Qarışqalar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qarışqalar
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Dəstəüstü:
Ranqsız:
İnfradəstə:
Fəsiləüstü:
Fəsilə:
Qarışqalar
Beynəlxalq elmi adı

Qarışqalar (lat. Formicidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. Tropik ölkələrdə geniş yayılmışdır. Qafqazda 160-dan çox, Azərbaycanda 90-a qədər növü məlumdur.[1]

Qarışqalar milyonlarla ildir mövcud olublar və arıya bənzər əcdadlardan təkamülləşdiyi güman edilir. Qarışqalar dinozavrlarla eyni dövrdə yaşamış, dinozavrlar müəmmalı şəkildə məhv olsalar da, onlar yaşamağa davam etmiş, hər bir şəraitə uyğunlaşmışlar. Qarışqaların ömrü növündən asılı olaraq dəyişə bilər, bəziləri cəmi bir neçə həftə yaşayır, bəziləri isə bir neçə il yaşaya bilər. Qarışqalara, qidaları tapıldıqdan sonra yuvaya geri qayıtdıqları zaman keçdikləri yolun üstünə vücud sonundakı ifraz şirələri vasitəsilə kimyəvi işarələr qoymaq xasdır. Yuvadakı digər işçilərin də eyni yolu təqib edərək qida qaynağını tapmaqda bu işarələr yardımçı olurlar. Bir neçə dəqiqədən sonra təsiri gedən bu iz qoxularının davamlı olaraq yenilənməsi lazımdır. Qarışqaların ünsiyyət sistemi pozulduqda ölüm spiralı kimi tanınan bir hadisə baş verir. Bu zaman qarışqalar bir-birini izləyir və sonda ölürlər. Digər tərəfdən koloniyaya yaxınlaşan bir təhlükə seziləndə, fərqli quruluşda diqqət qoxuları ifraz edilməkdə, təhlükə digər fərdlərə dərhal bildirilərək çox qısa müddətdə həmin yer tərk edilməkdədir.

Qarışqalar on minlərlə fərddən ibarət koloniyalarda yaşayan sosial həşəratlardır. Bəzi qarışqa növlərinin xüsusi işçiləri var, məsələn, müdafiə üçün böyüdülmüş çənələri olan əsgər qarışqaları və yem axtarışı və ya yuva qurmaq kimi ixtisaslaşdırılmış işlərə uyğunlaşan işçi qarışqalar. Hər bir qarışqanın evi, işi vardır, hər bir qarışqa öz işini kənardan nəzarət edilmədən mükəmməl şəkildə yerinə yetirir. Qarışqalar yeraltı səltənətlərini mahir bir üslubda yaradır – bəzi alimlər bu səltənəti yeraltı şəhər adlandırırlar. Bu şəhər yerin 8-11 metr dərinliyində və 50 metr uzunluğunda olur. Qeyd etmək lazımdır ki, iki ventilyasiya sistemi ərsəyə gətirilir; birinci vasitəsilə bütün yeraltı səltənətə yuxarıdan daima təmiz hava-oksigen daxil olursa, ikincidən daimi olaraq içəridəki ağır hava-zəhərli qazlar yuxarı – yerin üstünə doğru ötürür. Qarışqalar yuvalarının ağzında ora başqa heç bir canlının daxil ola bilməməsi üçün labirintlər qururlar.

Argentinada yarpaqkəsən qarışqa növü yaşayır. Bu qarışqalar gün ərzində yarpaq, müxtəlif bitki növlərini: gülləri, çiçəkləri, otları kəsərək yuvalarına daşıyır, burada daha kiçik həcmdə olan qarışqalar həmin bitkiləri horra halına salır. Yerin altında göbələk yetişdirən bu qarışqa növü həm də zəhərli bitki növlərini də zəhərsizləşdirmək qüdrətinə malikdir. Yetişdirdikləri göbələklər isə xüsusi bir bitkidir və bu göbələklər qarışqalar üçün təbii antibiotik rolunu oynamaqdadır. ABŞ-nin cənubunda yaşayan qırmızı, yaxud odlu qarışqaların zəhərləri isə daha güclüdür. Bu ərazidə digər bir qarışqa növü də var ki, onlar istənilən həşəratın qorxduğu odlu qarışqalardan çəkinmir. Bu qarışqalar odlu qarışqaların olduqca güclü hesab edilən zəhərlərini neytrallaşdırmaq qüdrətinə malikdirlər.

