liqasının qrup mərhələsində Bayern Münhen FK-na 2-0 məğlubiyyət var idi. Lakin bu nəticələrdən sonra İtaliya A Seriyasında İnter Milan FK-u üzərində qələbə ardından cavab oyununda Bayern Münheni sensasiyalı şəkildə məğlub edərək ilk oyunda yenilmələrinə baxmayaraq turu 3-2 hesabı ilə adlayan tərəf oldu. 2011-ci ildə ardıcıl 5 oyunda uğursuz nəticə qazanandan sonra baş məşqçi Ranyeri istefa verdi. Klubun baş məşqçi postuna keçmiş futbolçusu Montellanı müvəqqəti olaraq gətirdi. Həmin il Françesko Totti Fiorentina FK ilə keçirilən liqa matçında 200-cü qolunu vurdu. Totti, İtaliya futbolu tarixində 200 qol vuran sayca 6-cı oyunçu oldu. 2011-ci ildə Amerikalı iş adamı Tomas DiBandetto klubun prezidenti seçildi. Onun maliyyə imkanlarının yaxşı olması kluba da müsbət təsir etdi. Barselona FK-nun ikinci heyətinin baş məşqçisi olan Luis Enrike komandaya gətirildi. River Pleyt FK-dan yarım-müdafiəçi Erik Lamelanı, Barselona FK-dan hücumçu Boyan Kırkiç-i və qapıçı Maarten Stekelenburqu, Ayaks FK-dan isə Qabriel Haynzı transfer etdi. Klub ayrıca olaraq müdafiəçi Conn Arne Riise, qapıçı Doni və forvardlar Jeremi Menez və Mirko Vuçiniçi satıb sərbəst buraxdı. Klub, yenilənmə üçün 100 milyon avro ayırmışdı. Yeni yüzillikdə bu klub üçün ayrılan ən böyük kapital idi.

Bütün bunlardan sonra 2011/12-ci ildə komanda UEFA Avropa Liqası-nın pley-off mərhələsində uduzaraq mübarizəni erkən dayandırdı. 18 avqust tarixində hüçumçu Dani Osvaldo, yarım-müdafiəçilər Miralem Pyaniç, Fernando Qaqo və Simyon Kyaer ilə müqavilə imzaladı. Əlavə olaraq 40 milyon avro qarşılığında Fabriki Borionu transfer etdi. 2012-ci ildə Pallotta prezident oldu. 2012/13-cü il futbol mövsümünün əvvəlində Luis Enrikenin əvəzinə Zdenek Zeman klubun baş məşqçisi təyin edildi. Klub, Enrikenin göndərilməsini UEFA Avropa Liqasında Slovan Bratislava FK-na məğlub olaraq mübarizəni erkən dayandırması və yeni mövsümdə heç bir beynəlxalq turnirə vəsiqə qazana bilməməsini səbəb göstərdi. Yeni çalışdırıcı Zeman bundan əvvəl Peskara FK-nu Seria B-dən əsas liqa olan Seria A-ya yüksəltmişdi. Lakin 2 fevral 2013-cü ildə vəzifəsindən istefa verdi. Onun yerinə müvəqqəti olaraq Aurelio Andreazzoli gətirildi və mövsümü 6-cı pillədə başa vurdu. Həmin il İtaliya Kubokunun finalında Latsio FK-na məğlub oldu. Bununla da komanda ardıcıl ikinci mövsümdə də Avropa miqyaslı turnirlərdən kənarda qaldı. 12 iyun 2013-cü ildə prezident Palotta, Rudi Qarsiyanın Romanın yeni baş məqçisi olduğunu mətbuata açıqladı. Yeni mövsümdə Rudi Qarsiyanın başçılığı ilə Roma ilk 10 oyunda ardıcıl qələbə qazandı. Bu İtaliya futbolu tarixində yeni rekord idi. 10 oyunda rəqib qapılarına 24 qol vurub öz qapısında sadəcə 1 qol gördü. Bu 10 oyun içərisində əzəli rəqiblər olan Latsio FKİnter Milan FK-u da var idi və onları da məğlub etməyi bacarmışdı. 2013/14-cü ildə 85 xal toplayan komanda 102 xalla birinci olan Yuventusdan sonra ikinci pillənin sahibi oldu. 2014/15-ci ildə də komanda Yuventusun ardından ikinci oldu. Lakin həmin il UEFA tərəfindən Maliyyə və Fair-play pozuntusu səbəbi ilə cəzalandırıldı.

2016-cı ildə 7 matçdan sadəcə birində qələbə qazanaraq uğursuzluqla üzləşən komanda, baş məşqçi Qarsiyanı istefaya göndərdi. Lusiana Spaletti komandaya baş məşqçi təyin edildi. Fevral ayında zədədən qayıdan Totti, oyun üslubunun pis olduğu üçün Spalettini sərt tənqid etməyə başladı. Bu tənqiddən sonra Spaletti klubun on nömrəsi olan Tottini Palermo FK-na qarşı 5-0 hesablı qələbə qazandıqları oyunda meydana buraxmadı. Bu qərar azarkeşlər arasında və mediada böyük səs-küy yaratdı. Ardıcıl 5 oyunda Totti meydana çıxarılmadı. Ehtiyat oyunçular skamyasında 5 oyun keçirən Totti, nəhayət çıxdığı ilk matçda 4 qol vurdu, 1 qol ötürməsi verdi. Spaletti bu mövsümü komandası ilə üçüncü pillədə başa vurdu və UEFA Çempionlar Liqasının pley-off mərhələsində oynamaq üçün vəsiqə əldə etdi. 2016-cı ildə klubun əsas oyunçularından olan Miralem Pyaniçi maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə rəqib komanda Yuventusa satdı. 28 may 2017-ci ildə Totti, 786-cı və karyerasının sonuncu oyununa çıxdı. Bu mövsümdə komanda ikinci pillənin sahibi oldu. Tottinin gedişindən sonra kapitanlıq sarğısı De Rossinin ixtiyarına verildi. 13 iyun 2017-ci ildə Eysebiyo De Françesko kluba yeni baş məşqçi təyin edildi. Yay transfer pəncərəsində komanda Məhəmməd Salahı 39 milyon avro qarşılığında Liverpul FK-a satdı. Sampdoriya FK-dan Patrik Şik, Mançester Siti FK-dan Aleksanr Kolorov heyətə qatıldı. Yeni çalışdırıcı De Françesko keçmiş komandasına oynayan Qreqorio Defreli də yeni heyətə qatdı. Bu transfer üçün Roma klubu Sassuolo FK-na 18 milyon avro ödədi. 5 dekabr 2017-ci ildə Roma merliyindən verilən məlumatda yeni stadionun inşası üçün ərazinin hazırlanması üçün əlavə 5 il müddətdə vaxt uzadıldı və klub hazırkı stadion Stadio Olimpikoda oynamaq üçün 5 illik razılaşma əldə etdi. 2017/18-ci il futbol mövsümündə UEFA Çempionlar Liqası-nın qrup mərhələsində İspaniya-nın Atletiko Madrid FK, İngiltərə-nin Çelsi FK-u və Azərbaycan-ın Qarabağ FK-u ilə birlikdə C qrupunda qərarlaşdı. Qrupda çətin oyunlarla üzləşsə də layiqli mübarizə aparan komanda, qrupun son oyununda evə Qarabağ FK ilə keçirilən oyunda Dyeqo Perrotinin vurduğu qol sayəsində 1-0 hesabı ilə qələbə qazandı və 1/8 finala vəsiqəni təmin etdi. Bu mərhələdə Ukrayna təmsilçisi Şaxtyor Donetsk FK-u ilə qarşılaşdı və turu adlamağı bacardı. 1/4 final mərhələsində rəqib güclü Barselona FK idi. İlk oyunda əldə edilən heç-heçədən sonra öz meydanında keçirdiyi cavab oyununda Barselonanı 3-0 hesabı ilə məğlub edərək yarım-final mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə İngiltərə-nin Liverpul FK-u ilə qarşılaşan komanda ümumi hesabda 7-6 ilə məğlub olaraq mübarizəni dayandırdı.

