Seyran Saroyan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Seyran Saroyan
erm. Սեյրան Սարոյան
Şəxsi məlumatlar
Doğum tarixi 3 sentyabr 1967(1967-09-03)
Doğum yeri
Vəfat tarixi 13 avqust 2022(2022-08-13)[1] (54 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Təltifləri "Hərb xaçı" ordeni (Ermənistan) 2-ci dərəcəli "Hərb xaçı" ordeni (Ermənistan) "İgidliyə görə" medalı "Vətən qarşısında xidmətlərinə görə" medalı "Marşal Baqramyan" medalı "Qüsursuz xidmətə görə" medalı (Ermənistan)

Seyran Firdovsi Saroyan[3] (erm. Սեդրակ Ֆիրդուսի Սարոյան ; 3 sentyabr 1967, Qarğabazarı, Üçkilsə rayonu[2]13 avqust 2022[1], İrəvan) və ya Sedrak Saroyan[4] — Ermənistan hərbçisi və siyasətçisi, Xocalı soyqırımını törədənlərdən biri.[5][6] 2007-ci ildən 2018-ci ildə istefaya gedənə qədər Ermənistan parlamentində xidmət etmişdir. Saroyan xidmət etdiyi müddətdə Ermənistan Respublika Partiyasına bağlı müstəqil siyasətçi olmuşdur. Saroyan siyasətə gəlməzdən əvvəl Ermənistan Quru Qoşunlarının general-mayoru olmuş, Birinci Qarabağ müharibəsi zamanı 2-ci Ordu Korpusuna komandanlıq etmişdir.

Seyram Saroyan 3 sentyabr 1967-ci ildə o vaxt Sovet İttifaqının tərkibində olan Ermənistan Sovet Sosialist Respublikasının Qarğabazarı kəndində anadan olmuşdur.[7] Atası Firdovsi Saroyan Üçkilsə şəhərinin kənd təsərrüfatı idarəsinin müdiri idi.[8] 1984-cü ildə yerli orta məktəbi bitirdikdən sonra Saroyan 1985-ci ildən 1987-ci ilə qədər Sovet Ordusu sıralarına çağırılmışdır. Ordudan ayrıldıqdan sonra bir müddət "Haykimiya" adlı regional firmada mühəndis köməkçisi vəzifəsində çalışmışdır.[7][9]

1989-cu ildə Qarabağ hərəkatının üzvü Saroyan Azərbaycana qarşı Birinci Qarabağ müharibəsində könüllülərdən ibarət dəstə toplamış və ona rəhbərlik etmişdir. Müharibə zamanı kiçikmiqyaslı dəstə tam bir batalyona – "Artsvik-10" əməliyyat qrupuna çevrilmişdir.[10][11] Saroyan Xocalı soyqırımını törədənlərdən biridir.[5][6] O, bundan başqa, Kəlbəcər, QubadlıZəngilan döyüşlərində batalyona rəhbərlik etmişdir.[10][11]

1992-ci ildə Saroyan rəsmi olaraq Ermənistan Ordusuna qoşulmuşdur. Növbəti il 2-ci Ordu Korpusuna komandan təyin edilmişdir. Çox keçməmiş, 4-cü Ordu Korpusuna komandan təyin olunmuşdur. 2000-ci ildə Saroyan general-mayor rütbəsinə yüksəlmişdir. 1990-cı illərin sonundan 2000-ci illərin ortaları arasında Saroyan bir sıra xarici hərbi akademiyalarda təhsil almışdır.

Saroyan 13 avqust 2022-ci ildə 54 yaşında İrəvanda yerləşən İzmirliyan Tibb Mərkəzində vəfat etmişdir. İki gün sonra Üçkilsədə dəfn edilmişdir. Saroyan xroniki sağlamlıq problemlərindən, xüsusən də qan damarlarında problemlərdən əziyyət çəkirdi.

  1. 1 2 https://iravaban.net/393864.html.
  2. 1 2 http://www.parliament.am/deputies.php?sel=details&ID=1006&lang=eng.
  3. "Скончался генерал-майор Сейран Сароян" [Major General Seyran Saroyan dies]. Armenia Today (rus). 2022-08-13. 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-26.
  4. "Սեդրակ Ֆիրդուսի Սարոյան" [Sedrak Firdus Saroyan]. Parliament of Armenia (erməni). 2022-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-25.
  5. 1 2 "Arxivlənmiş surət". 2023-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.
  6. 1 2 "Arxivlənmiş surət". 2023-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.
  7. 1 2 "Sedrak Saroyan". Parliament of Armenia. 2022-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-25.
  8. "Armenian MP Sedrak Saroyan: Running in the Upcoming Parliamentary Election Makes Him "Lose Track" of Vast Property Holdings". Hetq.am (ingilis). 22 February 2017. 2022-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-26.
  9. "Եթե վաղը թշնամին ոտնձգություն կատարի, առաջիններից մեկը կլինեմ, որ կգնամ ռազմաճակատ" [If the enemy attacks tomorrow, I will be one of the first to go to the front]. Lurer.com (erməni). November 21, 2013. 2022-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-26.
  10. 1 2 "Սեդրակ Ֆիրդուսի Սարոյան" [Sedrak Firdus Saroyan]. Parliament of Armenia (erməni). 2022-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-25.
  11. 1 2 "Sedrak Saroyan". Parliament of Armenia. 2022-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-25.