Adi balıqçıl
Adi balıqçıl | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Adi balıqçıl |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Adi balıqçıl (lat. Alcedo atthis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinin balıqçıl cinsinə aid heyvan növü.
Haqqında
[redaktə | vikimətni redaktə et]Azərbaycanda nominativ yarımnövlə təmsil olunmuşdur. Sərçədən bir qədər iridir. Üstü göyümtül-yaşıl, quyruqüstü parlaq-göy, boğazı oxra-ağımtıldır. Dimdiyində, peysərinə tərəf gözlərindən keçməklə enli zolaq uzanır. Bədəninin altı paslı-kürəndir. Dimdiyi qırmızımtıldır. Uçuşu sürətli, tez-tez qanad çalmaqladır. Adətən suyun düz üstündə uçur. Arealı Avropa, Asiya, Şimali Amerikadır. Asan və dağətəyi rayonların, çay, göl və başqa su hövzələrində məskunlaşır. Oturaq yaşayır. Qış mövsümündə bir hissəsi dağlardan arana və cənuba köçür. Azsaylıdır. Uçurumlardakı, yuvalarda yuva quraraq aprelin sonunda 65-70 sm uzunluğunda çuxur qazır. Mayda 5-7 ağ yumurta qoyur. 19-20 gün kürt yatır. Həşəratları ancaq dişi yemləyir. Bəzi cütlər mövsüm ərzində 2 dəfə cücə çıxardır. Yalqız və ya cütlərlə gəzir. Xırda balıqlar və su həşəratları ilə qidalanır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 1998.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3