Portal:Tarix

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç


TARİX PORTALINA
XOŞ GƏLMİŞSİNİZ!

Seçilmiş məqalə

Qara ölüm və ya qara taun — tarixdəki ikinci taun pandemiyasıdır, ən yüksək həddinə 1346–1353-cü illərdə çatmış və təkrar infeksiyalar XIX əsrə qədər baş qaldırmışdır. AvrasiyadaŞimali Afrikada 75–200 milyon nəfər xəstəliyin qurbanı olmuşdur. Müxtəlif məlumatlara görə həmin dövrdə Avropa əhalisinin təqribən 30%-60% tələf olmuşdu. Qara ölüm 1361-ci və 1369-cu illərdə kəskin olmasa da, yenidən özünü göstərmişdi.

Böyük ehtimalla pandemiyanın ilkin mənbəyi Xəzər dənizinin şimal sahilində yerləşmiş və buradan xəstəlik Mərkəzi Asiyaya və ya Şərqi Asiyanın əksər hissəsinə yayılmışdır. Epidemiya tədricən İpək Yolu boyunca yayılaraq 1347-ci ilə qədər Krım yarımadasına çatmışdır. Oradan, çox güman ki, Aralıq dənizi hövzəsində yayılaraq Konstantinopol, SiciliyaApennin yarımadasından keçərək Afrikaya, Qərbi AsiyayaAvropanın qalan hissəsinə yayılmışdır. Xəstəliyə səbəb kimi "Pasteurella pestis"in daşıyıcısının Genuya ticarət gəmilərində "səyahət" edən qara siçovullar olduğu ehtimal edilir.

Pandemiya qurbanlarının qalıqlarının genetik tədqiqatları taun çöpünün — "Pasteurella pestis"in əsas yoluxdurucu vasitə olduğunu göstərmişdir. Y. pestis infeksiyasına yoluxma ən çox bubon taunu ilə nəticələnir, lakin o həmçinin septikemik və ya pnevmonik xəstəliklərə də səbəb ola bilər. Bununla belə bəzi tədqiqatçılar qara ölümün təbiəti ilə bağlı alternativ nəzəriyyələr irəli sürürlər. Tədqiqatlar onu da göstərmişdir ki, Qara Ölüm böyük ölçüdə sətəlcəm taununa səbəb olan — insan bitləri vasitəsilə, şəxslə ünsiyyət və əşyalar üzərindən yayılmışdır. Məqaləni oxu...

Seçilmiş bioqrafiya

Martin Lüter Kinq (ing. Martin Luther King, Jr.; 15 yanvar 1929[…], Atlanta4 aprel 1968[…], Memfis, Tennessi) — 1955-ci ildən 1968-ci ildə baş vermiş qətlinə qədərki dövrdə afroamerikan insan haqları hərəkatının ən üzdə olan liderlərindən biri, dini rəhbər və aktivist. Corciya ştatının Atlanta şəhərində anadan olmuşdur. Xristian inancından və Mahatma Qandinin fəaliyyətindən ilhamlanaraq həyata keçirdiyi dinc itaətsizlik və zorakılığa baş vurmama yolları ilə insan haqları uğrunda apardığı mübarizəyə görə tanınır.

Kinq 1955-ci ildə həyata keçirilmiş Montqomeri avtobus boykotunu təşkil etmiş və 1957-ci ildə Cənub Xristianları Liderlik Konfransının ilk prezidenti olmuşdur. Bu təşkilat ilə 1962-ci ildə Corciyanın Albani şəhərində irqi ayrı seçkiliyə qarşı uğursuz mübarizə təşkil etmişdir. 1963-cü il dinc Birminqem etirazlarının təşkilinə kömək etmişdir. 1963-cü il Vaşinqtona yürüşün təşkilatçılarından biri olmuş və orada özünün məşhur "Mənim bir arzum var" nitqini demişdir.

14 oktyabr 1964-cü ildə Kinq irqi ayrıseçkiliyə qarşı apardığı mübarizəyə görə Nobel Sülh mükafatını qazanmışdır. 1965-ci ildə Selmadan Montqomeriyə yürüşün təşkilinə kömək etmişdir. Növbəti il, o və təşkilatı hərəkatı şimala - Çikaqoya doğru yönləndirmişdir. Bu illərdə daha çox kasıblığa və Vyetnam müharibəsinə qarşı mübarizəyə fokuslanmışdır. 1967-ci ildə Vyetnam müharibə ilə bağlı etdiyi çıxışdan sonra liberal müttəfiqlərinin əksəriyyəti ilə münasibətləri pozulmuşdu. FTB uzun müddət onun kommunist əlaqələrinin olub-olmamasını araşdırmış və tapa bildikləri bütün informasiyaları hökumətə təqdim etmişdir. Məqaləni oxu...

Bilirsinizmi...

Portal:Tarix/Bilirsinizmi...

Şəkillər

Böyük Moğol imperiyası hökmdarlarının siyahısıBöyük Moğol imperiyasını idarə etmiş hökmdarların ümumi siyahısı. Böyük Moğol imperiyasının əsası 1526-cı ildə qoyulmuşdur. Dövlətin ilk hökmdarı Babur şahıdır. Sonuncu hökmdar isə II Bahadır Şah olmuşdur. Böyük Moğol imperiyası mövcud olduğu 332 il ərzində 19 hökmdar tərəfindən idarə edilmişdir. Məqaləni oxu...
 

Seçilmiş siyahı

Mədəniyyət

Avqustun 5 günü (ing. 5 Days of August, ing. 5 Days of WarGürcüstan-ABŞ birgə istehsalı olan 2008-ci ilin avqust ayında baş vermiş Rusiya-Gürcüstan müharibəsi haqqında çəkilmiş bədii film. Gürcüstanda film «Haqq yolunda mübarizə» adı altında nümayiş etdirilmişdi və demək olar ki, bütün KİV-də geniş şəkildə ictimaiyyətə təqdim olunmuşdu. Gürcüstanın Diaspora işləri üzrə Dövlət Naziri Mirza Davitayanın bildirdiyinə görə, «qısa zaman içərisində heç bir filmə izləyicilər tərəfindən belə geniş maraq hələ olmamışdı». Onun sözlərinə görə, Google axtarış sisteminin verdiyi statistik məlumatlar onu göstərir ki, film, hələ Gürcüstan premyerasına 1 həftə qalmış artıq 134 min nəfəri maraqlandırmışdı. Filmə maraq əsasən Gürcüstan və Rusiya əhalisi göstərmişdi. Bundan başqa, Gürcüstanda filmə maraq elə yüksək idi ki, hətta 2009-cu ildə vizyona girmiş «Avatar» filminin reytinqini də ötmüşdü.

Demək olar ki, istehsal başladıqdan və nümayişinə qədər olan müddət ərzində, film həm Gürcüstan, həm də Rusiyada tənqidlərə məruz qalmışdı. Gürcüstan tənqidçiləri (ilk növbədə müxalifət nümayəndələri və jurnalistlər) film istehsalına tənasübsüz surətdə yüksək pul vəsaitlərinin xərclənməsini və onu müşaiət edən reklam kompaniyasına (o zaman üçün ən bahalı Gürcüstan film proyektlərdən biri idi) işarə edirdilər. Rusiyalı tənqidçilər və gürcüstanlı müxalifətçilər müharibə hadisələrin qərəzli canlandırdırılması iddiası ilə filmi tənqid etmişdilər. Onların fikrincə, belə bir film Gürcüstan hakimiyyətinin özünü beynəlxalq siyasi aləmdə reklam etmə kompaniyası üçün ehtiyac olduğundan ərsəyə gətirilmişdi.
Məqaləni oxu...

Yaxşı məqalə

Portal:Tarix/Yaxşı məqalə

Kateqoriyalar

Əlaqəli portallar

Portal:Tarix/Əlaqəli portallar
Tarix Vikixəbərdə  Tarix Vikisitatda  Tarix Vikikitabda  Tarix Vikimənbədə  Tarix Vikilüğətdə  Tarix Vikiversitetdə  Tarix Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar