Kruassan
Naviqasiyaya keç
Axtarışa keç
Kruassan (fr. croissant) — içərisinə yağ və ya yağlı krem qoyulan aypara şəklində çörək. Kruassanı cem, pendir və ətlə də hazırlayırlar.
Yaranması
[redaktə | mənbəni redaktə et]Osmanlı imperiyası Vyana mühasirəsində uğursuzluğa düçar olub, geri qayıtdıqdan sonra (12 sentyabr 1683) avropalılar sevinc dolu hisslərlə türkləri məğlub etmiş Polşa kralı Sobieskiyə təşəkkürünü müxtəlif formalarda bildirirdi. Yerli Vyana şirniyyatçıları isə o vaxtadək dümdüz hazırlanan kruassanı Osmanlı bayrağı üzərindəki aypara formasında bişirib, Sobieskini təbrik etmişdi. Sonralar bütün Avropada tanınan məşhur "Vyana çörəyi" (Viennoiserie) belə yarandı.[mənbə göstərin]
Vikianbarda Kruassan ilə əlaqəli mediafayllar var.