Roma Futbol Klubu 2017/18-ci il futbol mövsümünü İtaliya A Seriyasında 77 xalla 3-cü pillədə bitirdi. 2018-ci ildə komanda yarım-finala qədər qazandığı 83 milyon avronu əldə etdi. Bununla yanaşı qapıçı Alissonu 77 milyon avro qarşılığında Liverpul FK-na satdı. Nainqolan və Strootmanı satdıqdan sonra klub, Patrik Şik, Nzonzi, Pastore, Kluivert, Defrel və bir meçə oyunçu ilə müqaviləni yeniləmək üçün 150 milyon avro xərclədi. Növbəti mövsüm UEFA Çempionlar Liqasının 1/8 finalında Portu FK-na məğlub olduqdan sonra baş məşqçi Di Françesko istefaya göndərildi. Bu gedişdən sonra Ranyeri yenidən Romanın sükanı arxasına gətirildi. Ertəsi gün idman direktoru olan Mançini istefa verdi. Mançinin klubda idman direktorluğu müddətində klub 21 transfer üçün 208 milyon funt-sterlinq xərclədi. Lakin 2 il ərzində sadəcə 12 oyunçu klubda qalmağı seçdi. Ranyerinin nəticələri nisbətən yaxşılaşmağa başladı. Lakin klub mövsümü 6-cı pillədə tamamladı.

11 iyun 2019-cu ildə klub, Paolo Fonsekanı yeni baş məşqçi təyin etdi.

2019-cu ilin dekabr ayında Roma FK, SPV MMC, komandanı Amerikalı iş adamı Dan Friedkinə 872 milyon dollara satmaq üçün son danışıqlarda idi. Lakin danışıqlar COVID-19 pandemiyası zamanı dayanmışdı. 6 Avqust 2020-ci ildə Friedkin, Romanın əsas səhmdarı Pallottaya 591 milyon dollar ödəməyi qəbul edərək ilkin müqavilə imzaladı.

Hazırkı tərkibi

[redaktə | mənbəni redaktə et]
Nömrə Ölkə Mövqeyi Futbolçu
1 Niderland GK Rick Karsdorp
4 Braziliya DF Roger Ibañez
5 İtaliya DF Bryan Cristante
5 İtaliya DF Riccardo Calafiori
6 Braziliya MF Xuan Xesus
7 İngiltərə FW Kris Smolling
8 İtaliya DF Lorenzo Pelleqrini
9 Bosniya və Herseqovina FW Edin Ceko
10 İspaniya MF Gonzalo Villar
11 Fransa MF Cordan Veretout
17 İtaliya DF Davide Santon
18 Qvineya MF Amadou Diawara
19 Argentina DF Federiko Fazio
21 İtaliya DF Leonardo Spinazzola
24 Ermənistan MF Henrik Mıxtaryan
25 İspaniya FW Pedro
26 İtaliya GK Simone Farelli
Nömrə Ölkə Mövqeyi Futbolçu
27 Braziliya DF Bruno Peres
28 ABŞ DF Kris Riçards
29 Fransa MF
32 İtaliya DF Gianluca Mancini
33 Argentina MF Xavier Pastore
35 İspaniya FW Carles Pérez
36 İspaniya GK Pau Lopez
39 İtaliya GK Antonio Mirante
40 İspaniya FW Borja Mayoral
42 İtaliya MF Nikola Zaniolo
Albaniya DF Marash Kumbulla

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

asroma.com — Roma Futbol Klubunun rəsmi saytı