Con fon Neyman
Con fon Neyman | |
---|---|
mac. margittai Neumann János Lajos | |
Doğum adı | Neumann János Lajos |
Doğum tarixi | 28 dekabr 1903[2][3][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 8 fevral 1957[4][3][…] (53 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | beyin xərçəngi[d][3] |
Dəfn yeri | |
Elm sahələri | riyaziyyat[1], fizika[1], oyunlar nəzəriyyəsi[1], çoxluqlar nəzəriyyəsi[1], kvant fizikası[1] |
İş yerləri | |
Təhsili |
|
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Con fon Neyman (ing. John von Neumann; 28 dekabr 1903[2][3][…], Budapeşt, Macarıstan krallığı[d], Avstriya-Macarıstan[4] – 8 fevral 1957[4][3][…], Uolter Rida adına Ordu tibb mərkəzi[d][9][10]) — ABŞ riyaziyyatçısı və fiziki.
Həyatı
[redaktə | mənbəni redaktə et]Con Lüis fon Neyman 28 dekabr 1903-cü ildə Budapeşt şəhərində doğulub. İmkanlı macar bankirinin böyük övladı idi. Onun qeyri-adi qabiliyyəti çox erkən üzə çıxmışdı. 6 yaşında bir-neçə əcnəbi dil bilirdi, səkkiz rəqəmli ədədləri beynində bölürdü, 8 yaşında isə ali riyaziyyatın əsaslarını mənimsəmişdi.
Con fon Neyman 22 yaşında Budapeştdə Pajmani Peter Universitetində riyaziyyat üzrə fəlsəfə doktoru dərəcəsi, eyni zamanda İsveçrə Federal Texnologiya İnstitutunun kimya mühəndisliyi üzrə diplomunu almışdır. Hələ 19 yaşı olanda, riyaziyyat üzrə iki məqalə dərc etdirmişdir. Con fon Neyman oyunlar nəzəriyyəsinin əsasını qoymuşdur. Çoxluqlar nəzəriyyəsi, həndəsə, operatorlar nəzəriyyəsi, riyazi iqtisadiyyat və s. sahələrə böyük töhfələr vermişdir.
Con fon Neymanın hesablama maşınının iş prinsipində əsas ideyalar aşağıdakı kimidir: informasiyanı təhlil edəcək hesablama maşını effektiv işləməsi ilə yanaşı, universal olmalıdır.
Universal hesablama maşını aşağıdakı qurğulardan ibarət olmalıdır:
- riyazi və məntiqi əməliyyatları yerinə yetirən hesab-məntiq qurğusu;
- proqramın icra olunma prosesini təşkil edən idarəetmə qurğusu;
- verilənləri və proqramları yaddaşında saxlaya biləcək yaddaş qurğusu.
Hesablama maşınının yaddaşında təhlil edilmiş verilənlərin və ya proqramların saxlanılmasından ötrü yaddaşın yuvalarını nömrələmək nəzərdə tutulurdu və bununla yanaşı, digər qurğuların da yaddaşa müraciəti sadələşdirilməli idi.
İstənilən xarici qurğudan maşının yaddaşına proqram daxil edilir. İdarəetmə qurğusu yaddaşdakı proqramı nəzərə alaraq onun icra olunmasını təşkil edir. Daxil edilmiş əmrlərə uyğun olaraq riyazi-məntiqi qurğu riyazi və məntiqi hesablamaları yerinə yetirir. Beləliklə, hesablama maşını insanın köməyi olmadan hesablama işlərini həyata keçirir.
EHM-lərin Con Lüis fon Neyman tərəfindən verilmiş arxitektura prinsipləri uzun müddət demək olar ki, dəyişməz qalmış və yalnız 20-ci əsrin 70-ci illərinin axırında superkompüter və matris prossesorların bu prinsiplərdən kənara çıxıldı.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- ↑ 1 2 3 4 Нейман Джон фон // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 http://www.nasonline.org/member-directory/deceased-members/20000935.html.
- ↑ 1 2 https://www.amacad.org/sites/default/files/academy/multimedia/pdfs/publications/bookofmembers/electionIndex1900-1949.pdf.
- ↑ 1 2 3 4 NNDB (ing.). 2002.
- ↑ 1 2 https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/memoriam.
- ↑ 1 2 Нейман Джон фон // Нейман Джон фон (rus.). / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Macrae N. John von Neumann: The Scientific Genius Who Pioneered the Modern Computer, Game Theory, Nuclear Deterrence, and Much More. 1992. S. 380. ISBN 0-679-41308-1
- ↑ http://www.cemeteryregister.com/search.asp?id=NJ_PRINCETON.
- 28 dekabrda doğulanlar
- 1903-cü ildə doğulanlar
- Budapeştdə doğulanlar
- 8 fevralda vəfat edənlər
- 1957-ci ildə vəfat edənlər
- 53 yaşında vəfat edənlər
- Vaşinqtonda vəfat edənlər
- Prinston qəbiristanlığında dəfn olunanlar
- Prinston Universitetinin müəllimləri
- Hamburq Universitetinin müəllimləri
- İsveçrə Federal Texnologiya İnstitutunun məzunları
- Eötvöş Lorand Universitetinin məzunları
- Göttingen Universitetinin məzunları
- ABŞ Milli Elmlər Akademiyasının üzvləri
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Amerika Fəlsəfə Cəmiyyətinin üzvləri
- Niderland Kral İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Dei Linçei Akademiyasının üzvləri
- Prezident Azadlıq medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə alimlər
- ABŞ riyaziyyatçıları
- Macarıstan riyaziyyatçıları
- Zehni hesablayıcılar
- Nüvə fizikləri
- Cəbrşünaslar