Byork

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Byork
isl. Björk Guðmundsdóttir
Ümumi məlumatlar
Doğum tarixi 21 noyabr 1965(1965-11-21)[1][2][…] (59 yaş)
Doğum yeri
Uşağı 2
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, aktrisa, müğənni, musiqi prodüseri, aranjimançı[d], şair, müğənni-mahnı yazarı, film bəstəkarı, kinorejissor, dicey
Fəaliyyət illəri 1977-ci ildən
Janrlar rok, alternativ rok, eksperimental musiqi[d], elektronik musiqi, art pop
Musiqi alətləri klavişli alət[d], fleyta, piano, orqan[d], Arfa, saksofon, klavikord[d], klarnet, Çelesta
Səs tembri soprano
Albom şirkətləri Elektra Records
Mükafatları Knight of the National Order of Merit Knights of the Order of the Falcon
İmzanın şəkli
bjork.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Byork Qvyudmundsdouttir və ya sadəcə Byork[4][5] — (21 noyabr 1965[1][2][…], Reykyavik[3]) İsland əsilli müğənni, mahnı yazarı, multi-instrumentalist, prodüserdir.

Onun musiqi üslubu eklektikdir və o alternativ rok, caz, elektro rəqs musiqisi, klassik və avanqard janrlarında da tanınır. 1990-cı illərdə onun mahnılarının 3-ü İngiltərə top onluğuna daxil edilmişdir (It's Oh So Quiet, Army of Me, Hyperballad). Albomları 2003-cü ildə bütün dünyada 15 milyondana artıq nüsxəylə satılıb. O,4 BRİT mükafatına, 4 MTV video musiqi mükafatınıa MOJO mükafatını, 3 Birləşmiş Krallıq video musiqi mükafatına və 2010-cu ildə isə qeyri-adi səsinə və yüksək təşkilatçılığına,dərin musiqisi və lirikasına görə İsveç Kral Musiqi Akademiyası tərəfindən Polar Musiqi Mükafatına layiq görülüb. Byork həmçinin, 14 Qremmi Mükafatına, 1 Akademiya Mükafatına, 2 Qızıl Qlobus Mükafatına namizəd olub. 2000-ci ildə Kann kinofestivalında "Dancer in the Dark") (Qaranlıq Rəqqası) filmindəki ifasına görə "Ən Yaxşı Aktrisa" adına layiq görülüb.

Byork İslandiyada, Reykyavikdə doğulub və böyüyüb. Anası Runa Hauksdottir aktivist, atası Qudmundur Qunnarsson isə ittifaq lideri və elektrik olub. O, musiqi karyerasına 11 yaşında, orta məktəbdə klassik piano dərsləri almaqla başlayıb. Yeniyətməlik yaşlarında o punk musiqisindən təsirlənib və 14 yaşında "Spit and Spot" adlı qızlar punk qrupu yaradıb. Az sonra, 1979-cu ildə isə Caz Yeniyetmələri qrupu Eksodusu yaradıb. 1980-ci ildə musiqi məktəbini bitirib və 1981-ci ildə Yakob Maqnussonla birgə digər bir qrup yaradıb və 1983-cü ildə onlar "Miranda" albomunu buraxıblar. Bundan sonra o Einar Melax and Einar Örn Benediktsson of Purrkur Pillnikk ilə birgə Kukl qrupunu yaratdılar və qot rok musiqisini inkişaf etdirdilər. Kukl Birləşmiş Krallığın anarxist punk qrupu Cross-la İslandiyaya qastrola çıxdı və Flux of Pink Indians qrupu ilə birgə bir neçə ifaları oldu. Bu əməkdaşlıqdan 1984-cü ildə The Eye və 1986-cı ildə Holidays in Europe albomlarını ərsəyə gətirdilər. 1986-cı ildən sonra Kukl qrupu "The Sugarcubes" adlanmağa başladı.

The Sugarcubes-in "Ammæli" (island dilində "doğum günü" deməkdir) adlanan ilk sinqlı Melody Maker tərəfindən həftənin hiti elan edilmişdi. The Sugarcubes həmçinin 1988-ci ildə ABŞ-də Elektra Səsyazmaları ilə razılıq əldə etdilər və ilk albomları Life's Too Good albomunu buraxdılar. Sugarcubes-də olarkən Byork bir çox layihələrdə iştirak etdi. O, Tríó Guðmundar Ingólfssonar caz qrupu ilə birgə məşhur caz və orjinal əsərlərdən ibarət Gling-Gló albomunu yazdırdı.

