39°12′32″ şm. e. 45°24′44″ ş. u.HGYO

Naxçıvan (şəhər)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bu məqalə Naxçıvan şəhəri haqqındadır. Muxtar respublika üçün Naxçıvan Muxtar Respublikası səhifəsinə baxın.
Respublika tabeli şəhər
Naxçıvan
Gerb
Gerb
39°12′32″ şm. e. 45°24′44″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Naxçıvan iqtisadi rayonu
İcra başçısı Cabbar Musayev
Tarixi və coğrafiyası
Əsası qoyulub E.ə. 1500
İlk məlumat II əsr
Əvvəlki adları Apobaterion, Naksuana, Akçiban
Yaşayış məntəqəsi statuslu 1924
Sahəsi 191.7[1]
Mərkəzin hündürlüyü 873 m
İqlimi subtropik
Saat qurşağı UTC+4 , yayda UTC+5
Əhalisi
Əhalisi 95,6 min nəfər (2021)
Milli tərkibi azərbaycanlılar
Etnoxronim naxçıvanlı
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Telefon kodları +994 36; +994 60[2]
Poçt indeksi AZ 7000
Nəqliyyat kodu 75 [3]
Digər
nakhchivan.az  (az.)
Naxçıvan xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

NaxçıvanAzərbaycan Respublikasında respublika tabeli şəhər, Naxçıvan Muxtar Respublikasının inzibati mərkəzidir.[4] Müxtəlif dövrlərdə Əhəmənilər imperiyasının, Atropatenanın və Albaniyanın, eramızın IV əsrindən sonra isə Sasanilər dövlətinin tərkibində olmuşdur.[4] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər inzibati ərazi vahidi tərkibindəki Başbaşı, Daşduz və Qarğalıq qəsəbələri şəhərin ərazi vahidləri uçot məlumatından çıxarılmışdır.[5]

Adın etimologiyası

[redaktə | mənbəni redaktə et]

Ən qədim yer adlarından olan "Naxçıvan" toponiminin müxtəlif etimoloji yozumları mövcuddur. Naxçıvan şəhəri ərazisində ilk məskunlaşma e.ə. VI minillikdə başlayıb.[6] Brokhauz və Efronun ensiklopedik lüğətində Naxçıvan şəhərinin əsasının e.ə. 1539-cu ildə qoyulduğu qeyd edilir.[7] Müasir elmdə isə Naxçıvan şəhərinin əsasının e.ə. III minillikdə qoyulması fikri qəbul edilməkdədir.[8]

Şəhər haqqında ən erkən məlumat tarixçi İosif Flaviyə (e.ə. I əsr) və yunan coğrafiyaşünası Klavdi Ptolomeyə (b.e. II əsri) məxsusdur.

Yəhudi tarixçisi İosif Flavi Nuhun gəmisinin dayandığı yer olaraq "Apobaterion" (yun. Αποβατήριον[9]) toponimini qeyd edir ki, bu toponim də "Naxçıvan" kimi səslənir və adı çəkilən toponim də məhz müasir Naxçıvan şəhərinə aid edilir.[9]

Yəhudi tarixçisi İosif Flavi yazır ki, Naxçıvan toponiminin meydana gəlməsi Nuhun əfsanəsi ilə əlaqədardır. Nuh peyğəmbər Allahın əmri ilə düzəltdiyi gəmidə öz ailəsi, götürdüyü canlılarla birlikdə xilas olmuş və indiki Naxçıvan ərazisində məskən salmışdır. Naxçıvan adının türk mənşəli "Naxçı" tayfları ilə bağlı olduğu qeyd edilmişdir.

Ptolomeyin "Coğrafiya" əsərində Naxçıvan şəhərinin adı ilk dəfə "Naksuana" (yun. Ναξουὰνα, ing. Naxuana)[10] şəklində qeyd olunmuş və şəhərin çoğrafi mövqeyi göstərilmişdir.[11][12]

C. Cəfərov şəhərin adının türk mənşəli olub eramızdan əvvəl yarandığını və ilkin variantda dörd hissədən (ak + üç + eb + on) ibarət "Akçiban" (qədim türklərin, ağ asların – oğuzların adı) olması fərziyyəsini irəli sürmüşdür.[6]

Məhəllələri

[redaktə | mənbəni redaktə et]

1590-cı il tarixinə görə 12 məhəllədən ibarət idi:

  • Xoca bəy məhəlləsi 107 ev (535 nəfər)
  • Tiz Xarab məhəlləsi 10 ev (50 nəfər)
  • Künbəd nâm-ı diğər Türkmənler
  • Molla Əhmedi məhəlləsi
  • Kadı Cihan məhəlləsi
  • Cahan məhəlləsi
  • Seyyid Hüseyn məhəlləsi
  • Əhmədi məhəlləsi
  • Mirzə məhəlləsi
  • Şahab məhəlləsi
  • Huze Merek[13]

Naxçıvan ərazisində aparılan arxeoloji tədqiqatlar şəhərin çox qədim tarixə malik olduğuna şübhə yeri qoymamışdır. E.ə. IX – VI əsrlərdə Naxçıvan qədim Manna[14], İşquz[15]Midiya[16] dövlətlərinin tərkibində olmuşdur. Madayların hakimiyyəti dövründə Naxçıvan artıq tanınmış şəhərlərdən biri idi. E.ə. 663-cü ildə Naxçıvanda skiflər məskunlaşmışdı.[17] E.ə. VI əsrin ortalarından (e.ə. 550-ci ildə Midiya dövləti tənəzzülə uğradıqdan sonra) e.ə. IV əsrin 30-cu illərinə kimi şəhər Əhəmənilər (Haxamanişilər) dövlətinin hakimiyyəti altında olmuşdur.[18]

Əhəmənilər imperiyası süquta uğradıqdan sonra Naxçıvan və onun daxil olduğu Bosporeda vilayəti e.ə. IV əsrdən e.ə. I əsrin I yarısınadək yeni yaranmış Kiçik Midiya — Atropatena dövlətinin tərkibində olmuşdur.[19] Bu dövrdə Naxçıvan Yaxın Şərqin bir sıra şəhərləriylə iqtisadi və mədəni əlaqələri xeyli genişləndirmiş, antik dövlətlər ilə sıx ticarət əlaqələri yaratmışdı. E.ə. I əsrdə Naxçıvan ərazisi Böyük Ermənistan çarları I Artaşes[20]II Tiqran[21] tərəfindən işğal edilsə də, şəhər qısa müddət sonra azad edilmiş və artıq b. e. I əsrindən Naxçıvan şəhəri Qafqaz Albaniyasının[22] tərkibinə daxil olmuşdur.

Naxçıvan ərazisi əvvəlcə Qafqaz Albaniyasının Orxistena – Araksena (Arazın orta və aşağı boyunda yerləşən tarixi vilayət), daha sonra isə SisakanSünik vilayətinin tərkibinə daxil olmuşdur. Sasani hökmdarı II Şapur (309–379) Qafqaz yürüşü zamanı (364–367) Naxçıvan şəhərini dağıtmış, 18 min ailəni isə əsir aparmışdı.[23] Qafqaz Albaniyasının bəzi vaxtlarda Sasanilərin nüfuz dairəsində olması Naxçıvanın da Sasani canişinləri – mərzbanlar tərəfindən idarə edilməsinə səbəb olmuşdu. Bu dövrdə Sasani mərzbanlarının iqamətgahı Dvindən Naxçıvana köçürülmüş[24], Naxçıvan Sasani hökmdarlarının hərbi – strateji mövqelərindən birinə çevirilmişdi. Şəhərdə böyük Sasani qoşun dəstələrinin saxlanılmasına başlanmışdı.

Naxçıvan Antik dövrdə

Erkən orta əsrlərdə Naxçıvan inkişaf edir və böyüyürdü. Məhz bu dövrdə Naxçıvanda Sasani şahlarından III Yezdəgirdin hakimiyyəti zamanı (632–651) Naxçıvanda Yezidabad qalası inşa edilmişdir.[25]

VI əsrin I yarısından Naxçıvanda Sasanilərə məxsus zərbxana fəaliyyət göstərməyə başlamışdır. Bu, Azərbaycanda ən qədim zərbxanalardan biri hesab edilir.[26] Tarixçi – numizmat prof. Y. A. Poxomovun fikrincə, Sasani hökmdarlarının adından kəsilmiş "naxç" işarəli gümüş dirhəmlər Naxçıvan zərbxanasına məxsusdur.[27] 625-ci ildə Bizans imperatoru İraklinin (619–641) yürüşü nəticəsində dağıdılan Atropatena – Adərbayqan şəhərlərindən biri də Naxçıvan olmuşdur.[28]

654-cü ildə isə Naxçıvan xəlifə Osman ibn Affanın (644–656) hökmranlığı zamanında ərəblər tərəfindən tutulmuşdur. Ərəb əmiri Həbib ibn Məsləmə ilə Naxçıvan əhalisi arasında bağlanmış sülh müqaviləsinə görə Naxçıvan əhalisi Xilafətə hər il cizyə və xərac ödəməyi öhdəsinə almışdı. 656-cı ildə Naxçıvan qalası yaxınlığında Xilafət və Bizans qoşunları arasında güclü döyüş baş vermişdi.[29] Bizansa qarşı əsas dayaq nöqtələrindən biri olan Naxçıvan Ərəb Xilafətinin Azərbaycanda inzibati və hərbi mərkəzi və ərəb əmirlərinin əsas iqamətgahlarından biri idi.

