Fiziki sabitlər
Naviqasiyaya keç
Axtarışa keç
Fiziki sabitlər — çoxdur və onlardan çox rastlaşdıqlarımız bunlardır:
- Sərbəstdüşmə təcili - Yerin səthi yaxınlığında və orta coğrafi enlikdə cisimlərin havasız fəzada düşmə təcilidir,g ilə işarə olunur və g=9,81m/san2-dır.Bu kəmiyyət cismin kütləsindən asılı deyil və bəzən qravitasiya sahəsinin intensivliyi adlanır.
- Qravitasiya sabiti - ədədi qiymətcə kütlələri 1kq, aralarındakı məsafə 1m olan iki bircins kürə arasındakı qravitasiya qüvvəsinə bərabər olan sabitdir,G ilə işarə olunur və G=6,67·10-11Nm2/kq2Habbl sabiti-bir-birindən 1Mpk(meqaparsek)məsafədə olan qalaktikaların vir-birindən uzaqlaşma sürətinə bərabər olan sabitdir,H ilə işarə olunur və H=75 km/Mpk·san.
- Avoqadro sabiti - bütün maddələrin 1mol-dakı molekulların sayidir, NAilə işarə olunur və NA=6,02·1023mol-1-dir.
- Bolsman sabiti - ideal qazın temperaturu 1K artanda bir molekulun enerji artımına uyğun gələn enerjidir,k ilə işarə olunur və k=1,38·10-23C/K.
- Universal qaz sabiti-1mol ideal qazın temperaturunu 1K yüksəltdikdə onun daxili enerjisinin artımına uyğun olan enerjidir, R ilə işarə olunur və R=8,31 C/mol·K
- Kulon sabiti - yükləri 1Kl aralarındakı məsafə im olan iki nöqtəvi yük arasındakı qarşılıqlı təsir qüvvəsinə bərabər olan sabitdir,k ilə işarə olunur və k=9·109N·m2/Kl2.
- Elektrik sabiti - ε0=8,85·10-12Kl2/N·m2/
- Elementar yük - təbiətdə rast gəlinən ən kiçik elektrik yükünün moduludur,e ilə işarə olunur və e=1,6·10-19Kl.
- Elektronun xüsusi yükü - elektronun yükününmodulunun kütləsinə olan nisbətidir və e/m=1011Kl/kq.
- Faradey sabiti - elektroliz zamanı elektrod üzərində 1 qram ekvivalent maddə ayrılması üçün elektrolitdən keçən yükdür və F=96500Kl/mol.
- İşıq sürəti - İşığın vakuumda 1san-də getdiyi yoldur və c=3·108m/san.
- Plank sabiti - h=6,63·10-34C·san.
- Ridberq sabiti - R≈1,097373143·107m-1.
- Atom kütlə vahidi - atom kütlə vahidi,1a.k.v=1,6605655·10-27kq.
- Elektronun sükunət kütləsi - me=9,109534·10-31kq.
- Protonun sükunət kütləsi - Mp=1,6726485·10-27kq.
- Neytronun sükunət kütləsi - Mp=1.6749543·10-27kq
- Bor radiusu - hidrogen atomunun stasionar hala uyğun elektron orbitinin ,yəni hidrogen atomunun radiusu a0=5,2917706·10-11m.
- Elektronun klassik radiusu - r0=2,8179380·10-15m.
- Stefan-Bolsman sabiti - σ=5,67032·10-8Vt·m2dər-4.
- İdeal qazın standart həcmi - normal şəraitdə 1mol ideal qazın tutduğu həcm V0=22,41383m³·kmol-1.
- Loşmid ədədi - normal şəraitdə vahid həcmdəki qaz molekullarının sayıdır,n0=2,7·1025m-3.
Mənbə
[redaktə | mənbəni redaktə et]- M.Murquzob, S.Abdullayev və b. VII VƏ VIII sinif üçün fizika dərsliyi. Bakı: 2005.
- A.Mehrabov və b.Fizika kursu. Bakı: Maarif, 1982.
- Таблицы физических величин (под ред. И.К.Кикоина).