Bakıda 106 saylı avtobusun partladılması
Naviqasiyaya keç
Axtarışa keç
106 saylı avtobusun partladılması | |
---|---|
Hücum yeri |
Bakı şəhəri |
Hücum hədəfi | sərnişinlərin öldürülməsi |
Vaxt |
17 iyun 1984 |
Hücum üsulu | Bomba partladılması |
Silah | partladıcı |
Həlak olanlar | 1 |
Yaralılar | 3 |
Terrorçu sayı | 1 |
Terrorçular | Henrix Vartanov |
106 saylı avtobusun partladılması — 17 iyun 1984-cü ildə Bakı şəhərində 106 saylı sərnişin avtobusunun erməni terrorçusu Henrix Vartanov tərəfindən partladılması hadisəsi.[1]
Haqqında
[redaktə | mənbəni redaktə et]17 iyun 1984-cü ildə Bakı şəhərində 106 saylı sərnişin avtobusu erməni terrorçusu Henrix Vartanov tərəfindən partladıldı.[1] Vartanovun bu qanlı əməli o vaxt SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən terror aktı kimi deyil, onunla müdiriyyət arasında olan narazılıq kimi qiymətləndirildi.[2]
Nəticə
[redaktə | mənbəni redaktə et]İki uşaq anası olan bir qadın həlak olmuş,[1] üç nəfər yaralanmışdır.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 "Azərbaycan ərazisində erməni quldur və terror birləşmələrinin törətdikləri cinayətlərə dair faktlar" (yaddaş kitabçası), (tərtib edəni: Anar İsgəndərov), Bakı, 2011. səh.16
- ↑ "Keçmiş SSRİ və MDB-də erməni terroru (2) (ARAŞDIRMA): İlk terror" (az.). 168.az. 17.01.2013. 2013-07-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-12.
- ↑ "Ermənilərin törətdiyi terror aktları: Sərnişin avtobuslarında törədilmiş terror aktları" (az.). garabagh.net. 2012. 2014-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-12.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- "Zaman Azərbaycan" qəzeti, 22 noyabr 2012-ci il.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Təmiz Söhbət - Ziya Yusifzadə (26.03.1999) — YouTube saytı. (Videoda 3.37–6.58-ci dəqiqələr)