IX əsrdə Azərbaycanda Ərəb Xilafəti əleyhinə qalxmış Xürrəmilər hərəkatının ən geniş yayıldığı və dəstəkləndiyi bölgələrdən biri də Naxçıvan idi. Naxçıvan inzibati baxımdan Ərəb Xilafətinin III əmirliyinin tərkibinə daxil idi. IX əsrdə Naxçıvan Basfurracan (Vaspurakan) vilayəti ilə birlikdə Ərəb Xilafətinin xəzinəsinə 100 min dirhəm xərac verirdi.[30]

IX əsrin sonlarından Naxçıvan Sacilər dövlətinin tərkibinə daxil edildi və X əsrin 30-cu illərinədək onun hakimiyyətində qaldı.[31] Sacilər dövləti süquta uğradıqdan sonra Naxçıvan bir müddət hələ də onların əmirlərindən olan Deysəm ibn İbrahimin (932–937) ixtiyarında idi. Sonra isə Naxçıvan Salarilər dövlətinin tərkibinə daxil olmuşdur.[32] X əsrin sonlarından başlayaraq, Naxçıvan, təqribən bir əsr ərzində Azərbaycanın tarixində mühüm rol oynamış Rəvvadilər dövlətinin tərkibində idi.[33]

X əsrin sonundan XI əsrin 60-cı illərinə kimi Naxçıvan Naxçıvanşahlıq adlı feodal dövlətinin paytaxtı olmuşdur.[34] Naxçıvanşahlıq mənbələrdə Əbudüləfilər və Düləfilər kimi bilinən ərəb mənşəli sülalə tərəfindən idarə olunmuşdur.

Səlcuq sultanı Alp Arslan (1063–1072) Azərbaycanın cənub vilayətlərində Rəvvadilər dövlətinin hakimiyyətinə son qoyduqdan sonra Naxçıvana da yiyələnmiş və burada özünə iqamətgah inşa etdirmişdi. Səlcuqluların Azərbaycan üzrə canişini Naxçıvanda əyləşirdi.[35]

Naxçıvan şəhəri XII əsrin 30-cu illərindən 70-ci illərin ortalarına kimi Azərbaycan Atabəylər dövlətinin paytaxtı olmuşdur.[36] Naxçıvanın tarixi coğrafiyası ilə bağlı aparılmış son tədqiqatlara görə isə Naxçıvan şəhəri 1146-cı ildən sonra Eldənizlər dövlətinin tərkibinə qatılmış və əsas mərkəzə çevrilmişdir.[37] Mirxondun məlumatına görə Şəmsəddin Eldəniz Arranı özünə tabe etdikdən sonra sultan Məsudun Azərbaycandakı canişini Çavlinin ölümü (1146) ilə yaranan qarışıqlıqdan istifadə etmiş və Naxçıvanı öz mülklərinə qatmışdır. Bundan sonra Eldəniz paytaxtı Naxçıvana köçürmüş və Azərbaycanın böyük hissəsinin sahibi olmuşdur.[38]. Mxitar Qoşa istinad edərək akademik Z. Bünyadov da Naxçıvan vilayətinin Eldənizlərin tərkibinə qatılma tarixini 1146-cı il olaraq göstərmişdir[39],[40] 1136-cı ildən 1146-cı ilə qədərki dövrdə isə Eldənizin iqamətgahı Arran vilayətinin mərkəzi sayılan Bərdə şəhərində yerləşmişdir. Çünki, Zahirəddin Nişapuri "Səlcuqnamə"də 1136-cı ildə Sultan Məsudun Arranı Eldənizə iqta verərkən onun Bərdədəki iqamətgahına yola düşməsi haqqında məlumat vermişdir.[41] Mərkəzin Naxçıvana köçürülməsi şəhərin inkişafına xüsusi qayğı göstərilməsinə, onun abadlaşdırılmasına və möhkəmləndirilməsinə rəvac vermişdir.

1221-ci ildə Naxçıvan şəhəri monqollar tərəfindən dağıdıldı, əhalisi qarət və talan edildi. 1225-ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Mənqburnı Naxçıvanı işğal etdi. Naxçıvanda onun əleyhinə üsyan baş verdi. XIII əsrin 30-cu illərində Naxçıvan Qızıl Ordanın tərkibinə daxil edildi. 1257-ci ildə isə Hülakülər dövlətinin tərkibinə daxil oldu.[42]

XIII əsr mənbələrindən məlum olur ki, Elxanilər dövlətinin tərkibinə daxil olan Azərbaycan doqquz tümənə bölünmüşdü ki, onlardan da biri, Naxçıvan tüməni idi. Naxçıvan tüməni müasir Naxçıvan MR ərazisini, o cümlədən Naxçıvan şəhərini əhatə edirdi. Azərbaycanın 27 iri şəhərindən 5 – i – Naxçıvan, Ordubad, Azad, ƏncanMaku bu tüməndə yerləşirdi.[43]

1386-cı ildə Naxçıvan Qızıl Orda hökmdarı Toxtamış tərəfindən tutulmuş və dağıntıya məruz qalmışdır.[44] 1387-ci ildə isə Naxçıvanı Əmir Teymurun qoşunları ələ keçirmişdir.[45] Naxçıvan əhalisi Əlincə qalasında Teymur qoşunlarına 14 il (1387–1401) inadlı müqavimət göstərmişdir.[46]

Naxçıvan şəhəri 1412-ci ildən Azərbaycanın türk mənşəli Qaraqoyunlu[47], 1468-ci ildən isə Ağqoyunlu[48] dövlətlərinin tərkibində olmuşdur. XVI əsrdə isə Naxçıvan Səfəvilər dövlətinin tərkibində idi.[49] 1501-ci ildə Naxçıvan ərazisində Səfəvilər və Ağqoyunlular arasında Şərur döyüşü baş vermişdi. Səfəvi qoşunları bu döyüşdə qalib gəldikdən sonra Naxçıvan şəhərini fəth etmişdilər.[50]

XVI – XVII əsrlərdə Səfəvi–Osmanlı müharibələri (1514, 1553, 1554, 1579, 1585, 1590, 1605, 1635) zamanı Naxçıvan şəhəri dəfələrlə əldən — ələ keçərək dağıdılmış, qarət edilmişdi. 1603-cü ildə isə I Şah Abbas Naxçıvanı hakimiyyəti altına alıb hərbi düşərgəyə çevirmişdi. Şəhərin idarəsi Maqsud Sultan Kəngərliyə həvalə olundu.[51] 1605-ci ildə Osmanlı qoşunları Naxçıvanı zəbt etdilər, Naxçıvan Osmanlı imperiyasının tərkibinə qatıldı. XVII əsrə aid bir salnaməyə görə Naxçıvanda bir bina da olsun salamat qalmamışdı.[52]

Naxçıvan XVII əsrin əvvəllərində Nadir şah Əfşarın qoşunları tərəfindən fəth edilmiş və Əfşarların hakimiyyəti altına keçmişdir. Nadir şah öldürüldükdən (1747) sonra kəngərli tayfa başçısı Heydərqulu xan Nadir şahın naibi Ağa Həsəni Naxçıvandan qovaraq özünü xan elan etdi və Naxçıvan xanlığının əsasını qoydu. Naxçıvan şəhəri xanlığın paytaxtı oldu.[53]

1828-ci il Türkmənçay müqaviləsinə əsasən Naxçıvan Çar Rusiyasının tərkibinə qatılmışdı.[54] Naxçıvan Çar Rusiyasının tərkibinə qatıldıqdan sonra çar hökuməti İrandanŞərqi Anadoludan on minlərlə erməni ailəsini Naxçıvan xanlığı ərazisinə köçürmüş və Naxçıvanın demoqrafik quruluşu kəskin surətdə dəyişilmişdi.[55] Naxçıvan ərazisi də Azərbaycanda yaradılmış Erməni vilayətinin tərkibinə daxil oldu.[56]

1841-ci ildə Naxçıvan qəza mərkəzinə çevirildi. Çarizmin 1870-ci ildə həyata keçirilmiş şəhər islahatı Azərbaycanın digər şəhərləri kimi Naxçıvan şəhərinə də tətbiq olundu.[57]

1917-ci ilin sonlarında ermənilərin Naxçıvana qarşı ərazi iddialarının daha da güclənməsi 1918-ci ilin əvvəllərində real təhlükəyə çevirildi, nizami daşnak silahlı dəstələri türklərlə mübarizə adı altında Naxçıvanın bir çox kəndlərini dağıdaraq, dinc əhaliyə divan tutdu.[58]

Naxçıvan şəhərinin Çar Rusiyası dövründəki gerbi

1918-ci il 26 – 28 may tarixlərində Gürcüstan, AzərbaycanErmənistan öz müstəqilliklərini elan etdikdən sonra Ermənistanın daşnak hökuməti Naxçıvanı özünə ilhaq etmə siyasəti yeritməyə başladı. Yalnız türk əsgərlərinin bölgəyə göndərilməsi və yerli əhalinin fəal müqaviməti Naxçıvanın ermənilərin hakimiyyəti altına düşməsinin qarşısını aldı. Mudros barışığına (1918) əsasən, Türkiyə öz qoşunlarını Naxçıvandan çıxarmağa məcbur oldu.

1918-ci ilin noyabrında bölgədə Araz-Türk Cümhuriyyəti yaradıldı, lakin 1919-cu ilin əvvəlində Naxçıvanı tutan ingilislər gənc respublikanı tanımadılar, xalqın rəyini soruşmadan Naxçıvan və Şərur bölgəsinin Ermənistan ərazisi olduğunu elan etdilər. Araz-Türk Respublikası süquta uğradı. 1919-cu ilin iyulunda daşnaklar ingilislərin köməyi ilə Naxçıvanı tutdular. Çox keçmədən ingilislərin Naxçıvanı tərk etməsindən istifadə edən Naxçıvan Milli Komitəsinin hərbi dəstələri daşnakların nizami qoşununu Naxçıvandan qovdu.[59]

1920-ci il aprelin 28 – də Bakıda, iyulun 28 – də Naxçıvanda sovet hakimiyyətinin elan edilməsi və Azərbaycan SSR – nin yaradılması, Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana verilməsi və Naxçıvanın Azərbaycandan ayrı düşməsi, Naxçıvanın muxtariyyəti məsələsini gündəliyə gətirdi. 29 noyabr, 1920-ci ildə Ermənistanda sovet hakimiyyəti elan edildikdən sonra Ermənistan SSR hökuməti də Naxçıvanı özünə ilhaq etmək üçün dəfələrlə cəhdlər göstərdi, lakin 1921-ci ilin yanvarında Naxçıvan əhalisinin 90 faizi muxtariyyət statusunda Azərbaycan SSR — ə birləşməyə səs verdi.[60] Naxçıvan yeni yaradılan yeni yaradılan Naxçıvan SSR – nin , Naxçıvanın muxtariyyət statusunu qəti müəyyənləşdirən MoskvaQars müqavilələri imzalandıqdan (1921) sonra, 1924-cü il 9 fevralda Naxçıvan MSSR təşkil edilərkən respublikanın paytaxtı oldu.[61]

Böyük İpək Yolunun üzərində yerləşən və Şərqin qapısı adlandırılan Naxçıvan 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan edilmişdir.[62]

Culfa rayonunun Xanəgah kəndində, Əlincəçayın sahilində yerləşən orta əsrlərə aid tarixi memarlıq kompleksi Əlincəçay xanəgahı.

Naxçıvan diyarı qədim zamanlardan bəri nadir memarlıq nümunələri ilə Yaxın Şərqdə tanınmışdır. Naxçıvan şəhəri antik və orta əsrlərdə istehkamlı müdafiə sisteminə və qiymətli memarlıq abidələrinə malik şəhər olmuşdur. VII minilliyin sonu — VI minilliyin əvvəllərinə aid yaşayış məskənlərindən Naxçıvanın qədim memarlığına aid çiy kərpic və möhrədən inşa edilmiş bina qalıqları, Naxçıvan ərazisində möhtəşəm qala divarları, düzbucaqlı və yarımdairəvi bürclərlə əhatə olunmuş erkən şəhər yerləri (I KültəpəII Kültəpə, Govurqala, Qarabağlar, Oğlanqala, Plovtəpə, Qazançı, Vayxır, Çalxanqala və s.) meydana gəlmişdir. Bu abidələr Azərbaycanın, eyni zamanda, Naxçıvanın Yaxın Şərqin yüksək inkişaf tapmış mədəniyyət mərkəzləri ilə əlaqələrini aşkara çıxarmışdır. Naxçıvanın ayrı-ayrı tarixi dövrlərə aid yaşayış məskənləri, siklop tikililəri, maddi mədəniyyət və memarlıq abidələri, qalaları, istehkamları, inşaat materialları, tikinti texnikası və s. öz zənginliyi ilə diqqəti cəlb edir.[63]

Naxçıvan Azərbaycanda yüksək bir yerdə salınmış və möhkəmləndirilmiş, əhalisi gur olan iri şəhərdir. Burada çoxlu saraylar, şəhərətrafı qalalar, malikanələr (köşk) və parad təyinatlı tikililər qurulmuşdur. Şəhərin yaxınlığında daşdan qalalar, qalanın içində isə mədrəsə və məscidlər tikilib. Qalanın içində bulaq var. Bütün inşaat kirəcdən və bişmiş kərpicdən aparılırdı. Üç və dördmərtəbəli köşklərin əksər qismi qalalardır. Şəhərin ətrafında kəndlər (savad) və axar suları var. Azərbaycan Atabəyləri dövlətinin paytaxtı olduqdan sonra Naxçıvan Azərbaycanın siyasi, iqtisadi, mədəni və sənətkarlq mərkəzinə çevirildi, möhtəşəm memarlıq abidələri və əzəmətli ansambllarla zənginləşən şəhərin ərazisi Araz çayına kimi genişləndi.[64]

Araz üzərindən salınmış körpü Naxçıvanın beynəlxalq ticarət yolları – Uzaq və Yaxın Şərq ölkələrini Avropa ilə birləşdirən Böyük İpək yolu ilə bağlayırdı. Memar Əcəmi Naxçıvaninin başçılığı ilə Möminə Xatun türbəsinin yerləşdiyi ərazidə Atabəylər Memarlıq Kompleksi yaradılmışdı. Kompleksə Atabəylər sarayı, Cümə məscidi, mədrəsə, dövlətxana, Mömünə Xatun türbəsi, qoşa minarəli baştağ və sair abidələr daxil idi.[65]

Naxçıvan ərazisinə gəlmiş Övliya Çələbi, Tavariye, Şarden, Dübua de Monpere, Moryer, Robert Ker Perter kimi Şərq və Avropa tarixçilərini, coğrafiyaşünaslarını, səyyahları, missionerləri də heyrətləndirmişdir. Məşhur sənətşünas M. V Alpatov yazırdı ki, FirdovsiNizami kimi Şərqin klassiklərinin əsərlərində olan bəşəri təravət Naxçıvan abidələrində var. Görkəmli türkoloq Murad Acı isə tarixi və mədəni abidələrlə zəngin olan Naxçıvan diyarını "İkinci Altay" adlandırmışdır. Naxçıvan şəhərinin mərkəzi küçələrinin birində, Möminə Xatun türbəsinə yaxın bir ərazidə memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin abidəsi ucaldılıb.[66]

Naxçıvan memarlıq məktəbi dəqiq riyazi hesablama metodlarına əsaslanırdı. Abidələr dəqiq hesablanma və ölçmələr, planlaşma, yerləşmə, ornamentlərin və kitabələrin dəqiq düzülməsi əsasında tikilirdi. Abidələrin modul sistemi, mütənasiblik sxemləri, tağların və günbəzlərin quruluşu, səkkizkünc səthlərin dəqiq ölçüsü riyazi hesablamasız mümkün deyildi. Bu məktəbin təsiri ilə Yaxın Şərq ölkələrində bir sıra memarlıq kompozisiyaları yaradılmışdır. Naxçıvan memarlığı yalnız daş memarlıq abidələri ilə deyil, əsas inşaat materialı qırmızı bişmiş və bənövşəyi rəngli kaşılı kərpiclər olan abidələrlə də məşhurdur (İmamzadə memarlıq kompleksi və s.).[67]

Monqol istilaları nəticəsində əvvəlki əzəmətini itirmiş, Elxani hökmdarları dövründə digər Azərbaycan şəhərləri kimi dirçəlmiş, XIV əsrin II yarısında Çobani və Cəlairi əmirləri arasındakı dağıdıcı müharibələrdən zərər çəkmiş, Qızıl Orda xanı ToxtamışınƏmir Teymurun yürüşləri zamanı qətl-qarətlə üzləşmiş, XVI əsrdə dəfələrlə əldən-ələ keçmiş, XVII əsrin I yarısında iki dəfə dağıntılara məruz qalmış Naxçıvan əski əzəmətini, Azərbaycanın siyasi-iqtisadi, mədəni həyatındakı aparıcı rolunu və mövqeyini itirmişdir. Hərbi-siyasi hadisələr Culfa, Ordubad, Əylis kimi mədəni mərkəzlərə də xeyli zərər yetirmişdi.[68]

Şəhərdə 3–4 mərtəbəli yaşayış evləri, əsilzadə sarayları, çoxlu məscid, dini ziyarətgahlar, zəngin tərtibatlı hamamlar və sair ictimai binalar olmuşdur ki, onların da bir qismi dövrümüzə çatmışdır. Naxçıvanın xatirə abidələrindən İmamzadə türbəsi, Yusif Küseyir oğlu türbəsi (1162), buzxana (XIV əsr) dövrümüzədək qalmışdır. Səfəvi–Osmanlı müharibələri dövründə dəfələrlə dağıdılmasına baxmayaraq, Naxçıvan XVIII əsrədək qiymətli memarlıq abidələri ilə zəngin idi. Türk tarixçi – səyyahı Övliya Çələbinin məlumatına görə, XVII əsrdə Naxçıvanda 10200 "örtülü böyük ev", 40 məscid, 20 karvansara, 7 hamam və bazarlar olmuşdur.[69]

Son illər Naxçıvan şəhərindəki memarlıq abidələrinin bir qismi – Möminə Xatun türbəsi, İmamzadə türbəsi, Zaviyyə məscidi, Cümə məscidi, İsmayıl xan hamamları (XVIII – XIX əsrlərə aid iki hamam), Naxçıvan xan sarayı və onlarla tarixi binalar bərpa edilərək əvvəlki görkəminə qaytarılmışdır. Naxçıvan şəhəri baş plana əsasən genişləndirilmiş, boş sahələrdə yeni yaşayış massivləri salınmış və yenidənqurma işləri aparılmışdır.[70]

Burada memarlıq sənəti yüksək səviyyəyə çatmış, Azərbaycan memarlığının özünəməxsus orijinal sənət üslubu yaranmışdır. Bu üslub sonralar geniş yayılaraq "Naxçıvan memarlıq məktəbi" adı ilə tarixə daxil olmuşdur. Bu məktəb bəşəriyyətə Əcəmi Əbubəkr oğlu Naxçıvani, Əmirəddin Məsud Naxçıvani, Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani kimi memarlar, sənətkarlar vermişdir. Bu dövrdə həndəsəriyaziyyat elmləri də yüksək dərəcədə inkişaf etdiyindən bu elmi bilik və vərdişlərin tətbiq olunduğu sahələrdən biri də memarlıq olub.[71]

Muzey və qalareyalar

[redaktə | mənbəni redaktə et]
Naxçıvan şəhərində, Əlixan məhəlləsindəki evdə yaradılmış Hüseyn Cavidin ev muzeyi.
Qala məhəlləsinin Xan dikində 200 illik tarixə malik Xan sarayında fəaliyyətə başlayan Naxçıvan Dövlət Xalça muzeyi.

