41°05′36″ şm. e. 45°21′58″ ş. u.HGYO

Qazax

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bu məqalə Qazax şəhəri haqqındadır. Digər mənalar üçün Qazax (dəqiqləşdirmə) səhifəsinə baxın.
Şəhər
Qazax
41°05′36″ şm. e. 45°21′58″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1909
Sahəsi
  • 10 km²
Mərkəzin hündürlüyü 381 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 28.000 nəf. (2019)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 3500
Qazax xəritədə
Qazax
Qazax
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qazax — Azərbaycanda şəhər, Azərbaycan Respublikasının Qazax rayonunun inzibati mərkəzi.

Qazax vaxtilə oymaq, sultanlıq, sonralar isə qəza mərkəzi olmuşdur. 1909-cu ildən şəhər statusu almış, hazırda isə rayon mərkəzidir. Ehtimallara görə Qazaxın əsası VIII əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd tərəfindən qoyulmuşdur. Bu yer haqqında VII əsr hadisələri ilə əlaqədar "Kasak" (Kasaq) kimi ərəb tarixçisi əl-Kufi (IX əsr) də məlumat vermişdir. Toponim özündə qıpçaq mənşəli "qazax" etnik birliyinin adını əks etdirir. Lakin qıpçaqların bir hissəsi bu zonaya sonralar da gəlmişdir. XI–XII əsrlərdə gürcü çarlarının hərbi qüvvə kimi istifadə etmək məqsədilə Şimali Qafqazdan Şərqi Gürcüstana kütləvi surətdə qıpçaq ailələri köçürdükləri məlumdur. Təkcə 1118–1120-ci illərdə gürcü carı IV Qurucu David 45 minlik süvari ordusu olan 225 min qıpcağı Gürcüstanda yerləşdirmişdi. Türkdilli əhali sayca çoxluq təşkil etdiyi üçün Şərqi Gürcüstan XI–XIII əsr gürcü mənbələrində Didi Türkoba (Böyük Türk obası) adlanırdı. Görünür, həmin türkdilli qıpçaqların əksəriyyəti qazaxlar olmuşlar. Bunu Azərbaycanın şimalında və Gürcüstan, Ermənistan ərazilərində yayılmış qazax etnik birliyinə aid etnotoponimlər də sübut edir.

XV əsrin sonlarında Qazax sultanlığı yaradılmışdır. Səfəvilər dövründə Qazax sultanlığı Qarabağ bəylərbəyliyinə daxil idi.

Qazax sultanlığının hakimləri sultan titulu daşıyırdılar və irsi hakimiyyətə malik idilər. Qazax sultanlığına 3 nəsil rəhbərlik etmişdir. 1-ci nəslə "Qazaxlı" və ya "Alqazaxlı" deyilən Şıxlinskilər aiddir

Osmanlı sultanı III Əhmədin (1703–1730) dövründə qazaxlılar osmanlıların tərəfinə keçdiyinə görə səfəvilər yenidən Qazaxı geri alarkən "Qazaxlı" tayfasını rəhbərlikdən azad etmiş, onların əvəzinə iranlı Sübhanverdi xan adlı sərkərdəni Qazaxa sultan təyin etmişlər. Bununla da II feodal sülaləsinə Sübhanverdi xan başçılıq etmişdir.

Həmin dövrdə Qazax sultanlığı hələ Qarabağ bəylərbəyliyinə tabe idi. 1736-cı ildə Nadir şah Muğanda özünü şah elan etdi. Lakin Qarabağ bəylərbəyi Uğurlu xan Ziyad oğlu onun hakimiyyətinə öz etirazını bildirdi. Bu səbəbdən Nadir şah taxta əyləşdikdən sonra Gəncə xanının nüfuzunu zəiflətmək üçün Qazax, Şəmşədil və Borçalı mahallarını Kaxetiya çarlığına verdi. Bundan sonra Kaxetiya çarı II İraklinin fərmanı ilə 1774-cü ildə Qazax sultanlığına rəhbərliyə Salahlıda bəylik edən Kosa Mirzalı ağanın nəslindən olan Pənah ağa rəhbər təyin edildi. Bununla III feodal sülaləsinin hakimiyyəti başladı.

1752-ci ildə Qazax sultanlığı II İraklini məğlub edən Şəki xanlığına birləşdirildi, Şəki xanı Hacı Çələbinin vəfatından sonra yenidən II İraklinin vassallığına keçdi. 1801-ci ildə Qazax sultanlığı Qərbi Gürcüstanın təkibində Rusiyaya birləşdirildi. 1819-cu ildə sultanlıq ləğv edilərək distansiyaya çevrildi. 1867-ci il dekabrın 9-da Yelizavetpol quberniyasının tərkibində Qazax qəzasına çevrilmişdir. Qazax qəzası indiki Tovuz, Ağstafa, Qazax rayonlarını və sovet dövründə Ermənistana verilmiş keçmiş Azərbaycan torpaqları olan Dilican dərəsi və Göyçə gölünə qədər əraziləri əhatə edirdi. 1929-cu ildə Qazax qəzası ləğv olunmuşdur. 1930-cu il avqustun 8-də Qazax rayonu yaradılmış, 1939-cu il yanvarın 24-də bir hissəsi yeni yaradılan Ağstafa rayonuna verilmişdir. 1959-cu il dekabrın 4-də Ağstafa rayonu Qazax rayonundan ayrılmışdır. 1982-ci ildə Qazax rayonunun İncədərə yaylası, Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndlərinin ərazilərinin hissələri, 1986-cı ildə Qazax rayonunun 2500 hektarlıq otlaq əraziləri Ermənistan tərəfindən müxtəlif adlar altında zəbt edilmişdir.

Qarabağ müharibəsi dövründə Ermənistan Azərbaycanla həmsərhəd bütün bölgələrə hücum etmişdir. Bu bölgələrdən biri də Qazax rayonu idi. Ermənistan artıq 1990-cı ildə martın 23-dən 24-ə keçən gecə qabaqcadan təşkil edilən plan əsasında Bağanıs Ayrım kəndinə hücum edərək kəndi işğal etmişlər. 1992-ci ilin aprel ayında isə ermənilər hücum edərək rayonun daha iki kəndini, Barxudarlı və Soflu kəndlərini işğal etdilər. Daha sonrakı illərdə ermənilər Qazaxın daha dörd kəndini işğal etdilər. İşğal olunan kəndlər Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı, Yuxarı Əskipara kəndləridir.

25 yanvar 2016-cı ildə A. R. Müdafiə Nazirliyi Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən Odundağ yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsi haqqında məlumat yayıb.[1]

Qazax rayonunda dünya, ölkə və yerli əhəmiyyətli 112 tarixi abidə var. Onlardan 54-ü arxeoloji, 46-sı memarlıq, 7-si monumental-tarixi abidə, 5-i dekorativ-tətbiqi incəsənt abidəsidir.

Qazaxda 112 abidə var. Bunlar — Damcılı mağara düşərgəsi,(Paleolit dövrü)Alban məbədi(6-cı əsr), Qırmızı kürpü(12-ci əsr) və s

məscid

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Qazax rayonu Azərbaycanın şimal-qərbində yerləşir. Gürcüstan Respublikası ilə 9 km, Ermənistan Respublikası ilə isə 168 km məsafədə həmsərhəddir. Ərazisi 701 m²-dir.

Mülayim qış və isti yay. Orta aylıq temperatur yanvarda 0–6°С, iyunda isə 18–25°С. Qış quraq keçir. İllik yağıntı 350–700 mm-dir.

Qazax rayonu Türk mənşəli bir bölgədir. "Kitabi-Dədə Qorqud" adlı möhtəşəm və əzəmətli dastanda Qazax rayonunun adı çəkilməsə də belə, buna baxmayaraq, dastanda baş verən hadisələr məhz Qazax rayonunda da cərəyan etmişdir. Qazaxlılar milli mənsubiyyət baxımından əsl türklərdir. Ümumiyyətlə, şərəfli Türk millətinə xas olan bütün ali və müsbət keyfiyyətlər sırf Qazax insanlarının xarakteristikasında cəmləşmişdir. Məsələn, sözübütövlük, kişilik, mərdlik, igidlik, el-obaya sevgi, torpağa və adət-ənənələrə bağlılıq və s. Qazax əhalisi Azərbaycan türklərinə məxsus olan bütün milli mədəniyyəti, adət-ənənələri, mentaliteti, milli-mənəvi dəyərləri bu gün də yaşatmaqdadırlar.

AzStat-ın 1 yanvar 2019-cu il tarixinə olan məlumatına əsasən Qazax şəhərinin əhalisi 28 min nəfərdir.[2]

İl Sayı
1897 1.769 [3]
1926 2.990 [4]
1939 6.590 [5]
İl Sayı
1959 9.221 [6]
1970 13.087 [7]
1979 15.585 [8]
İl Sayı
1989 19.045 [9]
2010 20.900
2019 28.000