Qarışqa koloniyaları bir superorqanizm kimi fəaliyyət göstərir, çünki fərdi qarışqalar ortaq bir məqsədə doğru koordinasiyalı şəkildə birlikdə işləyirlər. Bu canlılarda yerin maqnit sahəsini aşkar etmək qabilliyəti vardır ki, bu da qarışqalara yollarını asanlıqla müəyyənləşdirməkdə kömək edir. Maqnit sahəsinin göstərişi onları düzgün yola istiqamətləndirir. Bu canlılar çəkilərindən 10 dəfə, hətta 100 dəfə artıq yük götürmək bacarığına malikdirlər. Afrikanın şərqində qaçan qarışqalar yaşayırlar ki, onlar çəkilərindən 5000 dəfə çox yük qaldırmağı bacarır. Qarışqalar saniyədə 7 sm irəliləmək bacarığındadır. Alimlərin söylədiyi faktlara əsasən, hazırda Yer Kürəsində 10 kvadrillin qarışqa yaşamaqdadır. Qarışqaların qəbristanlığı vardır və bu qəbiristanlıq daha qədimdir. Avstraliya alimi Endrü Bitti qarışqa zəhərindən ən yeni antibiotiklər əldə etməyin mümkünlüyünü göstərib. Alimlərin fikrincə, qarışqa zəhəri, potensial olaraq dərman məqsədləri üçün istifadə oluna bilən antiviral, iltihab əleyhinə və ağrı kəsici maddələr ehtiva edir.

Qarışqa inqulinləri

[redaktə | mənbəni redaktə et]

Kəpənək növlərindən Aloeides dentatisin birinci və ikinci dövr sürfələri sərbəst yaşarkən, üçüncü dövrdən altıncı dövrə qədər olan daha inkişaf etmiş sürfələri, bir qarışqa növü olan Akantolepis kapensisin yuvalarında yaşamaqdadır. Koloniyaya daxil olan kəpənək sürfələri gün boyunca yuvada qalır və gecə bəslənmək üçün yuvanı tərk edirlər. Çox fərqli bir qrupdan olmaqlarına baxmayaraq qida axtarma gəzintisində qarışqalar, kəpənək sürfələrinə özlərindən ayırmadan yoldaşlıq edir və eyni zamanda düşmənlərinə qarşı qorunmaqda kömək edirlər. Qaz xromatoqrafiyası ilə aparılan analizlərdə kəpənək sürfələrində qarışqa sürfələrinə oxşayan kimyəvi maddələrin olduğu tapılmışdır. Oxşar kimyəvi gizlənmə davranışı milçək növü olan Microdon albikomatus sürfələrində də müşahidə edilməkdədir. Qarışqa sürfələri üzərində ovçu kimi bəslənən albikomatus sürfələri yuvada narahat edilmədikcə sərbəst yaşayır, hətta qarışqa sürfələri kimi fəhlə qarışqalar tərəfindən daşınmaqdadır. Vücud divarındakı hidrokarbon qarışıqlarının kimyəvi analizi aparıldıqda, albikomatus sürfələrinin hidrokarbon modelinin qonaq növü olan mirmika inkompleta balasının molekulyar quruluşuna çox bənzədiyi müəyyən edilmişdir.

Fomica cinsindən olan kürən meşə qarışqaları biosenozda mühüm rol oynayır; xırda onurğasızları məhv edir, sorucu həşəratlarda, başlıca olaraq mənənələrlə simbioz münasibətdə ("trofobioz") olur. Kürən meşə qarışqalarının bəzi növlərindən yarpaq gəmiriciləri ilə mübarizədə istifadə edirlər.

Hər qarışqa yuvasının öz xüsusi qoxusu var. Bəzi qarışqaların qanadları da olur.

Elə qarışqa növləri var ki, bal istehsal edir. ABŞ-nin Arizona ştatındakı qarışqalar məhz öz adlarının bal qarışqası olmasını bal istehsal etmələri ilə qazanıblar. Bu qarışqalar qida qıtlığı zamanı koloniyadakı digər qarışqalarla bölüşmək üçün bədənlərində nektar saxlayır. Bu qarışqalar "canlı bal çəlləkləri" adlanırlar. Ballı qarışqalar sağlamlıq üçün faydalı hesab olunur.

  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. Bakı: Elm, 2003, 516 s.