Misak Torlakyan
Misak Torlakyan | |
---|---|
Doğum tarixi | 1889[1] |
Vəfat tarixi | 12 noyabr 1968[2] |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Misak Torlakyan (erm. Միսաք Թորլաքյան; 1889[1] – 12 noyabr 1968[2], Kaliforniya[2]) — 1921-ci ildə Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşirin qatili. Torlakyan 1921-ci ilin oktyabrında İngiltərə hərbi məhkəməsi tərəfindən psixi vəziyyətinə görə "günahkar, lakin məsuliyyət daşımır" olaraq qəbul edildi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Torlakian 1889-cu ildə Osmanlı imperiyasının Trabzon şəhərində anadan olub. 18 yaşında Daşnaksutyuna qoşulan Torlakyan, Trabzondakı türk ordusu anbarından erməni özünümüdafiə dəstələri üçün xeyli miqdarda silah təmin etmişdir.[3] Birinci Dünya Müharibəsi dövründə hərbi kəşfiyyat əldə etmək tapşırığı alan Torlakyan, o vaxtlar Rusiya Ordusunun kəşfiyyatçı birliyinin üzvü olaraq, Türk ordusunun mövqeləri haqqında dəyərli məlumatlar verirdi. 1918-ci ildə Rusiya Türk cəbhəsindən çəkildikdən sonra Torlakyan Ermənistan ordusuna qatıldı və General Dronun rəhbərliyi altında Baş Abaran döyüşündə iştirak etdi. Döyüş türk ordusunun irəliləməsini dayandırdı. Sərdarabad və Karakilisedəkilərlə birlikdə əldə edilən çətin qələbə, Ermənistan Demokratik Respublikasının qurulmasına səbəb oldu. 1921-ci ildə Torlakyan Daşnaksutyun tərəfindən Azərbaycanın keçmiş daxili işlər naziri Behbud Xan Cavanşiri öldürmək üçün İstanbula göndərildi. Bu qətl Nemezis əməliyyatına daxil idi.
Torlakyan 11 avqust 1921-ci ildə İngilis hərbi məhkəməsi tərəfindən mühakimə olundu. Misak Torlakyanın məhkəməsi Soqomon Teyliryanın məhkəməsi ilə bir-birinə bənzəyirdi. Hər iki mühakimə dövlət xadiminin öldürülməsi ilə bağlı idi və hər iki cinayəti törədən şəxsin günahsız olduğu müəyyən edildi. Tarix, ilahiyyat, fəlsəfə, fiziologiya, psixologiya və siyasət, Torlakyanın işində hərbi hakimi və Teyliryanın işində münsiflər heyətini təsir etmək üçün çağırıldı. Beləliklə, əlamətdar hüquqi işlər olmaqla yanaşı, bu iki məhkəmə, Birinci Dünya Müharibəsindən sonra almanların, türklərin, ermənilərin və azərbaycanlıların zehniyyətlərini və siyasi strategiyalarını ortaya qoyur.[4]
1921-ci ilin oktyabrında İngilis məhkəməsi günahkar olduğuna qərar verdi, ancaq epilepsiya səbəbiylə etdiyi hərəkətlərə görə məsuliyyət daşımadığına qərar verdi. Torlakyan Yunanıstana sürgün edildi və orada sərbəst buraxıldı. Ordan isə ABŞ-yə getdi.[5]
Kaliforniyada yaşamağa başladı və 1968-ci ildə Kaliforniya ştatının Montebello şəhərində vəfat etdi. Los-Ancelesin şərqindəki Evergreen qəbiristanlığında dəfn olundu.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Միսաք Թոռլաքյան // http://armunicat.nla.am/cgi-bin/koha/opac-authoritiesdetail.pl?authid=17937.
- ↑ 1 2 3 4 https://www.radioyan.com/%D5%B4%D5%AB%D5%BD%D5%A1%D6%84-%D5%A9%D5%B8%D6%80%D5%AC%D5%A1%D6%84%D5%A5%D5%A1%D5%B6-1888-1968-%D5%A1%D6%80%D5%A4%D5%A1%D6%80%D5%B8%D6%82%D5%A9%D5%A5%D5%A1%D5%B6-%D5%B4%D5%A1%D6%80%D5%BF%D5%AB/.
- ↑ "Prelate Presides over Memorial for National Hero Misak Torlakian". westernprelacy.org. Western Prelacy of the Armenian Apostolic Church of America. 18 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 August 2021.
- ↑ Yeghiayan, Vartkes; Arabyan, Ara. The case of Misak Torlakian. United States: Center for Armenian Remembrance. 2006. ISBN 978-0-9777153-0-5.
- ↑ Derogy, Jacques. Resistance and Revenge: the Armenian Assassination of the Turkish Leaders. United States: Transaction Publishers. 1990. 120–121. ISBN 0-88738-338-6. İstifadə tarixi: 2011-01-04.