Naxçıvan şəhəri Naxçıvan Muxtar Respublikasının siyasi mərkəzi olmaqla yanaşı, eyni zamanda həm də mədəni mərkəzidir. Ümumilikdə şəhərdə 21 muzey və muzeytipli müəssisə, 1 muzey filialı fəaliyyət göstərir.[72]

Şəhərdə yerləşən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Ədəbiyyat Muzeyi, Naxçıvan Dövlət Tarix Muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi, Hüseyin Cavidin ev muzeyi, Cəlil Məmmədquluzadənin ev muzeyi, Cəmşid Naxçıvanskinin ev muzeyi, Bəhruz Kəngərlinin ev muzeyi, Heydər Əliyevin ev muzeyi və son dövrlərdə yaradılmış Açıq Səma Altında muzey maraqlı eksponatları ilə diqqət mərkəzindədir.[73]

Naxçıvan şəhərində yerləşən üç tarixi memarlıq abidəsi də muzey kimi fəaliyyət göstərməkdədir. Bunlardan biri, XII əsrdə Əcəmi Naxçıvaninin inşa etdiyi Möminə Xatun türbəsidir. Türbə Azərbaycan Atabəyləri dövlətinin hökmdarı, Məhəmməd Cahan Pəhləvanın sifarişi ilə inşa edilmişdir. Digəri isə eyni memar tərəfindən 1162-ci ildə inşası tamamlanmış Yusif Küseyir oğlu türbəsidir. Üçüncü abidə isə Hüseyn Cavidin məzarı üstündə ucaldılmış Hüseyn Cavid türbəsidir. 2016-cı ildə Naxçıvan şəhərində Bəhruz Kəngərli adına rəssamlar parkının açılışı olmuşdur.[74][75]

Boyalı Qablar mədəniyyəti

[redaktə | mənbəni redaktə et]
Şahtaxtı yaşayış yerindən aşkarlanmış Boyalı Qablar mədəniyyətinə aid saxsı küpə. Azərbaycan Tarix Muzeyi, Bakı.

1896, 1904 və 1926-cı illərdə Naxçıvanın Qızılburun adlanan ərazisində daş qutu qəbir abidələrin tədqiqi zamanı həndəsi naxışlarla, insan, heyvan, quş rəsmləri, müxtəlif piktoqrafik işarələrlə bəzədilmiş və yüksək sənətkarlıqla hazırlanmış boyalı qablar aşkarlanıb.[76] Naxçıvan mədəniyyəti adı ilə yanaşı, bu mədəniyyəti Boyalı Qablar mədəniyyəti də adlandırmışlar. Bu mədəniyyət eyni zamanda yalnız erməni arxeoloji ədəbiyyatında bir müddət Qızılvəng mədəniyyəti kimi tanınmışdır. Bunun da əsas səbəbi Naxçıvan mədəniyyətinə aid olan ilk əşyaların ilk dəfə Qızılvəng monastırı yaxınlığında aşkarlanması olmuşdur. Qızılvəng boyalı qabları ilə oxşar keramika nümunələri Türkiyədə (Van, Qars, Ərzurum), Cənubi Azərbaycanda (Göytəpə, Havtavan təpə, Dinta təpə, Trialeti kurqanlarından), Ermənistanda (Təzəkənd), Gürcüstanda aşkar edilmişdir.[77]

Tunc və İlk Dəmir dövrlərinə (e.ə. III minillik-I minilliyin əvvəlləri) aid arxeoloji mədəniyyət hesab olunur. Boyalı Qablar mədəniyyəti üçün erkən şəhər mədəniyyəti (Kültəpə, Qədim Naxçıvan, Oğlanqala, Qazançı qalası, Govurqala, Qalacıq və s), yaşayış yerləri (Şortəpə, Nəhəcir, Çalxanqala), qala tipli yaşayış yerləri, istehkamlar, torpaq və daş qutu qəbirlər, kurqanlar xarakterikdir.[78]

Naxçıvan mədəniyyəti dörd inkişaf mərhələsi keçmişdir.[79] Qabların yarandığı dövr bu mədəniyyətin ikinci mərhələsinə aiddir. Əgər e.ə. XX–XVII əsrləri əhatə edən I mərhələ üçün qırmızı rəngli monoxrom naxışlı (qara rəngli) qablar səciyyəvidirsə, e.ə. XVII–XV əsrləri əhatə edən II mərhələ üçün mürəkkəb həndəsi motivlər, insan, heyvan və quş rəsmləri (II Kültəpə, Şahtaxtı, Qızılvəng) ilə zövqlə naxışlanmış boz və sarı rəngli, polixrom qablar xarakterikdir.[80] Birinci mərhələdə qara və boz rəngli, qismən cilalı, cızma, çərtmə, basma və yapma naxışlı sadə saxsı nümunələr təsadüf edilir. Bu mərhələdə boyalı qablar dalğalı, sınıq və düz xətlər, bucaq, üçbucaq, trapesiya, romb və dairələrlə bəzədilmişdir. Bəzi qabların (NəhəcirYaycı yaşayış yerləri) üzərində insan, keçi, maral və quş təsvirləri var.[81] İkinci mərhələni əks etdirən qabların üzəri isə əsasən açıq çəhrayı və sarı rənglə örtülmüş, tünd qırmızı, qəhvəyi, qara və ağ rənglərlə bəzədilmişdir.[82]

Naxçıvan mətbəxi, bir çox özünəməxsus xüsusiyyətlərə malikdir. Naxçıvan mətbəxində küftə bozbaş, çölmək pitisi, bozartma, çığırtma, dolma, kabab, xaş, əriştə, umac və s. geniş rast gəlinir. Burada yeməklərin şahı plov hesab edilir.[83] Naxçıvanda çörəyin çeşidli növləri var: qalın və incə təndir lavaşı, dəstana, kömbə, fətir və s.[84] Plovun əti isə növbənöv olur və qoyun, mal, toyuq ətindən, çərəzdən (qoz, fındıq, şabalıd), meyvə qurularından (ərik, gavalı, alça və s.), göyərtilərdən və s. istifadə etməklə hazırlanır. Naxçıvan mətbəxi xəmir xörəkləri ilə də məşhurdur: buğda unu və düyü unundan hazırlanmış halvalar, xəşil, quymaq və s.[85] Süd və süd məhsullarından hazırlanan südaşı, bulama, qatıqaşı, qatıqlama, dovğa, ayranaşı, qurutaşı və s. Naxçıvan mətbəxində xüsusi yeri var. Naxçıvanda lülə kabab, tikə kabab, basdırma kabab, toyuq kababı, tava kabab, saciçi və s. kabab növləri bişirilir. Kabab adətən qoyun və mal ətindən, həmçinin quş ətindən də bişirilir.[86] Naxçıvan gölçaylarında müxtəlif növ balıqlar yaşayır. Naxçıvan mətbəxində balıq yeməklərinin öz yeri var: balıq kababları, qızartmaları, balıq basdırması və s.[84]

Naxçıvan mətbəxi yeməklə bərabər cürbəcür şərbətlər, meyvə şirələri, şorabalar, salatlarla zəngindir. Naxçıvanın özünəməxsus şirniyyatları Ordubad qayqanağı və paxlavası, şəkərbura, növbənöv kətələr, bükmələr və s. geniş yayılıb. Naxçıvanın ekoloji təmiz havası, günəş şüasının bolluğu və digər amillərin təsiri nəticəsidir ki, Naxçıvanda meyvə, tərəvəz və digər məhsullar öz dadı və keyfiyyəti ilə fərqlənirlər. Naxçıvan mətbəxi mineral suları ilə də zəngindir. Digər bölgələrdən fərqli olaraq burda ət bol yağda qovrulur və qış fəsli ərzində qovurma adı ilə istifadə olunur.[84][87]

Keppenin iqlimlər təsnifatına görə, Naxçıvan şəhəri kontinental, yarımsəhra iqliminə malikdir. Burada qış qısa, soyuq və qarlı, yay uzun, quru və çox isti keçir.

Naxçıvan şəhərinin iqlimi
Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl
Maksimum orta, °C 0,8 4,0 12,3 20,1 24,7 29,5 34,7 33,7 30,1 21,9 12,6 5,1 19,1
Orta temperatur, °C −4 0,5 5,4 12,4 17,5 22,4 26,9 26,2 21,9 14,1 6,5 0,9 12,4
Minimum orta, °C −6,8 −4,3 1,0 7,4 11,5 15,9 20,0 18,7 14,7 8,2 2,3 2,5 7, 1
Yağıntı norması, mm 19 18 29 38 36 30 17 8 11 26 20 15 267
Mənbə: World Climate


İnzibati idarəetmə

[redaktə | mənbəni redaktə et]

Respublika tabeli şəhər olan Naxçıvanda iki bələdiyyə fəaliyyət göstərir.

