54°20′53″ şm. e. 18°39′14″ ş. u.HGYO

Qdansk

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qdansk
Gdańsk
Gduńsk
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
54°20′53″ şm. e. 18°39′14″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub güm. 997[1]
İlk məlumat 997
Sahəsi
  • 266 ± 1 km²
Mərkəzin hündürlüyü 11 m[3]
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 486.492 nəf. (2023)[4]
Rəqəmsal identifikatorlar
Telefon kodu +48 58
Poçt indeksi 80-008–80-958
Nəqliyyat kodu GD
Digər
gdansk.pl
Qdansk xəritədə
Qdansk
Qdansk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qdansk (pol. Gdańsk [ˈgdaɲsk], kaşub Gduńsk, lat. Gedanum, Dantiscum, 1308-ci ildən 1466-cı ilə və 1793-cü ildən 1945-ci ilə qədər Dansiq alm. Danzig‎) adlanmışdır — Şimali Polşada təxminən 500 000 əhalisi olan şəhər. Qonşu SopotQdınya ilə birgə ümumi əhalisi bir milyona yaxın Truymyasto (Üçlü şəhər) aqlomerasiyasına daxildir.

Qdansk – Baltik dənizində iri liman, sənaye mərkəzidir (xüsusilə neft-kimya və maşınqayırma (gəmiqayırma və gəmi təmiri sənayesi inkişaf edib) sənayesi).

Şəhərin sənaye rayonlarında gəmiqayırma, neft-kimya, kimya və qida sənayesi sahələri üstünlük təşkil edir. Elektronika, telekommunikasiya, maşınqayırma, kosmetika və əczaçılıq kimi yüksək texnoloji sektorların payı da durmadan yüksəlir. Kəhrəba emalı da yerli iqtisadiyyatın vacib hissəsidir. Belə ki, dünyada kəhrəba yataqlarının böyük bir hissəsi məhz Baltik dənizi sahillərində yerləşir. Pomor voyevodalığı, eləcə də Qdansk yay aylarında iri turizm mərkəzinə çevrilir, milyonlarla polyak və Avropa İttifaqının digər ölkələrinin vətəndaşları Baltik dənizi sahilindəki çimərliklərdə dincəlirlər.

Qdanskın iri şirkətləri:

  • Grupa Lotos — energetika
  • Energa Trading — energetika
  • GE Money Bank — maliyyə işi
  • Gdańska Stocznia Remontowa — gəmiqayırma
  • Elnord — energetika
  • Elektrociepłownie Wybrzeże — energetika
  • LPP — xırda ticarət
  • Polnord Energobudowa — tikinti şirkəti
  • Petrobaltic — energetika
  • Delphi — avtomobil hissələri
  • Intel — IT
  • IBM — IT
  • Fineos — IT
  • Wirtualna Polska — internet-xidmət
  • Arla Foods — qida sənayesi
  • Acxiom — IT
  • Kainos — IT
  • Dr. Oetker — qida sənayesi
  • Lufthansa Systems — IT
  • Compuware — IT
  • ZenSar Technologies — IT
  • SII — IT
  • Suruga Seiki — IT
  • Thomson Reuters — KİV
  • ThyssenKrupp Johann A. Krause — polad, texnika, mühüm mallar
  • Maersk Line — services & pick-up
  • First Data — maliyyə işi
  • Masterlease — maliyyə işi
  • Transcom WorldWide — autsorsinq biznes-emallar
  • Jysk — xırda ticarət
  • Meritum Bank — maliyyə işi
  • Glencore — xammal
  • Orlen Morena — energetika
  • Fosfory Ciech — kimya şirkəti
  • Crist — gəmiqayırma
  • Dr Cordesmeyer — un istehsalı
  • Hydrobudowa — tikinti şirkəti
  • Mercor — yanğından müdafiə sistemləri
  • Cognor — polad, texnika, mühüm mallar
  • Llentabhallen — polad konstruksiyalar
  • Atlanta Poland — qoz-fındıq və quru meyvələr idxalçısı
  • Ziaja — kosmetika və gözəllik salonları şirkəti
  • Stabilator — tikinti şirkəti
  • Skanska — tikinti şirkəti
  • Young Digital Planet — IT
  • Flügger — boya istehsalı
  • Satel — təhlükəsizlik sitemləri, IT
  • HD Heavy Duty — xırda ticarət
  • Dresser Wayne — xırda yanacaqdoldurma şəbəkəsi
  • Maersk Line — services & pick-up
  • First Data — maliyyə işi
  • Masterlease — maliyyə işi
  • Transcom WorldWide — autsorsinq biznes-emallar
  • Weyerhaeuser Cellulose Fibers — sellüloz liflərinin istehsalı (nəzərdə tutulub)
  • Sony Pictures Entertainment — mühasibat uçotu (nəzərdə tutulub)
  • Gdańsk Shipyard — gəmiqayırma
  • Stocznia Północna — gəmiqayırma
Qdansk tramvayı — Bombardier NGT6.
  • Lex Valensa adına Qdansk hava limanı – Qdanskda yerləşən beynəlxalq hava limanı;
  • Qdansk limanı — Qdansk körfəzinin cənub sahilində, şəhərin hüdudları daxilində yerləşən liman;
  • Gdańsk Główny (PKP vağzal) — PKP Intercity и SKM xidmətləri göstərən əsas sərnişindaşıma dəmiryolu stansiyası;
  • Szybka Kolej Miejska — Truymyastoda şəhərlərarası nəqliyyat xidməti;
  • Avtobuslar və tramvaylar parkı ЗТМ Gdańsk (Zarząd Transportu Miejskiego w Gdańsku) ixtiyarındadır.
  • Obwodnica Trójmiejska — Qdınya, Sopot və Qdansk şəhərlərinin ətrafında dolanan xətt.