Görkəmli şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Molla Pənah Vaqif (1717–1797) — görkəmli Azərbaycan şairi və ictimai—siyasi xadim.
  • Molla Vəli Vidadi (1707–1809) — görkəmli Azərbaycan şairi.
  • Səməd Vurğun (1906–1956) — Azərbaycanın ilk xalq şairi, dramaturq, akademik, Yeni dövr Azərbaycan poeziyasının və müasir Azərbaycan dilinin banisi.
  • Mirzə Adıgözəl bəy (1780–1848) — tarixçi, ilk "Qarabağnamə" əsərinin müəllifi.
  • Əliağa Şıxlinski (1865–1943) — AXC—nin Hərb nazirinin müavini, general—leytenant, rus artilleriyasının " Allahı", Azərbaycan Milli Ordusunun qurucusu.
  • Osman Sarıvəlli (1905–1990) — Azərbaycanın xalq şairi.
  • Mehdi Hüseyn (1909–1964) — Azərbaycanın xalq yazıçısı.
  • Mirvarid Dilbazi (1912–2001) — Azərbaycanın ilk qadın xalq şairi.
  • Məqsud Şeyxzadə (1908–1967) — Özbəkistanın xalq şairi, dramaturq , müasir Özbək ədəbiyyatının banisi.
  • İsmayıl Şıxlı (1919–1995) — Azərbaycanın xalq yazıçısı.
  • Hüseyn Arif (1924–1992) — Azərbaycanın xalq şairi.
  • Yusif Səmədoğlu (1935–1998) — Azərbaycanın xalq yazıçısı.
  • Vaqif Səmədoğlu (1939–2015) — Azərbaycanın xalq şairi.
  • İsa Muğanna (1928–2014) — Azərbaycanın xalq yazıçısı.
  • Nəriman Həsənzadə (1931) — Azərbaycanın xalq şairi.
  • Vidadi Babanlı (1927) — Azərbaycan yazıçısı.
  • Nüsrət Kəsəmənli (1946–2003) — Azərbaycan şairi.
  • Teymur Bünyadov (1928–2022) — akademik, tarixçi— etnoqraf.
  • Rasim Əfəndiyev (1928–2010) — akademik, sənətşünas.
  • İlyas Abdullayev (1913–1985) — akademik, bioloq.
  • Qaçaq Kərəm (1860–1910) — Azərbaycanın xalq qəhrəmanı.qəhrəmanı.
  • Aslan Aslanov (1925–1995) — akademik.
  • Tahir İsayev (1922–2001) — İtaliyanın Milli Qəhrəmanı.
  • Davud Paşayev (1940–2010) — Rusiyanın Milli Qəhrəmanı, Rusiya dövlət atom gəmiqayırması zavodunun baş direktoru və prezidenti.
  • Müseyib Allahverdiyev (1909–1969) — Sovet İttifaqı Qəhrəmanı.
  • Müseyib Dilbazi (1923–2011) — Böyük Vətən Müharibəsi Qəhrəmanı.
  • Qalib bəy Vəkilov (1898–1937) — Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general—mayoru.
  • Mustafa bəy Vəkilov (1896–1965) — Azərbaycan Xalq Cümhuriyyətinin Daxili işlər naziri.
  • İbrahim ağa Vəkilov (1853–1934) — general, ilk azərbaycanlı hərbi topoqraf.
  • İbrahim ağa Usubov (1872–1920) — Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general— mayoru, diviziya komandiri.
  • Cavad bəy Şıxlinski (1874–1959) — rus, İran ordusunda xidmət etmiş Cümhuriyyət ordusunun general—mayoru.
  • İbrahim Rəhimov (1849–1927) — Həkim diplomu almış ilk azərbaycanlı, ilk azərbaycanlı psixiatr—həkim, həkim—humanist, ictimai xadim.
  • Fərrux ağa Qayıbov (1891–1916) — ilk azərbaycanlı hərbi təyyarəçi
  • Mustafa ağa Vəkilov (1899–1943) — ilk azərbaycanlı hüquq elmləri doktoru, professor.
  • Əhməd Seyidov (1892–1977) — ilk azərbaycanlı pedaqoji elmlər doktoru, professor.
  • Sona Vəlixan (1883–1982) — İlk oftalmoloq qadın (1933), İlk Tibb elmləri doktoru elmi dərəcəsinə layiq olan ilk azərbaycanlı qadın olmuşdur.
  • Mustafa Hacıqasımov (1883–1969) — ilk azərbaycanlı cərrah—ginekoloq.
  • Məmmədrza ağa Vəkilov (1864–1944) — Azərbaycan səhiyyənsinin ilk təşkilatçılarından biri, Azərbaycanda ilk poliklinika xidmətinin təşkilatçısı.
  • Məqsəd Qocamanov (1960) — geodeziya və kartoqrafiya sahəsi üzrə ilk və yeganə azərbaycanlı elmlər doktoru.
  • Camal Əhmədov (1928–1999) — ədəbiyyatın metodikası üzrə ilk azərbaycanlı elmlər doktoru.
  • Məmmədəli Hüseynov (1922–1994) — arxeoloq, paleontoloq , Azıx paleolit düşərgəsinin ilk tədqiqatçısı.
  • Nigar Şıxlinskaya (1878–1931) — ilk azərbaycanlı ali təhsilli və ilk tibb bacısı olan qadın olmuşdur.
