Pepsi
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Pepsi | |
---|---|
Pepsi | |
Ümumi məlumatlar | |
Təsis tarixi | 1893 |
Struktur | |
Ana şirkət | PepsiCo |
pepsi.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Pepsi — PepsiCo şirkəti tərəfindən istehsal olunan qazlı kola içkisi.
Tarixi
[redaktə | mənbəni redaktə et]ABŞ-nin Şimali Karolina ştatında anadan olan Caleb Bradham tərəfindən tapılmışdır. 1898-ci ildə New Bern, Şimali Carolinada "Brad's Drink" ("Bradın içkisi") olaraq satışa çıxarıldı və Bradham, içkisini öz əczaxanasında (aptekində) düzəltdi. Bradham 1898-ci ildə rəqibindən 100 dollar qarşılığında "Pep Cola" ticarət adını satın alaraq istifadə etməyə başlamışdır. Daha sonradan 1909-cu ildə Pepsi markası coca-colaya satılaraq Pepsi Cola adını aldı və bir ehtimalla adı, istehsalında istifadə edilən həzm fermenti Pepsi ilə qola fındığından gəlməkdədir. Kimyaçı olan Caleb Bradham, Pepsi'ni həzmə köməkçi olması və enerji verməsi məqsədiylə inkişaf etdirmişdir. İlk Pepsi 1893-cü ildə satışa təqdim edilmişdir. 1906-cı ildə ABŞ Qida İnstitutunun içki içərisində zərərli bir maddə olmadığını görməsiylə satışı sərbəst buraxılmışdır. Artan tələbin də təsiriylə ilk qablaşdırma fabrikləri Şimali Karolina əyalətinin Durham və Charlotte şəhərlərində qurulmuşdur. Bu gün dünyanın bir çox ölkəsində qablaşdırma və istehsal fabriki olan Pepsi, demək olar ki, bütün ölkələrdə satılmaqdadır və böyük bir bazar payına malikdir.
2012-ci ildə Coca-Cola və Pepsi şirkətləri ABŞ qanunları əsasında məhsullarının üzərinə xərçəng xəbərdarlıq etiketi salınmamasını üçün içkiyə karamel rəngi verən 4 — metilimidazol maddəsini azaldacaq. Şirkətlər məhsullarında hər hansı bir xərçəng riski olmadığı amma bunun tədbir almaq üçün lazımlı olduğunu ifadə etdilər. Eyni zamanda məhsulların dadında hər hansı bir dəyişiklik olmayacağını söylədilər.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Şirkət haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |