Qoyun

Vikipediya, azad ensiklopediya
(Qoç səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Qoyun
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qoyun (lat. Ovis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.

Qoyunların erkəkləri qoç, balacaları isə, quzu adlanır. Azərbaycanda heyvandarlıqda geniş istifadə edilir. Qədim tarixi mənbələrə görə Azərbaycanda qoyunçuluq hər zaman geniş yayılmışdır.

Qoyun dünya mədəniyyətində

[redaktə | mənbəni redaktə et]

Məhsuldarlıq rəmzi

[redaktə | mənbəni redaktə et]

Məhsuldarlıq rəmzi olan qoç (qoyun) Qədim Şərqdə daha çox pərəstiş olunan heyvanlardan biri olmuşdur. Müqəddəs hesab olunan qoyunlar bir sıra allahların məbədlərində saxlanılırdı. Məsələn, Misirdə qoyunu Xnum allahının, Herakleopolda Herişafa allahının təcəssümü hesab edirdilər. Qoyuna daha çox pərəstiş olunan Mendesdə isə müqəddəs qoyun Banebjed ("Jed hakiminin canı") adlandırılırdı.

Erkən tunc dövrünün məhsuldarlıq rəmzinə çevrilən qoç (qoyun) sonrakı dövrlərdə bu ev heyvanına olan inanc və münasibət yeni forma və məzmun əldə etmişdir. Belə ki, müxtəlif mifopoetik sistemlərdə qoç (qoyun) özünün böyük sabitliyə, dözümlüyə və birliyə malik simvolik əhəmiyyətinə görə seçilir. Mifoloji görüşlərdə qoç (qoyun) daha çox özündə utancaqlıq, cəsarətsizlik, mülayimlik, yazıqlıq, passivlik, səbrlilik, sadəlik, günahsızlıq, üzüyolalıq, zəriflik, qurbanlıq kimi keyfiyyətləri təcəssüm etdirir. Lakin sərsərilik, təşəbbüssüzlük, təqlidçilik, tərslik, axmaqlıq və s. bu kimi cəhətlər də qoçun (qoyunun) səciyyəvi keyfiyyətlərindən hesab olunur.

Dünya dinlərində qoyun

[redaktə | mənbəni redaktə et]

Dünya dinlərində çoban-qoyun-sürü alleqorik simvollarına tez-tez rast gəlmək olar: bir tərəfdən başçı/çoban olan tanrılar və peyğəmbərlər, digər tərəfdən isə sürü kimi başa düşülən insan kütləsi. Qoyunların arasında düz yolda olan (yəni çobana tabe olan) insanlar və yollarını azmışlar vardır. Yollarını azmışlar Tanrının (və ya tanrıların) yolu ilə getməyən insanlardır və onlar zülmətdə olan adamlar kimi təsəvvür edilir. Bu cür təsəvvürlər ən qədim zamanlarda yaranmışdır və müasir dinlərdə də vardır.

Arxeoloji qazıntılar zamanı qədim Mesopotamiyada tanrıların tapınaqlarının (məbədlərinin) xarabalıqlarında qoyun heykəlləri tapılmışdır. Onlar dini mərasimlərdə istifadə edilirdi. Məsələn, Nyu-Yorkun Metropolitan (solda) və Londonun Britaniya (sağda) muzeylərinin eksponatları olan bu qoyun başları Sümerin Uruk şəhərinin tapınaqlarının xarabalıqlarında tapılmışdır (e.ə. 3300- 3100-cü illər). Bəlkə də bu qoyunlar tanrılaralara kəsilmiş qurbanlıq heyvanları simvolizə edirdi.

Həmin yerdən tapılmış və həmin dövrə aid olan vannanın üzərində də qoyunların şəkilləri vardır (Britaniya muzeyinin eksponatıdır). Ola bilsin ki, bu vanna İnanna (İştar) tanrıçasına ibadət zamanı işlənilirdi. Şəkildə qamış evinin yanına yaxınlaşan qoyunlar çəkilmişdir. Orada daha iki quzu vardır. Bu şəkili yalnız vannanı uca yerdə qoyanda yaxşı görmək olur. Buna görə də ola bilsin ki, o tapınaqlarda (məbədlərdə) ibadət zamanı işlənilib. Şəkildə qamışlardan qurulmuş ev - Urukda İnanna ilahəsinin rəmzi olmuşdur. Ola bilsin ki, bu qoyunlar İnanna tanrıçasına tabe olan və onun göstərdiyi yolla gedən insanları təcəssüm edir. Deməli bu cür inanclar hələ e.ə. 4-cü minillikdə olmuşdur və şümerlərdən başqa xalqlara keçmişdir.

Maraqlıdır ki, buna bənzər qoyun heykəllərinə qədim türklərin mədəni irsində də rast gəlmək olar. Onlar da qurbanlıq qoyunlarının şəkillərini çəkir, heykəllərini yapırdılar. Bu adət hətta türklərin İslamı qəbul etdiyindən sonra da davam etmişdir. Azərbaycan ərazisində yaranan orta əsr türk dövlətləri Qara-QoyunluAğ-Qoyunlu adlanırdırlar. Qoyun şəkili bu dövlətlərin rəsmi simvolu olmuşdur. Bəlkə bu adət də qədim türklərin sümerlərin nəsli olduğunun daha bir dəlilidir. Azərbaycanda və Türkiyədə bunlara bənzər qədim qoyun heykəlləri vardır.

Hələ XIX yüzilliyin ortalarında ingilis araşdırmaçısı Raulinson Şümer dilindəki bəzi sözlərin türk sözləri ilə bənzərliyini iddia etmişdir. Bundan sonra alimlər arasında bu məsələ ətrafında çox çəkişmələr olmuşdur. Buna qarşı olanlar şümer dilindəki başqa sözlərin Qafqaz, Hind, İndoneziya dillərinə daha yaxın olmasını iddia etmişdirlər. Hazırda bu müzakirələr davam etməkdədir. Ancaq, şumerlərin türk soylarından olmasına bir ehtimal kimi qoyun rəsmləri da göstərilə bilər. Bəlkə də kişiliyin və gücün simvolu olan bu obrazları şumerlərin soyundan olan türklər bütün Yaxın Şərqdə yaymışdırlar.

Bundan başqa hələ qədim Misirdə insanlar qoyun başlı Hnum tanrısına tapınmışdırlar. Onun məbədi Elefantina adasında olmuş və indi İngiltərənin "Ashmolean"muzeyində oradan aparılmış barelyefi yerləşdirilmişdir. O insanları və heyvanları gildən yaradan dulusçu tanrı idi. Tanrı Hnum insan taleyini də çözürdü. Eyni zamanda Hnum verimliliyin (münbitliyin) tanrısı, Nil çayının qoruyucusu və su verilməsinin təminatçısı kimi də tanınmışdır. Həm də Hnum Amon və Ra kimi tanrıların təcəssümü kimi qəbul edilirdi. Qoyun və mənəviyyat (ruh) qədim qıpti dilində "ba" sözü ilə ifadə edilirdi. Buna görə də bu tanrı qoyun başlı olmuşdur.

Misirdə ruh və qoyunun eyni sözlə ifadə edilməsindən irəli gəlmişdir. "Ba" sözü yaradıcı, ruhverən qoyun tanrı obrazında olan Hnuma aid edilmişdir. Sonra bu anlayış bütün dünyada yayılmış, hətta qədim türklərin inanclarına da keçə bilərdi. Başqa Misir tanrıları da qoyun görkəmində təsvir edilirlər. Bunun nümunəsi tanrı Ranın Tebesde qoyun obrazını göstərmək olar.

Qədim türklər Misirlə hər zaman əlaqədə olmuşdurlar. Hələ miladdan əvvəl III minillikdə "Hiksoslar" adlanan bir xalq Misiri ələ keçirmiş, orada öz hakimiyyətlərini qurmuşdur. Bir çox alimlər onların türklər olduqlarını güman edirlər. Daha sonra, artıq islamlaşmadan sonra, min ilə yaxın zaman üçün Misiri İhşidiler, Tulunilər, Məmlük, Osmanlı kimi türk soylu sülaləri idarə etmişdirlər. Beləcə türklərin mifologiyasına qoyun obrazları bu əlaqələrin nəticəsində keçə bilərdi. Digər tərəfdən, hər şeyin əksinə olduğunu da təxmin etmək olar. Bəlkə də Misir mifologiyasına qoyun obrazları türklər vasitəsi ilə keçmişdir (Hiksosların vasitəsi ilə).

Eyni zamanda, qeyd olunmalıdır ki, təbiəti təcəssüm edən çoban tanrısı obrazı müxtəlif mədəniyyətlərdə yer almışdır. Qədim sümerlər, yunanlar, romalılar qoyunların ətrafında olan çoban tanrılarının obrazlarını yaratmışdılar. Maraqlıdır ki, monoteist (tək tanrılı) dini ənənələrdə də bəzi müqəddəs adamlar və peyğəmbərlər də müəyyən zaman çobanlıqla ilə məşğul olmuşdurlar. Onlar bu keyfiyyətdə qəbul edilib, təsvir olunurdular. Məsələn Xristianlıqda İsa bəzi hallarda qoyunları otaran çoban kimi təsəvvür edilir. Əhdi-Cədiddə İsa deyir: “Mən yaxşı çobanam; yaxşı çoban qoyunlar uğrunda canını verər” (Yəhya incili 10: 11). Rəvayətlərə görə, İsa heyvanlar üçün yemlik kimi nəzərdə tutulan yerdə doğulmuşdur[3] və onu ilk ziyarət elənlər çobanlar olmuşdurlar (Lukas incili 2:15,16).

Ən yaxşı çoban (İsa) .

Xristian keşişləri də özlərini “Pastor” (çoban) adlandırırlar. Yəni burada insanlar yollarını azmış qoyunlara bənzədilir. Pastorlar isə, bu sürünü yönəldib, onu nicat yoluna çəkir. Sürüdən geriyə qalmış və azmış qoyun qorxu və dəhşət içində olur, hara getdiyini, nə etdiyini anlamır. Tanrı yolundan azmış insanlar da onlara bənzərdirlər. Bu cür insanlar zülmətə qərq olurlar və öz çobanını tapmamış xilas ola bilmirlər.

Beləliklə, azmış qoyun obrazı dindən çıxmış və ya günahkar insanı nəzərdə tutur. Öz çobanını və sürüsünü tapmamış insan, bu vəziyyətdə zülmət içində qalmağa məhkumdur. Çoban isə gecə-gündüz sürüsünün içindədir, ona baxır və qoruyur.

Əhdi-Ətiqdə Adəmin oğlu Habil (Yaradılış 4: 2) və peyğəmbər Amos çoban olmuşdurlar[4]. Amos Beytlehemin civarında doğulmuş İsraildə peyğəmbərlik etmiş, yəhudiləri tək olan Tanrıya ibadət etməyə çağırirdı. Peyğəmbərlər Musa (Çıxış 3: 1) və Yaqub (Yaradılış, 29) da bir müddət öz qayınataları İoforun və Lavanın qoyunlarını otarmışdırlar; Peyğəmbər Yusif də öz qardaşları ilə birlikdə qoyun otarmışdır (Yaradılış 37:2). Buna görə yəhudi ənənəsində millətin çobanı (yönəldəni) anlayışı vardır. Rəvayətlərin birində Tanrı Musaya deyir: “Ey Musa, mənim xalqımın (İsrail xalqının) çobanı ol”Musa – etibarlı çobandır (yəhudi xalq nağılı).

Quranda da bəzi ayələrdə peyğəmbərlərlə insanların münasibətləri çoban-sürü münasibətlərinə bənzədilir, məsələn: “Kafirlərin məsəli çığırtı və bağırtıdan başqa bir şey anlamayanları (heyvanları) haylayanın (çobanın) məsəlinə bənzəyir. Onlar kar, lal və kordurlar, haqqı anlamazlar”[5][6]. Burada imansız insanlar heyvan sürüsunə bənzədilir. Heyvanları otaran çoban onları düz yola yönəltmək istəyinə baxmayaraq, heç bir nəticə əldə edə bilmir. Azmış insanlar pis əməllərinə davam edirlər. Bundan başqa Məhəmməd peyğəmbər də həyatının müəyyən dövründə qoyun otarmışdı[7].

Beləliklə, qoyun, sürü və onları yönəldən çoban ideyası ən qədim zamanlardan müxtəlif dini inanclarda yer almışdır. Hələ sümer-akkad ənənəsində qoyunların tanrıların rəmzləri ilə təsvirlərinə rast gəlmək olar.

Fleytada çalan Krişna

Çox güman ki, o dövrlərdə onlar tanrılar tərəfindən yönəldilən insanları simvolizə etmişdir. Eyni motivlərə hind ənənəsində də rast gəlmək olar. Orada da çoban tanrıları obrazları vardır. Onlardan ən tatnınmışı Krişnadır. Onu çox vaxt fleytada çalan çoban oğlan kimi təsvir edirlər. O həm də çobanlarla dostluq edir.

Bütün bu hallar təbii qiymətləndirilmələidir, çünki heyvandarlıq qədim insanların məişətinin və əməyinin əsasını təşkil etmişdir. Onlar təbiət proseslərinin önündə öz acizliyini və asılılığını hiss edib, onları ilahələşdirirdilər. Buna görə də bu mövzu ətrafında müxtəlif alleqorik fikirlər və bənzətmələr yarana bilərdi. Çoban çox vaxt tanrı obrazında çıxış edirdi, insanlar isə qoyunlara, tanrılar tərəfindən idarə olunan sürüyə bənzədilirdilər. Çobana (tanrıya) tabe olanlar məcazi mənada düz yolun yolçuları, sürüdən azmış qoyunlar isə zülmətdə olan dinsiz adamlar kimi başa düşülürdü.

Qoyunları otaran və əlində xaç tutan antik tanrı Orfeus

Gələcəkdə bu məcaz (alleqoriya) müxtəlif xalqların mühitində yayılmışdır və hətta tək tanrılı (monoteist) dinlərin ardıcılları təərəfindən də istifadə edilmişdir.

Məsələn, Xristianlıqda İsa, qədim dinlərdə olduğu kimi, çoban kimi təsəvvür edilən tanrıdır. Görünür ku, qədim dinlərin bu cür baxışın formalaşmasına birbaşa təsiri olmuşdur, çünki Xristianlığın formalaşdığı Romada çoban tanrısı obrazları çox yayılmışdır.

Yəhudilik və İslamda isə çoban-sürü obrazlarına başqa cür baxılır. Burada çobanlar kimi tanrılar deyil, peyqəmbərlər alleqorik təsvir olunur. Əhdi Ətiq, Əhdi Cədid və Quranda insanlarla peyğəmbərlərin münasibətləri çoban-qoyun-sürü müstəvisində alleqorik nəzərdən keçirilmişdir. Bundan başqa bəzi peyğəmbərlər çoban olmuş, bəziləri isə ömrünün müəyyən dövrünü qoyun otarmışdı.

  • Aydın Əlizadə. Dünya dinlərində çoban-qoyun obrazları // Dövlət və Din ictimai fikir toplusu. - 2008. - N 3 - (2.2. "Dünya dinlərində qoyun" fəslinin mənbəyi).
  • Azərbaycan Milli Ensiklopediyası, Bakı, 2007, səh.596. (1. Növləri, 2.1. Məhsuldarlıq rəmzi).
  1. Integrated Taxonomic Information System (ing.). 2012.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. “Və sizə bir işarə: qundağa sarılmış ve yemlikdə (yəhudicə אבוּס‎; yunanca φάτνη) yatan bir körpə tapacaqsınız” (Lukas incili 2: 12).
  4. Amos peyğəmbərin kitabı.
  5. Bəqərə2:171
  6. Ə. Musayevin tərcüməsində.
  7. Аль-Мубаракфури С. Жизнь пророка. Баку: Абилов, Зейналов и сыновья, 2003, c. 89.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]