Bazu-baş kötüyü
Naviqasiyaya keç
Axtarışa keç
Bazu-baş kötüyü | |||
---|---|---|---|
| |||
Arteriya diaqramı | |||
Latınca | truncus brachiocephalicus | ||
Qrey | subyekt 142 548 | ||
Başlanır | Aorta qövsü | ||
Şaxələri | sağ Ümumi yuxu arteriyası right sağ körpücükaltı arteriya thyreoidea ima | ||
Vena | Bazu-baş venası | ||
MeSH | Brachiocephalic+Veins | ||
Bazu-baş kötüyü – lat. Truncus brachiocephalicus (a. Anonyma – BNA) 3-4 sm uzunluğunda olub aorta qövsündən başlayır, nəfəs borusunun sağ yarısının ön səthilə yuxarı, sağa və arxaya doğru gedərək sağ döş körpücük oynaöının bərabərində iki şaxəyə bölünür:
- lat. arteria carotis communis dextra – sağ ümumi yuxu arteriyası;
- lat. arteria subclavia dextra – sağ körpücükaltı arteriya.
Bazu-baş kötüyü tamamilə döş qəfəsində yerləşmişdir, qabaq tərəfdən sol bazu-baş venası ilə, sağ tərəfdən sağ bazu-baş venası ilə və sol tərəfdən ümumi yuxu arteriyası ilə əhatə olunmuşdur. Genez cəhətcə bazu-baş kötüyü ruşeym dövründə sağ aorta qövsünün qalığıdır.
Mənbələr
[redaktə | mənbəni redaktə et]- Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979
- Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy
- Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)
- Anatomy: Embryologie[ölü keçid]