Qatar əsas Polşa şəhərlərilə, eləcə də qonşu vilayətlərlə əlaqəni təmin edir. A1 avtostradası Qdansk şəhərini və limanını ölkənin cənub sərhədləri ilə birləşdirir.

Qdansk cənuba doğru Polşa, Çexiya, Avstriya və Sloveniyadan keçib Xorvatiyanın Pula şəhərində yekunlaşan AvroVelo marşrutunun başlanğıc məntəqəsidir.

"Lechii" stadionu

Qdanskda, eləcə də Truymyasto vilayətində çoxlu sayda məşhur peşəkar idman komandaları var. Həvəskar idmanla minlərlə qdansklı məşğul olur, idman fənni bütün təhsil ocaqlarında (ibtidai və orta məktəblərdə, universitetlərdə) tədris edilir. Şəhərin peşəkar futbol klubu Lexiyadır. 1945-ci ildə təsis edilən bu klub Polşa futbol çempionatının yüksək divizionunda oynayır. Klub ev oyunlarını keçirdiyi Lechii stadionunu 2012-ci ildə Ukraynayla yanaşı Polşada da keçiriləcək futbol üzrə Avropa çempionatı üçün tikilən PGE Arena stadionuna dəyişəcək.

Siyasət və yerli özünüidarəetmə

[redaktə | mənbəni redaktə et]
Uzun Bazar gecə vaxtı

Müasir Qdansk Pomor voyevodalığı adlanan əyalətin mərkəzidir. Şəhər həm də Polşanın iqtisadi və adminstrativ həyatının əsas mərkəzlərindən biridir. Hakimiyyətin bir çox vacib dövlət və yerli orqanlarının – əyalət adminstrasiyasının, əyalət hökumətinin, Dövlət Xəzinəsi Agentliyinin, İstehlakçıları və Rəqabətin Müdafiəsi Agentliyinin, Regional Sosial Sığorta Şirkətinin, Apelyasiya məhkəməsinin, Adminstrativ Ali məhkəmənin şəhərdə şöbələri, baş ofisləri var.

Regional mərkəz

[redaktə | mənbəni redaktə et]

Qdansk voyevodası 1999-cu ildə genişləndirilmiş və keçmiş Slupski voyevodasının böyük bir hissəsi, Elblonq voyevodasının qərb hissəsi, Bıdqoş voyevodasının Xoynitse qəzası onun tərkibinə qatılmışdır.

Məşhur qdansklılar

[redaktə | mənbəni redaktə et]

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]
Şəhərin panoraması
Şəhərin panoraması

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]