Qaraçılar
Ümumi sayı | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
10 000 000 | |||||||||||||||
Yaşadığı ərazilər | |||||||||||||||
| |||||||||||||||
Dili | |||||||||||||||
Dini | |||||||||||||||
Qaraçılar, həmçinin çiqanlar, çıqanlar, çingənələr, romalar, romanlar və ya romanilər — köçəri xalqlardan biri.
Adlandırma
[redaktə | mənbəni redaktə et]Azərbaycanda bu etnik qrup üçün əsasən "qaraçılar", həmçinin "çıqanlar",[6] "çingənələr",[7] "romalar",[8] "romanlar"[9] və "romanilər"[10] adlarından istifadə edilir.
Qaraçı" adının Azərbaycan dilində "qara" rəngi və "-çı" şəkilçisindən formalaşdığına inanılır.[11][12] Azərbaycan dilində bu sözün başqa bir mənası da "çığırqan" deməkdir və bu adlandırmanın keçmişdə qaraçıların tətbiq etdikləri ticarət üsullarının xüsusiyyətləri ilə əlaqədar olduğu da təklif edilmişdir.[13] Buna baxmayaraq, Türkiyənin Diyarbəkir şəhərində yaşayan bir qaraçı öz əcdadlarının Pakistandan, Sind regionunun Kəraçi şəhərindən gəldiklərini bildirmişdir və "qaraçı" adını buna bağlamışdır.[14] Şamaxıdan olan bir qaraçının sözlərinə görə, onlar Hindistanın "Qara" şəhərindəndirlər və "qaraçı" termini buradan yaranmışdır.[15]
"Çıqan" və "çingənə" sözləri orta yunan dilindəki "ἀτσίγγανοι" (atsinqanoi; mənası – "toxunulmazlar") terminindən gəlmişdir. Bu ad afinqanlara aid edilirdi.[16][17][18] "Roman" və "romani" sözləri, o cümlədən "dom" sözü sanskrit dilindəki "doma" sözündən gəlir və bu, "oxumaq və musiqi ilə yaşayan, aşağı kastadan olan insan" deməkdir.[19] Hər halda, "doma" sözünün mənşəyi bilinmir,[20] lakin kökü "baraban çalmaq" mənasında olan sözlə oxşardır.[21]
Mənşə
[redaktə | mənbəni redaktə et]Qaraçılar Hind-Avropa mənşəli xalqlara aiddir. Qaraçılara bütün Avrasiya materikində rast gəlinir. Avropa yazıçılarından Prosper Merime, Şarl de Koster və eləcə də Valter Skott öz əsərlərində qaraçıların mənşəyinə ötəri də olsa, toxunurlar. Xüsusilə, Prosper Merime "Karmen" əsərində belə bir ifadə işlədir:
Qaraçıların tarixi hələ də problem olaraq qalır. Ancaq bu məlumdur ki, onların ilk kiçik dəstələri XV əsrin əvvəllərində Avropanın şərq hissələrində görünmüşdür; lakin onların Avropaya haradan və nə üçün gəldikləri məlum deyil və qəribə burasıdır ki, az vaxt içərisində bir-birindən çox uzaq olan ölkələrdə onların bu qədər artıb çoxalmasına heç kəs inana bilmir. Qaraçıların özləri də öz adət ənənələri və mənşələri barədə indiyə kimi heç nə qoruyub saxlamamışlar və əgər onların əksəriyyəti Misiri birinci vətənləri hesab edirsə, bu da onların ta qədimdən indiyə qədər öz aralarında yayılmış bu uydurmaya əsaslanmalarıdır.
Şarl de Koster və Valter Skott da qaraçıların tarixini XV əsrə aid edir. Digər bir məlumata görə qaraçılar İstanbulun fəthi zamanı Avropaya daxil olmuşlar. Başqa bir mülahizə isə qaraçıların eyni zamanda iki yoldan Avropaya daxil olduqları yönündədir. Bu mülahizəyə görə bir qrup Bosfor boğazından digər qrup isə Cəbəllütariq boğazından Avropaya keçmişdir.