# Bələdiyyələrin adı Hər bələdiyyə üzrə əhalinin sayı
1 Naxçıvan şəhər bələdiyyəsi 66915
2 Əliabad qəsəbə bələdiyyəsi 2468
3 Cəmi 69383

Naxçıvan şəhərinin tarixi məhəllələri

[redaktə | mənbəni redaktə et]
  • Ağabəylilər / Ağabəylər məhəlləsi – Naxçıvan şəhərinin ən qədim məhəllələrindən biridir. Adı Kəngərli mənşəli Ağabəylilər nəsli ilə bağlıdır. Bəzi mülahizələrə görə məhəllə indiki Heydər Əliyev prospekti ilə Atatürk küçəsinin kəsişməsindən Böyük bağa (keçmiş "Padşahlıq bağı"na) qədər olan ərazidə yerləşirmiş. Məhəllə adının mənşəyi Kəngərli elinin əsas qollarından biri olan Ağabəyli tayfasının adı ilə bağlıdır. Kəngərlilərin Ağabəylilər tayfası Naxçıvan şəhəri və ətraf kəndlərdə yaşamışlar. Naxçıvan diyarının və Dərələyəz mahalının kəndlərində yaşayan Ağabəylilər maldarlıq, əkinçilikheyvandarlıqla məşğul olmuşlar. Bu tayfa adına XVI-XVII əsrlərə aid qəbalə sənədləri və digər mənbələrdə rast gəlinir. Ağabəylilər Naxçıvan xanlığının ictimai-siyasi həyatında yaxından iştirak etmiş, "Nadir şah Əfşarın hakimiyyəti dövründə (1736–1747) sarayda məsul vəzifələrdə işləmiş, bir qismi vəkilliklə məşğul olmuşdur. Ağabəylilər tayfasına öz aralarından çıxmış vəkil və ağsaqqallar rəhbərlik edirmiş.
  • Anbar məhəlləsi – Naxçıvan şəhərində, indiki "Yaşıl aptek" yerləşən yaşayış binasının yerində qədimdə mövcud olmuş bazara gələn kəndlilər və Yaxın Şərq ölkələrindən gələn tacirlər satacaqları malları bir neçə günlüyə indiki mədəniyyət sarayı ilə üzbəüz binaların yerində mövcud olmuş anbarlara yığırdılar. Buna görə də ətraf ərazi Anbar məhəlləsi adlandırılırdı. Məhəllədə mehmanxana, yeməkxanalar, çayxanalar, məscid və sairə olmuşdur. Məhəllə bir neçə yüz illik tarixə malikdir. Onun adına XVII əsrə aid sənədlərdə rast gəlinir.
  • Atabəylər məhəlləsi – Məhəllənin adı Naxçıvan şəhərinin tarixində mühüm rol oynamış və onu paytaxt şəhərə çevirmiş Atabəylər (Eldənizlər) sülaləsinin adı ilə bağlıdır. Məhəllə şəhərin qədim tarixə malik olan ərazisində yerləşməklə öz tarixi memarlıq abidələri ilə diqqəti cəlb edir. Əcəmi seyrangahı yaxınlığında yerləşən məhəllədə, Möminə Xatun türbəsi, Naxçıvan Xan Sarayı kimi dəyərli memarlıq abidələri yerləşir.
  • Buzxana məhəlləsi – Yaşlı nəslin nümayəndələri şəhərin bir neçə yerində buzxana olan yerlərin olduğunu təsdiqləyir, ancaq məhz Buzxana məhəlləsinin yerini xatırlaya bilmirlər. Qeyd edək ki, Azərbaycan ərazisində "buzxana"lann ən böyüyü Naxçıvandakı İmamzadə türbəsi kompleksi yaxınlığında olsa da, məhəllə həmin ərazidə yerləşməyib. Buzxana məhəllə adı böyük mütəfəkkir C. Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" adlı əsərində də işlənmişdir: "Xudayar bəy üz qoydu bazara. Yeddi girvənkəlik qəndlərdən bir kəllə alıb vurdu geyməsinin altma və bazardan çıxıb Buzxana məhəlləsini tutub başladı getməyə". Müəllifin bu fikrini əsas götürüb belə təxmin edirik ki, Buzxana məhəlləsi keçmiş şəhər bazarına yaxın ərazidən (Arxivlər idarəsi, Zaviyyə məscidi yaxınlığından) başlamış və şəhərin mərkəzi hissələrində yerləşmişdir.
  • Cıdıllı məhəlləsi – Məhəllə vaxtilə şəhərin kənar ərazisi hesab olunmuş indiki Naxçıvan Dövlət Dram Teatrının yerləşdiyi əraziləri, ətrafdakı bağlıq sahəni əhatə etmişdir. XX əsrin 40–50-ci illərinə kimi məhəllənin geniş ərazisində cıdır yarışları keçirildiyindən xalq arasında məhəllə Cıdırlı məhəlləsi adlandırılmışdır. Fonetik səslənmədə (assimilyasiya) "r" samitinin "l" samiti ilə əvəzlənməsi məhəllənin adının sonralar Cıdıllı məhəlləsi kimi yaddaşlarda qalmasına gətirib çıxarmışdır.
  • Cığatay məhəlləsi – Naxçıvan şəhərinin ən qədim məhəllərindən biridir. Məhəllənin salınma tarixi XIII əsrə təsadüf edir. Bu dövrdə monqollar Azərbaycanı işal etmiş və monqol mənşəli Hülakülər sülaləsi Azərbaycanda hakimiyyətə gəlmişdi. Azərbaycana gələn monqolların arasında bir sıra türkdilli tayfalar, o cümlədən cığataylar da olmuşdur. Monqolların Naxçıvandan çəkilməsindən sonra Azərbaycana gəlmiş cığataylar kəngərlilərin tərkibinə qarışmış, şəhərin müəyyən hissəsini özləri üçün yaşayış yeri seçmiş və orada məskunlaşmışdırlar.
  • Çaparxanlı məhəlləsi – Məhəllənin adının "çapar"[88] sözü ilə əlaqədar olduğu güman edilir. Keçmişdə çaparların, qasidlərin çoxu bu məhəllədə yaşadığından məhəllənin bu cür adlandırıldığı, ilkin adının isə "Çaparxana" olduğu mülahizəsi irəli sürülmüşdür. Sonrakı dövrdə Naxçıvan şəhərində yaradılmış ilk poçt məntəqəsi də məhz Çaparxanlı məhəlləsində yerləşmişdir.
  • Dabbaqxana məhəlləsi – Naxçıvan şəhərinin sənət və peşə ilə bağlı məhəlləsi. Məhəllə naxçıvanlıların qədim zamandan dəri aşılamaqla məşğul olduqlarını təsdiqləyir. Hazırda mövcud olmayan həmin məhəllənin yerində eyniadlı çeşmə qalmışdır.
  • Dizə məhəlləsi – "Dizə" toponimi Naxçıvan MR ərazisində geniş yayılmışdır. Muxtar respublikanın əksər rayonlarında belə yer adları vardır. Mütəxəssislərin fikrincə "dizə" bir neçə ailənin yığışıb kiçik bir məhəllədə, yaxud kənddə məskunlaşması deməkdir. Dizə məhəlləsi şəhərin indiki məişət xidmət evi, elmi mərkəz, avtovağzala qədər olan ərazisini əhatə etmişdir.
  • Əlixan məhəlləsi – Məhəllənin adı Azərbaycanın zadəgan sülalələrindən biri olan Əlixan sülaləsinin adı ilə bağlıdır. Azərbaycan yazıçı və dramaturqu Hüseyn Cavid də məhz bu məhəllədə doğulmuş və yaşamışdır. Ədibin Naxçıvan şəhərindəki ev muzeyi də hazırda bu məhəllədə yerləşir.
  • Ərsəni məhəlləsi – Naxçıvan şəhərində mövcud olmuş və adı yaddaşlardan silinmiş məhəllə adıdır. Bu ada XVI-XVIII əsrlərə aid qəbalə sənədlərində təsadüf olunur. Sənəddən aydın olur ki, məhəllə şəhərdəki Qaraçuq məhəlləsinin yanında, Xeyrabad bağına yaxın ərazidə yerləşirmiş. Ehtimal edirik ki, Ərsəni sözü "meydan, sahə", "qiyamətdə dirilən ölülərin toplanacağı meydan" mənasında işlənən ərəb mənşəli Ərəsat sözünün fonetik dəyişikliyə uğramış variantıdır.
  • Xıncov məhəlləsi – Xıncov məhəlləsi Naxçıvan şəhərinin ən böyük məhəllələrindən biridir. Məhəllə SSRİ dövründə "Oraq kolxozu" adlandırılırdı. Bu məhəllənin əhalisi əsasən kəndlərdə dolana bilməyən və ya kənd həyatı yaşamaq istəmədiyindən Naxçıvana köçən sakinlərdən ibarət olmuşdur. Onların çoxu xüsusilə Böyük Vətən Müharibəsi (1941–1945) illərində Naxçıvan (indiki Babək)Şahbuz rayonlarının kəndlərindən köçərək burada məskunlaşmışdılar. Xıncov məhəlləsinin adı çox güman ki Babək rayonunda yerləşən Xıncab kəndiylə eyni mənşəlidir. Həmçinin Kəngərli rayonunda da Xıncab kəndi mövcuddur. Hər iki kəndin adı farsca "xinq / xınq" (boz, tutqun, bulanıq) və "ab" (su) sözlərindən qurulub, və "bulanıq su, tutqun çay" mənasını verir.
  • Xoylu (və ya Xoşulu) məhəlləsi – Naxçıvan şəhərində, XVIII əsrin axırlarında Güney Azərbaycanın Xoy şəhərindən köçüb gələrək, Əcəmi Seyrangahının bazar səmtində məskunlaşanlar tərəfindən salınmışdır. Qızlar bulağından başlayaraq Xandikinin aşağısı həmin məhəllə əraziləridir. Əvvəllər oradakı əhali Bazar çayı üstündəki su dəyirmanlarını işlədər və göy-göyərti əkib becərməklə məşğul olardılar. Məhəllədə çoxillik tut, ərik, qoz ağacları ilə bərabər kol bitkilərindən nar, əncir də becərilir.
  • Kəngərli məhəlləsi – Naxçıvan şəhərinin ən mühüm məhəllərindən biridir. Məhəllə qədimdən şəhər zadəganlarının, hökmdar və hakimlərin imarətlərinin yerləşdiyi ərazi kimi tanınmışdır. Məhəllənin adı eramızın ilk əsrlərindən başlayaraq Naxçıvanda məskunlaşan qədim türk tayfasının – kəngərlilərin adı ilə bağlıdır. Vaxtilə Naxçıvan qalasının ən çox müdafiə olunan hissəsində salınmışdır.