Solo karyerası

[redaktə | vikimətni redaktə et]

1992–2002-ci illər

[redaktə | vikimətni redaktə et]
Byork "The Sugarcubes" ilə Yaponiyada çıxış edir

1993-cü ildə Sugarclubes parçalandı. Bjork Londona köçdü və solo karyerasını davam etdirdi. Kinorejisor Nelli Hoperlə əməkdaşlığa başladı və bu əməkdaşlıqdan "Human Behaviour" solo hitini ortaya çıxardı. 1993-cü ildə çıxardığı Debüt adlı ilk solo albomu pozitiv baxışlı albom idi və ilin albomu seçilmişdi. Bu albomunda yeniyetməlik vaxtı yazdığı mahnılardan da daxil edilmişdi. Albomdakı caz hesab olunan "Like Someone in Love" arfa ilə, "The Anchor Song" isə saksafonla müşayiət olunub. 1994-cü ildə BRİT mükafatları zamanı Byork ən yaxşı Beynəlxalq Qadın və ən yaxşı Beynəlxalq yenilikçi adına layiq görüldü. Bjorkun ikinci solo albomu olan Post 1995-ci ilin iyununda işıq üzü gördü. Debüt albomunda əsasını qoyduğu uğurları bu albomda da müxtəlif musiqilər, rəqs və texnoya xüsusi yer ayıraraq davam etdirdi. Ancaq Debütdəki incə və oynaq anlardan fərqli olaraq Postdakı bəzi mahnılara daha dərin caz və orkestr quruluşlar daxil etmişdi. Albom 1985–2005-ci illərdə "100 ən yaxşı albom" listində 75-ci və "90-cı illərinin 90 ən yaxşı albomu" siyahısında isə 7-ci yeri tutdu. 1997-ci ildə Byorkun Homogenic albomu çıxdı ki, bu da onun əvvəlki iki albomunda yaratdığı obrazdan dramatik şəkildə fərqli idi. Homogenic onun özünü ifadə edən ilk albomu idi. Bu albom Byorkun ən təcrübi və öz dövründən kənar bir albomu hesab olunurdu ki, burada İslandiyanın mənzərəsini əks etdirən böyük taktlar var idi və bunun ən nəzərə çarpanı "Jóga" hesab olunurdu. Burda roksayağı elektronik xışıltıları küylü sim səsləriylə sintez edilmişdi. Albom 2011-ci ildə ABŞ-də qızıl medala layiq görüldü. 2001-ci ildə Byorkun Vespertine albomu işıq üzü gördü. Albom kamera orkestrları, xor dərnəyi, həzin vokal,məişət səslərindən hazırlanan mikrotaktlar və şəxsi və həssas mövzularla səciyyələnirdi. O bu alboma görə eksperimantal musiqi manipulyatoru Matmos, Danimarka əsilli Tomas Nak və arfaçalan Zena Parkinslə əməkdaşlıq etmişdi. Bu alboma "Hidden Place", "Pagan Poetry", "Cocoon" kimi albomlar daxil edilmişdi. bu sinqllara klip çəkildi və "Cocoon" klipində zahirən çılpaq görunən (əslində isə dar hiss olunmayan paltar geyinmişdi) Byork baramaya bükülən müğənni obrazını yaratmışdı. 2002-ci ildə Byorkun karyerasının əvvəlki dövrlərində musiqi qutusu ərsəyə gəldi ki, burada onun Brodsky Quartet ilə işi də daxil olmaqla əvvəlki bəstələrinin çıxarılmamış versiyaları yer aldı. Eləcə də Family Tree ilə yanaşı Greatest Hits albomu da çıxdı ki, burada onun 10 illik solo karyerası ictimaiyyətə təqdim edildi. Albomdakı "It's in Our Hands" sinqlı Birləşmiş Krallıqda 37-ci sırada dayanırdı. Spik Cons tərəfindən çəkilən klipdə Byork böyük hamilə qadın obrazında idi.

2003-cü ildən bu günə qədər

[redaktə | vikimətni redaktə et]

2003-cü ilin avqustunda əvvəlki albomlarının canlı səsyazmalarını özündə birləşdirən 2 CD-dən və hər bir musiqinin videosunun olduğu DVD-dən ibarət Live Box adlı musiqi qutusu buraxıldı. 2004-cü ilin avqustunda isə Medula adlı albomu ərsəyə gəldi ki, bunu da Byork ən yaxşı tamamilə vokal əsaslı albomu olduğunu qeyd etdi. Bu albomda Byork bir çox müğənni və xorçuların xor bacarıqlarından istifadə etmişdi. Medula ABŞ-də ən yüksək sıralanmada 14-cü yeri tutdu. 2004-cü ilin avqustunda Byork Yunanıstanın paytaxtı Afinada keçirilən Ya Olimpiya Oyunlarının Açılış Mərasimində "Oceania"mahnısını ifa etdi. Onun digər sinqlı "Where Is the Line" mahnısına klip 2004-cü ilin sonunda İslandiyalı ifaçı Qabriyela Fridrikstottir ilə əməkdaşlıq nəticəsində çəkildi. Bu ifalardan başqa Medula albomunu reklam etmək üçün heç bir qastrol, səfət təşkil olunmadı. Byork buna onunla aydınlıq gətirdi ki, o dərhal yeni albomunun yazılmasına başlamalı idi. 2006-cı ildə 3 köhnə albomunu yenidən işlədi və iki saundtrək albomları (Selmasongs and Drawing Restraint 9) Surrounded adlı musiqi qutusunda yer aldı. Bu vaxt ərzində Byork həmçinin Ən yaxşı Beynəlxalq Qadın solo müğənni adına BRİT mükafatları nazmizədi oldu. O həmçinin də Medula albomunu hazırlayarkən əməkdaşlıq etdiyi Robert Vyatdan mükafatı qəbul edərək 2005-ci ilin oktyabrında İllik Q Maqazin mükafatlarında Ruhlandırıcı Mükafata layiq görüldü. Byorkun 6-cı ən uzun studiyo albomu Volta 2007-ci ilin may ayının 7-də buraxıldı. Albomda ilk mahnı olan "Earth Intruders" 2007-ci ilin aprelin 7-də yazılmışdı və ABŞ-də Billboard Hot 100 –lüyə qatılmışdı. Albom ozü isə həmin Billboard 200-lükdə 9-cu yeri tutmuşdu. Albom həmçinin Fransada həftə ərzində satılan 20.600 albom arasında 3-cü sırada dayanmışdı. Albomda olan digər mahnılar "Innocence", "Declare Independence", "Wanderlust" , "The Dull Flame of Desire", də 2007–2008-ci illər ərzində yazılan mahnılar idi. Byork 18 aylıq dünya qastrol səfərinə çıxaraq Latın Amerikasının Rio-de –Jeneyro, San –Paul, Baqota, Lima kimi şəhərlərində keçirilən festivallarda ifa etdi. O həmçinin 2008-ci ilin yanvarında ilk dəfə Avstraliya və Yeni Zelandiyaya gəldi, digər xalqların nümayəndələrinin də qatıldığı Big Day Out Festivalina qatıldı. O həmçinin Şanxayda ifası zamanı "Declare Independence" mahnısının sonunda Tibet! Tibet! deye qışqırmışdı və bu isə çinlilərin narazılığına səbəb olmuşdu. 2009-cu ilin aprelinde Byorkun Voltaïc adlı daha bir musiqi qutusu çıxarıldı. 2010-cu ilin mayında İşveç Kral ailəsi Enniyo Morrikonla yanaşı Byorku da nüfuzlu Polar Musiqi Mükafatının qalibi elan etdi. Byork həmçinin də uzunmüddətli əməkdaşı Mişel Qondrı ilə birgə 3-D "elmi-musiqi" mövzusunda əməkdaşlıq edəcəyini bildirdi. Bu 40 dəqiqəlik İMAX muzey layihəsi idi. 2011-ci ilin Fevralın 17-də Byork suriyalı musiqiçi Ömər Süleymanla birgə də əməkdaşlıq edəcəyini və bu layihənin "12 inçlik CD və ilin hər hansı vaxtı rəqəmsal yükləmə" üçün yararlı olacağını bildirdi. 2011-ci ilin Mart ayının 17-də Byork özünün digər Biophilia adlı layihəsinin detallarını təsdiqlədi. Bu layihə musiqinin elmə və təbiət mövzularında innovasiya ilə vəhdətini, eləcə də Britaniyada Mançestr Festivalında təqdim etdiyi uşaqlarla birgə əmkdaşlığı və canlı ifaları da özündə cəmləşdirirdi. Bu layihədən ilk sinqlı 2011-ci ilin iyununda ortaya çıxan "Crystalline" idi. Bu mahnı sırf layihə üçün nəzərdə tutulan bir neçə xüsusi musiqi alətləri ilə müşayiət olunurdu ki, bunlardan da biri qamelan idi.

Mahnıları, səsi, film karyerası

[redaktə | vikimətni redaktə et]

Byorkun musiqi tərzi kifayət qədər eklektik və çətindir. Onun karyerası böyük orkestr musiqisindən tutmuş səs incəsənətinə qədər müxtəlif janrları özündə ehtiva edir. Byorkun lirik mövzuları şəxsi durumundan elmi, təbiətiət və sosial mövzulara qədər sıralanır. Byork soprano vokal səsə malikdir, onun səsini keyfiyyətcə elastiki səs adlandırırlar. O həm hecalarla mahnı söyləmək qabiliyyətinə, həm də nadir vokal tərzinə görə təriflənir. Onun 2011-ci ildə Mançestrdəki Beynəlxalq Festivalda çıxışı zamanı The Daily Telegraph onun səsi və musiqisi barədə belə bir şərh vermişdi ki,onun 45 yaşı olmasına baxmayaraq bütün ehtirasla hələ də elektron rəqs taktlarından istifadə edir və səsinin elementar tembrini getdikcə daha da gücləndirir. National Public Radio hesablamışdı ki, Byork "50 möhtəşəm səs" siyahısındadır və MTV isə onu "Musiqidə ən möhtəşəm 26 səs" siyahısında 8-ci yerə salmışdır. Səsinin nadir, şux və çoxtərəfli olması, çoxsaylı təsir və janrlarla əhatə olunmasına görə Rolling Stone tərəfindən aparılan sıralanmada indiyə qədər ən möhtəşəm 100 səsə sahib musiqiçilər arasında 60-cı yeri Byork tutmuşdur. Byorkun film karyerası 1986-cı ildə cadugərin həyatından bəhs edən The Juniper Tree adlı filmində aldığı rolla başlayıb. O, anası cadugərin fırıldağı nəticəsində dünyasını dəyişmiş qizcığazın rolunu oynayır. 1994-cü ildə isə Prêt-à-Porter filmində epizodik rol alır. Byork 1999-cu ildə mövzusu oğlunun kor olmasının qarşısını almaq üçün əməliyyat puluna görə mübarizə aparan Şelma adlı anadan bəhs edən Dancer in the Dark filminə dəvət alır. Ona bu film üçün musiqi partiturası hazırlamaq və Şelma ana rolunu oynamaq təklif olunur. Beləliklə film çəkildi və 2000-ci ildə 53-cü Kan festivalında debut etdi. Eləcə də Palme d'Or mükafatını aldı və film özü isə bu rola görə ən yaxşı aktrisa adına layiq görüldü. Bu film üçün yazdığı mahnılar Selmasongs adı ilə buraxıldı və Tom Yorkla duet şəklində ifa etdiyi "I've Seen It All" mahnı isə Ən Yaxşı mahnı üzrə Akademiya Mükafatına namizəd oldu. Byork 2007-cil ildə Terri Cons və Damon Alborn ilə bigə Qunar Karlsonun animasiyalı Anna and the Moods filminə çəkildi. 2005-cil ildə isə İslandiya musiqisini araşdıran Screaming Masterpiece sənədli filminə çəkildi. Daha sonra o The Science of Sleep filminə dəvət aldı, lakin bu təklidən imtina etdi. 2013-cü ildə Kanal 4-ə When Björk Met Attenborough adlı sənədli filmə çəkilmişdi.

Xeyriyyə işləri, ailəsi, siyasi görüşləri

[redaktə | vikimətni redaktə et]

2004-cü ildə cənub şərqi Asiyada sunami fəlakətləri zamanı Byork Army of Me: Remixes and Covers adlı layihə üzərində işləməyə başladı və yardım fondu üçün pul topladı. Bu layihədə bütün dünyadakı fanatlarını və musiqiçiləri 1995-ci ildəki mahnısı Army of Me mahnısına cəlb etdi. ALBOM 2005-ci dilə Birləşmiş Krallıqda, 2006-cı ildə isə ABŞ-də buraxıldı və albomlardan qazanılan 250 000 funt sterlinq cənub şərqi Asiya regionuna kömək üçün UNİCEF-ə verildi. Byork həmçinin də öz vətəninindəki ətraf mühit problemlərinə biganə yanaşmır. O İslandiyada Alkoa alüminium əritmə zavodunun tikintisinı qarşı Reykyavikdə keçirilən "Hætta" konsertində iştirak etmişdi. O İslandiyanın təbiətinə və yaşıllıq səneyesinə şərait yaratmaq üçün "Náttúra" adlı təşkilat yaratdı. 2008-ci ilin dekabrında Byork İslandiyanın iqtisadiyyatı və təbbi ehtiyatlardan təklif olunan istifadə barədə Times jurnalı üçün məqalə yazdı. 2010-cu ilin may ayında The Reykjavík Grapevine qəzetinə İslandiyanın geotermal şirkətinə sahiblik edən Kanadanın "Magma Energy" şirkəti ilə İslandiya dövlətinin bağladığı müqavilənin ləğv edilməsi üçün əlindən gələni etməyə çağıran bir məktub da yazmışdı. Byorkun atası Gusmundur Gunnarsson qızının məşhurluğundan əvvəl ittifaq lideri kimi tanınırdı, anası isə siyasi fəallardan idi. Byork və partnyoru rəssam Meteyu Barneyin qız övladları İsadora Byorkdottir Barney 2002-ci ilin oktyabrın 3-də dünyaya gəlib. Byorkun həmçinin də Sugarcubes-də orkestr yoldaşından 8 iyun, 1986-cı ildə Sindri Eldon Torson adlı oğlu dünayaya gəlmişdir. Sindri jurnalistdir və özünün "Sindri Eldon" adlı solo layihəsi var. Byorkun Kukl-da keçən illəri onun anarxist Crass Collective qrupu ilə bir araya gəlməyi ilə yadda qalıb. O siyasi fiqur kimi görünmək istəmirdi və bu barədə internet səhifəsində də bildirmişdi. Byork Kosovonun müstəqilliyinə dəstəyi də daxil olmaqla dünyada baş verən bir çox azadlıq hərəkatlarına öz güclü dəstəyini göstərmişdir. O özünün " Declare İndependence" mahnısını Farer adalarına və Qrenlandiyaya həsr etmişdir. O Yaponiyada keçirilən konsertdə Kosova xalqı üçün də oxuduğu " Declare İndependence" mahnısı ciddi narahatlqa yaratmış və nəticədə onun Serbiyada festivalda gözlənilən çıxışına icazə verilməmişdir.

2004-cü ildə Diva jurnalına müsahibəsində Byork demişdir:

" Mən fikirləşirəm ki, hər kəs müəyyən dərəcədə biseksualdır. Sadəcə məsələ sənin bunu qəbul etməyində və ya buna görə utanmağındadır. Mənim fikrimcə qadınla kişi arasında seçim etmək tortla dondurma arasında seçim etmək kimi bir şeydir. Əgər müxtəlif dadların hər ikisini yoxlamasan axmaqlıq etmiş olarsan.[6] "

Byork bu illər ərzində özünə çoxlu gey fanatlar yiğmışdı. 2004-cü ildə Instinct jurnalına müsahibəsində demişdi:

" Mən istəyərdim ki, insanlar mənim albomlarımı bərabər şəkildə alsınlar. Onların gey, qara, gənc, yaşlı olmağını fikirləşməyin. Onlar sadəcə mənim musiqimi sevirlər. Mənim həyatımda çox gey dostlarım olub, bunda heç nə yoxdur.[7] "

Diskoqrafiyası

[redaktə | vikimətni redaktə et]
  • Björk (1977)
  • Debut (1993)
  • Post (1995)
  • Homogenic (1997)
  • Vespertine (2001)
  • Medúlla (2004)
  • Volta (2007)
  • Biophilia (2011)
  • Vulnicura (2015)
  • Utopia (2017)
  • Fossora (2022)

Mükafatları və nominasiyaları

[redaktə | vikimətni redaktə et]

Byork on iki nominasiya üzrə hər iki BRİT Mükafatından 4-ü, doqquz nominasiya üzrə isə MTV video musiqi mükafatını alıb. Eləcə də Qremi Mükafatından 12 nominasiyanı alıb, ancaq mükafatın üzünü almayıb: o 1996-cı ildən 2002-ci ilə qədər hər il bu mükafat üzrə nominasiyaya sahib olub. Onun "I've Seen It All" mahnısı ən yaxşı orjinal mahnı adı ilə Akademiya Mükafatını alıb. O, "Rock and Roll-da ən möhtəşəm 100 qadın" siyahısında 36-cı yerdə dayanır. Bütünlükdə Bork 212 nominasiya üzrə 90 mükafat alıb.

