Mali
Mali | |||||
---|---|---|---|---|---|
République du Mali | |||||
| |||||
Un peuple, un but, une foi "Tək millət və Tək dövlət və Tək inanc" |
|||||
Tarixi | |||||
• Respublikanın elanı | 22 sentyabr 1960 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Bamako | ||||
İdarəetmə forması | Parlament respublikası | ||||
• Əhali | |||||
• Siyahıyaalma (aprel 2009) | 14.517.176 (67) nəf. | ||||
• Ümumi | 19.309.463.506 $[4], 18.827.176.532 $[4] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 15.084 milyart $ dollar | ||||
• Adambaşına | 1.129 $ dollar | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2008) | 8.774 milyart $ dollar | ||||
• Adambaşına | 656 $ dollar | ||||
İİİ (2007) | 0.371 (azalış; 178-ci) | ||||
İnternet domeni | .ml | ||||
ISO kodu | ML | ||||
BOK kodu | MLI | ||||
Telefon kodu | +223 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][5][6] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Mali — rəsmi şəkildə Mali Respublikası. Qərbi Afrikada dövlət, dənizə çıxışı yoxdur. Qərbdə Seneqal, şimalda Mavritaniya və Əlcəzair, şərqdə Niger, cənub-qərbdə Burkina-Faso, cənubda Kot-d'İvuar və Qvineya ilə həmsərhəddir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Müasir Mali dövlətinin ərazisi bir neçə min il əvvəl zənci irqinə mənsub xalqlar tərəfindən məskunlaşdırılmışdır. Onlar ovçuluq, balıqçılıq, heyvandarlıqla məşğul olurdular. E.ə. III minillikdə hazırda səhra və yarımsəhraya çevrilmiş ərazilərdə yaşayan əhali əkinçiliklə məşğul olmağa başlamışlar. Mali mədəniyyətinə aid ən qədim abidələr neolit dövrünə aiddir. III əsrdən sonrakı dövrlərdə müasir Mali ərazisində bir-birini əvəz edən 3 imperiya mövcud olmuşdur: Qana İmperatorluğu (III-XI əsrlərdə), Mali İmperatorluğu (XIII-XV əsrlərdə), Sonqay (dövlət) (XV-XVI əsrlərdə)
2012-ci ilin 22 martda Malinin paytaxtı Bamakoda hərbçilər Prezident Sarayını, Dövlət Televiziyası Binasını və Hərbi barakı ələ keçirdi. Hərbçilər Kapitan Amadou Sanogo başda olmaqla Milli Komitə yaradıldığını, demokratiyanın bərqərar olunacağını elan etdilər. Onlar həmçinin Mali prezidenti Amadu Tumani Tureki, devrilmiş rejiminin xarici işlər naziri Sumeylu Bubey Maiqa daxil olmaqla bir sıra nazirlərin həbs edildiyini elan etdilər. Hərbiçilər tezliklə 2012-ci il aprelin 29-da prezident seçkilərinin keçiriləcəyini bildirdilər. Çevrilişin səbəbi hərbçilərin hakimiyyətin Malinin şimalındakı tuareq tayfasının üsyanına göstərdiyi münasibətdən narazı olmalarıdır. Hərbçilər bildirdi ki, üsyanın yatırılması tədbirlər lazımi səviyyədə aparılmır, əsgərlər qida və hərbi sursatla lazımınca təchiz olunmur.[7] 2 Aprel 2012 EKOVAS üzvü ölkələr dərhal Malidə hakimiyyəti ələ keçirən hərbiçilərə qarşı diplomatik, iqtisadi və maliyyə sanksiyalar elan etdi. Onlar Mali arasında diplomatik və ticarət münasibətlərin dayandırıldığını, ümumi sərhədlərin bağlanıldığını, eləcə də Malinin regional mərkəzi bankındakı bütün aktivlərin dondurulmasını elan etdilər.
2013-cü ilin yanvarında üsyançı qüvvələr ölkənin cənub hissələrini nəzarət altına almağa çalışdıqları zaman müvəqqəti prezident vəzifəsini icra edən Dioncounda Traoré keçmiş müstəmləkəçi Fransadan hərbi yardım istədi. Bu tələb nəticəsində həyata keçirilən Serval Hərəkatı ilə bölgə üsyançılardan xilas edildi və yenidən Mali ordusunun nəzarətinə verildi.
Əhalisi
[redaktə | mənbəni redaktə et]2007-ci ilin iyul ayında Malidə əhali təxmini 12 milyon və artım sürəti 2.96 % olmuşdur. Mali əhalisini əksər hissəsi kəndlərdə yaşayır və şəhər sakinlərinin payı 39,9 %-dir. Mali əhalisinin 5 %-dən 10 %-ə qədəri köçəri həyat sürür. Əhalinin 90 %-dən çoxu ölkənin cənub hissəsində, xüsusən 1 milyon nəfər əhalisi olan Bamakoda yaşayır.
Mali gənc əhaliyə sahibdir və 2017-ci ilə aid məlumatlara görə 67,01 % əhali 0-24 yaş aralığındadır. Ölkənin yalnız 3.03 %-i 65 yaş və daha böyükdür.
0-14 yaş: 48.17% (kişi 4.330.370 / qadın 4.285.171)
15-24 yaş: 18.84% (kişi 1.604.914 / qadın 1.765.479)
25-54 yaş: 26.26% (kişi 2.171.171 / qadın 2.525.109)
55-64 yaş: 3.7% (kişi 335.023 / qadın 326.910)
65 yaş və daha yaşlı: 3.03% (kişi 270,856 / qadın 270,242)
2017-ci ilin məlumatlarına görə şəhər əhalisinin nisbəti 41.4 %, 2017-ci ilin təxmini məlumatlarına görə əhalinin illik artım tempi 3.02 %-dir.
Mədəniyyəti
[redaktə | mənbəni redaktə et]Dünyanın çiy kərpicdən tikilmiş ən böyük məscidi Malidə yerləşir. Tikintisi 1907-ci ildə başa çatan Cənnə məscidi dünyanın çiy kərpicdən tikilən ən böyük məscididir. Malidə Bani çayının sahilində yerləşən məscid memarlıq abidəsi kimi, Sahel-Sudenez memarlığının ən böyük müvəffəqiyyətindən biri sayılır. Məscid Cənnə şəhərinin, ümumilikdə isə ölkənin rəmzi kimi inşa edilib. Ümumiyyətlə, bu bölgədə ilk məscid XIII əsrdə inşa edilib. Məscid mali xalqı üçün böyük əhəmiyyət daşımaqla yanaşı, Afrikanın dəyərli simvolu sayılır. Hər il yağış mövsümündən sonra 4 min könüllü çox böyük bir hissəsi suyun təsiri ilə dağılan Cənnə məscidini yenidən inşa edir.[8]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Presidency of Mali: Symboles de la République, L'Hymne National du Mali. Koulouba.pr.ml. Retrieved 4 May 2012.
- ↑ World Bank Open Data. Dünya Bankı.
- ↑ https://data.worldbank.org/indicator/SP.POP.TOTL.
- ↑ 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
- ↑ https://www.state.gov/safetravel/mali/criminalpenalties.htm.
- ↑ http://chartsbin.com/view/edr.
- ↑ Malidə hərbçilər çevriliş edib Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Azadlıq Radiosu
- ↑ Dünyanın çiy kərpicdən tikilmiş ən böyük məscidi Malidə yerləşir Arxivləşdirilib 2012-12-23 at the Wayback Machine Salamnews Agentliyi