46°48′00″ şm. e. 14°58′00″ ş. u.HGYO

Koralpe

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Koralpe
Ümumi məlumatlar
Dağ silsiləsi Qroser-Şpaykkoqel
Mütləq hündürlüyü 2140 m
Yerləşməsi
46°48′00″ şm. e. 14°58′00″ ş. u.HGYO
Ölkələr
Koralpe xəritədə
Koralpe
Koralpe
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Koralpe (Koralp, Koralm[1]; alm. Koralpe‎, sloven. Golica) — Cənubi Avstriyada yerləşən dağ silsiləsi. Dağ silsiləsi cənubi Ştiriya ilə şərqi Karintiyanı bir-birindən ayırır. Dağ silsiləsinin cənub hissəsi Sloveniyaya qədər davam edir.[2] Silsilə şimaldan cənuba doğru uzanır. Qərbdə Lavant çayıyla, şərqdə isə Zyulm çayıyla məhdudlaşmışdır. Cənubda, Sloveniya ərazisində Koralpe Kozyak dağ silsiləsiylə həmsərhəddir. Koralpe dağ silsiləsinin şərq yamaclarında Zekar-Berental təbiət qoruğu ərazisi yerləşmişdir.[3]

Dağ silsiləsinin ən yüksək nöqtəsi — Qroser-Şpaykkoqel (2140 m) dağıdır. Dağ piyada turizm üçün məşhur yerdir. Dağda həmçinin radio-antena, həmçinin Avstriya ordusunun radarı yerləşmişdir. Dağ silsiləsinin şimal-şərq hissəsində Raynişkoqel (1463 m) zirvəsi yerləşmişdir. Zirvə Qrats sakinlərinin arasında məşhur turizm obyektidir.

Koralpe dağları əsasən metamorfik quruluşa malik dağlardandır. Bu tip dağlar bəzi geoloqlar və daş yığan kolleksiyaçılar üçün əhəmiyyətli marağa səbəb olur. Dağın orta qatlarında və Vayneben (məşhur rekreasiya və turizm zonası) ətrafında peqmatit qatlar yerləşir. Spodumenin əhəmiyyətli yataqları bu qatda yerləşir. Dağ silsiləsi Avropada ən məşhur litium yataqlarının yerləşdiyi yer hesab olunur. Kvarsın və çöl şpatının mədənləri yerləşən sıx meşələr keçmişdə şüşənin, keramikanın, farforun və təcrid edilmiş materialların sənaye istehsalatı üçün əsas məkan olmuşdur.[4]

Dəmiryol nəqliyyatı

[redaktə | mənbəni redaktə et]
Gələcək tunelin qərb hissəsi

Koralm dəmir yolu tikintisi mərhələsindədir. Tunel 2022-ci ildə Koralpe dağ silsiləsinin altında Koralm baza tuneli vasitəsilə KlaqеnfurtQrats əyalət paytaxtlarını bir-biri ilə birləşdirəcək. Tunelin layihə uzunluğu 32,9 kilometr təşkil edir. Tikintisi başa çatdıqdan sonra o dünyada ən uzun tunellərdən biri olacaq.[5]

  1. "Koralm" Arxivləşdirilib 2021-08-31 at the Wayback Machine im Landesgesetzblatt Nr. 37/2005.
  2. Drago, Perko. Analiza površja Slovenije s stometrskim Digitalnim modelom reliefa. Založba ZRC. 2001. səh. 181. 2015-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
  3. Naturschutzgebiet Seekar-Bärental Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (abgerufen 30. Juni 2015).
  4. Leopold Weber (Hrsg.): Handbuch der Lagerstätten der Erze, Industrieminerale und Energierohstoffe Österreichs. Erläuterungen zur metallogenetischen Karte von Österreich 1 : 500.000 unter Einbeziehung der Industrieminerale und Energierohstoffe. Archiv für Lagerstättenforschung Band 19 Wien 1997. Geologische Bundesanstalt ISBN 3-900312-98-2 ISSN 0253–097X. (Verzeichnis der bearbeiteten Rohstoffvorkommen, nach ÖK-Blättern geordnet, Seite 25). [1] Arxivləşdirilib 2012-01-30 at the Wayback Machine (43 MB)
  5. Johannes Fleckl-Ernst: Geodätische Herausforderungen beim Projekt "Koralmtunnel". In: Felsbau, Heft 5/2010, S. 315–321, ISSN 1866-0134.