Filmoqrafiyası

[redaktə | vikimətni redaktə et]
Byork 2001-ci il Akademiya Mükafatları mərasimində qu-quşu kostyumunda
İl Filmin adı Rol Qeydlər
1990 Ardıc Ağacı(The Juniper Tree) Margit
2000 Qaranlıq rəqqası(Dancer in the Dark) Selma Ježková Selmasongs mahnısının bəstəkarı

Filmə görə mükafatlar :

• Ən Yaxşı Aktisa adına adına görə Bodil Mükafatı

• Ən Yaxşı Aktisa adına görə Kan Film Festivali Mükafatı

• Ən Yabaqcıl Aktrisa adına görə Edda Mükafatı

• Ən Yaxşı Aktrisa adına görə Avropa Film Mükafatı

• Ən Yaxşı Avropalı Aktrisa adına görə Avropa Film Mükafatlari

• Yadda qalan dramatik Musiqi İfasına görə Milli Baxış Lövhəsi Mükafatı

• Ən Yaxşı Aktrisa adına görə Robert Mükafatı

• Ən Yaxşı Xarici Aktrisa adına görə Rusiya Film Tənqidçiləri İttifaqı Mükafatı

• Nominasiya-Ən Yaxşı Aktisa adına görə Çikaqo Film Tənqidçiləri Assosiasiyası Mükafatı

• Nominasiya- Ən Yaxşı Perspektivli Aktrisa adına görə Çikaqo Film Tənqidçiləri Assosiasiyası Mükafatı

• Nominasiya- Ən Yaxşı Aktrisa adına görə Klotridus Mükafatı

• Nominasiya- Kino dramı- Ən yaxşı Aktrisa adına görə Qızıl Qlobus Mükafatı

• Nominasiya- Ən Yaxşı Aktrisa adına görə Onlayn Film Tənqidçiləri Birliyi Mükafatı

• Nominasiya- Kino Dramı- Ən Yaxşı Aktrisa adına görə Peyk Mükafatı

• Nominasiya-Ən Yaxşı Aktrisa adına görı Sierra Mükafatl

• Nominasiya- Ən Yaxşı Yenilikçi Qadın adına görə Sierra Mükafatı

• Bəstəkar Mükafatları:

• İlin Musiqisi adına görə Robert Mükafatı

• Ən Yaxşı Orjinal Mahnı adına görə Peyk Mükafatı

• Nominasiya- Ən yaxşı Orjinal Mahnı adına görə Akademiya Mükafatı

• Nominasiya- Ən Yaxşı Film Musiqisi adına görə Çikaqo Film Tənqidçiləri Assosiasiyası Mükafatı

• Nominasiya-Ən Yaxşı orjinal Mahnı adına görə Qızıl Qlobus Mükafatı

• Nominasiya- Ən Yaxşı Orjinal Film Musiqisi adına görə Onlayn Film Tənqidçiləri Birliyi Mükafatı

• Nominasiya- Ən Yaxşı Orjinal Mahnı adına görə Foneks Fil Tənqidçiləri İttifaqı Mükafatı

2005 Şəkil Məhdudiyyəti 9 (Drawing Restraint 9) Epizodik rol Həmçinin soundtrackin bəstəkarıdır
2007 Anna və Ovqatlar(Anna and the Moods) Anna Yanq
(səsi)
  • 1984 – Um Úrnat frá Björk
  • 1995 – Post
  • 2001 – Björk (Little-i)
  • 2003 – Björk Live Book

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]

rəsmi sayt

  1. 1 2 Bjork // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Björk // filmportal.de. 2005.
  3. 1 2 Deutsche Nationalbibliothek Record #119525054 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-05.
  5. "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-05.
  6. Summer BiMedia Arxivləşdirilib 2019-02-11 at the Wayback Machine. Bi Community News. Retrieved 2011-02-28.
  7. "Björk – On... gay fans". Instinct (per official Björk website). 1 September 2004. 2010-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12-18. (#apostrophe_markup)