Qaraquyruq gəlincik
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Qaraquyruq gəlincik | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: ???: Qaraquyruq gəlincik |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Qaraquyruq gəlincik və ya Qaqum (lat. Mustela erminea) — dələkimilər fəsiləsinə, Gəlincik cinsinə aid və Azərbaycanda nəsli kəsilmək üzrə olan heyvan növü.
Təsviri
[redaktə | mənbəni redaktə et]Ölçüləri xırdadır: erkəklərin çəkisi 104 - 150 qr, dişilərinki 50 - 280 qr, bədənin uzuznluğu uyğun olaraq 20 - 40 və 17 - 27, quyruq 6.5 - 12 və 5.5 - 10.5 qulaq 1.5 - 2.4 və 1.4 - 2.3 sm-dir. Ölçülərində cinsi dimorfizm aşkar görünür. Bədəni uzunsov formalı və qısa ayaqlar üzərindədir. Xarici görünüşcə oxşar olan gəlincikdən daha iri ölçüləri, uzun quyruğu və ucunun qara olması ilə fərqlənir. Baş qısadır, girdə qulaq seyvanları vardır. Qışda xəzi sıxdır və qatı ağ rəngdədir (bəzən qarın hissəsi sarımtıl olur), yayda bəzən bədənin üst hissəsi qəhvəyi alt hissəsi ağ olur. Caynaqlar açıq rəngli və itidir. Qafqazda xırda ölçüləri və yay xəzinin kərpici-qəhvəyi rəngi ilə fərqlənən M. (M.) e. teberdina Kornejev, 1941 yarımnövü yayılmışdır.
Yayılması
[redaktə | mənbəni redaktə et]Geniş arealı Şimali Amerika, Avrasiya, Qafqaz, Mərkəzi Asiya, Saxalin, Kuril adalarını əhatə edir. Müxtəlif landşaftlarda məskunlaşır, suətrafı biotoplara üstünlük verir. Qafqazda d.s.-dən 3500 m-dək hündürlükdə alp çəmənliklərində yaşayır. Azərbaycanda ilk dəfə dəqiq olaraq İsmayıllı rayonunun Göyçay çayının mənbələrində (d.s.-dən 2760 m hündürlükdən, 41°01’ şimal enliyi, 48°10’ şərq uzunluğunda) tapılmışdır. Bu hündürlükdə alp çəmənləri daşlı-kəsəkli qayalıqlarla qarışır, bunların arasında bir neçə fərd qeydə alınmışdır. Daha sonra 13.08.2008-ci il tarixdə d.s. 3500–3600 m yüksəklikdə Bazaryurd dağının (Bazardüzü dağı ilə üzbəüz) ətəyində, Taxtayaylaq-qırxbulaq deyilən ərazidə daşlı-qayalı sahədə AMEA Zoologiya İnstitutunun əməkdaşları tərəfindən təkrar müşahidə olunmuş və fotoşəkilləri çəkilmişdir.
Həyat tərzi
[redaktə | mənbəni redaktə et]Sığınacaqlarını gəmiricilərin yuvalarında, ağac kökləri altında, koğuşlarda, qaya çatlarında, çılçırpı komalarında qururlar. Əsasən gecələr və toranlıqda aktivdirlər. Dişi və erkəklər ayrı yaşayırlar. Fərdi sahələri yem ehtiyatından asılı olaraq 10 ha-dan 200 ha-dək dəyişir. Əsasən siçanabənzər gəmiricilər, xırda quşlar, yayda cücülər və giləmeyvələrlə də qidalanır. Yem ehtiyatı toplayır. Poliqamdırlar. Kürsək apreldən avqustadək uzanır. Baladoğma aprel-mayda olur. 1-2 dən 11-18-ə qədər (çox vaxt 6-8) bala doğulur. Dişilər 11-14 aydan sonra cinsi yetkinliyə çatır, amma həyatlarının 17-ci günündən onlarda kürsək başlayır və onlar yetkin erkək tərəfindən basıla bilir (bu məməlilər arasında unikal haldır). Erkəklər isə 1 yaşlarında cinsi yetkinliyə çatır.Sayı məlum deyildir.
Azalma səbəbi
[redaktə | mənbəni redaktə et]Az tədqiq edildiyinə görə dəqiq məlum deyildir, amma yaylaqların həddindən artıq otarılması nəticəsində dağ ekosistemlərinin deqradasiya etməsi yaşayış yerlərinin və biotoplarının dağıdılmasına səbəb olur.
Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri: məlum olan yaşayış yerləri Şahdağ Milli Parkı hüdudlarında mühafizə olunur, - Yay otlaqlarında normadan artıq mal-qaranın otarılmasını qadağan etmək, - Növün müasir metodlarla genişmiqyaslı tədqiqatını və monitoringini aparmaq.
Mənbə
[redaktə | mənbəni redaktə et]- AZƏRBAYCAN RESPUBLİKASININ QIRMIZI KİTABI FAUNA, II NƏŞR. 208səh, Qaraquyruq gəlincik. (2013)
- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0