Metateza
Metateza — söz daxilindəki səslərin qarşılıqlı halda öz mövqelərini dəyişmə hadisəsi metateza adlanır. Məsələn, məşhur əvəzinə məşhur, yanlış əvəzinə yanlış deyilir. Müasir Azərbaycan dilində metateza hadisəsinə, xüsusilə, şivələrdə yol verilir və bir sıra sözlər müxtəlif çalarlıqda yerdəyişmə hadisəsinə uyğun tələffüz olunur. Məsələn, qeyrət-qiryət(yr-ry), süfrə-sürfə(fr-rf), pəhriz-pərhiz(hr-rh) və s. Yerdəyişmə də şivələrə xas olan fonetik hadisələrdəndir. Bu hadisə şivələrdə iki şəkildə özünü göstərir:
1) yanaşı yerdəyişmə;
2) yanaşı olmayan yerdəyişmə.
Yanaşı yerdəyişmə.
Yanaşı yerdəyişmədə qonşu səslər dəyişir. Əsas tipləri bunlardır:
rb>br: Tərbiz, İrbahım
yb>by: loyba
zğ>ğz: vazğal
yd>dy: maydan, bayda
rg>gr: örgənir
pr>rp: kirpik
ur>ru: doğrudan
hr>rh: Fəhrad
Yanaşı olmayan yerdəyişmə.
Yanaşı olmayan yerdəyişmə də müxtəlif mövqeli səslər dəyişilir. Aşağıdakı tipləri yayılmışdır:
ğd>dğ: qardığalı
ğn>nğ: yornuğ
lr>rl: partal<paltar
mn>nm: intaham
mh>hm: cahamat
rn>nr: xuncur>xurcun və s.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Əbdüləzəl Dəmirçizadə.Müasir Azərbaycan Dili
Dilçilik ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |