Maqmatik süxurlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mayon vulkanı, Filippin, 2009

Maqmatik süxurlarMaqmanın yerqabığının dərinliklərində və ya yer kürəsində soyuyaraq qatılaşmasıyla əmələ gələn süxurlara deyilir.

Süxurlar 5 nomenklatur vahidə bölünür: tip, sinif, qrup, sıra, ailə: süxur tipi — birinci nomenklatur vahid olub süxurların əmələgəlmə şəraitinə əsaslanır. Ümumiyyətlə, süxurlar maqmatik, metamorfik və çökmə olmaqla üç tipə bölünür. İkinci nomenklatur vahid – sinif, süxurların fatsial göstəricilərinə, tekstur, struktur əlamətlərinə və onların yatma şəraitinə əsaslanır. Maqmatik süxurlar vulkanik və plutonik siniflərə ayrılır və onların hər biri qruplara, sıralara və ailələrə bölünürlər. Üçüncü nomenklatur vahid –qrup, süxurların kimyəvi tərkibin əsas xüsusiyyətlərinə görə ayrılır. Maqmatik süxur qrupları silisiumun miqdarına görə təyin olunur: turş (64–78%), orta (53–64%), əsasi (44–53%), ultraəsasi (30–44%). Dördüncü nomenklatur vahid – sıra, kimyəvi tərkibin əlavə xüsusiyyətlərinə — qələvilərin miqdarına görə ayrılır. (Na2O+H2O) və SiO2 nisbətinin dəyişməsinə görə üç maqmatik sıra ayrılır: normal qələvi, subqələvi (qələvilərin yüksək miqdarına görə) və qələvi. Birinci və ikinci sıranın süxurlarında qələvi, rəngli minerallar və feldşpatoidlər yoxdur, bu minerallar üçüncü sıra süxurları üçün səciyyəvidir. Əsasi, orta və ultraəsasi süxurlar qrupunda bütün üç sıra iştirak edir. Turş qrupda tərkibində feldşpatoidlər olan qələvi sıra süxurları olmur. beşinci nomenklatur vahid-ailələrin ayrılmasında süxurların mineraloji tərkibi, qələvilərin (Na2O+H2O) silisium oksidinə (SiO2) olan nisbəti və b. komponentlərdən istifadə olunur.

Maqmatik süxur fatsiyaları əmələgəlmə şəraitinin (formalaşma dərinliyi, yatım forması, yan süxurlara münasibəti) xüsusiyyətlərini daşıyan maqmatik cism; süxurların əmələgəlmə dərinliyindən asılı olaraq bir neçə qrupa bölünür: dərində abissal, orta dərinlikdə mezoabissal, kiçik dərinlikdə hipabissal (subvulkanik və effuziv) süxurlar. Bu termin başqa mənada da işlənir, məsələn, iri intruziv massivlərdə endokontakt, damar fatsiyası və b. ayrılır, yəni bu termin altında eyni geoloji və termodinamik şəraitdə yaranan maqmatik süxurlar nəzərdə tutulur. V. A. Kuznetsova görə, daha dəqiq olan maqmatik süxurların "fatsial şəraiti və fatsial xüsusiyyətləri" terminlərini işlətmək daha düzgün olardı.

Qranit
Bazalt

Azərbaycan Respublikası ərazisinin geoloji inkişaf tarixinin və tektonik quruluşunun mürəkkəbliyi və rəngarəngliyi burada maqmatizmin müxtəlifliyini şərtləndirən başlıca amillərdir. Azərbaycanda Paleozoydan Kaynozoya qədər, Dördüncü Dövr də daxil olmaqla, müxtəlif səciyyəli maqmatik proseslər baş vermişdir.

Paleozoy maqmatizminin izlərinə Azərbaycanda yalnz Naxçıvan MR ərazisində rast gəlinir. Burada qabbro-dolerit tərkibli maqmanın silləri Devon-Karbon yaşlı süxıırlarda geniş yayılmışdır.

Mezazoy maqmatizmi Azərbaycan ərazisində YuraTəbaşir dövrlərində baş vermişdir. Böyük Qafqazda həmin eranın maqmatizmi onun yalnız cənub yamacında, əsasən, Tufan və qismən Vəndam antiklinor zonalarında təzahür etmişdir. Maqmatik fəaliyyət nəticəsində burada toleu və əhəng-qələvi tərkibli vulkanik və intruziv kilitlələr əmələ gəlmişdir.

Mezozoy maqmatizmi Kiçik Qafqazda mürəkkəbliyi və intensivliyi ilə fərqlənir. Yura dövrünün əvvəllərində Naxçıvan ərazisində Ordubad sinklinoriumunda vulkan püskürmələri baş vermiş və bazalt tərkibli lava örtük və axınları əmələ gəlmişdir. Böyük Qafqazda Alt Yura vulkanizminin bazalt örtükləri yüksək dağlıq hissədə müəyyən edilınişdir. Yuranın ortalarında Kiçik Qafqazın Lökbətan-Qarabağ və Kür çökəkliyinin Kürdəmir-Saatlı zonalarında baş vermiş intensiv maqmatizm noticəsində bazalt-riolit, bazalt-andezit-dasit-riolit tərkibli vulkanogen, plagioqranit tərkibli intruziv siixurlar əmələ gəlmişdir. Kiçik Qafqazda (Şəmkir, Qarabağ, Qafan antiklinoriumları) və Kür çökəkliyində (Kürdəmir-Saatlı zonası) Üst Yura maqmatizmi intensivliyi ilə səciyyələnir. Burada maqmatizmin fəaliyyəti nəticəsində, əsasən, bazalt, andezit, dasit, riolit tərkibli vulkanitlər və qabbro-tonalit, qabbro-qranit tərkibli kütlələr əmələ gəlmişdir

Kaynazot maqmatizmi Kiçik Qafqazda və Talışda bazalt-andezit-dasit və subqələvi tərkibli vulkanitlər, qranit tiplı turş və subqələvi tərkibli intruzivlərlə səciyyələnir. Kiçik Qafqazın cənub hissəsində Ordubad batoliti, mərkəzi hissəsində isə Dəlidağ intruzivi və bir sıra başqa intruziv kütlələr Kaynozoy maqmatizminin məhsuludur. Bu dövrdə Böyük Qafqazın cənub yamacında da zəif maqmatizm prosesləri baş vermişdir. Burada Buynuz intruzivinin həmin vaxtda əmələ gəldiyi güman edilir. Kaynozoy maqmatizminin əlamətdar cəhətlərindən biıi də Dördüncü Dövrdə Kiçik Qafqazın mərkəzi hissəsində vulkanizmin aktivləşməsi və bazalt lavalarının geniş yayılmasıdır.

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]