  • Xədicə Qayıbova (1893–1938) — ilk azərbaycanlı pianoçu qadın.
  • Qeysər Kaşıyeva (1893–1972) — ilk azərbaycanlı rəssam qadın.
  • Nigar Usubova (1914–1995) — incəsənət sahəsi üzrə elmi işi müdafiə edən ilk azərbaycanlı qadın.
  • Zəhra Cəfərova (1924–2005) — ilk azərbaycanlı qadın orqan ifaçısı.
  • Badisəba Köçərli (1881–1954) — Azərbaycanlı xeyriyyəçi, pedaqoq, maarifçi, Azərbaycanda ilk uşaq evinin yaradıcısı.
  • Mədinə Qiyasbəyli (1889–1938)- Azərbaycan maarif xadimi, jurnalist, tərcüməçi, ilk azərbaycanlı pedaqoq qadın.
  • Leyla Vəkilova (1927–1999) — ilk balet artistlərindən biri, SSRİ xalq artisti.
  • Əminə Dilbazi (1919–2010) — rəqqasə, Azərbaycanın xalq artisti.
  • Malik Mansurov (1961) — Azərbaycan tarzəni, Azərbaycanın xalq artisti.
  • Elşən Mansurov (1962) — Azərbaycan musiqiçisi, kamança ifaçısı, Azərbaycanın xalq artisti.
  • Həmidə Ömərova[10] (1957) — Azərbaycanın xalq artisti.
  • Leyla Şıxlinskaya (1947) — Azərbaycanın xalq artisti.
  • Lətifə Əliyeva (1944) — Azərbaycanın xalq artisti.
  • Ülviyyə Hacıbəyova (1960) — Azərbayacan pianoçusu və bəstəkarı, Azərbaycanın xalq artisti.
  • Elmira Hüseynova (1933–1995) — heykəltaraş, Azərbaycanın əməkdar rəssamı.
  • Nabat Səmədova (1950) — rəssam, Azərbaycanın əməkdar rəssamı.
  • Baba Mahmudoğlu (1940–2006) — xanəndə, Azərbaycanın xalq artisti.
  • Sabir Məmmədov (1968) — aktyor, Azərbaycanın xalq artisti.
  • Həmid Vəkilov (1949–2020) — məşhur novator tarzən, Azərbaycanın əməkdar artisti.
  • Hacırəhim ağa Vəhidi (1822–1874) — sufi dünyagörüşlü şair olmuşdur.
  • Muxtar Hacıyev (1876–1938) — 1921-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin ilk sədri seçilmişdir.
  • Sayad Zeynalov (1886–1942) — "Müqəddəs Georgi" ordeninin bütün dörd dərəcəsi ilə təltif olunmuş yeganə azərbaycanlı hərbçi.
  • Nazim Əfəndiyev (1926–1998) — professor, Respublikanın əməkdar həkimi.
  • Ədalət Nəsibov (1939) — saz ustası, əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü.
  • Şamoy Çobanov (1965–1990) — Azərbaycanın Milli Qəhrəmanı.
  • Alı Mustafayev (1952–1991) — Azərbaycanın Milli Qəhrəmanı.
  • İlqar İsmayılov (1959–1992) — Azərbaycanın Milli Qəhrəmanı.
  • Firudin Şamoyev (1962–1992) — Azərbaycanın Milli Qəhrəmanı.
  • Rafiq Alıcanov (1965–1993) — Azərbaycanın Milli Qəhrəmanı.
  • Əjdər Babayev (1950–1995) — Azərbaycanın Milli Qəhrəmanı.
  • Mərifət Nəsibov (1972–1992) — Azərbaycanın Milli Qəhrəmanı.
  • Aqil Musayev (1974–1994) — Azərbaycanın Milli Qəhrəmanı.
  • Nicad Bədəlov — Vətən Müharibəsi Qəhrəmanı.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Qazax rayonunda 8 iri və orta müəssisə, 13 tibb müəssisəsi, 110 mədəniyyət ocağı, 47 orta ümumtəhsil məktəbi, 31 məktəbəqədər uşaq müəssisəsi, 2 texniki, orta ixtisas və peşə məktəbi, 2 ali təhsil müəssisəsi fəaliyyət göstərir.

  1. Hafiz Heydərov. "Müdafiə Nazirliyi: Ermənistanla sərhəddə yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçib" (az.)). az.apa.az. 2016-01-25. 2016-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-25.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine: Qazax şəhəri Arxivləşdirilib 2020-10-13 at the Wayback Machine
  3. Rusiya imperiyası əhalisinin siyahıya alınması (1897).
  4. SSRİ əhalisinin siyahıya alınması (1926).
  5. SSRİ əhalisinin siyahıya alınması (1939).
  6. SSRİ əhalisinin siyahıya alınması (1959).
  7. SSRİ əhalisinin siyahıya alınması (1970).
  8. SSRİ əhalisinin siyahıya alınması (1979).
  9. SSRİ əhalisinin siyahıya alınması (1989).
  10. "Həmidə Ömərovanın karantində doğum günü". 2023-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]