Andlı iclasçı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Andlı iclasçı və ya jüri[1] — qanunvericiliklə müəyyən edilmiş qaydada andlı iclasçılar siyahısına daxil edilmiş, qanunla nəzərdə tutulmuş qaydalar üzrə seçilmiş və ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək üçün məhkəməyə çağırılmış şəxsdir.[2]

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada andlı iclasçılar siyahısına daxil edilmiş, Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar üzrə seçilmiş və ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək üçün məhkəməyə çağırılmış şəxs idi.

Andlı İclasçılar Kolleqiyası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada cinayət işlərinə baxılması üçün yaradılan andlı iclasçılardan ibarət qurum idi.

2014-cü ildə Milli Məclisin qərarı ilə ləğv edilib.[3] 2015-ci ildə Azərbaycan Prezidenti bu barədə müvafiq fərman imzalayıb.[4]

  1. "jüri | Onlayn Lüğət". AZLEKS (az.). İstifadə tarixi: 2024-02-08.
  2. "Andlı iclasçı | De Jure". dejure.az. 2023-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-08.
  3. "Azərbaycanda andlı iclasçılar məhkəməsinin yaradılmasından imtina edilir". BBC News Azərbaycanca (az.). 2014-06-20. 2017-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-08.
  4. "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında". e-qanun.az (az.). 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-08.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]