  • Komayıl / Gömayıl məhəlləsi – Bu məhəllə Sarvanlar məhəlləsinin sol tərəfində, kiçik bir ərazini əhatə etmişdir. Məhəllə sakinlərinin deyilənə görə İrəvan çuxuru elindən (Dəvəli-Üçkilsə) köçüb gələn soydaşlarımız olmuşlar. 1937-ci il siyahıya almasında bu məhəllənin sakinlərinin 70–75 faizinin İsmayılov soyadı daşıdıqları müəyyən edilmişdir ki, bu da onların bir tayfaya mənsub olmaları ehtimalını gücləndirir. Məhəllə sağ tərəfdən Qızlar bulağına söykənmiş, Bazar çayı ilə gur sulu çeşmələri əkin yerlərinin suvarılmasına şərait yaradırdı. Bu məhəllədə çoxillik tut ağacları ilə bərabər nar, əncir, zirinc və başqa kol bitkiləri də əkilib becərilir.
  • Qala məhəlləsi — Qala məhəlləsi Möminə Xatun türbəsinin yaxınlığında, Xoylu və Atabəylər məhəllələri ilə qonşuluqda olub, yay teatrının və mədəniyyət sarayının ətrafındakı ərazini əhatə etmişdir.
  • Qaraağac məhəlləsi – Məhəllə indiki tikinti-quraşdırma idarəsinin yerləşdiyi ərazini və ətrafları əhatə etmişdir. 1918-ci ildə məhz bu məhəllənin gəncləri toplaşaraq Naxçıvana hücuma keçən ermənilərə qarşı yerli özünümüdafiə dəstələri yaratmağa başlamışdılar.
  • Qurdlar məhəlləsi – Naxçıvan şəhərinin ən qədim məhəllələrindən biridir. BərdəAğdam rayonlarında, habelə Gürcüstanın Marneuli (Sarvan) şəhəri (tarixi Borçalı mahalı ətrafları) yaxınlığında da Qurdlar adını daşıyan kəndlər mövcuddur.
  • Pirqəmiş məhəlləsi – Naxçıvan şəhərinin qədim məhəllələrindən biri. Pirqəmiş məscidi burada yerləşir. Məscidin ətrafında yeraltı suların üzə çıxmasından qamışlıq əmələ gəlmişdir. Məhəllədə çoxillik tut, ərik, qoz, armud və başqa ağaclar əkilib becərilir. Əvvəllər Bazar çayından əraziyə "Söyüdlü arx" ilə su axıb gələrdi.
  • Sallaqxana məhəlləsi – Naxçıvan şəhərinin sənət və peşə ilə bağlı olan məhəllələrindən birdir. Məhəllənin adı, ərəbcə "sallaq" (qəssab) və farsca "xana" (ev) sözləri əsasında yaranmışdır. Şəhərdə arabaçı, faytonçu işləyənlərin, qəssablıqla məşğul olanların əksəriyyəti bu məhəllədə yaşayırdı.
  • Sarvanlar məhəlləsi – Naxçıvan şəhərinin ən mühüm məhəllələrindən biridir. Məhəllənin adı Kəngərlilərin bir qolu olan Sarvanlar sülaləsinin adı ilə bağlıdır. Tədqiqatçı T. Əhmədov sarvan sözünün irani mənşəli olub "sar" (dəvə) və "van / ban" (qoruyan) sözləri əsasında yaranıb, "dəvəçi", "dəvə saxlayan" anlamını ifadə etdiyini vurğulayır. Məhəllənin sakinləri XX əsrin 40–50-ci illərinə qədər daha çox dəvəçilik, arabaçılıq və faytonçuluqla məşğul olmuşlar. Sarvanlar sülaləsi müxtəlif tirələrə bölünüb ayrı–ayrı ərazilərdə yaşasalar da, tayfa adını qoruyub saxlamışlar. Müasir Ermənistan (tarixi Qərbi Azərbaycan ərazisi) ərazisində də, əhalisi Azərbaycan türklərindən ibarət olan Sarvanlar kəndi olmuşdur.
  • Söyüdlübilan məhəlləsi – Naxçıvan şəhərində qədim məhəllə adlarından biri. Məhəllə adı XIX əsrin sonlarına qədər əhali arasında işlədilmiş və tədricən unudularaq yaddaşlara köçmüşdür. Əhalinin dediyinə görə Bazarçaydan çəkilən arx məhəllədən keçdiyi və arx ətrafında söyüd ağacları əkildiyinə görə bura "Söyüdlü arx" da deyilmişdir. Mənbələrin məlumatına görə 1899-cu ildə böyük rus şairi A. S. Puşkinin anadan olmasının 100 illiyi münasibətilə Söyüdlü bilan küçəsinə onun adı verilmişdir. Küçə 1990-cı il hadisələrinə qədər A. S. Puşkinin adını daşımış, sonra küçənin bir hissəsinə İdris Məmmədov, digər hissəsinə isə Məhəmməd Əmin Rəsulzadənin adı verilmişdir. 1993-cü ildə küçənin M. Rəsulzadə adlanan hissəsi İstiqlal adı ilə əvəzlənmişdir. Ümumiyyətlə, toponimin mənası küçədəki söyüd ağaclarının çoxluğu ilə əlaqələndirilir. Tədqiqatçıların bir hissəsinin yazdığına görə, toponimin "bilan" hissəsi ruscadakı "plan" sözünün təhrif olunmuş forması olub, "düz küçə" mənasında işlənir, lakin digərləri "bilan" komponentini türk dillərində "məhəllə", "dəhliz", "küçə" mənasında işlənən balan//palan sözü ilə bağlayırlar. Bakı şəhərində də "bilan" sözünün iştirakı ilə Zərgər palan məhəllə adı indi də işlədilir. Türk dilinin bəzi dialekt və şivələrində də palan sözü məhəllə mənasında açıqlanır. Şəmsəddin Saminin lüğətində "bilan" sözü "yüksək boğaz, Tağ sırtının alçaqca, lakin yerlə mürtəfı bir belindən keçən yol" şəklində açıqlanır. Hinduşah Naxçıvaninin "Əs-siyah əl-əcəmiyyə" adlı əsərində də "balan" sözü "dəhliz" mənasında təqdim olunur. Beləlikcə, Söyüdlü palan məhəllə adı canlı danışıq dilində Söyüdlü bilan şəklinə düşmüşdür. Naxçıvanda indiki Puşkin küçəsinə "Bilan" deyərdilər — məsələn, "Gəlin gedək bilana gəzməyə".
  • Şahab məhəlləsi – Tədqiqatçıların fikrincə məhəllənin adı, çox güman ki, ərazisində vaxtilə gur su, yaxşı su olmasına görə, fars dilində eyni mənada işlənən "şahab" sözü ilə bağlıdır. Başqa bir fərziyyəyə görə isə, Naxçıvan şəhərinin dörd əsas məhəlləsindən (Sarvanlar, Əlixanlı, Şahab, Qurdlar) Şahab məhəlləsinin adı, Qurdlar məhəlləsi istisna olmaqla, kəngərli tayfasının eyniadlı nəsillərinin (sarvanlar, əlixanlılar) adı ilə bağlı olan Sarvanlar və Əlixanlılar məhəllələri kimi, bu tayfanın Şahbanular tirəsinin adındandır. Bu mülahizəyə görə, "Şahab" toponimi "Şahbanular" etnoniminin xalq dilində dəyişdirilmiş formasıdır.
  • Zaviyə / Zəviyyə məhəlləsi – Məhəllənin adı ərəb dilində "bucaq" anlamına gəlir. Farsdilli mənbələrdə isə bu söz "müqəddəs yer" anlamında işlədilir. Tarixi memarlıq abidəsi olan Zaviyə (Zəviyyə) məscidi də bu məhəllədə yerləşir.
Naxçıvan şəhərinin bəzi yeni məhəlləri
[redaktə | mənbəni redaktə et]
  • Babək məhəlləsi – Naxçıvan şəhərində yeni məhəllə. Məhəllənin adı xalq qəhrəmanı, sərkərdə və ictimai xadim Babək əl-Xürrəminin (798–838) adı ilə bağlıdır. Naxçıvan şəhər XDS İK-nin 15 oktyabr 1989-cu il tarixli, 585 nömrəli qərarı ilə təsbit edilmiş və şəhərin 3-cü mikrorayon yaşayış məntəqəsinə Babək məhəlləsi adı verilmişdir. Məhəllə Əlincə məhəlləsinin kəsişməsindən (Heydər Əliyev məktəbinin yanından) Əliqulu Qəmküsar küçəsinin kəsişməsinə (Daş Məhsulları Sənaye kompleksinə) qədər olan sahəni əhatə edir.
  • Əlincə məhəlləsi – Naxçıvan şəhərində yeni məhəllə. Məhəllənin adı Əlincə qalasının adı ilə bağlıdır. Naxçıvan şəhər XDS IK-nin 15 oktyabr 1989-cu il tarixli qərarı ilə şəhərdəki 2-ci mikrorayon yaşayış massivinə — Atabəylər məhəlləsinin kəsişməsindən (9 mərtəbənin yanından) Əliqulu Qəmküsar küçəsinin kəsişməsinə (Dəmiryol vağzalına) qədər olan əraziyə Əlincə məhəlləsi adı verilmişdir.
Naxçıvan şəhəri (ərazi dairəsinin) əhalisinin milli tərkibi
Etnik qrup 1829–1832 k.sa. 1897 sa.[89] 1926 sa.[90] 1939 sa.[91]
cəmi 5 470 8 790 10 296 15 694
azərbaycanlı 3 624 6 161 7 567 11 901
erməni 1 825 2 263 1 065 2 033
rus 216 1 376 1 420[92]
gürcü 17 24 24 19
kürd 2 6 32
digər 4 124 258 289
İl Sayı
1897 8.790 [93]
1914 8.945 [94]
1915 10.246 [95]
1926 8.946 [96]
İl Sayı
1939 15.694 [97]
1959 25.340 [98]
1970 33.279 [99]
1979 40.384 [100]
İl Sayı
1989 59.754 [101]
2010 74.500
2016 95.100 [102][103][…]
2017 93.700 [104]
İl Sayı
2020 94.500 [105]

Şəhərdə 2004-cü ildən Naxçıvan Beynəlxalq Hava Limanı fəaliyyət göstərir. Hava limanından Azərbaycanın GəncəBakı şəhərlərinə, Türkiyənin İstanbul şəhərinə və eləcə də əksinə marşrutlar vardır. Həmçinin avqust 2012-ci ildən etibarən Naxçıvan- Zaqatala marşrutu üzrə yeni reys həyata keçirilir.

Muxtar respublikada dəmir yolu nəqliyyatı mühüm əhəmiyyət kəsb edir. Araz çayı boyunca Bakı-İrəvan dəmir yolu xəttinin 190 kilometrə qədəri muxtar respublika ərazisindən keçir. Bu dəmir yolu xəttinin Culfadan keçən hissəsindən Təbriz şəhəri istiqamətində qol ayrılır. Hal-hazırda, Naxçıvan-Ordubad və Naxçıvan-Şərur istiqamətində daxili sərnişin daşıma xidməti göstərilir. Bundan başqa Naxçıvan-Təbriz və əks istiqamətdə sərnişin və yük qatarlarlarının hərəkəti üçün İran İslam Respublikası ilə müqavilə bağlanmışdır.[106]

Elm və təhsil

[redaktə | mənbəni redaktə et]

Orta əsrlərdə şərqin mühüm şəhərlərində olduğu kimi Naxçıvanda da məktəb və mədrəsələr mövcud idi. XIX əsrin I yarısında Naxçıvanda mədrəsə ilə yanaşı, ibtidau rus məktəbləri də açıldı. 15 mart, 1837-ci ildə Naxçıvanda ilk qəza məktəbi fəaliyyətə başladı. Burada şəriət, rus dili, coğrafiya, tarix, rəsm, hesab və sair fənnlər tədris olunurdu. M. T. Sidqi Naxçıvanda "Tərbiyə" ("Məktəbi-tərbiyyə") məktəbini təsis etmişdi. Məktəbdə dövrün qabaqcıl ziyalıları dərs deyirdi.

Naxçıvan, MR – in paytaxtı kimi Azərbaycanın mühüm maarif, elm və mədəniyyət mərkəzlərindən birinə çevirilmişdir. Ümumtəhsil məktəbləri, uşaq bağçaları, məktəbdənkənar uşaq tərbiyyə müəsissələri, musiqi məktəbləri tikilib istifadəyə verilmişdir. Ümumilikdə Naxçıvanda 14 daimi məktəbəqədər müəsissə, 15 ümumtəhsil məktəbi, 3 ali məktəb, 4 orta ixtisas məktəbi, eyni zamanda, C. Naxçıvanski adına Hərbi litseyin filialı, İncəsənət Kolleci var.

Şəhərdə, AMEA – nın elmi mərkəzi, Respublika Dövlət Elm və Texnika Komitəsinin Naxçıvan elm və texnika mərkəzi, klub və kitabxanalar, 3 teatr (C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Kukla teatrı və H. Cavid poeziya teatrı), Filarmoniya fəaliyyət göstərir.

Naxçıvan MR Ali Məclisinin və Nazirlər kabinetinin orqanı "Şərq Qapısı" (1921-ci ildən), Naxçıvan Şəhər İcra Hakimiyyətinin orqanı "Nuh Yurdu" (1996-cı ildən) qəzetləri nəşr edilir, Naxçıvan Şəhər Poliqrafiya Müəsissəsi (1997-ci ildən "Əcəmi" Nəşriyyat – Poliqrafiya Birliyi) var. Naxçıvanda radio verilişləri 1926-cı ildən, yerli radio verilişləri isə 1930-cu ildən başlamışdır, 1963-cü ildən televiziya mərkəzi işə salınmışdır.

Şəhərdə şahmat məktəbi, "Dinamo" cəmiyyətinin idman kompleksi və stadionu, Olimpiya idman kompleksi fəaliyyət göstərir. Futbol, futzal, güləş, şahmat Naxçıvanda yayımış, inkişaf etmiş idman növləridir. Şəhərin Araz Naxçıvan futzal klubu Avropanın ən güclü futzal klublarından biri olmaqla, dəfələrlə UEFA Futzal Kuboku uğrunda uğurlu mübarizə aparmışdır.[107] Araz Naxçıvan PFK Naxçıvan şəhərini təmsil eden Azərbaycan futbol klubudur. Azərbaycan futbol çempionatının birinci divizionunda oynayır. 2014-cü ildən bəri Azərbaycan Premyer Liqasında mübarizə aparır. 2017-ci ilin iyun ayında başa çatmış sonuncu Naxçıvan Muxtar Respublikasının XV futbol çempionatında birinci yeri tutmuşdur.[108][109] 2014-cü ildə şəhər Ağır atletika üzrə Dünya Kubokuna ev sahibliyi etmişdir.[110]

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  1. Naxçıvan Muxtar Respublikasının rəsmi portalı: Naxçıvan Muxtar Respublikası: Şəhər və rayonları Arxivləşdirilib 2012-07-13 at the Wayback Machine
  2. "Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi". 2018-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-14.
  3. "Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi". 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-09.
  4. 1 2 "NAXÇIVAN ŞƏHƏRİ" (az.). tarix.gov.az. 19 May 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 may 2018.
  5. "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
  6. 1 2 AMEA, Naxçıvan ensiklopediyası, Bakı, 2006, Naxçıvan məqaləsi
  7. Brokhauz və Efronun ensiklopedik lüğəti
  8. Britannica. Nakhichevan. "The republic, especially the capital city of Nakhichevan, has a long history dating back to about 1500 bc."
  9. 1 2 Josephus, Antiquities of the Jews, Chapter 3, Arxivləşdirilib 2021-10-20 at the Wayback Machine прим. 6:"This Αποβατηριον , or Place of Descent, is the proper rendering of the Armenian name of this very city. It is called in Ptolemy Naxuana, and by Moses Chorenensis, the Armenian historian, Idsheuan; but at the place itself Nachidsheuan, which signifies The first place of descent, and is a lasting monument of the preservation of Noah in the ark, upon the top of that mountain, at whose foot it was built, as the first city or town after the flood."
  10. Flavius Josephus, William Whiston, Paul L. Maier — The new complete works of Josephus, Revised and expanded edition, Kregel Academic, 1999, səh 56
  11. "Nakhichevan" in the Brockhaus and Efron Encyclopedic Dictionary, St. Petersburg, Russia: 1890–1907.
  12. "Nakhichevan" Arxivləşdirilib 2015-04-26 at the Wayback Machine in the 1911 Encyclopædia Britannica, vol.19, p.156.
  13. "Arxivlənmiş surət" (PDF). 2021-03-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-11-04.
  14. И. М. Дьяконов. История Мидии, стр. 216
  15. Y. B. Yusifov. Kimmer, skif və saklar qədim Azərbaycanda. Tiflis: 1988
  16. Y. Yusifov — Qədim Şərq tarixi. Bakı: 2007, səh. 18
  17. Q. Qeybullayev. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı: 1994
  18. Duncker, Max, The History of Antiquity, tr. Evelyn Abbott, p. 350. London, Richard Bentley * Son (1881)
  19. A. Fazili – Atropatena, Bakı, 1993
  20. Страбон. География, XI, XIV, 5
  21. "Фавстос Бузанд. История, IV, 40". 2012-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-18.
  22. Fəridə Məmmədova – Qafqaz Albaniyası və albanlar, Bakı, 2005, səh 169
  23. Touraj Daryaee, "Sasanian Persia", I. B. Tauris Ltd, 2010, səh 17
  24. Sergey Vardanyan — The Capitals of Armenia. Yerevan, Apolon, 1995 səh 118
  25. AMEA, Naxçıvan abidələri ensikloediyası, Bakı, 2008
  26. А. Раджабли – Нумизматика Азербайджана, Баку, 1977
  27. Е. А. Похомов – Монеты "Нахчавана", Az. SSR EA – nın Xəbərləri, 1949, № 5
  28. Фазили А. Борьба атропатенцев против римских захватчиков (36 г. до н.э.). Проблемы античной истории и культуры, т. 1, Ереван, 1979
  29. "История халифов-Гевонда". 2012-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-18.
  30. Ziya Bünyadov – Azərbaycan VII – IX əsrlərdə, Bakı, 2007
  31. M. Whittow, "The Making of Byzantium: 600–1025", Berkley: University of California Press, pp. 195, 203, 215:

    В течение восьмого и девятого столетий, Азербайджан был ареной частых антихалифских и антиарабских восстаний, и византийские источники сообщают о персидских воинах, искавших в 830-х гг. убежища от армий халифа на службе у византийского императора Феофила. […] Азербайджан имел персидское население и был традиционным центром зороастрийской религии. […] Хуррамиты были […] персидской сектой, находившейся под влиянием шиитских доктрин, но с корнями в предисламском персидском религиозном движении.

  32. V. Minorsky, Studies in Caucasian history, Cambridge University Press, 1957. pg 108–112
  33. Jamie Stokes, Encyclopedia of the Peoples of Africa and the Middle East, Volume 1, Infobase Publishing, 2009, ISBN 978-0-8160-7158-6, p. 382. Arxivləşdirilib 2014-09-20 at the Wayback Machine
  34. M. X. Şərifli – IX əsrin II yarısı – XI əsrdə Azərbaycan feodal dövlətləri, Bakı, 1978
  35. Алиярлы С. История Азербайджана. — Баку, 2008. — с. 210
  36. "Encyclopaedia Iranica. K. A. Luther. Atabakan-e Adarbayjan". 2016-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-18.
  37. Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII–XVIII əsrin I yarısı), Naxçıvan:Əcəmi, 2016, 200 s Arxivləşdirilib 2017-07-31 at the Wayback Machine., s. 27
  38. Azərbaycan tarixi. Yeddi cilddə II cild, Bakı: Elm, 2007, 608 s., s. 409
  39. Bünyadov Z. Azərbaycan Atabəyləri dövləti (1136–1225). Bakı:Şərq-Qərb, 2007, 312 s., s. 191.
  40. Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII–XVIII əsrin I yarısı), Naxçıvan:Əcəmi, 2016, 200 s., s. 27
  41. Bünyadov Z. Azərbaycan Atabəyləri dövləti (1136–1225). Bakı:Şərq-Qərb, 2007, 312 s., s. 49–50.
  42. Michael Prawdin, Mongol Empire and its legacy, p 214–220
  43. "S. Budaqova — Naxçıvan diyarının tarixi coğrafiyası, Bakı, ELM, 1995" (PDF). 2012-07-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-07-18.
  44. "T. Köçəri — Naxçıvan: uydurmalar və tarixi həqiqətlər, Bakı, ELM, 2005" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-07-18.
  45. S. Aşurbəyli — Şirvanşahlar dövləti, Bakı, 2006
  46. Под ред. Б. Н. Пономарева (1966). История СССР с древнейших времен до наших дней. Академия наук СССР: Наука. pp. 518
  47. Stearns, Peter N.; Leonard, William (2001). The Encyclopedia of World History. Houghton Muffin Books. p. 122. ISBN 0-395-65237-5
  48. Minorsky, Vladimir (1955). "The Aq-qoyunlu and Land Reforms (Turkmenica, 11)". Bulletin of the School of Oriental and African Studies, University of London 17 (3): 449. DOI:10.1017/S0041977X00112376.
  49. Charles van der Leeuw. Azerbaijan: A Quest of Identity, a Short History, Palgrave Macmillan, ISBN 0-312-21903-2
  50. "R. Quiring-Zoche. "AQ QOYUNLŪ", Encyclopedia Iranica". 2019-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-18.
  51. Michael Axworthy Iran: Empire of the Mind pp.134–136
  52. Кэролайн Финкель "История Османской ипмерии. Видение Османа", — Москва, АСТ, 2010. ISBN 978-5-17-043651-4
  53. "НАХЧЫВАН В ПЕРИОД ХАНСТВА" (PDF). 2014-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-07-18.
  54. "Туркманчайский мирный договор". 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-18.
  55. О именовании присоединенных к России ханств Эриванского и Нахичеванского Областию Армянского // Полное собрание законов Российской империи. Собр. вт. т. III. СПб., 1830, ст.1888
  56. "Çarizmin ermənilərin Azərbaycan torpaqlarına köçürmə siyasətində Naxçıvan bölgəsinin yeri" (PDF). 2012-07-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-07-18.
  57. "Административно-территориальные реформы на Кавказе в середине и во второй половине ХIХ века". 2012-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-18.
  58. Donald Bloxham. The Great Game of Genocide: Imperialism, Nationalism, and the Destruction of the Ottoman Armenians. New York: Oxford University Press. 2005
  59. Dr. Andrew Andersen, Ph. D. Atlas of Conflicts: Armenia: Nation Building and Territorial Disputes: 1918–1920 Arxivləşdirilib 2016-12-28 at the Wayback Machine
  60. Гражданская война и военная интервенция в СССР: энциклопедия, Советская энциклопедия, 1983, səh 387
  61. "Нахичеванская Автономная Советская Социалистическая Республика". 2012-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-18.
  62. "NAXÇIVAN MUXTAR RESPUBLİKASI - rəsmi portal". nakhchivan.az. 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-12.
  63. "MEMARLIQ" (az.). imp.nakhchivan.az. 2018-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2018.
  64. Z. Bünyadov — Azərbaycan Atabəylər dövlətiz, Bakı, 2006, səh 218
  65. С. А. Дадашев, М. А. Усейнов. Очерки по истории архитектуры народов СССР. Архитектура Азербайджана. — М:1948 — стр. 10
  66. C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, 1991, səh 99
  67. Б. П. Денике – Архитектурный орнамент Средней Азии, М. – Л., 1939, ст. 102
  68. Исторический памятник состояния Армянской области в эпоху её присоединения к Российской Империи. 1852. səh. 321—322. 2018-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-12.
  69. "Эвлия Челеби. Книга путешествий. Земли Закавказья и сопредельных областей Малой Азии и Ирана". 2012-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-21.
  70. AMEA, Naxçıvan Ensiklopediyası, Eldənizlər sarayı məqaləsi, Bakı, 2002, səh 112
  71. Ruhiyyə Rəsulova. "Naxçıvan memarlığı: Tarixiliklə müasirliyin vəhdəti" (az.). strateq.az. 7 sentyabr 2016. 2021-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2018.
  72. "Naxçıvan şəhərinin muzeyləri". 2015-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-21.
  73. Naxçıvan Dövlət Xalça Muzeyi: qısa bələdçi kitabçası, Naxçıvan. 2004. s.44
  74. NTV. "Bəhruz Kəngərli adına rəssamlar parkı (Naxçıvan Televiziyası)" (az.). Youtube.com. 25.05.2016. 2021-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-26.
  75. Lider TV. "Səda - Rəssamlar parkı açılıb" (az.). Youtube.com. 26.05.2016. 2021-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-26.
  76. "Boyalı qablar mədəniyyəti" (az.). medeniyyet.az. 13 noyabr 2013. 2019-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2018.
  77. "Naxçıvanın Boyalı qablar mədəniyyəti abidələri" (az.). news.milli.az. 31 avqust 2012. 2019-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2018.
  78. V. H. Əliyev. Azərbaycanda tunc dövrü boyalı qablar mədəniyyəti. Bakı, 1977 s.3
  79. Г. М. Ахмедов, И. А. Бабаев. Археологические культуры Азербайджана. — Баку, 1986. — С. 9.
  80. Массон В. М., Средняя Азия и Древний Восток, М. — Л., 1964.
  81. Блаватская Т. В., Ахейская Греция во втором тысячелетии до н. э., М., 1966.
  82. Миков В., Культура неолита, энеолита и бронзы в Болгарии, "Советская археология", 1958, № 1.
  83. Vəliyev F. XIX–XX əsrin əvvəllərində Naxçıvan bölgəsi əhalisinin ənənəvi xalq yeməkləri // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, 2006, № 2, s. 56–62.
  84. 1 2 3 "Naxçıvanın milli məxbəxi" (az.). nakhchivan.az. 12 fevral 2014. 2012-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2018.
  85. Əmiraslanov T., Əmiraslanov A. Qarabağ mətbəxi. Bakı: Nurlan, 2012, 216 s.
  86. Həvilov H. Azərbaycan etnoqrafiyası. Bakı: Elm, 1991, 256 s.
  87. Kitabi Dədə Qorqud. Bakı: Yazıçı, 1988, 265 s.
  88. https://azerdict.com/az/izahli-luget/%C3%A7apar[ölü keçid]
  89. Демоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия): Первая всеобщая перепись населения Российской Империи 1897 г. Распределение населения по родному языку и уездам Российской Империи кроме губерний Европейской России-Нахичеванский уезд — г. Нахичевань Arxivləşdirilib 2021-02-04 at the Wayback Machine-Источник: Первая Всеобщая перепись населения Российской Империи 1897 г. Таблица XIII. Распределение населения по родному языку. (Губернские итоги). Т. Т.51–89. С.-Петербург: 1903–1905
  90. "Ethno-Caucasus, Этнодемография Кавказа". 2021-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-07.
  91. "Ethno-Caucasus, Этнодемография Кавказа". 2012-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-07.
  92. "Ethno-Caucasus, Этнодемография Кавказа". 2021-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-07.
  93. Rusiya imperiyası əhalisinin siyahıya alınması (1897).
  94. Qafqaz təqvimi (rus.).
  95. Qafqaz təqvimi (rus.).
  96. SSRİ əhalisinin siyahıya alınması (1926).
  97. SSRİ əhalisinin siyahıya alınması (1939).
  98. SSRİ əhalisinin siyahıya alınması (1959).
  99. SSRİ əhalisinin siyahıya alınması (1970).
  100. SSRİ əhalisinin siyahıya alınması (1979).
  101. SSRİ əhalisinin siyahıya alınması (1989).
  102. https://nakhchivan.preslib.az/az_a3-1.html.
  103. http://imp.nakhchivan.az/index.php/nax-van-haqq-nda/h-r-v-rayonlar.
  104. http://www.azstat.org/region/az/001.shtml.
  105. https://www.stat.gov.az/source/demoqraphy/en/001_18en.xls.
  106. "Naxçıvanda nəqliyyat". 2014-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-29.
  107. "Футзальный клуб «Араз» определился с соперниками по элитному раунду Кубка чемпионов" (rus). capital.trendaz.com. 3 noyabr 2006. 2012-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2018.
  108. "Happy Friday night for Benfica, Puntar and Araz". 2021-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-29.
  109. "Club's uefa.com profile". 2021-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-29.
  110. "Masters World Cup 2014". nakhchivan2014.com. 10 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 November 2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]