Məskunlaşma
[redaktə | mənbəni redaktə et]Azərbaycanda
[redaktə | mənbəni redaktə et]Bütün dünyada olduğu kimi, Azərbaycanda da qaraçıların statistikasında dəqiqlik yoxdur. Onların Azərbaycan torpaqlarına ilk gəlişi I Şah Abbasın köçürmə siyasəti ilə baş versə də, XX əsrin 60-70-ci illərində Qazaxıstandan kütləvi şəkildə miqrasiya etdikləri də məlumdur. Onların sayı zamanla dəyişıb. Elə sonuncu əhalinin qeydiyyata alınması prosesində onlar hesaba alınmayıb. Başqa sözlə, "havada qalan" bu təbəqə daxili miqrant olduğundan qeydiyyata düşməyib. 2012–2014-cü illərə aid olan qeyri-rəsmi məlumata əsasən Azərbaycanda yaşayan qaraçıların ümumi sayı 10 min nəfərə yaxındır.[22][23] Onlar iki qrupa bölünürlər: fars dilində danışanlar və kurmanc dilində danışanlar.
Adət-ənənələri
[redaktə | mənbəni redaktə et]Qaraçılar tarixən köçəri həyat tərzi sürürlər. Ənənəvi olaraq atçılıqla və maldarlıqla yanaşı, həm də öz dədə-baba sənətləri olan nalbəndlik, xırda məişət avadanlıqları, kənd təsərrüfatı alətləri (torpaqda işləmək üçün) istehsalı ilə məşğul olurlar.
Qaraçıların özlərinə məxsus elə adət-ənənələri vardır ki, bunlar heç bir xalqa mənsub deyildir. Məsələn, qaraçılar ən qədimdən (Şimali Pakistanda, Ərəbistanın şimal bölgələrində) ailə qurarkən qızlar bir qayda olaraq yalnız qaraçı tayfasından olan oğlanlara ərə gedə bilərlər. Qaraçı oğlanları isə başqa millətin nümayəndəsi ilə nadir hallarda evlənə bilərdi. Qaraçılar ailə məsələsində qan qohumluğu əlamətlərini hər şeydən üstün tuturlar.[24] Amma öz adət-ənənələrini dəyişmək kimi fikirləri olmur. Məsələn, qaraçı adətinə görə, onların qızı yalnız qaraçı oğlanla evlənə bilər. Bu onların ali qanunlarından biridir.
Qaraçılar haqqında çox insan alçaldıcı fikirlər söyləyə bilər. Amma bu etnik qrupun özünə görə mədəniyyəti, zəngin musiqisi, maraqlı adət-ənənələri var. Qaraçı musiqisi dünyada şohrət tapan musuqi janrıdır ki, onun da öz fanatları var. Avropa ölkələri qaraçılardan çox xüsusiyyətlər götürüblər. Misal üçün, məşhur "Flaminqo" rəqsinin müəllifi qaraçılardır. Onlar haqqında çəkilmiş gözəl ekran əsərləri"Budulayın qayıdışı", "Yeseniya", bizim "Qaraca qız" filmi bu gün də sevilir. Brazilyanın məşhur seriallarında da qaraçı həyat tərzi çox vaxt qabarıq təbliğ olunur. Yeri gəlmişkən, britaniyali komik usta, səssiz filmin qəhrəmanı Çarli Çaplinin də qaraçı olduğu artıq təsdiqlənib. Bu onun dayısı oğlu Cek Hillin məktubu ortaya çıxan zaman məlum olub. Sən demə, bu aktor İngiltərənin parklarının birində dünyaya gəlib, həmin o küçə həyatı yaşayan ailədən çıxıb. Kino, teatrdan söz düşmüşkən, dünyada ən böyük qaraçı teatrı Moskvada yerləşir. "Romen"adlı teatrın repertuarı daim təzələnir.
