Eklogit
Eklogit | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Eklogit — qranat və piroksendən (omfasit) və bir qədər kianit, çöl şpatları, amfibol, sfen və b. ibarət, kimyəvi tərkibinə görə qabbro-noritə uyğun olan kristallik dənəli, bəzən zəif şistləşmiş massiv süxur. Eklogit qabbro-bazalt tərkibli olub, iki mineraldan – monoklinik piroksendən və qırmızı, qırmızı-qonur qranatdan ibarətdir. Onlarda plagioklaz olmur. Bəzi alimlər onu yüksək təzyiq və temperaturda yaranan metamorfik süxur, başqaları isə qabbronun abbisal fatsiyası olan maqmatik süxur hesab edirlər. Kimyəvi tərkibinə görə eklogit qabbro noritə uyğundur və xüsusi çəkisinin daha yüksək (3,35–4,2 q/sm3) olması ilə fərqlənir. Amfibolit və qranulit fatsiyalarına məxsus, nisbətən az metamorfikləşmiş süxurlar içində kiçik qatlar və ya ayrı-ayrı cisimlər əmələ gətirir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.