51° şm. e. 143° ş. u.HGYO

Saxalin adası

Vikipediya, azad ensiklopediya
(Saxalin səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Saxalin
Сахалин
Ümumi məlumatlar
Sahəsi
  • 72.492 km²
Uzunluğu
  • 950 km
Eni 160 km
Hündür nöqtəsi 1.609 m
Əhalisi
  • 673.100 nəf.
Yerləşməsi
51° şm. e. 143° ş. u.HGYO
Ölkə  Rusiya
Saxalin xəritədə
Saxalin
Saxalin
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Saxalin adası (rus. Сахалин) ya da Karafuto adası (yap. 樺太) — Asiyanın şərq sahillərində ada. Rusiya Federasiyasını Saxalin vilayətinə daxildir.

Saxalin adası

Saxalin adasının adı anlaşılmazlıqdan yaranıb. Bu regionun xəritəsini tərtib edən fransız alimləri Saxalinin qərb sahillərinə "Saxalin anqaxata" qeyd ediblər ki, bu da monqol dilindən tərcümədə "Qara dənizin ağzında qayalar" deməkdir. Anton Pavloviç Çexov Saxalin haqqında öz yol qeydlərində bu barədə yazırdı: "Bu ada daha dəqiq Amur ağzı və ya hər hansı sıldırım qaya və ya burun (coğrafi) adı ola bilərdi. Fransız coğrafiyaçıları isə səhvən bunu adanın özünə aid ediblər". Axırda bu ad bütün xəritələrdə möhkəmlənərək özünü təsdiqləyib.

Rusiyanın ən böyük adası olan Saxalin adası Sakit okeanın şimalında yerləşir. Adanın cənubunda Poyasok bərzəxi yerləşir. Yaponiyanın beşdə biri qədər ölçüdə olan bu ada Rusiyanın şərq, Yaponiyanın isə şimal sahilində yerləşir. Adanın yerli sakinləri Aynlar, OroklarNivxlərdir.

1995-ci il 28 may tarixində adada baş verən 7,5 bal gücündəki zəlzələ nəticəsində isə Nefteqorsk ərazisində 2000-dən çox insan ölümü baş vermişdi.

Saxalin adasında ilk məskunlaşmalar Neolit dövründə olmuşdur. Adada ən qədim dövrlərdən bəri cənub hissədə Aynlar,mərkəzi hissədə Oroklar və şimal hissədə Nivxlər məskunlaşmışdılar.Çinlilər burada həyatını balıqçılıqla keçirən Syanbi və Nanay tayfalarının olmasını da qeyd edirlər.

Təxminən eramızın 1264-cü ilindən başlayaraq Monqol İmperatorluğu adanı ələ keçirmək üçün çoxlu cəhdlər göstərmişdir.”Yuan-Şi” (Yuan sülaləsinin tarixi) adlı kitabda da Monqol İmperatorluğunun Quveyləri asılı hala salması və 1308-cü ilə qədər Saxalinin bütün vətəndaşlarının Monqollara təslim olması göstərilir. Nivxlər və Oroklar isə Monqollara daha tez boyun əymişdilər, Aynlar isə onlardan ən gec asılı vəziyyətə düşən olmuşlar. Quvey tayfalarının yaşlıları isə Çində Monqol Yuan sülaləsinin sonuna qədər (1368) Yuan məntəqələrinə səfərlər etmişlər. Min sülaləsinin (1368-1444) hakimiyyətinin ilkin illərində də belə səfərlər davam etdirilmişdir.Amur regionunda Çin siyasi və ticari institutların yaranmasının ardından isə 15-ci əsrin ortalarına kimi Saxalin Aynları tez-tez Çin nəzarətindəki məntəqələrə səfərlər etmişlər.Belə bir fakt da var ki,Min sülaləsindən olan admiral Yişixa özünün Aşağı Amura etdiyi ekspedisiyalarından birində 1413-cü ildə Saxalinə çatmışdır və yerli qəbilə başçısına Min rütbələrini bağışlamışdır.Min sülaləsinin hakimiyyəti altında Şimal-Şərqi Asiya və Saxalində ticarət “boyun əydirilmiş insanlar üçün sistem” prinsipi ilə həyata keçirilirdi.Vey Yuanın “Tzin sülaləsinin hərbi tarixi” adlı əsərində göstərilir ki,Tzin sülaləsi 1616-cı ildə Saxalinə hücum üçün 400 qrup hərbi dəstə yollamışdır.[mənbə göstərin]

Saxalin adasında ilk Yapon məskunlaşmalarının əsası isə 1679-cu ildə qoyulub.Maçumae tayfasının xəritəşünasları isə adanın xəritəsini hazırlamış və onu “Kita-Ezo” adlandırmışdılar.(Kita Ezo Şimali Ezo deməkdir, Ezo isə Honsyü adasının şimalındakı adalara verilən qədim addır) 1689-cu ildə isə Rusiya və Çin arasında Nerçissk sülh müqaviləsi imzalandı ki,bu müqaviləyə görə də Stanovoy dağları Rusiya və Çin arasında sərhəd elan olundu.(Buna görə ada Rusiyaya düşürdü) Amma Tzin sülaləsi adanı hələ də öz ərazisi kimi hesab edirdi.Saxalini ziyarət edən ilk Avropalı isə Maarten Gerritzs olmuşdur.Hollandiyalı kapitan adanın şərq sahillərində iki adanı öz xəritəsində göstərmişdir.Amma maraqlısı odur ki,o buranın ada olmasından xəbərdar deyildi və 17-ci əsrdə Saxalin və Hokkaydo xəritələrdə materikin bir hissəsi kimi göstərilirdi.Rusiya tədqiqatçısı İvan Kruzenştern isə 1805-ci ildə Saxalini ziyarət etmişdir,lakin onu yarımada hesab etmişdir.Avropalı tədqiqatçıların tez-tez Saxalinə səfərləri isə artıq Yaponiya üçün alarm rolunu oynadı.Bunun da nəticəsi olaraq,Yaponiya 1807-ci ildə bütün ada üzərində hökmdarlığını elan etdi.Yaponlar qeyd edirdi ki,Tatar boğazını əslində yapon tədqiqatçısı Mamiya Rindzo 1809-cu ildə kəşf etmişdir. [mənbə göstərin]

Saxalin coğrafi və mədəni baxımdan Hokkaydonun davamıdır, Yaponiya yenidən 1845-ci ildə, həmçinin Kuril adalarında bütün adanın üstündə suverenlik elan etdi, çünki Rusiyayla qarşılıqlı iddialar var idi. Bununla belə, rus dəniz səyyahı 1849-da Nevelski boğazın mövcudluğu haqqında yazdı və Çinin və yapon iddialarının əksinə - rus mühacirləri obyektlər, məktəblər, həbsxanalar, və adada kilsələr tikdilər.Yaponiya isə yenə Saxalinin (hansı ki, onlar adanı Karafuto adlandırırdı) üstündə öz suverenliyini 1865-ci ildə bildirmişdi.[mənbə göstərin]

1855-ci ildə Rusiya və Yaponiya Simoda müqaviləsini imzaladı, hansı ki, elan etdi ki, hər iki ölkə vətəndaşları adada məskən sala bilərlər: şimalda ruslar və cənubda yaponlar, lakin onlar arasında dəqiq sərhəd yox idi. Rusiya həmçinin Ootomari-də öz hərbi bazasını tərk-silah etməyə razılaşdı. Tiryək müharibəsindən sonra, Rusiya Çini Ayqun müqaviləsini (1858) və Pekin konvensiyasını (1860) imzalamağa məcbur etdi, hansı ki, Çin şimalda Xeylunszyan (Amur) əyalətindən və Ussuridən şərqə Rusiyaya bütün ərazilərə olan iddialarını itirdi( bu iddialara Saxalin də daxil idi).Katorqa əmək düşərgəsi (islahedici koloniya) 1857-ci ildə Saxalində Rusiya tərəfindən yaradılmışdı, amma adanın cənub hissəsi Sankt-Peterburq Müqaviləsinə qədər(1875) yaponların nəzarətində idi, Sankt-Peterburq müqaviləsində isə yaponlar Kuril adası qarşılığında adanın bu hissəsini güzəştə getdilər.

Rus-Yapon müharibəsi dövründə isə Yaponlar adanı yenidən işğal edirlər.Rus-Yapon müharibəsindən sonra, Rusiya və Yaponiya 1905-ci ildə Portsmut müqaviləsini imzaladı, hansı ki, 50-ci paraleldən ada şimal və cənub hissələrə ayrıldı ; Rusiya adanın beşdə üçünü özündə saxladı. Sibir müdaxiləsi zamanı, Yaponiya 1920-dən 1925-ci ilə qədər adanın şimal hissəsində az ərazini tutdu.

Bundan sonra paytaxtı Toyohara ( hal hazırda Yujno Saxalinsk) olan Cənubi Saxalin yaponların nəzarətinə keçdi.Yaponlar Saxalin adasının cənubunu Karafuto prefekturası adlandırmağa başladılar.Adada Koreyadan xeyli miqrantlar var idi.

Siyasi vəziyyət

[redaktə | mənbəni redaktə et]

XİX və XX əsrlərdə həm Rusiyanın, həm də Yaponiyanın Saxalin adalarına iddiası olub. Adaya nəzarət mövzusunda iki ölkə arasında zaman-zaman çoxlu danışıqlar olmuşdur.Rusiya II Dünya Müharibəsinin sonlarına yaxın bir vaxtda adanı Yaponlardan ələ keçirmiş və zəbt etmişdir.Məhz bu səbəbdən yaponlar 1949-cu ildə adanı boşaltdıqda Aynların çoxu Hokkaydoya köçmüşdülər.

1945-ci ilin avqustunda Yalta konfransındakı razılaşmalara uyğun olaraq, Sovet İttifaqı Saxalin üzərində nəzarəti öz üzərinə götürdü. Cənubi Saxalində sovet hücumu Mancur strateji hücum əməliyyatının hissəsi idi .56-cı atıcılıq korpusunda, 79-cu atıcılıq diviziyasından ibarət olan, 2-ci atıcılıq briqadası, 5-ci atıcılıq briqadası və iki yüz on dördüncü tank briqadası 88-ci yapon diviziyasına hücüm etdi. Hərçənd Qırmızı Ordu üç dəfə yaponlardan çox idi, onlar güclü yaponların müqavimətləri qarşısında irəliləmək vəziyyətində deyildilər. 16 avqustda atıcılıq batalyonunun 365-ci il müstəqil dəniz piyada qoşunları Sovet Limanından Toroya (Qərbi saxalində sahilyanı kənd)yerə endi ki,yaponların müdafiə xəttini sındırsın. Yaponların müqaviməti bu enmədən sonra zəiflədi. Faktiki döyüşlər 21 avqusta qədər davam etdi. 22-23 avqustda yapon bölmələrinin əksəriyyəti barışığı elan etdi. Sovet İttifaqı Saxalinin tam işğalını 1945-ci il 25 avqustda paytaxt Toyoharanı tutmaqla başa çatdırdı. Sovet qüvvələri 9 gün ərzində adanın cənub hissəsində 20,000 Yapon qoşununun öhdəsindən gəlməyi bacarmışdı.

1944-cü ildə Cənubi Saxalində yaşayan 448000 yapon sakinindən böyük qismi (150 minə yaxın) müharibənin son günlərində Yaponiyaya təxliyə edilmişdilər, amma qalan təxminən 300 000 nəfər isə bir neçə il adada qaldı. O vaxt Saxalin yaponlarının böyük əksəriyyəti 1946-1950-ci illərdə Yaponiyaya təxliyə edilmişdilər, amma buna baxmayaraq,on minlərlə Saxalin koreyalıları və onların yapon qohumları Sovet İttifaqında qalmalı oldular.[mənbə göstərin]

Son sülh müqaviləsi isə hələ də imzalanmamışdı və dörd qonşu adanın statusu hələ də mübahisəli qalırdı. Yaponiya San-Fransisko (1951) müqaviləsinə əsasən Cənubi Saxalin və Kuril adaları üzərindəki suverenlik iddialarından imtina edir. Amma Yaponiya tərəfi bildirmişdi ki,baxmayaraq ki,onlar bu iki ada üzərində suverenlik iddialarından imtina edirlər,amma bu imtinanı onlar hal-hazırda Rusiya tərəfindən idarə olunan 4 qonşu adaya aid etmirdilər.Hətta Yapon hökuməti adanın statusunun dəyişməsindən sonra Yapon və Ayn ailələrinə viza da hədiyyə edir.Baxmayaraq ki,iki ölkə arasında bu adalar barədə hələ də fikir ayrılıqları var,amma son zamanlar iki ölkə arasında iqtisadi və siyasi əməkdaşlıq tədricən yaxşılaşmağa doğru gedir.

1 sentyabr 1983-cü ildə isə Saxalin adasının qərbində olan kiçik Moneron adalarında Cənubi Koreya mülki təyyarəsi Saxalinin üstündən uçarkən, Sovet İttifaqı tərəfindən vurulmuşdu.Lakin Sovet İttifaqı bu təyyarənin diversant təyyarə olduğunu bəyan etmişdi. Hadisə nəticəsində ölən 269 nəfər içərisində isə ABŞ Konqresmeni Larri MakDonald da var idi.