Hazırda dünyada qaraçıları məşhur edən onların musiqi və rəqsindən sonra falıdır. Bu falçıların çox vaxt həqiqətə yaxın məlumatlar əldə etməsi maraq doğurur. Amma onların müştərilərini hipnoz edərək soymaları da diqqətdən qaçmır. Bu fırıldaq sənətə baxmayaraq onların arasında milyonlar qazananlar, milyonçuya çevrilənlər də var. Ümumiyyətlə, dünyada qaraçılar haqqında "yoxsul" kəlməsinin istifadəsi yerində deyil. Avropada elə qaraçı baronları var ki, onların yaşadığı evlər, malikanələrin qiyməti milyonlarla avroyla ölçülür. Vaxtiylə " kral" titulu ilə məşhur olan qaraçı milyonçusu Ruminyada yaşamış İon Çoabe(1997-ci ildə ölüb)olub. Hazırda onun oğlu Florian Çoabedir ki, bu milyonçunun da illik gəlirinin rəsmi olaraq 70–80 milyon avro olduğu bildirilir. Diğər qaraçı milyonçusu Kosovada yaşayan Nəcməddin Nəsirin illik gəliri isə 100 milyon avro ilə ölçülür. Qaraçıların siyasətlə məşğul olması fikri çoxuna qəribə gəlsə də, hazırda Avropada qaraçı qanını daşıyan siyasətçilər var. Türkiyənin nazır müavinlərinin, Ruminiyanın baş nazırınin qaraçı olduğu iddiaları da gündəmdədir
Məşhur insanlar
[redaktə | mənbəni redaktə et]- Adrian Minune — Rumıniyalı müğənni
- Anna Netrebko — Rusiyalı aktrisa və opera ifaçısı
- Eleni Vitali — yunan müğənnisi
- Esma Recepova — qaraçıların kraliçası adlandırılan Şimali Makedoniyalı müğənni
- Filipp Kirkorov — erməni və bolqar əsilli Rusiya müğənnisi
- Florin Salam — Rumıniyalı müğənni
- Nikolay Sliçenko — Rusiyada aktyor
- Zlatan İbrahimoviç — Bosniya əsilli İsveç futbolçusu
Mənbə
[redaktə | mənbəni redaktə et]- Gypsy-life.net—Информационный проект, посвящённый цыганской истории и культуре: Этнические группы цыган Arxivləşdirilib 2012-11-13 at the Wayback Machine
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Национален Статистически Институт: Преброяване на населението и жилищният фонд в Република България 2011 :Население по местоживеене, пол и етническа група Arxivləşdirilib 2018-04-08 at the Wayback Machine
- ↑ Национален Статистически Институт: Преброяване на населението и жилищният фонд в Република България 2011 :Население по местоживеене, възраст и етническа група 1 Arxivləşdirilib 2019-08-15 at the Wayback Machine
- ↑ Портал "Всероссийская перепись населения 2010 года" - Окончательные итоги Всероссийской переписи населения 2010 года: Национальный состав населения Российской Федерации Arxivləşdirilib 2013-12-04 at the Wayback Machine
- ↑ State Statistical Office of the Republic of Macedonia :Census of Population, Households and Dwellings 2002, Book XIII: Total population, households and dwellings. According to the territorial organization of The Republic of Macedonia, 2004, 2002 Arxivləşdirilib 2012-03-24 at the Wayback Machine---Date of release:03.05.2005/Language:Macedonian and English
- ↑ Kosovo Agency of Statistics: Kosovo population and housing census 2011—Final results Arxivləşdirilib 2012-10-21 at the Wayback Machine
- ↑ Tərəf, 2017
- ↑ Ağayar, Şərif. "Küçə iti kimi hürcəsinə". Azadlıq Radiosu (az.). 4 mart 2011. 30 yanvar 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
- ↑ "Qapıçay qaraçıları". civil-forum.az (az.). Hərb və Sülh İcmalları İnstitutunun Azərbaycan nümayəndəliyi. 31 avqust 2012. 11 noyabr 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2023.
- ↑ "Azərbaycanda azyaşlı qaraçı fahişələrinin sayı artır". Oxu.az (az.). 9 iyun 2014. 30 yanvar 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
- ↑ Kılınçer, 2022. səh. 16
- ↑ Patkanov, 1887. səh. 73
- ↑ Şopen, 1866. səh. 285
- ↑ Əli, 2006
- ↑ Cihan Akademik Kitaplar, Ahmet. Surdaki İz. Diyarbakır Karaçi Çingeneleri [Divarda iz. Diyarbəkir qaraçı çingələri] (türk). İstanbul. 2018. ISBN 978-6059786287.
- ↑ Daniels, 2003
- ↑ White, 1999
- ↑ A Journal of Demography, 1994. səh. 365–372
- ↑ Bates, Karina. "A Brief History of the Rom". 2010-06-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-09.
- ↑ McArthur, 1992
- ↑ Ghosh, 2000. səh. 10, 76
- ↑ Burrow, Emeneau, 1984. səh. 257
- ↑ "Qafqazinfo.az" internet qəzeti: Qaraçılar niyə millət, xalq ola bilmir ? Arxivləşdirilib 2015-07-03 at the Wayback Machine — Xəbərin onlayn yayımlanma tarixi: 08.04.12 | 14:08 ; Yoxlanılıb: 30. mart 2015
- ↑ Lider TV–nin 8 aprel 2014-cü il tarixli reportajı: Beynəlxalq Qaraçılar Günü Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine
- ↑ "Qaraçılar Borçalıda". 2010-04-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-16.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Etnik qrup ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |