Portal:İslandiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç





İslandiya portalına Xoş gəlmisiniz!

Seçilmiş məqalə

İslandiya gerbi
İslandiya gerbi

İslandiyaAdalı dövlət. İslandiya Atlantik okeanının şimalında yerləşir. İslandiyanın şimaldan Qrenlandiya, şərqdən İsveçNorveç, cənubdan isə Böyük Britaniya ilə su sərhəddi vardır. İslandiyanın yerləşdiyi ada volkanik mənşəylidir. Adada gündəlik şəkildə, volkan püskürmələri baş verir. İslandiyaya ən yaxın quru ərazisi Danimarka tabeliyində olan Qrenlandiyadır. Hər iki dövlət arasında 350 km məsafə vardır. Digər dövlətlərlə olan məsafə Norveçlə 1050, Şotlandiya ilə 800 km təşkil edir. İslandiyanın paytaxtı Reykyavik şəhəridir. 120.000 min əhalisi olan şəhər İslandiyanın ən böyük şəhəri hesab olunur. Şəhərdə iyul ayında temperatur +20, yanvarda isə 0 dərəcə təşkil edir. İslandiya əhalisinin 98% İslandlar təşkil edir. Onlar 10 əsrdir, ciddi dəyişikliklərə məruz qalmayan İsland dilində danışırlar. Ölkənin sahil suları müəyyən istisnalarla ilboyu donmur. Bununla belə, İslandiyada hava dəşiykəndir və bu da ölkəyə şimaldan və cənubdan gələn hava axınları ilə əlaqədardır.

Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Tarixə nəzər

İslaniya Respublikasının yerləşdiyi eyni adlı adanın tarixinə verilən ümumi ad. İslandiya qədim tarixə sahib ölkə hesab edilir. IX və X əsrlərdə, əsasən Norveçlilər tərəfindən məskunlaşmalar başlamışdır. İslandların Xristianlıq dinini qəbul etməsi 1000-ci ildə baş vermişdir. 1262-ci il uniyasına əsasən İslandiya Norveçdən tam aslı vəziyyətə düşür. İslandiyada parlament vəzifəsini yerinə yetirən aypinq qanunvericilik funksiyalarının əksəriyyətindən məhrum edilir. 1380-cı ildə İslandiya, NorveçDanimarka arasında üçtərəfli uniya imzalanır. 1537-ci ildə krallıq funksiyasını itirən Norveç eyni zamanda İslandiya üzərində olan hüquqlarından da məhrum olur və bununlada İslandiyanın idarəsini Danimarka tək başına icra etməyə başlayır. Danimarkanın İslandiyada Lüteranlıq məzhəbini rəsmi din kimi tətbiq etməsi ilə İslandiya müstəqilliyini tamamilə itirmişdir. Kilsə tərəfindən keçirilən islahatlar yerli əhalinin kəskin etirazı ilə qarşılandı. Qısa zaman ərzində kilsə əlehinə başlanan hərəkat xalq hərəkatına cevrildi. 1551-ci ildə zor gücü ilə islandlara protestantlıq qəbul etdirilir. İslandiya adası 26 gün müddətində Osmanlı imperiyası tərəfindən idarə edilmişdir. 1627-ci ilin 20 iyun və 16 iyul tarixləri arasında adaya gələn türklər 400 nəfərilik island əsirləri və ərzaq yüklü gəmi ilə birlikdə Əlcəzairə qayıtmışlar. XVII əsr İslandiya üçün uğurlu olmamışdır. Bu dövrdə adada durmadan vulkan püskürmələri yaşanırdı, digər tərəfdən aclıq, susuzluq və soyuq hava şəraiti ada da yaşan islandların bir qurupunun ölməsinə və bir qisminində Danimarkaya köcməsinə səbəb olmuşdur. 1843-cü ildə dünyanın ilk parlamenti olan aypinq yenidən formalaşdırılır. İkinci dünya müharibəsi illərində təhlükəsizlik adı ilə İngiltərə tərəfindən ada işğal edilir. 1941-ci ildə adanın idarə edilməsi Amerika Birləşmiş Ştatlarına keçir. Həmin İslandiya ilə olan münasibətlərini dondurduğunu elan edir. 1944-cü ilin 17 iyun tarixində İslandiya rəsmən müstəqil dövlət olduğunu elan etdi. İslandiyanın ilk müstəqilliyini tanıyan dövlət Amerika Birləşmiş Ştatları olmuşdur. İslandiya 1949-cu ildə NATO-ya üzüv olmuşdur.

Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Dil

İsland dili
İsland dili

İsland dili (íslenska) İslandiyada danışılır. İsland dilinə ən yaxın olan dillər, Farer adalarında yerli əhali tərəfindən danışılan Farer diliNorveçin qərbində danışlan Sogonamal ləhçəsidir. İslandiyanın mərkəzi Avropadan kənarda yerləşməsi nəticəsində, island dili ciddi dəyişikliklərə məruz qalmamışdır. Bu səbəbdən island dilində digər dillərdən söz az sayda keçmişdir. İslan dilinin əsas cəhətlərindən biri, dilin öz qədimiliyini qorumasdır. Orta əsrlərə aid sagalar bu gün İslandlar tərəfindən rahat şəkildə oxunur və məna başa düşülür. İsland dili Hind-Avropa dillərinin German dilləri bölməsinin Şimali German dilləri qoluna daxildir. İsland dilinə ən yaxın dil Farer dili hesab olunur. Skandinaviyada əhalinin böyük bir qismi tərəfindən istifadə olunan Norveç diliİsveç dili ilə İsland dilinin yaxınlığı azdır. Bunun əsas səbəbi kimi bu dillərinin şərq skandinav dilləri qrupuna daxil olmasıdır. Yaxın illər ərzində aparılan araşdırmalara əsasən German dillərinin Şimali German qolu, Adada danışılan skandinavcamərkəzdə danışılan skandinavca olmaqla iki hissəyə bölünür. Mərkəzdə danışılan skandinavca dillərinə Danimarka dili, İsveç diliNorveç dili daxildir. Norveç dilinin X əsrdə island və farer dillərinə çox bənzədiyi məlumdur. Hər iki dilin təsir dairəsində olan Norveç dili, XI əsrdən etibarən Danimarka dilinin təsir dairəsinə düşmüşdür. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Ərazi

İslandiya bölünməsi
Деление Исландии на регионыSaudurensHövüdborqarsvaydidVesturlandVestfirdirNordurland VestraNordürland EystraEystürlandSüdürland
Деление Исландии на регионы
Region Rəsmi adı
isl.
Mərkəzi
1 Hövüdborqarsvaydid Höfuðborgarsvæðið Reykyavik (isl. Reykjavík)
2 Sudurnes Suðurnes Keflavik (isl. Keflavík)
3 Vesturland Vesturland Borqarnes (isl. Borgarnes)
4 Vestfirdir Vestfirðir İsafyordür (isl. Isafjörður)
5 Nordurland Vestra Norðurland Vestra Söydaurkroukür (isl. Sauðárkrókur)
6 Nordürland Eystra Norðurland Eystra Aküreyri (isl. Akureyri)
7 Eystürland Austurland Egilsstadir (isl. Egilsstaðir)
8 Südürland Suðurland Selfoss (isl. Selfoss)

Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Bilirsinizmi ki...

İslandiya parlamenti Altinqin binası
  • Dünyanın şimal qütbünə ən yaxın yerləşən paytaxtı Reykyavikdir...
  • İslandiyanın ordusu yoxdur. Ölkədə təhlükəsizliyini və müdafiəsini yerli polis gücləri təmin edir...


Seçilmiş şəkil

İslandiyanın paytaxtı Reykyavikin mərkəzi küçəsi
 

Şəhər

Reykyavik şəhərinin gerbi
Reykyavik şəhərinin gerbi

Reykyavik - İslandiyanın paytaxtı və ən böyük şəhəri. Müstəqil dövlətlərin paytaxtları arasında ən ucqar şimal ərazidə yerləşən paytaxt şəhəridir. Əhalisi 120.000 (ətraf qəsəbələrlə birlikdə 200.000) nəfər olan Reykyavik İslandiyanın iqtisadi və mədəni mərkəzidir. Reykyavikin əsasının təxminən 9-cu əsrdə İngolfr Arnarson tərəfindən qoyulduğu ehtimal edilir. Lakin Reykyavik şəhər kimi 18-ci əsrdə formalaşmışdır. Reykyavik rəsmi olaraq 1786-cı ildə şəhər statusunu almış, həmin dövrdən sonra şəhərin sürətli inkişafı başlamışdır. Reykyavik İslandiyanın cənub-qərbində yerləşir. Şəhərdə temperatur qış aylarında çox nadir hallarda -15° Selsidən aşağı olur. Bunun səbəbi şəhərin yerləşdiyi ərazinin yaxınlığından isti Qolfstrim cərəyanının keçməsidir. Reykyavikin okean sahilində yerləşsə də orada güclü küləklər çox olmur. Yay aylarında hava sərin keçir, temperatur 10-15° Selsi arasında dəyişir. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Musiqiçi

Yohanna
Yohanna

Yohanna Qudrun Yonsdottir (isl. Jóhanna Guðrún Jónsdóttir) – müğənni. Yohanna Qudrun Yonsdottir 16 noyabr 1990-cı ildə Danimarkanın Kopenhagen şəhərində anadan olmuşdur. Yohanna əsasən pop, soul, ballada, pop-rok və akustik musiqi janrlarında ifa edir. Danimarkada anadan olsa da, Yohannanın ailəsi tezliklə İslandiyanın paytaxtı Reykyavikə, oradan da Hafnarfyordur şəhərinə köçür. Artıq 10 yaşında olanda onun ilk albomu işıq üzü görür. 13 yaşınadək daha 2 albom buraxan Yohanna 2009-cu ildə “Is It True?” (“Bu həqiqətdirmi”) adlı mahnıyla İslandiyanı Avroviziya Mahnı Müsabiqəsində təmsil edir və 218 xalla 2-ci olur. 2008-ci ildə Yohannanın “Butterflies and Elvis” (“Kəpənəklər və Elvis” adlı ilk professional albomu işıq üzü görür. Albom İslandiyada böyük rəğbətlə qarşılanır. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Kateqoriyalar

Əlaqəli portallar

Norveç İtaliya


İslandiya Vikixəbərdə  İslandiya Vikisitatda  İslandiya Vikikitabda  İslandiya Vikimənbədə  İslandiya Vikilüğətdə  İslandiya Vikiversitetdə  İslandiya Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar