Mətbəə
Mətbəə — müxtəlif sahələr üzrə çap materialı istehsal edən xüsusi müəssisə.
Azərbaycanda ilk çap dəzgahı hələ XIX əsrin əvvəllərində Təbrizdə quraşdırılmışdır. Daha sonra 1830-cu ildə isə Şuşada mətbəə fəaliyyətə başlamışdı.[1] XIX əsrin II yarısında Azərbaycanın iqtisadi və ictimai inkişafı milli mətbuatımızın yaranmasına gətirib çıxardır. Çətinliklə olsa da görkəmli maarifçi Həsən bəy Zərdabi hökumətə müraciət edərək "ƏKİNÇİ" qəzetinin nəşrinə icazə ala bildi. Qəzetin nəşri üçün Zərdabi İstanbuldan xüsusi ərəb qrafikalı mətbəə şriftləri gətizdirdi və nəhayət xeyli əziyyətdən sonra 1875-ci il iyulun 22-də Bakıda qəzetin ilk nömrəsi işıq üzü gördü. Beləliklə milli mətbuatımızın əsası qoyuldu. Azərbaycan mətbuatı üçün Əkinçinin ayağı yüngül oldu . Bir çox yazıçı və şairlər öz əsərlərini qəzet və jurnallarda dərc edirdilər. Yazdıqlarını kitab şəklində görmək istəyən bu ədiblər vəsait tapan kimi mətbəə açmağa çalışırdılar . XIX əsrin sonunda Azərbaycanda nəşriyyat işinin inkişafında Ünsizadə qardaşlarının Səid Cəlal Kamal böyük rolu olmuşdur. Səid Ünsizadə 1879-cu ildə Tiflisdə ZİYA qəzetini nəşr etməyə başlamışdır . Sonralar mətbəəsini Şamaxıya köçürmüş və bu qəzetlə yanaşı dini kitabların çapı ilə də məşǧul olmuşdur. Son dövrlərə qədər dünyada ilk mətbəə almaniyalı İohann Qutenberqin adı ilə bağlanırdı. İlk mətbəənin ən bəsit şəkli Sümər türklərinə aiddir. Mesopotomiyada aparılan qazıntılar və yaxud burada Sümər türklərinə aid olan bir sıra tarixi abidələrin üzə çıxması bütün bunlara sübutdur[2]. dilən ilk Azərbaycan kitabı görkəmli alim Nəsrəddin Tusinin 1594-cü ildə Italiyanın Roma şəhərində, "Mediçi" mətbəəsində ərəb dilində çap olunan "Təhriri Oqlidis" əsəri olmuşdur. Həmin kitab 1657-ci ildə latın dilinə çevrilərək Londonda da nəşr edilmişdir[3].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 109.
- ↑ "Dünyada ilk mətbəəni türklər yaradıb", "Sivil cəmiyyət" jurnalı, № 02. dekabr, 2010. səh.9
- ↑ Qədim kitablarımızın çoxu xarici kitabxanalardadır [ölü keçid]