Xarici yuxu arteriyası
Xarici yuxu arteriyası | |
---|---|
Boyun arteriyaları (sağ tərəf): ümumu yuxu arteriyası, xarici yuxu arteriyası və onun şaxələri. | |
Latınca | arteria carotis externa |
Qrey | subyekt 144 551 |
Başlanır | Ümumi yuxu arteriyası |
Şaxələri | |
Vena | daxili vidaci vena |
MeSH | Carotid+Artery,+External |
Dorlands/Elsevier | 12153668 |
Xarici yuxu arteriyası (lat. arteia carotis externa) ümumi yuxu arteriyasının bir şaxəsi olub, ondan qalxanabənzər qığırdağın üst kənarı bərabərliyindən başlanğıc götürərək, döş-körpücük-məməyəbənzər əzələnin ön kənarı ilə yuxarıya döğru gedərək yuxu üçbucağına çatır, buradan çənəarxası çuxura keçərək qulaqaltı vəzinin kütləsini keçir və çənə boynu arxasında 3 şaxəyə ayrılır: səthi gicgah arteriyası — lat. a. temporalis superficialis və əng arteriyası — lat. a. maxillaris. Başlanğıcda daxili yuxu arteriyası daxili yuxu arteriyasından işəri tərəfdə yerləşsə də sonradan yuxarı doğru getdikcə bayır tərəfinə keşərək ondan bizəbənzər çıxıntı, biz-udlaq — lat. m. stylopharyngeus və biz-dil əzələləri — lat. styloglossus vasitəsilə ayrılır.
Şaxələri
[redaktə | mənbəni redaktə et]Xarici yuxu arteriyası boyunun yuxarı qabaq nahiyəsinə, üzə və kəllənin divarlarına məxsus növbə ilə 9 şaxə verir:
- lat. arteria thyreoidea superior — yuxarı qalxanabənzər arteriya;
- lat. arteria lingualis — dil arteriyası;
- lat. arteria fascialis — üz arteriyası;
- lat. ramus sternocleidomastoideus — döş körpüçük-məməyəbənzər şaxə;
- lat. arteria occipitalis — ənsə arteriyası;
- lat. arteria auricularis posterior — qulaq seyvanının dal arteriyası;
- lat. arteria pharyngea ascendeus — udlağın qalxan arteriyası;
- lat. arteria temporalis superficialis — səthi gicgah arteriyası;
- lat. arteria maxillaris — əng arteriyası.
Anatomiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |